25 iyun 2014-ъц ил
http://www.amu.edu.az
3
u
İyunun 23-də Böyük
Elmi Şura 2013/2014-
cü tədris ilinin son
iclasını keçirdi. İclası
açan universitetin tədris
işləri üzrə prorektoru,
ə.e.x., professor Sabir
Əliyev ilk öncə bu
günlərdə səhiyyə
işçilərinin peşə bayramı
ilə əlaqədar ölkə başçısı
cənab İlham Əliyevin
Sərancam imzaladığını
diqqətə çatdırdı və
universitetimizin
əməkdaşları professor
Gəray Gərayzadə
və dosent Cümşüd
Cümşüdovu «Əməkdar
müəllim» fəxri adı
almaları münasibətilə
təbrik etdi. Daha
sonra prorektor uşaq
yoluxucu xəstəliklər
kafedrasının müdiri, tibb
elmləri doktoru Nərgiz
Hüseynovanı 70 illik
yubileyi münasibətilə
təbrik edərək, alimin
universitetimizin
həyatındakı xidmətlərini
xüsusi vurğuladı,
gələcək işlərində ona
uğurlar dilədi.
Sonra Azərbaycan Tibb Universi-
teti üzrə 2013/2014-cü tədris ilində
Dövlət Attestasiya Komissiyası
sədrlərinin hesabatı dinlənilmiş və
gənc mütəxəssislərin hazırlanma-
sı keyfiyyətinin yaxşılaşdırılma-
sı işində universitet kollektivinin
vəzifələri” müzakirə edilmişdir.
Attestasiya
Komissiyasının
sədrləri
I
müalicə-profilaktika
fakültəsi üzrə Elmi-Tədqiqat Trav-
matologiya və Ortopediya İnstitutu-
nun direktoru, ə.e.x., professor Va-
qif Verdiyev, II müalicə-profilaktika
fakültəsi üzrə Ə.Əliyev adına
Həkimləri Təkmilləşdirmə İnstitu-
tunun psixiatriya və narkologiya
kafedrasının müdiri, tibb elmləri
doktoru Teymur Qafarov, pediat-
riya fakültəsi üzrə Ə.Əliyev adına
Həkimləri Təhkimləşdirmə İnstitutu-
nun dosenti Rəqsanə Məmmədova,
tibbi-profilaktika ixtisası üzrə Res-
publika Taun Əleyhinə Stansiyanın
direktor müavini, t.e.f.d. Şair Qur-
banov, tibbi-biologiya ixtisası üzrə
Milli Onkologiya Mərkəzinin baş di-
rektorunun elmi işlər üzrə müavini,
professor Murad Məmmədov, sto-
matologiya fakültəsi üzrə Ə.Əliyev
adına Həkimləri Təkmilləşdirmə
İnstitutunun stomatologiya kafed-
rasının dosenti Həsən Əsədov,
əczaçılıq fakültəsi üzrə Əczazılıq
və Tibb Sənayesi Birliyinin baş
direktoru Rüstəm Rüstəmbəyov,
hərbi tibb fakültəsi və hərbi tibb
məktəbi üzrə Attestasiya Komis-
siyasının sədr müavini Hərbi Tibb
İdarəsinin rəis müavini, t\x polkov-
niki Həşim Cəfərov dövlət imta-
hanlarının yekunları və nəticələri
haqqında ətraflı məlumat verdilər.
İmtahanlarda tələbələrin biliklərinin
obyektiv qiymətləndirildiyini, bu-
ilki tələbələrin bilik səviyyəsinin
yüksək olduğunu söylədilər.
Komissiya sədrləri dövlət buraxı-
lış imhanlarının yüksək səviyyədə
keçirilməsi üçün hər cür imkanın
yaradıldığını, tələbələrin obyektiv-
lik şəraitində yüksək bilik nüma-
yiş etdirdiklərini, əlaçılar sırasında
keçən illə müqayisədə bu il qızların
çoxluq təşkil etdiyini xüsusi qeyd
etdilər.
Böyük Elmi Şura 2014/2015-ci
tədris ili üçün universitet üzrə tədris
planını və 2014/2015-ci tədris
ili üçün ATU-nun iş planını da
təsdiqlədi.
Hesabatlara yekun vuran prorek-
tor S.Əliyev komissiya sədrlərinə öz
təşəkkürünü bildirdi və onların hər
birinin çalışdıqları sahədə mahir
mütəxəssislər olduğunu vurğula-
yaraq dedi kı, həqiqətəndə dövlət-
buraxılış imtahanları çox yüksək
səviyyədə təşkil olunub, universite-
timizin rektoru, hörmətli akademik
Ə.Əmiraslanov demək olar ki, imta-
hanların hamısında iştirak edibdir.
İmtahanların nəticələrinə gəldikdə
isə elə bir narazılığın olmadığını
qeyd etdi, bu və digər məsələlərin
rektoryanı və metodik şuralarda
müzakirə olunacağını bildirdi.
Sonra universitetin prorektoru,
professor Sabir Əliyevin əczaçılığın
təşkili və əczaçılıq texnologiyası
kafedrası adının «əczaçılığın təşkili
və idarə olunması» kimi adlandı-
rılması barədə təklifi şura üzvləri
tərəfindən
müzakirə
olunaraq
qəbul edildi.
Sonda müxtılif məsələlərdən
söhbət açan prorektor professor-
müəllim heyətinə mənalı istirahət
arzuladı şura üzvlərini və Dövlət At-
testasiya Komissiyasının sədrlərini
iyunun 25-də keçiriləcək ATU-nun
növbəti buraxılış gecəsinə dəvət
etdi.
MƏNSUR
Azərbaycan Tibb Universiteti üzrə 2013/2014-cü tədris ilində
Dövlət Attestasiya Komissiyası sədrlərinin hesabatı dinlənilmişdir
BÖYÜK ELMİ ŞURADA
Azərbaycan
Tibb
Universiteti nin
həkimləri unikal bir əməliyyat icra
ediblər. ATU-nun Tədris Cərrahiyyə
Klinikasında texniki baxımdan çox
mürəkkəb
olan
mikrocərrahiyyə
əməliyyatı sayəsində 6 yaşlı oğlanın
qolu kəsilməkdən xilas edilib.
İyunun
15-də
Quba
rayonundan
olan 6 y
aşlı Tanrıverdi Allahverdiyev
yelləncəkdən yıxılıb. O, yıxılarkən
dirsəyinin üstünə düşüb. Dirsək sümü-
yü tam sınıb və az qala dərini deşərək
bayıra çıxıbmış. Uşaq ağır vəziyyətdə
Tədris Cərrahiyyə Klinikasına gətirilib
və əməliyyata alınıb.
Əməliyyat mikrocərrahiyyə sahəsində
iki tanınmış mütəxəssis - ürək-damar
uzmanı Mirəli Məcidov və tibb elmləri
namizədi Cəfər Nəsirli tərəfindən
gerçəkləşdirilib. Lakin bundan sonra
növbəti, daha ağır əməliyyata da zərurət
yaranıb. Mirəli Məcidov deyir ki, uşaq
ATU-nun Tədris Cərrahiyyə Klinikasına
“Sol bazu kondilusunun qapalı sınığı”
diaqnozu ilə daxil olub: “Əməliyyat za-
manı sınıq sümük bərpa olundu. Lakin
5-6 saat sonra bəlli oldu ki, uşağın sol
əlində nəbz itib, işemiya əlamətləri baş-
layıb, sağ qolla müqayisədə sol qolda
hərəkət çətinləşib”.
Doppler müayinəsi zamanı bəlli olub
ki, sol qolda qan yalnız dirsəyin ortası-
na kimi gedir, qan aşağı hissəyə işləmir.
M.Məcidov söyləyir ki, damar trombozu
uşağın qolunun kəsilməsi ilə nəticələnə
bilərdi: “Böyüklərdən fərqli olaraq,
uşaqların damarları incə olur, 2 mm
qalınlığında damarlardır. Adətən belə
hallarda böyük xəstələrdə protezlərdən
istifadə edirdik. Uşaqlarda
belə imkan olmur. Ona görə
təcili olaraq uşağı yenidən
əməliyyata götürdük”.
Həkimlər gecə saat 12-də
yenidən əməliyyata giriblər.
Dirsəkdəki damarın 3-4
sm-lik hissəsi tamamilə
əzildiyindən çıxardılıb. Sağ
ayaqdan bir hissə damar
götürülərək sol qola qoyu-
lub.
Əgər dərhal müdaxilə
olmasaydı,
uşağın
qolu
dirsəkdən
aşağı
kəsilməliydi. 6 saat davam
edən əməliyyat uğurlu keçib. Artıq
T.Allahverdiyev reanimasiyadan palata-
ya köçürülüb. Vəziyyəti qənaətbəxşdir,
qolunda hərəkət başlayıb, ağrıları da
keçmək üzrədir.
Günel ASlANOvA,
Mətbuat xidmətinin katibi
ATU-nun Tədris Cərrahiyyə Klinikasında unikal əməliyyat -
6 yaşlı uşağın sınmış qoluna ayaqdan damar köçürülüb