12
Prinsipcə, istifadə olunan linqvistik termlərin (modifikatorların) sayı yeddi və ya doqquz da
ola bilər. Lakin nəzərə almaq lazımdır ki, insanların informasiya vahidlərinin fərqləndirmə
qabiliyyəti məhduddur və termlərin sayının artırılması dəqiqliyi artırmaq əvəzinə, onu
azaldacaq. İnsanlar 3-5 informasiya vahidləri ilə daha rahat işləyirlər. Termlərinin sayının tək
götürülməsinin əsas səbəbi isə ondadır ki, insanlar mərkəzi mövqeyi müəyyən etdikdən
sonra, onun ətrafındakı səpələmələri daha rahat dəyərləndirirlər.
Sorğunun keçirilməsindən əvvəl tələbələrə sorğunun nə üçün keçirildiyi barədə izahat
verilməlidir, eyni zamanda, onların nəzərinə çatdırılmalıdır ki, sorğu anonimdir və onların
qiymətlərinə təsir etməyəcək.
Misal 1 “İqtisadiyyata giriş” fənnini öyrənən tələbələr tələbin dəyişməsini tələb olunan miqdarın dəyişməsi ilə
səhv salırlar. “Mikroiqtisadiyyat” fənninin tədrisinə başlamazdan əvvəl belə halları əvvəlcədən üzə çıxarmaq və
tələbələrin yalnış fikirlərinin təshih edilməsi məqsədəuyğundur. Bunun üçün aşağıdakı sualdan istifadə etmək
olar.
Sual: Tələbin dəyişməsinin səbəbi
a.
Qiymətin dəyişməsidir. b. Gəlirin dəyişməsidir.
Düzgün cavabı və cavabınıza əminlik dərəcəsini qeyd edin.
1.
Tam əminəm ki, bu, düzdür.
2.
Kifayət qədər əminəm ki, bu, düzdür.
3.
Bunun düz və ya səhv olduğu barədə heç bir fikrim yoxdur.
4.
Kifayət qədər əminəm ki, bu, səhvdir.
5.
Tam əminəm ki, bu, səhvdir.
Misal 2
“Statistika” fənnini öyrənən tələbələr, bir qayda olaraq, hesab edirlər ki, proqnoz modelini quranda,
onun parametrlərinin qiymətləndirilməsi üçün bütün müşahidələrdən istifadə etmək lazımdır. Bu halda seçmənin
həcmi kifayət qədər böyük olacaq və modelin dəqiqliyi artacaq. Lakin onlar nəzərdən qaçırırlar ki, bu
proqnozun xətasını qiymətləndirmək çətin olacaq. Modelləşdirmə ilə əlaqədar olan hər hansı bir fənnin tədrisinə
başlamazdan əvvəl tələbələrin yanlış fikirlərini əvvəlcədən üzə çıxarmaq məqsədəuyğundur. Bunun üçün
aşağıdakı sualdan istifadə etmək olar.
Proqnoz modelinin qurulması zamanı
a. Modelin parametrlərinin qiymətləndirilməsi üçün bütün müşahidələrdən istifadə etmək
məqsədəuyğundur.
13
b. Modeli qurarkən, müşahidələrin bir qismindən parametrlərinin qiymətləndirilməsi, qalan hissədən
isə proqnozun xətasının müəyyən edilməsi üçün istifadə etmək məqsədəuyğundur.
Düzgün cavabı və cavabınıza əminlik dərəcəsini qeyd edin.
1.
Tam əminəm ki, bu, düzdür.
2.
Kifayət qədər əminəm ki, bu, düzdür.
3.
Bunun düz və ya səhv olduğu barədə heç bir fikrim yoxdur.
4.
Kifayət qədər əminəm ki, bu, səhvdir.
5.
Tam əminəm ki, bu, səhvdir.
Üsul öyrənməyə maneə yaradan yanlış fikirlər, natamam bilik və inanclar barədə çox
qısa müddət ərzində məlumat əldə etməyə və bu maneələrin aradan qaldırılması üçün
tədbirlər görməyə imkan verir.
Tətbiq baxımından müsbət nəticələrin əldə edilməsi kifayət qədər vaxt tələb edir,
çünki fundamental fikirlərin, inamların və münasibətlərin dəyişdirilməsi o qədər də asan iş
deyil.
Tətbiq
Problemin tanınması məsələləri
Bir çox sahələrdə təhsil alan tələbələr ixtasaslarına aid olan problemlərin həll
edilməsinin müxtəlif üsulları ilə tanış olurlar. Məsələn, mühəndislik ixtisasları üzrə oxuyan
tələbələr texnoloji parametrlərinin ölçməsinin və texniki sistemlərinin idarə edilməsinin
əsaslarını, sosial sahədə ixtisaslaşan tələbələr danışıqların aparılması, münaqişələrin həll
edilməsi üsulları, tibb sahəsində ixtisaslaşanlar isə müxtəlif növ xəstəliklərin simptomları,
xüsusiyyətləri, müayinə və müalicə üsullarını öyrənirlər. Lakin buna baxmayaraq, konkret
problem ilə üzləşəndə onlar problemin həlli üçün ən yaxşı üsulun seçimində çətinliklər
çəkirlər.
Çətinlikləri bir sıra amillər törədir. Hər hansı problemin həlli bir neçə mərhələdən
ibarətdir - problemin mövcudluğunun dərk edilməsi, onun hansı tipə aid olduğunun, həll üçün
mümkün olan üsullar (prinsiplər) çoxluğunun müəyyən edilməsi, ən münasib üsulun və ya
prinsipin seçilməsi, üsuldan istifadə edərək, problemin həlli və həllin tətbiqi. Hər bir mərhələ
çoxalternativlidir.
“Problemin tanınması məsələləri” üsulunda tələbələr onlara təqdim edilmiş hər bir
misalın hansı növə aid olduğunu müəyyən etməlidirlər.
14
Üsul tələbələrin müxtəlif tipli problemlərin təhlil edilməsi, verilmiş problemin məlum
tiplərlə tutuşdurulması və son nəticədə onun düzgün tanınmasına dair biliklərini
qiymətləndirir.
Üsul tələbələrin diaqnostika bacarıqlarını qiymətləndirir və onların diqqətini
problemlərin düzgün tanınması üzərində cəmləşdirir.
Problemin tanınması üsulu tələbələrin öyrənmə və təhlil etmə bacarıqlarını, uyğun
strategiya və vərdişlərini, məsələləri həll etmə məharətini, öyrəndiyi prinsip və
ümumiləşdirmələrin yeni hallara tətbiq etmə bacarıqlarını inkişaf etdirir.
Üsuldan aşağıdakı ardıcıllıqla istifadə etmək olar. İlk növbədə fərqləndirmə
baxımından tələbələr tərəfindən çətin hesab edilən və bir-birilə əlaqəli, lakin mahiyyətcə
müxtəlif olan problemlər seçilir. Xüsusi diqqət yetirilməlidir ki, seçilmiş hər bir misal ancaq
bir problemi təmsil esin, əks təqdirdə tələbələr tapşırığın öhdəsindən gələ bilməyəcəklər.
Tapşırığa daxil edilən problemlərin tiplərini müəllim özü əvvəlcədən verə bilər və ya
tələbələr özləri tapşırığı yerinə yetirərkən problemin tiplərini də özləri müəyyən edirlər.
Nəzərə alsaq ki, təhlil, tanınma və tətbiq prosesi kifayət qədər mürəkkəbdir və gərək
olan səyləri birbaşa qiymətləndirmək çətindir, əvvəlcə müəllim misalları həmkarlarına təqdim
etməsi tövsiyə olunur. Problemlərin tanınması üçün onlara tələb olunan vaxtı, sonra isə
məsələnin ümumi çətinlik səviyyəsini qiymətləndirmək olar. Tapşırığın yerinə yetirilməsi
üçün tələbələrə müəllimlərə nisbətən iki-üç dəfə artıq vaxt verilməlidir.
Üsul müxtəlif sahələrdə qarşıya çıxan məsələlərin həlli üçün istifadə oluna bilər.
Misal 1.
Bakı şəhərində yeni mənzillərin qiymətlərini proqnozlaşdırmaq üçün ən münasib üsul hansıdır? (eksponensial
hamarlama, sürüşən orta qiymət, bir dəyişənin və ya çox dəyişənin reqresiya modeli, ekonometrik model,
ekspertlərin rəyi)
Misal 2.
Statistik hesabatda ümumi daxili məhsulun dinamikası, strukturu, əhalinin gəlirlərinin dinamikası, sahələr üzrə
xarici və daxili investisiyalar, sənayenin, nəqliyyatın, kommunikasiya, enerji, kənd təsərrüfatı, təhsil, səhiyyə və
xidmət sahələrinin və infrastrukturun inkişafı əyani şəkildə nümayiş etdirilməlidir. Hər bir göstəricinin təsviri
üçün ən münasib üsul hansıdır? (cədvəl, dairəvi diaqram, sütun diaqramı, xətti diaqram)
Üsuldan istifadə edərkən, insanların real həyatda üzləşdiyi problemlərin çoxşaxəli
olmasına və eyni zamanda, bir neçə kateqoriyaya uyğun gəlməsinə diqqət yetirilməlidir.
Bundan başqa nəzərə almaq lazımdır ki, problemin tipinin düzgün müəyyən edilməsi
məsələnin həlli üçün müəyyən zəmin yaradır, lakin zəmanət vermir.
Dostları ilə paylaş: |