17
buraxır… "Biçarə şair küçəyə çıxdı… Susuzluqdan dodaqları cadar-
cadar olmuşdu. Su istədi, amma nəsrlə istədiyindən ona su verən
olmadı. Özünə çəkmə almaq istəyirdi, yeyib qarnını doyurmaq, bir
yer tapıb dincəlmək istəyirdi. Amma elə nəsrlə danışırdı.
Tərsliyindən yox. Bacarmadığından. O, şer yazmağı bacarırdı, amma
şerlə danışmağı bacarmırdı. Şairə ya heç cavab vermirdilər, ya da
şerlə cavab verirdilər. Şair gün ərzində o qədər qafiyə eşitdi ki, gedib
özünü qayadan atdı."
Məmləkətində hər şeyi qadağan edib qurtarandan sonra padşah
axırda ölkə vətəndaşlarına ölməyi də qadağan edir! Yazıçı
qadağanlar ölkəsinin bu ironik hiperbolasını yaratmaqla, əslində
totalitar mənəviyyata, diktatura psixologiyasına meydan oxuyur,
ictimai-siyasi azadlığın mənəviyyat dayaqlarına diqqət yönəldirdi.
Anar kənardan gətirilən, yad nəzəriyyələrdən diktə edilən
qondarma azadlıq ülgülərinin deyil, milli mənəviyyatın doğurduğu,
Azərbaycan insanının içindən baş alıb gələn azadlıq duyğularının
fərdin və cəmiyyətin həyatında dönüş yarada biləcəyinə inam və
güvənc verən bir sənətkar kimi Yeni Çağın yönəldici istiqamətlərini
düzgün sezmiş və seçib göstərə bilmişdir. Yazıçının nəsr yaradıcılığı
bu təkamül prosesini izləyib əks etdirən çox güclü və dəyərli sənət
örnəklərindəndir.
DÜNƏNSİZ YAŞAMAĞIN FACİƏSİ
İndi aydın hiss edirik ki, bütövlükdə çağdaş mədəniyyətimizi
düşündürən əsas mətləblərdən, sorunlardan biri - kökündən
uzaqlaşdıqca özündən uzaqlaşan, özünəyadlaşan insanın yenidən öz
təbii ilkinliyinə, əzəli saf varlığına qayıtması olmuşdur. Bu problemi
müxtəlif dünyaduyumuna malik olan sənətkarlar özünəməxsus
şəkildə - yəni ya mənəviyyatın təbii-instinktiv durulaşması, ya ört-
basdır edilməsi mümkün olmayan əzəli sentimental - romantik
duyğuların insana verdiyi daimi narahatlıq, əbədi həyəcan, təşviş,
nəyinsə yerində olmamasının, nəyinsə dolaşıq-çalpaşıq düşdüyünün
dumanlı, yaxud aydın duyuluşu, ya coşğun temperamentin bütün
yabançı, yad, qondarma-qurama görünən şeylərə qəfil nifrəti, qəlbin
hansı bir guşəsindəsə işaran ilkinlik duyğularının birdən kükrəyib
üzə çıxması, nəhayət, qəti inkar və doğmalıqdan hədsiz vəcdəgəlmə
şəklində özünü göstərən xarakter-ruh dəyişmələri ilə açıqlayırlar.
downloaded from KitabYurdu.org
18
Bitkin - tutarlı əsərlərdə isə bütün təbii hisslərin, əgər belə demək
mümkünsə, "kortəbii" özünütəsdiqinə ağılın, rasional məntiqin
sübutları da hay verəndə insanın əxlaqi intibahı, özünəqayıdışı
qanunauyğun-zəruri mənəviyyat hadisəsi kimi insanı daha dərindən
düşündürür. Anarın "Macal" povesti (1977) belə əsərlərdəndir.
Özünəqayıdışın mürəkkəb psixoloji şərait və münasibətlər zəminində
təsvirini verən bu povestdə Anarın yazıçı sənətkarlığının ən etgili
xassələri qabarıq görünür...
Gəlin söhbətə həmin əsərin elə bir surətindən başlayaq ki,
oradakı, demək olar, bütün hadisələr, münasibətlər məhz onun
düşüncələrindən süzülüb keçirilərək təqdim olunur. Bu ‘uaddır. Bu
‘uad o ‘uaddır ki, gecənin tən yarısı məmləkətimizin böyük
paytaxtının reklamları sönmüş küçələrini "hadılayaraq" Şövqü
Şəfizadəgildən gəlir. O Şövqü Şəfizadə və o Bilqeyis xanımgildən
ki... Yox!.. Bunlar çox böyük adamlardır... Onların qızını almış,
onların qohumu olmuş ‘uad bu xoşbəxtliyin baş verməsinə, artıq
həyata keçmiş bu həqiqətə inana bilmir. Hey çalışır ki, bu səadətin
şirinliyinə acı qatan qara-qura fikirləri başından qovsun. Bu zaman
ürəyinə əvvəlcədən daman hadisə də baş verir; lakin o qarşılaşdığı
cinayət hadisəsini görməməzliyə vurur, ölümü də, Əzrayılı da
"aldadır..." Və bundan sonra ta ömrünün yetkin çağlarınacan - 40
yaşınacan qara-qura fikirləri başından qova-qova, gördüklərini,
duyduqlarını görməməzliyə, bilməməzliyə vura-vura yaşayır... ‘uad
öz real yaşayış tərzinə, həyat, iş haqqındakı öz konsepsiyasına nə
qədər haqq qazandırmağa çalışsa da, qəlbinə, şüuruna hopmuş əbədi,
heç cür qarşısı alınmayan narahatlıqdan yaxa qurtara bilmir. Ancaq
onun, ömrünün keçmişinə boylanmağa, etdiyi işləri necə etdiyini
götür-qoy eləməyə macalı yoxdur! Bax, burada bizim qarşımızda
Yeni Çağın tipik bir insanı canlanmış olur. Özü də bu Çağın
problemlərini əks etdirən bir çox əsərlərdəki "insanın soyuqlaşması",
"robot-rasional insanın peydası" kimi ənənəvi ideyanı deyil, "dövrün
vaxt qıtlığı", "ritm uyğunsuzluğu", "götür-qoyların, davamlı
ünsiyyətin qeyri-mümkünlüyü", nəhayət, "macalsızlıq" kimi başqa
bir sosioloji ideyanı təmsil edən bu insan özünün "dəqiq məqsədlər"
konsepsiyasının doğruluğunu hər vasitə ilə sübut etməyə çalışır. Özü
də kimə sübut etməyə? - Özünün ikinci daxili "mən"inə və keçmiş
tələbə yoldaşı Oktaya. ‘uad ardıcıl, davamlı-sürəkli düşüncələr
axarında bir də ayılıb görür ki, Oktayla əməlli-başlı "ideya davasına"
downloaded from KitabYurdu.org
19
girişib, təəccüblənir ki, Oktay niyə onun belə daxili opponentinə
çevrilib, niyə özünə belə mənəvi problem yaradır, niyə Oktayın
prinsiplərini təkzib eləmək üçün vurnuxur. Ancaq ‘uad Oktayın
həyat və düşüncə mövqeyinə nə qədər əks olsa da, dəqiq desək, əks
olmağa çalışsa da, ona əhəmiyyət verməyə bilmir. ‘uadın gündəlik
işlər dəftərində icra olunmamış bir iş kimi hər gün o biri günə
keçirilən "özümlə görüş" ifadəsi də məhz Oktayın ciddi zarafatı,
təlqini ilə yazılmışdır. "Özümlə görüş!" - bu, "Macal" povestinin
başlıca ideyasıdır. Vaxt qıtlığından şikayətlənən ‘uadın ömrü sanki
tarıma çəkilib: onun üçün zaman bütöv bir vahid kimi yoxdur, onun
üçün saatlara, dəqiqələrə bölünmüş zaman qırıqları, parçaları var ki,
bu qırıqlar, bu parçalar heç vaxt böyük, əbədi, ali məqsədə xidmət
etmir. Hər zaman parçasının üzərinə bir konkret iş düşür, hətta ‘uad
üçün zamanın bir parçasında gördüyü işin ondan sonra gələn parçada
gördüyü işlə əks olmasının da əhəmiyyəti yoxdur. Belə şəraitdə
zaman insana yox, insan zamana xidmət eləmiş olur, zaman özü
parçalandığı kimi insanı da parçalayır, xırdalayır, onu həyatının
bütünü ilə vahid ali ideal uğrunda əbədi mübarizə edən insandan,
prinsip və ideyaca bir-birini tamamlamayan, hətta "dəqiq məqsədlər"
naminə bir-birinin əksi olan işlər icraçısına çevirir. Belə şəraitdə
"İnsan zamanın özündən də əbədidir" - ideal maksimalizmi süquta
uğrayır... Maraqlıdır, tənqid obyekti kimi ‘IX əsrin sonu - ‘‘ əsrin
əvvəlləri üçün (Mirzə Cəlil, Sabir) nadan, passiv, bekara, əsrin
ritmindən geri qalan insan ədəbiyyatı düşündürən əsas məsələ idisə,
indi - Yeni Çağ Azərbaycan nəsri üçün nadan yox, intellektual,
passiv yox, aktiv, əsrin ritmindən geri qalan yox, əsrin ritmini
qabaqlayan ("macalsızlıq!") insan əsas problemlərdən olub!..
Bəli, insanın bütövləşmədiyi, əksinə, vaxtın quluna çevrildiyi,
xırdalandığı bir vəziyyətdə, yəqin ki, özünüdərketmədən,
özünəqayıdışdan da söhbət gedə bilməz. Bu elə böyük bəşəri faciədir
ki, ona nə macalsızlıqla, nə Yeni Çağ insanının yaşayış tərzindən
doğan vaxt qıtlığı ilə, nə də bunları təsdiq edən maddəli-sübutlu
empirik-sosioloji nəzəriyyə və fıkirlərlə haqq qazandırmaq olar. Öz
keçmişini düşünüb-daşınmağa macalı olmayan ‘uad məhz vaxt
qıtlığından şikayət etsə də, özü də hiss edir ki, bu - macalsızlıqdan
daha çox, "öz-özündən qaçma"dır. Bu artıq ‘uadın real naqisliyidir,
əsrin, zamanın, onu əhatə edən mühitin günahı yox, özünün daxili
əxlaqi-mənəvi çatışmazlığıdır. Bax, bu zaman aydın olur ki,
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |