Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə39/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   35   36   37   38   39   40   41   42   ...   50

239.1.1. xarici malların gömrük ərazisinə gətirilməsinə, onların gömrük 
nəzarətindən çıxarılmasına, gömrük ərazisi daxilində hərəkətinə, emalına, 
saxlanılmasına, müvəqqəti idxalına, yaxud onlar barəsində sərəncam verilməsinə 
dair qanunvericiliklə müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə; 
239.1.2. gömrük ərazisi daxilində mallardan son istifadə ilə əlaqədar gömrük 
qanunvericiliyində müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə; 
239.1.3. xarici malların müvafiq gömrük proseduru altında yerləşdirilməsini, 
yaxud onlardan son istifadə ilə əlaqədar gömrük rüsumlarından və vergilərdən 
tamamilə və ya qismən azad edilməni tənzimləyən şərtlərə əməl olunmadıqda. 
239.2. Müəyyən olunmuş şərtlərə əməl edilməməsi ilə əlaqədar gömrük borcunun 
yarandığı vaxt aşağıdakılardan biri hesab olunur: 
239.2.1. gömrük borcunun yaranmasına səbəb olan öhdəliyə əməl edilmədiyi, 
yaxud əməl edilməsinin dayandırıldığı vaxt; 
239.2.2. malların müvafiq gömrük proseduru altına yerləşdirilməsi, yaxud 
onlardan son istifadə ilə əlaqədar gömrük rüsumlarından və vergilərdən tamamilə 
və ya qismən azad edilməni tənzimləyən şərtlərə faktiki əməl edilməməsi aşkar 
olunduğu halda, malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün 
verilən gömrük bəyannaməsinin təsdiq edildiyi vaxt. 
239.3. Bu Məcəllənin 239.1.1-ci və 239.1.2-ci maddələrində qeyd edilən hallarda 
aşağıdakı şəxslər borclu hesab edilirlər: 
239.3.1. müvafiq öhdəlikləri yerinə yetirməli olan şəxs; 
239.3.2. öhdəlikləri yerinə yetirməli olan şəxsin adından çıxış etmiş və ya bu 
öhdəliklərin yerinə yetirilməməsinə gətirib çıxaran hərəkətlərdə iştirak etmiş şəxs 
(həmin öhdəliklərin yerinə yetirilmədiyini bildiyi, yaxud bilməli olduğu halda); 
239.3.3. malları əldə edərkən, yaxud saxlamaq üçün qəbul edərkən, onlarla bağlı 
öhdəliklərin yerinə yetirilmədiyini bilən, yaxud bilməli olan şəxs. 
239.4. Bu Məcəllənin 239.1-ci maddəsində göstərilən gömrük prosedurları ilə əlaqədar 
gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsinin tərtibi, yaxud malların 
müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatlardan 
istifadə nəticəsində idxal gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən 
azadolma baş verdikdə, gömrük bəyannaməsinin tərtib edilməsi üçün tələb olunan 
məlumatları təqdim etmiş şəxs də, bu məlumatların səhv olduğunu bildiyi və ya bilməli 
olduğu halda, borclu hesab olunur. 
Maddə 240. Malların ixracı üzrə gömrük borcu 


240.1. Malların ixracı üzrə gömrük borcu daxili malların bu Məcəlləyə əsasən ixrac 
gömrük proseduru və ya xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi 
nəticəsində yaranır. 
240.2. Gömrük borcu gömrük bəyannaməsinin gömrük orqanları tərəfindən təsdiq 
edildiyi vaxt yaranır. 
240.3. Malları bəyan edən şəxs borclu hesab olunur. Gömrük təmsilçiliyi dolayısı həyata 
keçirilərsə, adından gömrük bəyannaməsi verilən şəxs də borclu hesab edilir. 
240.4. Bu Məcəllənin 240.1-ci maddəsində göstərilən gömrük prosedurları ilə əlaqədar 
gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsi ixrac gömrük rüsumlarından və 
vergilərdən tamamilə və ya qismən azad edilməsinə səbəb olan məlumatlar əsasında 
tərtib edilmişdirsə, həmin məlumatları təqdim etmiş şəxs də, bu məlumatların səhv 
olduğunu bildiyi, yaxud bilməli olduğu halda, borclu hesab olunur. 
Maddə 241. Malların ixracı üzrə müəyyən olunmuş şərtlərə əməl edilməməsi ilə əlaqədar 
yaranan gömrük borcu 
241.1. İxrac gömrük rüsumları tutulmalı olan mallar üzrə gömrük borcu şəxs tərəfindən 
aşağıdakı şərtlərin hər hansı birinə əməl edilmədikdə yaranır: 
241.1.1. malların ixracı ilə əlaqədar bu Məcəllə və gömrük işi üzrə digər 
qanunvericilik aktlarında nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilmədikdə; 
241.1.2. malların gömrük ərazisindən ixrac gömrük rüsumlarından və vergilərdən 
tamamilə və ya qismən azad olmaqla aparılması şərtlərinə əməl edilmədikdə. 
241.2. Müəyyən olunmuş şərtlərə əməl edilməməsi ilə əlaqədar gömrük borcunun 
yarandığı vaxt aşağıdakılardan biri hesab olunur: 
241.2.1. malların gömrük ərazisindən gömrük bəyannaməsi olmadan faktiki 
aparıldığı vaxt; 
241.2.2. gömrük ərazisindən ixrac gömrük rüsumlarından və vergilərdən 
tamamilə və ya qismən azad edilməklə aparılan malların gömrük orqanlarının 
icazə verdiyi yerdən deyil, başqa yerdən aparıldığı vaxt; 
241.2.3. gömrük orqanları bu Məcəllənin 241.2.2-ci maddəsində göstərilən vaxtı 
müəyyən edə bilmədikdə, ixrac gömrük rüsumlarından və vergilərdən tamamilə 
və ya qismən azadedilmə şərtlərinin yerinə yetirildiyini təsdiqləyən sənədlərin 
verilməsi üçün müəyyən edilmiş müddətin başa çatdığı vaxt. 
241.3. Bu Məcəllənin 241.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda aşağıdakı şəxslər 
borclu hesab edilirlər: 


241.3.1. müvafiq öhdəlikləri yerinə yetirməli olan şəxs; 
241.3.2. öhdəlikləri yerinə yetirməli olan şəxsin adından çıxış etmiş şəxs (həmin 
öhdəliklərin yerinə yetirilmədiyini bildiyi, yaxud bilməli olduğu halda); 
241.3.3. öhdəliklərin yerinə yetirilməməsinə gətirib çıxarmış hərəkətlərdə iştirak 
etmiş və gömrük bəyannaməsi təqdim edilməli olduğu hallarda onun təqdim 
edilmədiyini bilən, yaxud bilməli olan şəxs. 
241.4. Bu Məcəllənin 241.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda malların gömrük 
ərazisindən ixrac gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad 
edilməklə aparılması üçün müvafiq şərtləri yerinə yetirməli olan şəxs borclu hesab edilir. 
Fəsil 44. Gömrük borcunun hesablanması və ödənilməsi 
Maddə 242. Gömrük borcunun hesablanmasının əsasları 
242.1. Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği hesablanarkən, malların bu 
Məcəllə və «Gömrük tarifi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun 
qaydada müəyyən edilən gömrük dəyəri əsas götürülür. 
242.2. Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, Azərbaycan 
Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü 
vahidi və gömrük dəyəri əsas götürülür. 
242.3. Gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin 
hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac 
olunan mallara münasibətdə isə, mallara dair bəyannamənin təqdim olunduğu gündən 
başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas 
götürülür. 
242.4. Gömrük borcunun məbləği gömrük bəyannaməsi verildikdən sonra mümkün qədər 
qısa müddətdə hesablanmalıdır. 
242.5. Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği müvafiq icra hakimiyyəti 
orqanının müəyyən etdiyi qaydada hesablanır. 
Maddə 243. Gömrük borcunun ödənilməsi müddətləri 
243.1. Gömrük borcu gömrük orqanları tərəfindən gömrük bəyannaməsi təsdiq 
edilənədək və ya gömrük bəyannaməsinin təsdiqi ilə eyni vaxtda ödənilir. 
243.2. Kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar üzrə gömrük borcu, 
onlar gömrük sərhədindən keçirilərkən sadələşdirilmiş bəyannamənin təsdiqi ilə eyni 
vaxtda ödənilir. 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə