20
geniş çeşiddə işlərə 3 357 namizəd maraq
göstərdi. Buraya əməliyyatlar, sağlamlıq, əməyin
təhlükəsizliyi və ətraf mühit, mühəndis-texniki,
geoloji-geofiziki işlər, quyular, maliyyə, tədarük və
təchizatın idarə edilməsi, eləcə də informasiya
texnologiyaları üzrə vəzifələr daxil idi. İlkin seçmə
mərhələsindən 2 022 namizəd keçdi, yekun
müsahibə mərhələsinə isə 351 nəfər çıxdı. Sonda
57 yay təcrübəçisi və 104 məzunu işə götürdük.
Məzunlardan 50-sinə BP-də daimi iş təklif etdik,
qalan 55 nəfər Neft-qaz ixtisaslı məzunların
təkmilləşdirilməsi proqramı adlanan təlim
proqramına cəlb olundu.
Bununla yanaşı, texniklərin işə qəbulu üçün iki
kampaniya keçirdik, nəticədə 120 texnikə iş
təklif olundu. Bundan sonra müxtəlif ixtisaslar
üzrə işə götürülmüş texniklər Xəzər Texniki Təlim
Mərkəzində 18 aylıq intensiv təlim proqramı
BP-nin Azərbaycanda işəgötürmə üzrə statistik göstəriciləri
a
Ehtiyac olduqca işəgötürmə
Məzunları işəgötürmə Ümumi cəmi
2011
2012
2011
2012
2011 2012
Qadın Kişi Qadın
Kişi
Qadın Kişi Qadın Kişi
Biznesə dəstək
19
18
45
19
63
Kommersiya
1
1
Əlaqələr və
şirkətxarici işlər
1
3
1
1
4
2
Qaydalara uyğunluq və
etik normalar
1
1
Mühəndis-texniki
2
11
1
5
6
18
1
10
37
17
Maliyyə
3
6
7
8
2
2
5
11
22
Sağlamlıq, əməyin
təhlükəsizliyi, təhlükəsizlik
və ətraf mühit
4
17
1
18
2
4
4
6
27
29
İnsan resursları
5
1
6
1
3
2
1
9
10
İnformasiya
texnologiyaları və
xidmətlər
2
2
2
2
Hüquq
1
2
3
Əməliyyatlar
8
43
4
15
51
19
Planlaşdırma
1
3
1
4
1
Tədarük və təchizatın
idarə edilməsi
5
22
4
3
30
4
Layihələr
1
5
3
7
6
10
Geoloji-geofiziki işlər
2
5
4
1
10
1
5
18
10
Vergilər
1
2
1
1
3
Quyular
1
1
2
13
3
9
15
14
Cəmi – məzunları işəgötürmə
14
50
13
37
64
50
Texnikləri işəgötürmə
119
1 119
119
120
Cəmi – ehtiyac olduqca
işəgötürmə
54 120
45
112
174
157
a
Məzun və texniklər mütəmadi keçirilən işəgötürmə proqramları vasitəsi ilə işə götürülürlər.
Qarşılıqlı fayda verən əməkdaşlıq
2012-ci ildə Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin (ARDNŞ) insan resursları (İR)
şöbəsinin iki gənc mütəxəssisi – Səbinə
Qarabəyli və Elnur Pənahəliyev hər iki
təşkilat tərəfindən dəstəklənən üçaylıq
təcrübə proqramı müddətində BP AGT-nin İR
proseslərində iştirak etdi. Hər iki təcrübəçi
bizdən ayrılarkən BP dəyərləri və işgüzar
davranış yanaşması barədə xüsusilə həvəsli
idilər.
Səbinə öz təcrübəsini belə izah edir: “BP-
də olarkən yeni Komanda rəhbəri dəstinin
hazırlanmasının ilk mərhələlərində iştirak
etdim. Burada əsas fikir işçilərə orta səviyyəli
vəzifələrdən rəhbər vəzifələrə keçməkdə
kömək etmək idi. Mən real işəgötürmə
müsahibələrində müşahidəçi və
müsahibəgötürən kimi iştirak etdim. İR
şöbəsindən kənarda da BP-nin menecerləri,
qrup rəhbərləri və işçiləri ilə ünsiyyətdə ola
bildim ki, bu da məndə təşkilati mədəniyyət
haqqında əyani təsəvvür yaratdı. Bütün
bunlar mənə işçilərin iş həyatını və BP-nin İR
proseslərini başa düşməkdə yardım etdi”.
Elnur əlavə edir: “BP-nin təlim və inkişaf sistemi
bir neçə ölkədə tətbiq olunaraq sınaqdan
çıxıb. Bu, çox dərindən və yaxşı düşünülmüş
prosesdir. Mənə aydın oldu ki, gündəlik işdə
bütün səviyyələr arasında böyük çeviklik və
qarşılıqlı əlaqə var”.
‘’Bu təcrübə proqramı BP ilə ARDNŞ arasında
anlaşmanı gücləndirmək üçün olduqca yaxşı
bir üsul hesab edilir. Proqram ərzində yaranan
münasibətlər hər iki təşkilat üçün faydalıdır, –
insan resursları üzrə vitse-prezident Syu
Adlam-Hill deyir. – Səbinə ilə Elnur son iki ildə
qəbul etdiyimiz altıncı və yeddinci təcrübəçilər
idilər. Onlar ARDNŞ-nin layiqli elçiləri idilər.
Məncə, bizim komandada əldə etdikləri təcrübə
nəticəsində, həm də BP-nin layiqli elçiləri
olacaqlar”.
keçməlidirlər. Təlimdən sonra isə onlar dənizdəki və
qurudakı iş yerlərinə göndəriləcəklər.
Ehtiyac olduqda açılan iş yerləri haqqında
elanlar il boyu bp.com/xezer ünvanında verilib. İş
elanlarımızla bağlı 11 000-dən çox ərizə aldıq və 157
nəfər yerli işçini işə götürdük.
Bazarda rəqabətədavamlı əmək haqqı ilə bərabər,
BP-nin bütün işçiləri tibbi sığorta, sağlamlıq-
əyləncə obyektlərindən istifadə imkanları, illik iş
icrasının nəticələrinə görə mükafat, eləcə də səhm
almaq imkanı kimi nağd və nağdsız imtiyazlar
alırlar. Biz əməkdaşlarımız və onların himayəsində
olanlar üçün təklif olunan tibbi sığorta paketinə
əlavələr edərək əhatə olunan halların siyahısını
genişləndirdik və kompensasiya məbləğini 50%-
dən çox artırdıq.
Biz necə işləyirik
BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012