Ali MƏKTƏBLƏRDƏ formativ qiYMƏTLƏNDİRMƏNİn təTBİqetmə İmkanlari məhəmməd Nuriyev



Yüklə 283,87 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix08.10.2017
ölçüsü283,87 Kb.
#3838
1   2   3   4   5   6   7   8   9

12 

 

Prinsipcə, istifadə olunan linqvistik termlərin (modifikatorların) sayı yeddi və ya doqquz da 



ola bilər. Lakin nəzərə almaq lazımdır ki,  insanların informasiya vahidlərinin fərqləndirmə  

qabiliyyəti məhduddur və termlərin sayının artırılması dəqiqliyi artırmaq əvəzinə, onu 

azaldacaq. İnsanlar 3-5 informasiya vahidləri ilə daha rahat işləyirlər. Termlərinin sayının tək 

götürülməsinin əsas səbəbi isə ondadır ki, insanlar mərkəzi mövqeyi müəyyən etdikdən 

sonra, onun ətrafındakı səpələmələri daha rahat dəyərləndirirlər. 

Sorğunun keçirilməsindən əvvəl tələbələrə sorğunun nə üçün keçirildiyi barədə izahat 

verilməlidir, eyni zamanda, onların nəzərinə çatdırılmalıdır ki, sorğu anonimdir və onların 

qiymətlərinə təsir etməyəcək.  

 

Misal 1  “İqtisadiyyata giriş”  fənnini öyrənən tələbələr tələbin dəyişməsini tələb olunan miqdarın dəyişməsi ilə 

səhv salırlar. “Mikroiqtisadiyyat” fənninin tədrisinə başlamazdan əvvəl belə halları əvvəlcədən üzə çıxarmaq və 

tələbələrin yalnış fikirlərinin təshih edilməsi məqsədəuyğundur. Bunun üçün aşağıdakı sualdan istifadə etmək 

olar. 


 

Sual: Tələbin dəyişməsinin səbəbi  

 

a.

 



Qiymətin dəyişməsidir.                                         b. Gəlirin dəyişməsidir.   

 

Düzgün cavabı və cavabınıza əminlik dərəcəsini qeyd edin. 



 

1.

 



Tam əminəm ki, bu, düzdür. 

2.

 



Kifayət qədər əminəm ki, bu, düzdür.   

3.

 



Bunun düz və ya səhv olduğu barədə heç bir fikrim yoxdur. 

4.

 



Kifayət  qədər əminəm ki, bu, səhvdir. 

5.

 



Tam əminəm ki, bu, səhvdir. 

 

Misal 2

  

“Statistika”  fənnini öyrənən tələbələr, bir qayda olaraq, hesab edirlər ki, proqnoz modelini quranda, 



onun parametrlərinin qiymətləndirilməsi üçün bütün müşahidələrdən istifadə etmək lazımdır. Bu halda seçmənin 

həcmi kifayət qədər böyük olacaq və modelin dəqiqliyi artacaq. Lakin onlar nəzərdən qaçırırlar ki, bu 

proqnozun xətasını qiymətləndirmək çətin olacaq. Modelləşdirmə ilə əlaqədar olan hər hansı bir fənnin tədrisinə 

başlamazdan əvvəl tələbələrin yanlış fikirlərini əvvəlcədən üzə çıxarmaq məqsədəuyğundur. Bunun üçün 

aşağıdakı sualdan istifadə etmək olar. 

 

Proqnoz modelinin qurulması zamanı  



a.   Modelin parametrlərinin qiymətləndirilməsi üçün bütün müşahidələrdən istifadə etmək 

məqsədəuyğundur. 




13 

 

 b.  Modeli qurarkən, müşahidələrin bir qismindən parametrlərinin qiymətləndirilməsi, qalan hissədən 



isə proqnozun xətasının müəyyən edilməsi üçün istifadə etmək məqsədəuyğundur. 

Düzgün cavabı və cavabınıza əminlik dərəcəsini qeyd edin. 

 

1.

 



Tam əminəm ki, bu, düzdür. 

2.

 



Kifayət qədər əminəm ki, bu, düzdür.   

3.

 



Bunun düz və ya səhv olduğu barədə heç bir fikrim yoxdur. 

4.

 



Kifayət  qədər əminəm ki, bu, səhvdir. 

5.

 



Tam əminəm ki, bu, səhvdir. 

 

Üsul öyrənməyə maneə yaradan yanlış fikirlər, natamam bilik və inanclar barədə çox 



qısa müddət ərzində məlumat əldə etməyə və bu maneələrin aradan qaldırılması üçün 

tədbirlər görməyə imkan verir. 

Tətbiq baxımından müsbət nəticələrin əldə edilməsi kifayət qədər vaxt tələb edir, 

çünki fundamental fikirlərin, inamların və münasibətlərin dəyişdirilməsi o qədər də asan iş 

deyil.  

Tətbiq 

Problemin tanınması  məsələləri 

Bir çox sahələrdə təhsil alan tələbələr ixtasaslarına aid olan problemlərin həll 

edilməsinin müxtəlif  üsulları ilə tanış olurlar. Məsələn, mühəndislik ixtisasları üzrə oxuyan 

tələbələr texnoloji parametrlərinin ölçməsinin və texniki sistemlərinin idarə edilməsinin 

əsaslarını, sosial sahədə ixtisaslaşan tələbələr danışıqların aparılması, münaqişələrin həll 

edilməsi üsulları, tibb sahəsində ixtisaslaşanlar isə müxtəlif növ xəstəliklərin simptomları, 

xüsusiyyətləri, müayinə və müalicə üsullarını öyrənirlər. Lakin buna baxmayaraq, konkret 

problem ilə üzləşəndə onlar problemin həlli üçün ən yaxşı üsulun seçimində çətinliklər 

çəkirlər. 

Çətinlikləri bir sıra amillər törədir.  Hər hansı problemin həlli bir neçə mərhələdən 

ibarətdir - problemin mövcudluğunun dərk edilməsi, onun hansı tipə aid olduğunun, həll üçün 

mümkün olan üsullar (prinsiplər) çoxluğunun müəyyən edilməsi, ən münasib üsulun və ya 

prinsipin seçilməsi, üsuldan istifadə edərək, problemin həlli və həllin tətbiqi. Hər bir mərhələ 

çoxalternativlidir. 

 “Problemin tanınması məsələləri” üsulunda tələbələr  onlara təqdim edilmiş hər bir 

misalın hansı növə aid olduğunu müəyyən etməlidirlər. 




14 

 

Üsul tələbələrin müxtəlif tipli problemlərin təhlil edilməsi, verilmiş problemin məlum 



tiplərlə tutuşdurulması və son nəticədə onun düzgün tanınmasına dair  biliklərini 

qiymətləndirir.  

Üsul tələbələrin diaqnostika bacarıqlarını qiymətləndirir və onların diqqətini 

problemlərin düzgün tanınması üzərində cəmləşdirir.  

Problemin tanınması üsulu tələbələrin öyrənmə və təhlil etmə bacarıqlarını, uyğun 

strategiya və vərdişlərini, məsələləri həll etmə məharətini, öyrəndiyi prinsip və 

ümumiləşdirmələrin yeni hallara tətbiq etmə bacarıqlarını inkişaf etdirir. 

Üsuldan aşağıdakı ardıcıllıqla istifadə etmək olar. İlk növbədə fərqləndirmə 

baxımından tələbələr tərəfindən çətin hesab edilən və bir-birilə əlaqəli, lakin mahiyyətcə 

müxtəlif olan problemlər seçilir. Xüsusi diqqət yetirilməlidir ki, seçilmiş hər bir misal ancaq 

bir problemi təmsil esin, əks təqdirdə tələbələr tapşırığın öhdəsindən gələ bilməyəcəklər. 

Tapşırığa daxil edilən problemlərin tiplərini müəllim  özü əvvəlcədən verə bilər və ya  

tələbələr özləri tapşırığı yerinə yetirərkən problemin tiplərini də özləri müəyyən edirlər.   

Nəzərə alsaq ki, təhlil, tanınma və tətbiq prosesi kifayət qədər mürəkkəbdir və gərək 

olan səyləri birbaşa qiymətləndirmək çətindir, əvvəlcə müəllim misalları həmkarlarına təqdim 

etməsi tövsiyə olunur. Problemlərin tanınması üçün onlara tələb olunan vaxtı, sonra isə 

məsələnin ümumi çətinlik səviyyəsini qiymətləndirmək olar. Tapşırığın yerinə yetirilməsi 

üçün tələbələrə müəllimlərə nisbətən iki-üç dəfə artıq vaxt verilməlidir. 

Üsul müxtəlif sahələrdə qarşıya çıxan  məsələlərin həlli üçün istifadə oluna bilər. 

Misal 1. 

Bakı şəhərində yeni mənzillərin qiymətlərini proqnozlaşdırmaq üçün ən münasib üsul hansıdır? (eksponensial 

hamarlama, sürüşən orta qiymət, bir dəyişənin və ya çox dəyişənin reqresiya modeli, ekonometrik model, 

ekspertlərin rəyi)  

 

Misal 2. 

Statistik hesabatda ümumi daxili məhsulun dinamikası, strukturu, əhalinin gəlirlərinin dinamikası, sahələr üzrə 

xarici və daxili investisiyalar, sənayenin, nəqliyyatın, kommunikasiya, enerji, kənd təsərrüfatı, təhsil, səhiyyə və 

xidmət sahələrinin və infrastrukturun inkişafı əyani şəkildə nümayiş etdirilməlidir. Hər bir göstəricinin təsviri 

üçün ən münasib üsul hansıdır? (cədvəl, dairəvi diaqram, sütun diaqramı, xətti diaqram)   

 

 

Üsuldan istifadə edərkən, insanların real həyatda üzləşdiyi problemlərin çoxşaxəli 



olmasına və eyni zamanda, bir neçə kateqoriyaya uyğun gəlməsinə diqqət yetirilməlidir.  

Bundan başqa nəzərə almaq lazımdır ki, problemin tipinin düzgün müəyyən edilməsi 

məsələnin həlli üçün müəyyən zəmin yaradır, lakin zəmanət vermir.   



Yüklə 283,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə