60 I fəsil
edilirmiş. Məsələn, Homerin «İliada» əsərində göstərilir ki,
əziz dostu Patrokl öləndə Axilles və başqa cəngavərlər
saçlarını yolur, cənazənin üstünə atırdılar (242, 484, 487).
Eyni hadisəyə «Şahnamə»də İrəcin
ölümü səhnəsində də
təsadüf edilir (223, 78).
Bu adətin izlərinə İraq-türkman sazlamaqlarında (ağı)
da rast gəlinir. Məsələn:
Al vala, yaşıl vala
Salacam düşdü yola
Na anam var, nə bacım
Ənsəmcə saçın yola (212, 226).
Qarğış mahiyyətli «Başına daş yağsın» ifadəsi isə
Azərbaycanda olduğu kimi, böyük günah işlətmiş bir
şəxsin daşqalaq edilməsi adətindən yaranmışsa, «Başına
daş» bədduası qəbrə başdaşı qoymaq adəti ilə bağlıdır.
«Başına daş» dedikdə kiməsə qarğış olunur ki, ya özü, ya
da əzizi ölsün. «Başıma haranın daşını töküm» ifadəsi də
bu adətlə əlaqədar yaranmışdır. Hələ lap qədim
zamanlardan əzizi ölən adam öz əli ilə başına daş
yağdırarmış. Firdovsinin «Şahnamə»sində nəql edilir ki,
qədim dünya padşahlarından
Kəyumərsin oğlu Səyaməkin
ölüm xəbəri atasına çatanda onun qəlbi parçalandı, ciyərinə
dağ çəkildi, göz yaşı tökdü:
Oğul dərdi düşsə dağa, dağ çəkər
Edib tərk təxti, töküb göz yaşı
Vurub başına öz əliylə daşı və s. (223, 26).
Qarğış mənalı «başına kül» ifadəsi də qədim inam və
adətlə əlaqədar yaranmışdır. İt dişləmiş adamda qırx gün
ərzində müəyyən əlamətlər özünü göstərsə (məs.:su
görəndə qorxsa) onun qudurduğunu, sağalmağa güman
olmadığını, başqaları üçün təhlükəli
olduğunu zənn edərək
Kərkük folklorunun janrları 61
qaranlıq bir daxmaya salar, bacadan başına kül tökərlərmiş
ki, ölsün (255, 74).
Mötəbər və əziz adamların ölümü zamanı başına kül
töküb, saç yolmaq adətinin qədimdən mövcud olduğunu
Azərbaycan və İraq-türkman şifahi ədəbiyyat nümunələri
bir daha təsdiq edir:
Belə bağlar;
Dost başın belə bağlar.
Bülbül ağlar, gül açmaz
Verandı belə bağlar.
Саn çıxma dost gəlincə
Görək nə deyib ağlar.
Kül о adam başına
Bedasıla bel bağlar.
Çək ayrılıq dərdini,
Gör ürək necə dağlar (123, 88).
Azərbaycan folklorunda nağıllarda, ağılarda, aşıq
yaradıcılığında bu qədim adətin
izlərinə hər an təsadüf
edilir:
Bağça-bağda gül ağlar,
Bülbül ağlar, gül ağlar
Oğlu ölən analar
Başa tökər kül ağlar.
Adam var dəstinə verəsən güllər,
Adam var. gözünə çəkəsən millər;
Tufarqanlı Abbas, başına küllər,
Nə günə qalıbsan, qarı bəyənməz.
Qarğış xarakterli «Çamur başuva», «Çamura batasan»
ifadələri də çox qədim adətlə əlaqədar yaranmışdır.
Hörmətli və əziz bir şəxs öləndə hüzr sahibi, eləcə də yas
yerinə gələnlər başlarına, paltarlarına palçıq sürtər,
özlərinə ölüm dilərmişlər. Bu adət Kərkük bayatılarında
da yег almışdır:
62 I fəsil
Kabab
köziylə ağlar,
Sürmə göziylə ağlar.
Çamur onun başına
Xırxız öziylə ağlar (123, 229).
Kərkük dolaylarında yas mərasimi ilə bağlı bu adət
indi də qalmaqdadır. Kərküklü folklorşünas Şakir Sabir bu
münasibətlə yazır: «Ölüyə sayğı və sevgi dolayısilə
qadınlar acı fəryad qoparır, başlarına çamur sürtür,
dırnaqları ilə üzlərini cırmaqlayır, qanlar axıdır, saçlarını
yolurlar» (255, 53).
Bu adətə Azərbaycan ədəbiyyatında da təsadüf edilir.
Y.V.Çəmənzəminlinin «Qızlar bulağı» adlı tarixi əsərində
göstərilir ki, şərbaf (toxucu) Kazım Ərdəbildə yağışlı bir
gündə bir nəfərlə sözləşir. Paltarı və yerə düşən papağı
palçıq olur. Kazım kişi sonra başına gələni belə təsvir edir:
«Papağımı başıma qoyub gedəndə gördüm bir həyətə
adamlar girib çıxır. Birindən soruşdum ki, burada nə var,
dedi ki, adam ölüb. Fikirləşdim ki, elə yaxşı oldu. Gedib
həm başsağlığı verərəm, həm də ehsan plovundan yeyib
qarnımı doyduraram. İçəri girib oturdum.
Bir də gördüm
ki, məclisdən durub gedənlər yanıma gəlib mənə
başsağlığı verirlər. Lap məəttəl qaldım. Dedim, ya bu
şəhərin əhli dəli olub, ya mən... Demə, bu şəhərdə adamı
ölənin papağına palçıq sürtərmişlər ki, təziyədar olduğu
bilinsin. Papağım palçıqlı olduğundan məni təziyədar
biliblər» (245, 237).
Qəribədir ki, İraqın cənubunda yaşayan göl ərəbləri
arasında hörmətli və əziz bir adam öləndə başlarına və
papaqlarına palçıq yaxmaq adəti indi də qalır: «Çox
hörmətli bir adam, deyək ki, şeyx,
ya onun oğlu, qardaşı
vəfat edəndə bütün tayfalara xəbər göndərirlər. Hər tayfa
dəstə-dəstə gəlir. Qabaqda elində tayfanın bayrağını
tutmuş bayraqdar durur. Başlarına və paltarlarına palçıq
yaxırlar» (177, 200).
Misallardan göründüyü kimi, məişətdə geniş yer alan
Kərkük folklorunun janrları 63
dua və bəddualar insan təfəkkürünün hələ kifayət qədər
formalaşmadığı qədim zamanlardan qalma ibtidai
təsəvvürlərlə, inam və etiqadlarla bağlı adət-ənənələrdə,
mərasimlərdə mühafizə olunmuş, dövrümüzə qədər gəlib
çıxmışlar.
FALLAR. İraq-türkman folklorunda fallar da geniş
yayılmışdır. Demək olar ki, xalq arasında
mövcud olan
inamlarla, su ilə, ulduzlarla, kitabla və s. fala baxmaya
Kərkük dolaylarında da rast gəlinir. Bununla belə, İraq-
türkman folklorunda ən çox özünü göstərən inamlarla
bağlı fala baxmadır.
Əlimizdə olan folklor
materiallarından çıxış edərək, burada yalnız inamlarla
bağlı fala baxmadan söz açacağıq. Bu cür fala baxmanın
başlıca xüsusiyyəti ondan ibarətdir ki, burada inamlar əsas
götürülür.
Professor M.H.Təhmasib
qeyd edir ki, Azerbaycanda
fallar əsasən iki şəkildə olmuşdur. Bunlardan daha çox
ibtidaisi «göz falı», buna nisbətən daha sonrakı dövrlərə
aid olan isə «qulaq falı»dır (214, 8).
Bu, İraq-türkman folklorunda da belədir. Folklorşünas
B.Abdullayev qeyd edir ki, «Fal qabaqcadan tutulmuş
niyyətin, müəyyən ayinin icrası ilə həyata keçib-
keçməməsinə inam aktıdır» (2, 42).
İraq-türkman folklorunda fallarla bağlı materiallar da
bu fıkri təsdiqləyir. Burada da falların əksəriyyətini arzu
və niyyət tutmaqla bağlı inam və etiqadlar təşkil edir. Mə-
sələn, əski çağlarda bir ailə başçısı başqa bir məmləkətə
səfərə çıxsa və dönüşü geciksə, arxasınca qara tüklü to-
yuq uçurmaqla niyyət tutulardı. Toyuq evin damından
uçurulurdu. Əgər toyuq evin həyətinə və ya lap yaxınına
düşərsə qürbətdə olan şəxsin yaxın
zamanda evinə dönə-
cəyinə, şayəd uzağa uçsa, səfərin uzanacağına inanırdılar.
Göz falı nümunəsi olan bu inam xoyrat və manilərdə
öz əksini tapmışdır:
Uçurtdum qara tavuq,
Qondu Ərblə yavuq