Ali MƏKTƏBLƏRDƏ formativ qiYMƏTLƏNDİRMƏNİn təTBİqetmə İmkanlari məhəmməd Nuriyev



Yüklə 283,87 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix08.10.2017
ölçüsü283,87 Kb.
#3838
1   2   3   4   5   6   7   8   9

15 

 

Uyğun prinsip 

Əksəriyyət problem və məsələlərin həlli üçün eyni zamanda bir sıra üsul və 

prinsiplərdən istifadə etmək olar. Lakin, bir qayda olaraq, mümkün olan yanaşma və 

prinsiplərdən biri məsələnin həlli üçün ən münasib olur. Bunları nəzərə alaraq, həll olunası 

məsələnin tipi müəyyən olunduqdan sonra məsələnin həlli üçün münasib prinsip seçilməlidir. 

Üsuldan istifadə edərkən, tələbələrə bir neçə məsələ təqdim edilir və onlar hər bir məsələnin 

həlli üçün münasib olan prinsipi müəyyən etməlidirlər. Bəzi hallarda məsələnin həllini təmin 

edən prinsipin əvəzinə pozulduqda problem yaradan prinsiplər aşkarlanmalıdır. Tələbələr 

verilmiş konkret prinsiplər ilə hansı növ məsələlərin həll olunmasının mümkün olduğunu 

öyrənirlər.  

Üsulun mütəmadi tətbiqi tələbələrin riyazi bacarıqlarını təkmilləşdirir, məsələləri həll 

etmə bacarıqlarını inkişaf etdirir, öyrəndiyi prinsip və ümumiləşdirmələri yeni məsələlərə 

tətbiq etmək bacarıqlarını inkişaf etdirir.  “Uyğun prinsip”  həm dəqiq alqoritmlərdən və 

miqdari üsullardan, həm də, təcrübəyə əsaslanan qaydalardan   istifadə edən fənlər üçün 

münasib sadə qiymətləndirmə üsuludur. 



Misal 1 

Problem 1. Çoxsaylı dəyişənlərin, əlaqə və məhdudiyyətlərin olması kompaniyanın resurslarının 

səmərəli bölüşdürülməsini çətin bir məsələyə çevirib. Məsələnin həllini sadələşdirmək üçün hansı 

prinsipdən istifadə etmək olar?  

Problem 2. Son vaxtlar firmanın idarə edilməsində bir sıra problemlər yaranır: şöbələr arasında 

əməkdaşlıq zəifdir, aralarında ciddi rəqabət yaranıb və qəbul olunan qərarlar firmanın ümumi 

maraqlarına ziddir,  resurslardan səmərəli istifadə olunmur, hər bir şöbə özünün resurs bazasını daimi 

genişləndirməyə cəhd edir,  rəhbərliyin tapşırıqların icrası qənaətbəxş deyil. Problemin qısa müddət 

ərzində həll olunması üçün ən münasib yanaşma hansıdır? 

Ümumi prinsiplər: sınaq və səhvlər, mərkəzləşdirmə, desentralizasiya, problemin daha kiçik hissələrə 

bölünməsi (dekompozisiya), uzaqgörənlik və dərindüşüncəlilik, səlahiyyətlərin bölgüsü.   

 

Üsuldan istifadə etmək üçün ilk növbədə tədris olunan fəndə öyrədilən əsas prinsipləri 



müəyyən etmək lazımdır. Eyni zamanda, hər bir prinsipin tətbiqini nümayiş etdirən misal 

hazırlanmalıdır. Uyğun prinsiplər və onlar ilə müqayisə olunacaq problemlərin siyahısı 

xüsusi  formada qeyd oluna bilər.  

Problemin tanınması üsulunda olduğu kimi, bu üsulda da misalları əvvəlcə 

həmkarlara təqdim etmək məqsədəuyğundur. Həmkarlar üzərində keçirilən sınaq əsasında 



16 

 

məsələnin həlli üçün onlara tələb olunan vaxt qiymətləndirilir və bu qiymətə əsaslanaraq 



tapşırığın yerinə yetirilməsi üçün tələbələrə ən azı ikiqat çox vaxt verilir. 

Üsul konkret misallarda reallaşdırılmış və ya həmin misallarda pozulmuş prinsipləri 

aşkarlayır, tələbələrin ümumidən konkretə keçmək bacarığını inkişaf etdirir və qiymətləndirir 

və bu barədə əks əlaqəni həm müəllimə, həm də tələbələrə çatdırır. Üsuldan istifadə edərkən, 

nəzərdə saxlamaq lazımdır ki, problem və prinsipləri müqayisə etmək bacarığı problemin 

tanınması məsələlərində olduğu kimi, birbaşa problemləri həll etmə bacarığına çevrilmir. 



Problemin həllinin sənədləşdirilməsi 

 “Problemin həllinin sənədləşdirilməsi” üsulu tələbələrdə öz bilikləri barədə 

metabilikləri formalaşdırır,  problemin həllinin ardıcıllığını izləmək və uyğun qeydləri 

aparmaq bacarığını inkişaf etdirir. Tələbələr məsələni necə həll etdiyini nümayiş və izah 

etməlidirlər. Bu məsələ təsəvvür olunduğu qədər sadə deyil, bir çox hallarda tələbələr 

məsələni mexaniki həll edirlər, lakin bunu necə etdiyini izah edə bilmirlər. 

Üsulun əsas məqsədi problemin həll etmə prosesini və nəticəsini dəyərləndirməkdən 

və tələbələrin bu prosesi nə dərəcədə yaxşı başa düşdüklərini və  izah edə bildiklərini 

qiymətləndirməkdən ibarətdir. Üsulun mütəmadi istifadəsi tələbələrin riyazi və məsələləri 

həll etmə bacarıqlarını təkmilləşdirir, öyrəndiyi prinsip və ümumiləşdirmələri tətbiq etmək 

bacarıqlarını inkişaf etdirir. 

Üsul məsələnin həll etmə strategiyalarına və düşüncə proseslərinə nəzər salmağa, 

uğurlu və üğursuz yanaşmaları fərqləndirməyə, həll etmə prosesinə nəzarət etməyə imkan 

verir. 


Üsulu tətbiq etmək üçün tələbələrin öyrəndiklərinə uyğun bir neçə məsələ seçilir. 

Məsələlərdən heç olmasa biri bütün tələbələrin öhdəsindən gələ biləcəyi, biri isə əksəriyyət 

tələbələr üçün kifayət qədər çətin  məsələ olmalıdır.  Bütün seçdiyi məsələləri müəllim özü 

həll etməlidir, həll etmə prosesi sənədləşdirilməlidir və hər bir məsələnin həlli üçün gərək 

olan vaxt müəyyən olunmalıdır. Həddindən çox çətin görünən və ya çox vaxt tələb edən 

məsələ əvəz olunmalıdır. Tələbələrə təqdim etmək üçün təqribən yarım saat ərzində həll 

olunması mümkün olan məsələlər hazırlanır. Tapşırığın yerinə yetirilməsi üçün tələbələrə 

müəllimə nisbətən azı iki dəfə çox vaxt ayrılır. 

İlk növbədə mühasibat uçotu, cəbr, proqrammlaşdırma, mühəndislik, iqtisadiyyat, 

fizika, statistika, kimya, məntiq kimi kəmiyyət xarakterli fənlərdə məsələnin həllinin 

qiymətləndirilməsi üçün uyğundur.  

 



17 

 

Misal 1. 

Makroiqtisadiyyat fənnində “Ümumi daxili məhsul (ÜDM)” anlayışı müəyyən dövr ərzində ölkədə istehsal 

olunmuş və satılmış bütün məhsul və xidmətlərin son dəyəri kimi təqdim edilmişdır. Tələbələrə verilən misalda  

ÜDM-i hesablamaq həllini sənədləşdirmək tələb olunur. 

İlkin məlumat 

 

İstehlakçıların əmtəə və xidmətlərə çəkdiyi xərclər   



 

250 mln AZN 

Yeni binaların tikilməsinə, avadanlıqların alınmasına və  

 

 



 

ehtiyatların miqdarının dəyişdirilməsinə yönələn investisiya xərcləri 

  70 mln AZN 

Dövlət və yerli idarəetmə orqanların xərcləri  

 

 

210 mln AZN 



İdxal 

 

 



 

 

 



 

 

  40 mln AZN 



İxrac    

 

 



 

 

 



                 35 mln AZN 

Gəlir vergisi                                                                                                  90 mln AZN 



 

Cavab: 525 mln AZN 

 

Həllin sənədləşdirilməsi  

 

 

İlk növbədə ÜDM-in tərifini və tərkibini diqqətlə nəzərdən keçirirəm və uyğun qeydlər edirəm. 



 

ÜDM-in tərifinə, tərkib elementlərinə və qeydlərimə əsaslanaraq ÜDM-i hesablamaq üçün istehlakı, 

investisiyaları,  dövlət və yerli idarəetmə orqanlarının  xərclərini və xalis ixracı cəmləməliyəm. 

 

Xalis ixrac (idxal və ixrac fərqi)



 

bərabərdir 35 mln AZN çıxılsın 40 mln AZN.  

 

İdxal edilmış məhsullar başqa ölkənin istehsalıdır. 



 

ÜDM=istehlak+investisiya+dövlət xərcləri+xalis ixrac 

 

Bizim halda:  



250 mln AZN+70 mln AZN+210 mln AZN+(35 mln AZN-40 mln AZN)=525 mln AZN. 

 

Misal 2. 

Mikroiqtisadiyyat fənnin tədrisində “Tələbin qiymətə görə elastikliyi” mövzusunu başa çatdırdıqdan sonra 

müəllim tələbələrin bilklərini yoxlamaq üçün aşağıdakı sualı verir və suala cavab verilməsi prosesinin 

sənədləşdirlməsini tələb edir. 

Əgər tələbin qiymətə görə elastikliyi 1-ə bərabərdirsə, onda qiymətin azalması nəticəsində: 

 

a.



 

Məcmu gəlir mühüm dərəcədə artacaq. 

b.

 

Məcmu gəlir mühüm dərəcədə azalacaq. 



c.

 

Məcmu gəlir dəyişməyəcək. 



d.

 

Məcmu gəlir cüzi artacaq. 



e.

 

Məcmu gəlir cüzi azalacaq. 




Yüklə 283,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə