Fəlsəfə tarixi
- 29 -
də yaranmış yenilikləri başlıca olaraq 3 əsas prinsip ətrafında toplamaq olar:
kilsənin (bəzən ifrata vararaq xristianlığın) hökmündən azad olmaq (protes-
tantlığın nümunəsində), insan azadlığı və şəxsiyyətini ön plana çəkmək
(inqilablar) və təbiətin öyrənilməsinə, onun sirlərinə vaqif olmaq (ixtiralar).
Onu da əlavə etmək lazımdır ki, bu istiqamətlərdən hər biri böyük çə-
tinlik və qurbanlar hesabına başa gəlirdi. XVII əsrin başlanğıcında Cordano
Brunonun yandırılması, Qalileyin öz ideyalarından məcburi şəkildə imtina
etdirilməsi və s. bənzər addımlar həmin vaxtlar düşüncə sahiblərində ikrah
dolu bir qorxu hissi aşılayırdı və get-gedə bir növ sıxılmış yay effekti yara-
nırdı. Bu özünü iki fərqli istiqamətdə göstərdi: bir tərəfdən Avropa ölkələri-
ni inqilablar bürüdü, digər tərəfdən, düşüncə sahibləri çox yumşaq şəkildə
kilsə siyasətindən aralanmağa başladılar. Bəziləri Dekart fəlsəfəsindəki ki-
mi, ruh və bədən arasında paralelləri qoruyub saxlamağa çalışır (təsadüfi
deyil ki, bəzən XVII əsri Dekart əsri də adlandırırlar), bəziləri də Kuzanlı,
yaxud Spinoza kimi elmi üsluba keçərək, dini-fəlsəfi problemləri elmi yolla
izah etməyə çalışırdılar. Düşüncə sahibləri kilsə ilə bərabər onun əsas möv-
zularından da – ruhdan, ilahi enerji, ilahi həqiqət, insanın mənəvi kamilləş-
məsi, ilahi mahiyyətə sahib olması kimi amillərdən də uzaqlaşırdılar, daha
doğrusu, onların yerinə başqa kateqoriyalar, “əvəzləyicilər” qoyurdular. Mə-
sələn, Leybnisin hər şeyin substansiyası olub, “sözün ümumi mənasında ruh
– qeyri maddi, parçalanmayan, deməli, ölümsüz olan” (22, s. 314) monada-
ları kimi. Beləliklə, insan ilahi hakimiyyətin “təzyiqindən” qurtararaq öz
mülkündə – maddi aləmdə öz mütləq hakimiyyətini bərqərar etməyə başla-
yır, bu aləmi – təbiəti ram etməyə çalışırdı.
İnsan fenomeninin əsas inkişaf istiqamətləri
XVIII əsr məhz XVI, XVII əsrlərin davamı, bəlkə də sonuncu mərhə-
ləsi idi və bu, özünü dövrün bütün ideyalarında göstərirdi. Belə ki, XVIII
əsrdə hələ irrasional təfəkkürün iştirakı, ilahi aləmlə bağlılıq, yaxud onunla
əlaqəli düşüncələri müşahidə etmək mümkündürsə get-gedə bu hallar azal-
mağa başlayır və XIX əsrin axırlarında demək olar ki, bütünlüklə ortadan
qalxır.
Hər şeydən əvvəl bu dövr Renessans dövründə yaranmış ideyaların
Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1
- 30 -
davamı və inkişafı idi. Bu ideyaların başında humanizm gəlirdi desək, yanıl-
marıq. Yüksək sənətkarlıqla yanaşı, insanın həm də müstəqil şəkildə istifadə
edə biləcəyi bir ağıla sahib olması insan üçün daha uzaq üfüqlərin açılması,
ən əsası isə, kilsənin hər bir insanın boynuna yükləyib daşıtdığı “xaç”
yükündən – “ilk günah”dan xilas demək idi. Əgər kilsə insana ağlından,
hisslərindən imtina edərək bir tək qayğısı İsa Məsihin buyurduğu kimi ol-
mağa çalışmağına və İsanın ölümünə görə günahkarlıq hissini dərk etməyinə
görə cənnət söz verirdisə, ağıl insanlara var olduğu maddi dünyada tam ha-
kimiyyət vəd edirdi. Skeptisizmin nümayəndəsi olan Roterdamlı Erazm fəl-
səfənin ağıla müvafiq olanı qəbul etməsini və xristianlığın da bu prinsipə
uyğunlaşmasını məqbul hesab edirdi, F.Bekon keçmişin kabuslarından qur-
tulmağa çağırır, Dekart isə ümumiyyətlə insanın varoluşunu onun düşünmə-
si ilə əlaqələndirirdi. Düşünmək imkanı insana bir çox imkanlarla yanaşı,
azadlıq – azad düşüncə, azad hərəkət, azad söz imkanı verirdi. Yəni insana
insanlığı qaytarırdı. Berdyayev məhz bu keçid dövrünü xarakterizə edərək
yazır: “XVI, XVII və XVIII əsrlər – insanın özünü orqanizmdən azad və
mexanizmə hələ tabe olmadığı keçid dövrüdür. İnsan qüvvəsi yaradıcı fəa-
liyyət üçün azadlığa buraxılıb. İnsan üzvi, ictimai və fərdi həyatın bağrından
çıxdı, əli-qolu açıldı, diferensiallaşdı və tabe olduğu üzvi mərkəzlə məcburi
əlaqədən xilas oldu” (10, s. 147-148). İnsan özünün kilsənin təlqin etdiyi
kimi, “bir zibil çuvalı”, yaxud bioloji varlıq, ən yaxşı halda, Tanrının qulu,
ilahi varlıq olmaqla yanaşı, bir sosial varlıq olduğunu anladı və məhz burada
çıxış yolunu görüb bütün gücü ilə o yola istiqamətləndi. İnqilablar bir-birini
əvəz etdi, respublika, demokratik quruluşlar haqqında ideyalar sürətlə bir-
birinin yanına düzüldü. Həmin dövrün bir çox filosoflarının fəlsəfi görüşləri
sırasına bir də ictimai görüşləri əlavə edildi. Renessans dövründən – insanla-
rın təfəkkürün oyanışından sonra əslində medalın o biri üzü olan islahat
dövrü (XVI əsr) maarifçiliklə (XVII-XVIII əsrlər) əvəz olunmağa başladı,
yəni “bu oyanış” təbliğ olunmağa başladı.
Lakin neçə əsrlik əlaqə, əsası isə, insanın ilahi mahiyyətinin bir təza-
hürü olan iman belə tezliklə və bir həmlə ilə yox edilə bilməzdi. Tədqiqatçı-
ların da bildirdiyi kimi, “dini hətta maarifçilik dövründə də hesabdan sadəcə
atmaq mümkün deyildi. Lakin maarifçilərin dağıdıcı tənqidi fəaliyyətinin
Fəlsəfə tarixi
- 31 -
nəticəsi olaraq din özünün əvvəlki əzəmətindən mərhum oldu – XVIII əsrin
sonunda onun bəşəriyyəti kor edən bütün pərdələri yırtıldı” (14, s. 81).
Mövqelərdəki bu ikilik özünü fərqli şəkildə göstərirdi. Məsələn, Volter kil-
səni kəskin tənqid edib onu insanların bütün bəlalarının, bütün müsbət key-
fiyyətləri məhv edən, az qala xalqın düşməni hesab edir ki, bunun da bariz
nümunəsini onun əks mövqedə olan Paskala yazdığı cavabdan görmək olar
(13, s. 190-226). Kimisi də protestantlıq kimi, kilsənin özünü deyil, nüma-
yəndələrini kəskin tənqid edir, islahatlar aparmaq təklif edirdi.
Maraqlıdır ki, bəziləri kilsəni və onun əməllərini böyük bir kəskinlik-
lə tənqid edən mütəfəkkirlər bəzən fərqi çox gözəl dərk edərək, dinin, ima-
nın rolunu inkar etmir, bir başqa mütəfəkkir isə yalnız kilsəni deyil, ümu-
miyyətlə dini insanların düşməni hesab edirdilər. Məsələn, Volter (1694-
1778) dəhşətlə yazır ki, “bütpərəst dinlər az qan tökdükləri halda, bizim din
bütün torpağı qanla suvardı. Əlbəttə, bizim dinimiz tək xeyirxah, tək həqiqi
dindir, lakin biz ondan istifadə edərək nə qədər pisliklər törətdik” (11, s. 7)
və “bütün törətdiyimiz dəhşətlərdən sonra bizdə başqalarını barbar adlandır-
maq cürəti də var” (11, s. 8). Sözlərdən də göründüyü kimi, mütəfəkkir dini
deyil, onun təmsilçilərini günahlandırır. Bununla yanaşı, o, həm də açıq-
aşkar etiraf edir ki, “xeyirxahlıq Allahdandır, o, hər yerdə eynidir, ilahiyyat
isə insanlardan gəlir və hər yerdə müxtəlif və gülməlidir. ... Tək cəzalandı-
ran və mükafatlandıran Allaha itaət etmək insanları öz aralarında birləşdirir;
ilahiyyat öz ikrahdoğuran müdrikliyi ilə onları ayırır...” (11, s. 288).
Tarixdə daha çox məhz maarifçilik missiyaları ilə qalan XVIII əsrin
mütəfəkkirləri bir tərəfdən kilsənin iç üzünü açır, onun yalnız azadlıq istə-
yən adi insanlara deyil, düşünmək istəyən, ağlından bəhrələnmək istəyən
alimlərə, filosoflara da böyük zərbələr vurduğunu bəyan etməklə insanları
dinin təmsilçilərinin əleyhinə qoyurdular. Məsələn, Lokk haqqında yazan
Rassel bildirir ki, onun bacarıqlarını kilsə dəyərləndirə bilmədiyi və “heç bir
perspektiv təklif edə bilmədiyi üçün o, elmi eksperimentlərə və fəlsəfəyə
maraq göstərməyə başladı” (22, s. 327). Bu, həmin Lokkdur ki, empiristlə-
rin, siyasətçilərin, eyni zamanda ensiklopedistlərin, hətta marksizmin də ide-
ya mənbəyi ola bildi.
Dövrün mütəfəkkirləri insanların ilahi aləmlə əlaqələrini, imanını qo-
Dostları ilə paylaş: |