bəyannamənin bələdçi mənbə kimi istifadəsini
məsləhət görmək üçün
birləşmişlər.
Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyası və Beynəlxalq İşəgötürənlər
Təşkilatı bu bələdçinin hazırlanmasında Beynəlxalq Əmək Təşkilatının dəyərli
köməyini, vaxt, məsləhət və bəzən isə səbri yüksək qiymətləndirir. İşçilərin və işə
götürənlərin maraqlarını təmsil edən müstəqil bir təşkilatdan gözlənildiyi kimi bu
bələdçidə hər detal üzrə avtomatik və ya asan razılaşma yoxdur və biz hər sözü
müxtəlif cür mənalandırardıq. Buna baxmayaraq yenə də biz ümid edirik ki, bu
bələdçi prinsiplərin şirkətlər tərəfindən başa düşülməsini asanlaşdırır.
Beynəlxalq Əmək Təşkilatı şirkətlərlə birbaşa işləmək təcrübəsini inkişaf
etdirir. Onun şirkətlər ilə məşğul olmaq üçün uzun müddət dəstəklənən işçi və
məşğulluq təşkilatları var. Bu imkan yaradır ki, bu materiallar şirkətlər, işçi və
məşğulluq təşkilatları üçün əldə edilən olsun. Biz, həmçinin bu materialları
Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinin Yerli Şəbəkələrinə və ya
Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinin əmək prinsiplərinə arzuolunan
nəticə vermək bacarığını gücləndirməkdə maraqlı olan istənilən digər şirkətlərə
tövsiyə edirik.
Bu bələdçi Birləşmiş Millətlər Təşkilatının Qlobal Saziş Şəbəkəsinin Əmək
işçi qrupu tərəfindən təqdim olunan ilk nəşrdir.
Əmək işçi qrupu 2008-ci ildə
Beynəlxalq İşəgötürənlər Təşkilatı və Beynəlxalq Həmkarlar İttifaqı
Konfederasiyasının təşəbbüsü ilə əmək prinsiplərinə daha çox diqqət cəlb etmək,
ümumi anlayış irəli sürmək və onların tətbiq olunmasına ardıcıl yanaşmanı təmin
etməyə kömək etmək məqsədilə yaradılmışdır. Bu, həmçinin, Beynəlxalq Əmək
Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişi idarəsi arasındakı
əməkdaşlığı gücləndirməyə, Birləşmiş Millətlər Təşkilatının Qlobal sazişinin
təbliğatında dialoq və danışıqların əhəmiyyətini artırmağa və Yerli Şəbəkələrin
fəaliyyət göstərməsinə və sosial ortaqların cəlb olunmasını gücləndirmək ilə
danışıqları genişləndirməyə kömək edəcək.
Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinin Əmək Prinsipləri – Biznes
üçün bələdçi ilk nəşrdir.
Bu davamlı bir işdir, belə ki, istifadəsi üzərindəki
təcrübəyə əsaslanaraq və yeni vasitələrin və mənbələrin əldə olunması ilə
yeniləşdiriləcək və genişləndiriləcək.
Antonia Penalosa
Baş Katib,
Beynəlxalq Məşğulluq Təşkilatı
Sharan Burrow
Baş katib,
Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyası
- -
6
Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinin On Prinsipi
Prinsiplər 1-2
İnsan hüquqları Prinsipləri
Prinsip
1
Müəssisələr beynəlxalq dərəcədə elan
olunan insan hüquqlarını dəstəkləməli və
hörmət etməlidir.
Prinsip
2
Müəssisələr əmin olmalıdırlar ki, onların
öz fəaliyyətləri insan hüquqlarının
pozulması ilə nəticələnməyəcəkdir.
Prinsiplər 3-6
Əmək prinsipləri
Prinsip
3
Müəssisələr cəmiyyətin müstəqilliyini və
kollektiv danışıqların tanınmasını
dəstəkləməlidirlər.
Prinsip
4
Müəssisələr məcburi və icbari əməyin
aradan qaldırılmasını dəstəkləməlidirlər.
Prinsip
5
Müəssisələr uşaq əməyinin ləğv edilməsini
dəstəkləməlidirlər.
Prinsip
6
Müəssisələr peşə və sənətə görə olan ayrı
seçkiliyin aradan qaldırılmasını
dəstəkləməlidirlər.
Prinsiplər 7-9
Ekoloji prinsiplər
Prinsip
7
Müəssisələr ekoloji tələblərə olan ehtiyat
tədbirlərini dəstəkləməlidirlər.
Prinsip
8
Müəssisələr ekoloji öhdəlikləri həyata
keçirmək üçün böyük təşəbbüs
göstərməlidirlər.
Prinsip
9
Müəssisələr ətraf mühitə ziyan vurmayan
texnologiyaları inkişaf etdirməli və
genişləndirməlidirlər.
Prinsiplər 10
Anti-korrupsiya prinsipləri
Prinsip
10
Müəssisələr məcburi pul almaq və
rüşvətxorluq da daxil olmaqla hər növ
korrupsiyaya qarşı mübarizə
aparmalıdırlar.
- -
7
Çoxsaylı müəssisələr anlayırlar ki, onların davamlı olmağı cəmiyyətin
davamlılığı ilə bağlıdır. İdarəetmə siyasəti və təcrübələri müxtəlif səviyyələrdə
müəyyən edilir və çoxsaylı mənbələrdən rəhbərlik qəbul edə bilərlər.
Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişi Birləşmiş Millətlər ilə
işləməyə, dünya üzrə müəssisələr və özlərinin təşkilatları ilə təcrübələri
bölüşməyə, həmkarlar ittifaqları və digər qruplar ilə danışıqlar aparmağa
imkan yaradır
.
O, şirkətlərdən tələb edir ki, uzun müddət beynəlxalq
səviyyədə qanuni müqavilə və bəyannamələrdə universal kimi qəbul edilən on
prinsipi öz gündəlik təcrübələrinə daxil etsinlər və öz təsir dairələrində onun
təbliğini həyata keçirsinlər.
Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişini dəstəkləməklə iştirakçılar
dörd sahədə (insan hüquqları, əmək normaları, ətraf mühitin qorunması və
korrupsiyaya qarşı mübarizə) müəssisə təcrübələrini inkişaf etdirməyə
istiqamətlənən şirkətlər şəbəkəsinin bir hissəsi olmağı seçirlər və bu
qloballaşmanı daha ədalətli etməyə kömək edir. Onlar, həmçinin, qanun və ya
rəhbərlikdən daha yaxşı 10 prinsip ilə əhatə olunmuş ərazidə söz
qanunvericiliyi də daxil olmaqla Birləşmiş Millətlər Təşkilatınınməqsədlərini
həyata keçirməyə və cəmiyyətin daha böyük gələcək məqsədlərinə
istiqamətlənmiş danışıqlara cəlb olunurlar.
Bu bələdçinin məqsədi Birləşmiş Millətlər Təşkilatınındörd əmək
prinsipini(prinsiplər 3, 4, 5 və 6) daha yaxşı baha düşməyə kömək etmək və
həmçinin, bu prinsipləri müəssisə fəaliyyətində əks etdirməyə kömək etmək
məqsədilə mənbələrin siyahısı ilə təmin etməkdir.
Cədvəl 1
Birləşmiş Millətlər TəşkilatınınQlobal Sazişinin Əmək
Prinsipləri
Şirkətlərdən tələb olunur:
cəmiyyətin müstəqilliyi və birgə danışıqların
tanınmasını dəstəkləmək
məcburi və icbari əməyin aradan qaldırılmasını
dəstəkləmək
uşaq əməyinin ləğv edilməsini dəstəkləmək
peşə və sənətə görə olan ayrı seçkiliyin aradan
qaldırılmasını dəstəkləmək
Giriş
- -
8