kürüyüb yerli-dibli Xəzərə tökərdilər. Təki Qafqazda bir nəfər də türk qalmasın...
Onlar arxada bu planları quranda biz Stalin uğrunda vuruşurduq. Mənim hər biri
lay divar olan, əjdahaya bənzəyən igidlərim dəstə-dəstə ölüm maşınının ağzına
atılırdı... ...Əclaflıqdır bu! Əclaflıq! Başqa adı yoxdur! Sən mənim ağır
günlərimin dostu, bakılımsan axı! Sənə də deməyim bunu, kimə deyim? Kim
anlayacaq məni? O bataqlıqlarda mənnən yanaşı sürünən, soyuq suda saatlarla
pusquda duranlardan kim qalıb? Cəbhədə hansı möcüzəylə salamat qalmağımın
səndən başqa şahidi varmı?
– Bura bax, dostum! Mənə elə gəlir ki, sənin üçün müharibə bitməyib. Ömrün boyu
minalanmış sahədən keçirsən.
– Neyləyim bəs? Başqa yol bilirsənsə, de! Müharibədən salamat çıxandan sonra
özümə söz verdim ki, həyatımı da elə cəbhədə yaşadığım kimi yaşayacağam.
Vicdanla, düzgünlüklə, əyilmədən... Səncə, asandır bu? Bu dərdlərin, xəyanətlərin
içində necə yaşayasan? Neyləyim bəs? Bilirsən biz yazıqların nə qədər düşməni
var? Hara əl atıram – cinayət, hiylə, saxtakarlıq, yalan, qan... Təkcə adamlarımızı
öldürməyiblər, tariximizi, tarixlə birgə ruhumuzu da öldürüblər! Görmürsən
ermənilər nə hoqqalardan çıxır? Rusiyanın qucağında oturub iki yüz ildir bu
məzlum milləti qırdıqları azmış kimi, tarixi də saxtalaşdırırlar. İndi də
iştahlarından Qarabağ keçir...
İDARƏOLUNMAZ ALİM
...Ancaq Qarabağ məsələsi təkcə iştah söhbəti deyildi, çox böyümüşdü və
Qafqazın hüdudlarından çox-çox uzaqlarda müzakirə olunurdu. XIX yüzilin
əvvəllərində Azərbaycanın İrəvan xanlığının erməni vilayətinə çevrilərək,
kənardan köçürülən ermənilərlə doldurulması işi 1918-ci ildə sonuclanmış, həmin
ərazidə erməni dövləti qurulmuş və bu balaca dövlət tədricən türklərə qarşı
aparılan gizli savaşın arxa bağçalarından birinə çevrilmişdi. İndi də budur Mosk-
vanın, Avropa ölkələrinin dəstəyi ilə ermənilər açıq müharibəyə başlayıb;
Qarabağda yerli xalq, xaricilərin azəri dediyi Azərbaycan türkləri öldürülür, öz
vətənlərində. Üstəlik, Ermənistanda yenidən, bəlkə də beşinci, yaxud altıncı dəfə
yerli azəri türklərinin deportasiyası – zorla köçürülməsi başlanıb. Ermənilər
qorxu və həyəcanla bu işin nəticəsini gözləyirlər, əgər Ermənistandan
qovulanların köçü Dağlıq Qarabağa yönəldilsə, sürgün dayandırılacaq. Çünki 250
min adam Dağlıq Qarabağa yerləşsə, ordakı ermənilərin evlərini qaçqınlarla
dəyişərək Ermənistana köçməkdən başqa yolu qalmayacaq. Sadə ermənilər
istəsələr də Qarabağ iddiasında olanlar bunu siyasi və milli oyunbazlığa, ucuz
şöhrət və qazanc yoluna çevirənlər razılaşmırlar, o dəqiqə Qorbaçova elçi
düşüblər ki, Ermənistandan çıxarılanlar Qarabağa yerləşdirilsə, dünya dağılacaq,
qırğın düşəcək, onsuz da sadəlövh və qorxaq Azərbaycan rəhbərliyi sizin
sözünüzdən çıxa bilməz. Otur desən oturur, dur desən durur; tapşır, qoy gələnləri
böyük şəhərlərdə – Bakıda, Sumqayıtda yerləşdirsin; böyük şəhərlər dərya
kimidir, gələni-gedəni elə udur, izi elə itirir ki, özlərinin də xəbəri olmur.
Qorbaçovun ağlına batmışdı və elə həmin gün Bakıya zəng vurub Vəzirova
tapşırıq verilmişdi: “Qovulan azərbaycanlıları Bakıda, Sumqayıtda, işçi
qüvvəsinə ehtiyac olan böyük şəhərlərdə yerləşdirin!”
Bu, Azərbaycanı uzun müddət davam edəcək münaqişə ocağına çevirməkdi,
Ermənistanda ev-eşiyini qoyub gələn, qışın soyuğunda küçələrdə qalan adamlar
Bakıda ermənilərin rahat yaşadığını görəndə dözməyəcəklər, ara qarışacaq və bu
yolla guya azərbaycanlıların ermənilərə dözümsüz münasibəti görünəcək,
Azərbaycandan qopmaq istəyən ermənilərin haqlı olduğuna daha bir sübut əlavə
ediləcəkdi.
Bakıda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsindən başqa hamı başa
düşürdü bu oyunu. Təkcə Mərkəzi Komitə və birinci katib Vəzirov qul itaətkarlığı
ilə gözünü Moskvanın ağzına dikib gözləyir, uşaq kimi Qorbaçovun məsələni
çözəcəyinə inanırdı.
***
Ziyad bəy önündəki kağızları gözdən keçirdikcə yenidən bu münaqişələrin
başlandığı illər düşmüşdü yadına, çünki bu vərəqlərdəki qeydlərin çoxu elə həmin
hadisələrlə bağlıydı.
Kağızlarda naşir dostu Əkbərlə birgə hazırladıqları bəzi layihələr və görüşlər
barədə xırda qeydlər də vardı.
Arxivlərdə topladığı materiallar; da gözündən uzağa qoya bilmirdi; birdən bu
sənədlər tarixin yox, bu günün şəklinə çevrilmişdi, çünki özgələrin haqsızlığına
cavab verməyə möhlət tapmamış öz əclaflarımızın üzü açılırdı, gözünün önündə
keçmişdən o qədər də fərqlənməyən yeni faciələr baş verirdi. Özünə yer tapa
bilmirdi.
1988-ci ildə Dağlıq Qarabağın Ermənistana verilməsi uğrunda Moskvanın gizli
işarəsiylə başlanan erməni hərəkatı Azərbaycanın mərkəzin ağzına baxan haki-
miyyətini çaşdırmışdı. Lakin xalq ayıq idi. Zavod və fabriklərin fəhlələri,
tələbələr, ziyalılar gecə-gündüz yollar axtarırdılar.
Bu məsələlər Akademiyanın və universitetlərin dəhlizlərində, auditoriyalarda,
fəhlə yataqxanalarında hər gün müzakirə olunurdu. Ziyad Şıxlının gününün çoxu bu
müzakirələrdə, görüşlərdə və Altay Qızılbaşın da iştirak elədiyi məclislərdə
keçirdi. Sanki başqa söz, başqa qayğı qalmamışdı.
Vaxtilə yöndəmsiz, yəni tikanlı sualına görə söhbətlərini yarıda saxlayıb evindən
qovmaq istədiyi Altay onun gözünün qarşısında böyümüş, özü də Ziyad bəydən
tələb elədiyi kimi, bu günün hələ yalnız divarlar arasında davam edən
müzakirələrinin qəhrəmanlarından birinə çevrilmişdi.
Döyüşçü xarakteri akademik Ziyad Şıxlını meydana aparmış, hərəkatın
fəallarından birinə çevirmişdi.
Qorbaçovun ermənilərə Birinci Pyotrun fərmanlarından o qədər də seçilməyən
vədi və ermənilərin yeni torpaq qazanacaqları həvəsiylə küçələrə tökülüşməsi ilə
vərəqlədiyi sənədlər arasındakı əlaqə göz qabağındaydı və Moskva-erməni
anlaşmaları və cinayətinin üçyüzildən bəri necə ardıcıllıqla davam etdirilməsi onu
heyrətləndirirdi.
Azərbaycan komsomol məktəbinin manqurt yetişdirməsi olan rəhbərliyinin bütün
bu gedişatdan xəbəri yoxdur və verdiyi tapşırıqlar da fərqlidir: “Xalqı sakit-
ləşdirin, Moskva ilə danışırıq, hər şey yaxşı olacaq. Qanun bizim tərəfimizdədir”.
Bu sözü söyləyənlərə və Akademiya rəhbərliyinə inanmaq Ziyad Şıxlının özünə,
keçdiyi qəhrəmanlıq yoluna xəyanəti olardı və buna görə də ciddi fikir ayrılıqları
getdikcə dərinləşirdi.
Dostları ilə paylaş: |