1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə6/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   2   3   4   5   6   7   8   9   ...   256

 

18

şəraitdə meydana gələn geniş çeşidli məsələlərin həlli ilə üzləşmə və həmçinin,  



yeni hərbi imkanlar  və orduya çağırışın xarakterinin dəyişməsi ilə müşaiyət 

olunmuşdur. Həm coğrafi mənada, həm də funksional baxımdan milli hərbi stra-

tegiyalar daha geniş təhlükəsizlik strategiyalarınin xeyrinə olaraq mənasını itirdi. 

Sülh Naminə Tərəfdaşlıq “iştirak vasitəsilə təhlükəsizlik” anlamını bütöv qitəyə 

yaydı. Çağırışçıların sayı silahlı qüvvələrın ehtiyaclarına lazim olan sayı aşma-

sına baxmayaraq hamının xidmət etməli olması və bu yükü daşıması arqumen-

tləri çağırışın tamamilə dayandırıması fikirlərinin qarşısını aldı. 

3. 


2000/01 ci ildən başlayan və indiki zamanda da davam edən üçüncü 

dalğa, çoxtərəfli peşəkarlaşma ilə bərabər struktur modullaşdırması və çevikləş-

dirmə  məqsədi güdür. ABŞ “ Hərbi  İşlərin  İnqilabı”(Revolution of Military 

Affairs) təşəbbüsünü başlamış və bu ad altında şəbəkə mərkəzli müharibəyə yö-

nəlmiş transformasiya doktrinası yaratmışdır. NATO-nun Norfolkda olan əsas 

komanda obyekti “Müttəfiqlərin Komanda Transformasiyası” (Allied Command 

Transformation)adı altında vahid strateji komandaya çevrilmişdır. O doktrinanın 

bütov İttifaq boyunca yayılmasını təşviq edir. Bu təşəbbüsün yerinə yetirilməsi 

2003 –cü il İraq böhranından başlayaraq və yeni, vurğulanan forma olan “ aya-

ğın torpaqda olması” yanaşması ilə azaldı, digər tərəfdən heç kim müasir texno-

logiyanın hərbi əməliyyatlara tətbiqinin dəyərini şübhə altına almır. 

 

Haltiner və Kleyn 30-a yaxın Avropa ölkəsində sorğu keçirərək, bu ölkələrin təəc-



cüblü dərəcədə ümumi istiqamət və arzu ifadə etdikləri nəticəyə gəlmışdir. Onların ha-

mısı Avropa cəmiyyətini demilitarizasiya etmək üçün hərbi məqsədlərə sərf olunan eh-

tiyatlar və insan əmsalının azaldılması istiqamətində bir nöqtədə birləşirlər. Silahlı qüv-

vələrin siyasi mövqeyi uyğun olaraq dəyişir və onların xidməti vəzifələrinin sülhü 

təmin etmək olduğu haqda konsensus cəmiyyətdə yenidən dəstək almayana qədər, so-

sial mövqeləri təzyiq altında qalır. Bir -birini əvəz edən islahat dalğalarına baxaraq hər 

iki müəllif  silahlı qüvvələrin gələcək mövqeyi üçün  birinci dərəcəli mühümlük kəsb 

edən çoxsaylı  müşahidə olunan fərqli cərəyanları üzə çıxarır: 

-silahlı qüvvələrin polis qüvvələrinə  və beynəlmiləlləşməyə doğru yuvarlanan 

istiqaməti; 

-cəmiyyətlərin demilitarizasiyaya doğru istiqaməti; 

-silahlı qüvvələrdə feminizasiyaya doğru istiqamət, xüsusilə  də müharibədən 

kənar hərbi əməliyyatlar üçün

-ordunun mülkiləşməsi və hərbiləşdirilməsi istiqaməti; 

-mülki-hərbi uçurumun dərinləşməsi istiqaməti; 

-ixtisarlarla, çağırışın azalması ilə, peşəkarlaşma ilə əlaqəli nəzarətin bərpa edil-

məsi istiqaməti və bu da öz növbəsində  siyasi və  hərbi rəhbərlik arasında artan 

gərginliyə səbəb ola bilər. 




 

19

Bu istiqamətlərin çoxu özü-özünü izah edir, ancaq dördüncü cərəyan, yəni mül-



kiləşmə və hərbiləşmə daha geniş izahata ehtiyac duyur. Burada o nəzərdə tutulur 

ki, bir tərəfdən ordu çox-funksiyalı  təşkilat kimi artan istiqamətdə iqtisadi və 

maliyyə kriteriyası sayılan məhsuldarlığı önə  çəkir və logistik məsələlərdə mülki 

təcrübədən istifadə edir. Gözətçi funksiyaları özəl təhlükəsizlik şirkətlərinə ötürü-

lür və özəl iaşə xidmətləri bütöv briqadaları yeməklə təmin edir. Əksinə, əsil hərbi 

döyüş qabiliyyətləri kiçildilmiş  təşkilatı özəklərdə yerləşdirilir və onlar da özləri-

nin məxsusi oynayacağı rolları və hərbi keyfiyyətlərini inkişaf  etdirir.  Bu hal or-

dunun cəmiyyətdə izolə edilməsinə də apara bilər  və bu da öz növbəsində  təkcə 

Şərqi Avropada yox, həm də Qərbi Avropada silahlı qüvvələr üzərində demokratik 

nəzarətin olmasını daha da əhəmiyyətli edər. 

 

Fərqli Modeller 

 

Demokratik cəmiyyətdə siyasətin üstünlüyü danılmazdır, lakin onun əməldə həyata 

keçirilməsi  geniş mənada fərqlənir. Müdafiə nazirliyi özü-özlüyündə bir mikrodünya-

dır. Bir çox hallarda silahlı qüvvələr üçün təhcizatçı təşkilat kimi hərəkət edən və çox 

şeyi peşəkar ordunun öhdəsinə buraxan müdafiə nazirliyinin dəyişən geo- politik və-

ziyyətə və yeni siyasi prioritetlərə uyğunlaşması hələ uzun zaman alacaqdır. Ordu üçün 

gələcək, əlbəttə, keçmişdə olduğu kimi olmayacaq. Bizimlə üz-üzə dayanan yeni təhlü-

kələr və daxili və xarici təhlükəsizlik arasındakı sərhədlərin örtüşdüyü bir zamanda hər 

şey köklü dərəcədə yeni vəziyyətə uyğunlaşdırılmalıdır. 

Dünyadakı müdafiə nazirliklərinin  əsas funksiyalari müqayisə mövzusudur. 

Onların hamısı əsgəri heyət və hərbi avadanlıq məsələləri; kəşfiyyat; digər müdafiə 

nazirlikləri ilə münasibətlər; texnoloji inkişaf və geo- politik dəyişimi nəzərdə tutan 

orta və uzun –müddətli planlaşdırma  prosesləri ilə  məşğul olmalıdirlar. Silahlı 

qüvvələrin heyətləri yığılmalı, təlim keçirilməli və hərbi avadanlıqla təmin edilməli 

və onlar ölkə xarici hərbi missiyalarda olduqları zaman maddi və mənəvi cəhətdən 

dəstəklənməli və dəyişilməlidirlər. Sülhməramli missiyalar xarici siyasətin alətinə 

çevrilir, ölkələr artıq onların sülh məramlı əməliyyatlara verdikləri konkret töhvə-

lərlə ifadə olunan həmrəylik və problemi daşımaq kriteriyaları ilə qiymətləndirilir. 

Parlamentlərin xarici siyasət və mudafiə siyasətinə müdaxiləsinin dərəcəsindən 

asılı olaraq, əsgərlərin xarici missiyalara göndərilməsi parlamentin də mövzusuna 

çevrilir və bu da onların siyasi və hərbi baxımdan missiyalarını əsaslandırmaq üçün 

debatlarda yeni mövzular açır. 

Bütövlükdə, bir çox NATO ölkəsində gedən praktikaya baxan zaman biz görürük 

ki, BQR –nin rolu getdikcə güclənir. Bu yazı ölkələrin institutlaşmış qərar-qəbul etmə-

ni təkmilləşdirmək üçün tətbiq etdikləri fərqli modelləri ətrafli çatdırmağa çalışır. 

 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə