Ali MƏKTƏBLƏRDƏ formativ qiYMƏTLƏNDİRMƏNİn təTBİqetmə İmkanlari məhəmməd Nuriyev



Yüklə 283,87 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix08.10.2017
ölçüsü283,87 Kb.
#3838
1   2   3   4   5   6   7   8   9

 

-



 

Cavablandırılmamış qalan mühüm sual (məsələ) hansıdır? 

Sualların qoyuluşunda müəyyən dəyişikliklərin edilməsi imkanları kifayət qədər genişdir

məsələn, ən mühümün əvəzinə mövzuda hansı yeni ideya və fikirlərin açıqlandığı barədə sual 

verilə bilər. 

Tələbələr müəllimin əvvəlcədən hazırlayıb payladığı vərəqdə bu suallara qısa cavab 

verirlər. Üsulun təyinatı ayrı-ayrı tələbələri yox, bütöv qrupun və ya qrup birləşmələrinin 

qiymətləndirilməsi olduğuna görə, sorğu anonim aparılır. Mövzunun mürəkkəbliyindən asılı 

olaraq yoxlamanın keçirilməsi üçün 5-7 dəqiqə ayrılır. 

 

Nəzərə alaraq ki, semestrin əvvəlində tələbələrin fənnə dair bilikləri zəif olur, sualı 



sadələşdirilmış formatda qoyaraq onlara öyrəndikləri konkret prinsip və ya konsepsiyaya dair 

sual da vermək olar.  

Bu və bir sıra başqa formativ qiymətləndirmə üsullarının maraqlı xüsusiyyəti ondan 

ibarətdir ki, mütəmadi tətbiq olunduğu halda, onlar tələbələrdə özlərinin biliklərini 

qiymətləndirmək bacarığını inkişaf etdirir. 

Misal 1 

“İkili yazılış” üsulun mahiyyətini öz sözlərinizlə izah edin və  mühasibat uçotunda bu sistemdən istifadə 

edilməsinin üstünlüyünü açıqlayın. 

Misal 2 

Nə üçün “şəxsi maraq” həm istehsalçılara, həm də  istehlakçılara faydalanmaq imkanı verir? 

Üsulun əsas üstünlüyü minimal səylə tədrisin gedişatı barədə semestr boyu əks 

əlaqənin əldə edilməsidir. Üsuldan mütəmadi istifadə ediləndə tələbələrdə mühüm 

informasiyanı ikinci dərəcəli informasiyadan və xırda detallardan ayırmaq, informasiyanı 

süzgəcdən keçirmək, öyrətmə prosesində müəllimin və özlərinin diqqətindən yayınanları üzə 

çıxarmaq bacarığı formalaşır. Cavablandırılmamış sualların qalmasının əsas səbəbi ondan 

ibarətdir ki, bir çox hallarda ali məktəbdə dərs deyən müəllimlər, xüsusilə təcrübəsi zəngin 

olmayanlar, hesab edirlər ki, onlar üçün adi olan baza biliklər tələbələr üçün də məlum bir 

şeydir. Tələbələrin verdiyi cavablar müəllimə öyrənmə prosesinin nə dərəcədə məntiqi və 

əhatəli olduğunu, öyrətdiklərini tələbələrin  necə öyrəndiklərini qiymətləndirməyə imkan 

verir. Üsuldan alınan əks əlaqə əsasında ehtiyac olduğu hallarda tədris prosesinə düzəlişlər 

edilir, tələbələrə əlavə informasiya çatdırılır, qavramanı sadələşdirmək məqsədilə 

informasiyanın formatı dəyişdirilir, tədrisin tempinə düzəlişlər edilir. 




10 

 

Qeyd etmək lazımdır ki, üsulun məqsədi analitik bacarıqları - ilk növbədə sistemli 



yanaşmanı, “bütövlükdə meşəni və ayrı-ayrı ağacları” görmək qabiliyyətini, təhlil və sintez 

bacarıqlarını inkişaf etdirmək; termin, faktlar, konsepsiya və nəzəriyyələri öyrətməkdir.   

Üsuldan həm mühazirə, həm də, məşğələ və müzakirələrdə istifadə etmək olar.  Tətbiqinə 

müəllim və tələbə tərəfindən az vaxt və səy tələb olunduğuna görə üsul müxtəlif ölçülü qrup 

və qrup birləşmələri üçün münasibdir. Nəticələr müəllimə tələbələrin fikirlərini, tələbələrə isə 

qrup yoldaşlarına nisbətən öz mövqelərini müəyyən etməyə imkan verir.  



“Ən çətin və ya aydın olmayan” 

Üsulun mahiyyəti ondan ibarətdir ki, tələbələrə  “Mühazirədə (mövzuda, müzakirədə, 

ev tapşırığında və s.) onlar üçün ən çətin və ya aydın olmayan nə idi? ” tipli sual verilir və 

onlar suala tezliklə qısa yazılı cavab verirlər.  

Ən çətin və ya başa düşülməyən elementə dair sual müəllimə konkret bir mühazirə və 

ya mövzuda tələbələr üçün çaşdırıcı və aydın olmayan hər hansı bir bilik elementi barədə 

məlumatı əldə etməyə şərait yaradır. Yeni zamanda, üsul tələbələrə aydın olmayanları, çətin 

qavrananları üzə çıxarmağa imkan verir. Əldə olunan məlumat əsasında müəllim öyrətmə 

prosesinə gərək olan düzəlişləri edir, tədris vaxtı mövzular arasında, onların qavrama 

baxımından nə dərəcədə mürəkkəb olduğundan asılı olaraq, yenidən və daha səmərəli 

bölüşdürülür. Qeyd etmək lazımdır ki, üsul çox sadə görünsə də, onun reallaşdırılması 

tələbələrdən yüksək səviyyəli analitik düşüncə tələb edir.  

Üsul dinləmə, öyrənmə və dərk etmə bacarıqlarını, predmet sahəsinə dair baza 

biliklərini  inkişaf etdirir. 

Üsul əsasən böyük ölçülü qrup və qrup birləşmələri və tədris zamanı tələbələrə böyük 

həcmdə məlumat çatdırılan  fənlər üçün münasibdir. Belə bir fənn kimi ilk növbədə 

riyaziyyatı, təbiət elmlərini, iqtisadiyyatı, sosial və siyasi elmlərı və statistikanı qeyd etmək 

olar. Yoxlama sualı tələbələrə dərsin sonunda verilməlidir. Üsulun şərtlərinə uyğun olaraq  

tələbələr qısa cavab verdiklərinə görə, cavabların qiymətləndirilməsi və əldə olunan əks əlaqə 

əsasında mövzunun tələbələr  tərəfindən necə qavrandığı barədə nəticə çıxarmaq asandır. 

Üsuldan istifadə etmək üçün müəllim ilk növbədə tapşırıqda əhatə edəcək mövzu və materialı 

müəyyən etməlidir. Ayrılan vaxt mövzu və materialın həcminə və mürəkkəbliyinə mütənasib 

olmalıdır.  

Sorğu, bir qayda olaraq, anonim keçirilir və tələbələrə bu barədə əvvəlcədən məlumat 

verilir. Tələbələrin nəzərinə çatdırılır ki, üsulun tətbiq olunmasının əsas məqsədi onlar üçün 

ən çətin olanlarını üzə çıxarmaq və bunları bir daha izah etməkdir. Cavabların yoxlanılması 




11 

 

nəticəsində üzə çıxarılan çətin bilik elementləri növbəti dərsin əvvəlində bir daha şərh 



olunmalıdır.  

Üsulun əsas üstünlükləri onun sadəliyi, anonim olması, tədrisin gedişatının cari 

mənzərəsini əldə etmək, mövzuya tələbənin gözü ilə baxmaq,  sinifdə olan tələbələrin 

qavrama bacarıqlarını fərqləndirmək və onların fənn materialına olan diqqətin artırmaq 

imkanıdır. 

Təcrübə göstərir ki, bir qayda olaraq, müəllimin fikrincə ən yaxşı izah olunmuş 

materialı da başa düşməyən tələbələr olacaq, tələbə üçün başa düşülməyəni üzə çıxarmaq o 

qədər də asan məsələ deyil və bu vərdiş tədricən inkişaf edir. Mütəmadi olaraq, belə sualın 

cavablandırılması tələbələrdə müəllim üçün o qədər də rahat və asan olmayan sualların 

verilməsi bacarığının inkişaf etdirilməsi ilə də nəticələnə bilər. Müəllim buna hazır olmalıdır. 



Qabaqcadan formalaşmış yanlış fikirlərin yoxlanılması 

Məlumdur ki, həyat boyu insanlarda gündəlik üzləşdiyi sahələr barədə (siyası 

hadisələr, tarix, iqlim, iqtisadi problemlər və s.) bir sıra yanlış fikirlər və inanclar formalaşır. 

Belə  yanlış fikirlər, natamam bilik və inanclar öyrənmə prosesində ciddi çətinliklər yaradır. 

Necə ki, insanlar mənfi xarakterli vərdişləri çətinliklə tərgidirlər, eynilə,  yanlış məlumatı 

olanı öyrətmək məlumatı olmayanı öyrətməkdən çətindir.  

Yanlış fikirlərin yoxlanılması üsulu öyrənmə prosesinə  maneə yarada biləcək əvvəlki 

bilik və inancları açıqlayır və tədrisi bunları nəzərə almaqla qurmaq və tələbələrin biliklərini 

tədricən transformasiya etmək imkanı verir. Üsul, ümumiyyətlə, tələbələrdə faktları və 

subyektiv fikirləri fərqləndirmək bacarığını inkişaf etdirir, predmet sahəsinə dair konsepsiya 

və nəzəriyyələrinin öyrənilməsi prosesini dəstəkləyir.   

Qeyd etdiyimiz kimi, üsul daha çox sosial, humanitar və insanların davranışına dair 

fənlərə uyğundur.  

Üsuldan istifadə etmək fikrində olan müəllim müşahidələr və interaktiv ünsiyyət 

vasitəsilə tələbələr arasında geniş yayılmış yanlış fikirləri aşkarlamalı və onlardan 

başlamalıdır.  

Fikirləri açıqlamaq üçün sorğu keçirilir. Sorğuda çoxseçimli və qısa cavab suallar 

formatından istifadə oluna bilər. Tələbələrin yanlış fikirlərə inam dərəcəsini müəyyən etmək 

üçün Likert şkalasından istifadə olunur. Bu şkalada cavablar tam inamdan tam inamsızlıq 

dərəcəsinə qədər beş növə bölünür. Məsələn, “Tam əminəm ki, bu, düzdür”, “Kifayət 



qədər əminəm ki, bu, düzdür”,  “Bunun düz və ya səhv olduğu barədə heç bir fikrim 

yoxdur”, “Kifayət  qədər əminəm ki, bu, səhvdir”, “Tam əminəm ki, bu, səhvdir”


Yüklə 283,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə