32
kimi Yaponiya neft-qaz sahəsində də Azərbaycan-Yaponiya əməkdaşlığı yüksək səviyyədə qurulur. 2004-cü il
iyulun 19-da Tokio Dünya Ticarət Mərkəzinin sədri, Yaponiyanın Ticarət və Sərmayə Sığortalanması
Təşkilatının rəhbəri Toru Toyoşimanın Azərbaycana səfəri buna nümunədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2004-cü il avqustun 31-də Yaponiya-Azərbaycan
parlamentlərarası dostluq liqasının sədri Akira Amarinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Yaponiya-Azərbaycan parlamentlərarası dostluq liqasının formalaşmasının əsası 1998-ci ildə qoyulmuşdur.
Səfər zamanı iki dövlət arasında siyasi-iqtisadi münasibətlərin uğurla inkişafı, Yapon şirkətlərinin
Azərbaycanda, xüsusilə energetika sahəsində fəal iştirakını və Yaponiya hökümətinin respublikamızın
iqtisadiyyatının inkişafına tövhəsi yüksək qiymətləndirilmişdir. Belə ki, Azərbaycanda bir sıra iqtisadi
layihələrin həyata keçirilməsində, ümumiyyətlə dostluq və mədəni əməkdaşlıq əlaqələrinin inkişafında
xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2004-cü il oktyabrın 5-də Yaponiya
səfiri Toşiyuki Fucivaranı Azərbaycanın ən yüksək mükafatı olan «Şöhrət» ordeni ilə təltif etmişdir.
Ümumiyyətlə, müassir mərhələdə iki dövlətin siyasi, iqtisadi və humanitar sahədə əlaqələri yüksək
səviyyədə inkişaf edir. Buna, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı nümunədir. 2005-ci
il dekabırın 2-də ölkəmizə fövqaladə və səlahiyyətli səfir Tadahiro Abenin etimadnaməsi Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmişdir. Azərbaycan-Yaponiya əməkdaşlığının
dost münasibətləri səviyyəsinə çatdığını vurğulayan səfir bu əlaqələri daha da genişləndirməyi özünün başlıca
vəzifəsi kimi etmişdirmüəyyən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2006-ci ilin mart ayının 2-də Yaponiyanın Kiodo
Susin agentliyinin və En-eyç-key televiziyasının müxbirlərinə müsahibə vermişdir. Prezident İlham Əliyev
Azərbaycan-Yaponiya münasibətlərinin genişlənməsi, o cümlədən energetika sahəsində əməkdaşlıq, regional
və beynəlxalq məsələlər ilə bağlı müxbirlərin suallarını ətraflı cavablandırmışdır.
Azərbaycan-Yaponiya mədəni əməkdaşlığın inkişafında Azərbaycan Respublikası prezidenti İlham
Əliyevin 2006-cı ilin martında bu ölkəyə rəsmi səfəri əhəmiyyət kəsb etmişdir. Ölkələr arasında siyasi-iqtisadi
əlaqələrin inkişafı mədəni əlaqələrin möhkəmləndirilməsi üçün də başlıca meyar idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yaponiyaya rəsmi səfəri çərçivəsində Yaponiya
Beynəlxalq Münasibətlər İnstitutunda olmuşdur. Görüşdə Yaponiyanın təhsil və elm naziri, ölkənin sabiq Baş
naziri, sabiq xarici işlər naziri, tanınmış elm xadimləri, nüfuzlu diplomatlar, səfirlər, iş adamları, hərbçilər,
hazırda Yaponiyanın Xarici Əlaqələr İnstitutunun idarəçi direktoru olan Toşiyuko Fucivara, Yaponiya
ictimaiyyətinin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Bundan başqa, 2006-ci il
noyabrın 22-də Tokionun «İmperial» mehmanxanasında Azərbaycan-Yaponiya iqtisadi forumu keçirilmişdir.
Müxtəlif sahələri təmsil edən Azərbaycan 30-dək, Yaponiyadan isə 100-ə yaxın şirkətin nümayəndələri iştirak
etmişlər.
Səfər proqramı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Yaponiyanın Baş
naziri Dzünitiro Koidzumi «Azərbaycan Respublikası və Yaponiya arasında dostluq və əməkdaşlığın gələcək
inkişafı haqqında birgə Bəyannamə» imzalanmışdır.
Səfər zamanı Heydər Əliyev Fondunun Prezidenti YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyeva Tokioda Yaponiya Kimono Akademiyası və məşhur İkobana Akademiyası
(Mərkəzi) ilə tanış olmuşdur.
2006-ci ilin iyulun 14-də Yaponiya xarici işlər nazirinin müavini xanım Akiko Yamanaka Bakıda
olarkən xarici işlər naziri Elmar Mmədyarov ilə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Yaponiyada rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsində önəmli rol
oynadığını xüsusi vurğulamışdır. Ümumiyyətlə, bu səfər çərçivəsində imzalanmış müqavilələr dövlətimizin
əməkdaşlığını daha da inkişaf etdirilməsinə xidmət edir. Qeyd edilməlidir ki, Yaponiyanın Azərbaycanda
əczaçılığın, kondisioner istehsalının, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi sahəsində dinamik işlər
aparılmaqdadır. Bu gün Azərbaycan – Yaponiya arasında turizm, təhsil sahəsində də əlaqələrin inkifşaı
üçün geniş perspektivlər mövcuddur.
Azərbaycan-Yaponiya Dövlət Komissiyasının 4-cü iclasının iştirakçıları Bakıda rəsmi səfərdə
olmuşlar. Həmin səfər çərçivəsində v«İtochy Corporation» şirkətinin vitse-prezidenti Yokota Akira Yaponiya
ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin müsbət istiqamətdə inkişaf etdiyini vurğulamışdır.
Azərbaycan-Yaponiya Elmi-Tədqiqat və Mədəni Əlaqələr Mərkəzinin xətti ilə təşkil olunan
tədbirlərdən biri də Yaponiya sənətçiləri ilə bakılıların tanışlığıdır. 2007-ci ilin mayında İçəri Şəhərdəki
İncəsənət mərkəzində Yaponiyanın Naqoya İncəsənət klubunun üzvləri ilə Azərbaycan rəssamlarının görüşləri
keçirilmişdir. Görüş zamanı rəssam Kishio Kavantanın kalliqrafiya əsərləri nümayiş olunmuş, rəssamın oğlu
Tashiaki 1500 yaşı olan yapon fleytasında (pyueteki) qədim yapon melodiyasını və yapon qılıncı kenqo ilə milli
oyun hərəkətlərini tamaşaçılar üçün ifa etmişdir.
Azərbaycanda yapon incəsənətinin təbliği məqsədi ilə son illlərdə bir çox rəngarəng tədbirlər təşkil
olunmuşdur. Xüsusilə, ənənəvi yapon sənətkarlığı ilə tanışlıq məqsədilə 2007-ci ildə təşkil olunan «Yapon
33
kuklaları», «Çay mərasimi» sərgisi, (2008) gül-çiçək düzəltmə (ikebana) mərasimi belələrindəndir. Bu qəbildən
olan mədəni tədbirlər Azərbaycanda böyük marağa səbəb olur. Azərbaycan ictimaiyyəti Yaponiyanın
özünəməxsus bu sənətlərinin özəllikləri ilə yaxından tanış olurlar.
Azərbaycan-Yaponiya arasında ən mütəşəkkil əlaqələr isə təhsil, elm sahələrində inkişaf etdirilir. Hər
iki ölkə bir-birinin mədəniyyətinə dərindən bələd olmaq məqsədilə dillərin qarşılıqlı şəkildə öyrənilməsinə
xüsusi diqqət yetirir. Belə ki, Yaponiya hökuməti Bakı Dövlət Universitetinə dörd yapon dili mütəxəssisi
göndərmiş və onlar yapon dilini öyrənən azərbaycanlı tələbələrin bilik səviyyəsinin yaxşılaşdırılması üçün
gərgin çalışırlar. Bu məqsədlə, Yaponiya səfirliyi ilə Bakı Dövlət Universiteti arasında işguzar münasibətlər
mövcuddur. Yapon dili kursları Bakının «Asiya» və «Təfəkkür» universitetlərində də tədris olunurdu.
Bundan başqa Azərbaycanın ali məktəblərində yapon tələbələri və doktorantları da təhsil alırlar.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistraturasında təhsil almış İnomuri Tomoko
burada təhsil aldığı müddətdə qədim Azərbaycan musiqisini öyrənmiş, sazda yapon və azərbaycan musiqisini
ifa etmişdir. Azərbaycan sənətinin vurğunu olan gənc yapon tədqiqatçısı xalqımızın tətbiqi sənət haqqında da
araşdırmalarını davam etdirərək mətbuatda çıxış edir.
Yaponiyanın Keno Universitetində də Azərbaycan dili kursunun fəaliyyəti qarşılıqlı əlaqələrdə mühüm
yer tutur.
Beləliklə, Azərbaycan-Yaponiya mədəni əlaqələrinin tarixi inkişaf dinamikasına nəzər saldıqda bu son
illərdə xüsusi bir ardıcıllıqla inkişaf etdiyini müşahidə etmək olar. Bu, həm də mədəni əlaqələrin müasir
mərhələsində tarixi İpək Yolu strategiyasının həyata keçirilməsi ilə bağlıdır. Bu konsepsiyaya görə tarixi İpək
Yolu bərpa olunaraq Yaponiya Qafqaz regionu ölkələri, xüsusilə, Azərbaycanla bütün sahələrdə əlaqələri inkişaf
etdirməyi qarşıya məqsəd qoymuşdur. Bu Azərbaycanın da məqsədləri ilə üst-üstə düşdüyü üçün Azərbaycan-
Yaponiya mədəni ələqələrinin bundan sonra da yüksək səviyyədə inkişaf etdirilməsi mütləq və zəruridir.
Belə ki, 2007-ci ilin avqustun 16-da Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın xarici işlər
nazirinin müavini Midori Matsuşimanın rəhbərlik etdiyi nümayəndə heyətinin qəbulu zamanı xüsusilə
vurğulanmışdır ki, Ümumilli Lider Heydər Əliyevin rəhbərliyi altında 90-ci illərin ortalarından iki ölkə
arasında həyata keçirilməyə başlamış siyasi, iqtisadi və mədəni əməkdaşlıq bu gün yeni inkişaf
mərhələsinə qədəm qoyaraq uğurla davam etdirilir.
34
ƏDƏBIYYAT SIYAHISI
1.
Abdulla Əmir Haşimi (Cavanşir) İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi-
siyasi münasibətlər. (1991-1997) Stokholm 1999
2.
Abdullayev M. Beynəlxalq münasibətlər tarixi (XX əsr). Dərs vəsaiti. B., 2003
3.
Abid Tahirli. «Azərbaycan mühacirəti». B., 2001
4.
Arzumanlı V. N.Gəncəvinin dünya şöhrəti. B.: 1997
5.
Arzumanlı V. Azərbaycan diasporu. B., 2001
6.
Arzumanlı V. Ürəklər qovuşanda. B., 1990
7.
Arzumanlı V., Hüseynov A. Azərbaycan ünvanı. B., 1994
8.
Aslanova R. Qloballaşma və mədəniyyət. B., 2002
9.
Aslanova R. Qloballaşma və mədəni müxtəliflik. B., 2004
10.
Azərbaycan Respublikası. 1991-2001. Bakı: Yeni nəşr evi, 2001
11.
Azərbaycan tarixi. Yeddi cilddə, I cild, B., Elm, 1998
12.
Azərbaycan tarixi. Yeddi cilddə, II cild, B., Elm,1998
13.
Azərbaycan tarixi. Yeddi cilddə, III cild, B., Elm, 1999
14.
Azərbaycan tarixi. Yeddi cilddə, IV cild, B., Elm, 2000
15.
Azərbaycan tarixi. Yeddi cilddə, V cild, B., 2001
16.
Azərbaycan tarixi. Yeddi cilddə, VI cild, B.: Elm, 2000
17.
Azərbaycan tarixi. Yeddi cilddə, VII cild, B.: Elm, 2003
18.
Azərbaycan və dünya. İnformasiya analitik jurnal. № 1, 2007
19.
Azərbaycan və dünya. İnformasiya analitik jurnal. № 4, 2007
20.
Azərbaycan beynəlxalq çoxtərəfli qarşılıqlı əlaqələrdə. B.,1997
21.
Azərbaycan beynəlxalq aləmdə. I c., B., 1996
22.
Azərbaycan beynəlxalq aləmdə. Bakı. 2001
23.
Azərbaycanın beynəlxalq çoxtərəfli qarşılıqlı əlaqələrində Bakının rolu. B., 1997
24.
Azərbaycanda mədəniyyət siyasəti . B.,2000
25.
Azərbaycanda mədəniyyət siyasəti. B., 2003
26.
Azərbaycan və YUNESKO. B.,2002
27.
Azərbayjan Respublikasının Konstitusiyası. (Əsas Qanun). Azərbayjan Sovet
Ensiklopediyası. 10 jilddə, III j., B., 1986
28.
Azərbayjan tarixi. 7 jilddə, VI j. B., 2000
29.
Azərbayjan tarixi. 7 jilddə VII j. B., 2003
30.
Azərbayjanda mədəniyyət siyasəti. B., 2004
31.
«Azərbayjan kinosu» (filmlərin izahlı kataloqu) I j. (1898-2002) B., 2003,
32.
Bakıxanov T. Azərbayjan və İran musiqiçilərinin qarşılıqlı əlaqələri. B., 2006
33.
Budaqova S. Azərbaycan-Hindistan: iqtisadi, elmi-texniki və mədəni əlaqələrin tarixindən (XX əsrin
50-80-cı illəri) B.: təfəkkür, 2003
34.
Bünyadov Z. Azərbaycan Atabəyləri dövləti. B., 1984
35.
Bünyadov Z. Azərbaycan VII – IX əsrlərdə. B., 1989
36.
Xəbiboğlu V. Heydər Əliyev və Azərbayjan diasporu. B., 1999
37.
Çəmənzəminli Y.V. Xarici siyasətimiz. B.: Azərnəşr, 1993, 37 s.
38.
Əliyev Z. Beynəlxalq münasibətlərdə diasporların rolu. B., 2001
39.
Ələsgərov Ə. Beynəlxalq hüquq. B., 1978
40.
Fərhadov R.J. Q.Qarayevin baletləri (Bələdçi). B., 1979
41.
Hacıyev T.İ., Vəliyev K.N. Azərbaycan dili tarixi. Bakı: Maarif, 1983
42.
Hajıyev N.Ə. Dostluq və əməkdaşlıq telləri. B., 1985
43.
Hacıyev H.A. Azərbaycanın xarici ölkələrlə iqtisadi elmi və mədəni əlaqələri, B.: 1976
44.
Heydər Əliyev M.K.Atatürk haqqında. B., 2003
45.
Həsənov Ə. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Dərslik. B., 2005
46.
Hüseynov İ., Əfəndiyeva N. Turizmin əsasları. Dərslik. B., 2007
47.
Xoşməramlı səfir. I kitab. B., 2005
48.
İbayev V. İslam Konfransı Təşkilatı. B.,1998
49.
İbrahimov J. Azərbayjan XV əsr tarixinə dair oçerklər. B.: 1958
50.
İsmayılov İ. Dünya Azərbaycanlıları XX əsrdə. B., 1997
51.
İsmayılov İ. Azərbaycan-İran mədəni əlaqələri XX əsrdə B., 2006
52.
Kərimli E. Azərbayjan diasporu: nəzəriyyə və praktika. B., 2001
35
53.
Kərimov İ. «Azərbayjan peşəkar teatrının tarixi və inkişaf mərhələləri». B., 2002
54.
Kulturologiya. Dərslik. Bakı, 2003
55.
Qasımov M. Azərbaycan beynəlxalq münasibətlər sistemində. 1991-1995. B., 1996
56.
Qasımov M. Azərbaycan Respublikası dünya meridianlarında. B., 1992
57.
Qasımov M. Azərbaycan beynəlxalq münasibətlər sistemində. B., 1996
58.
Qasımov M. Azərbaycan Respublikası dünya meridianlarında. B., 1993
59.
Qasımov M. Azərbaycan xarici siyasəti konsepsiyası məsələləri B., 1997,
60.
Quliyev R. Azərbaycan elçilər. B.: Azərnəşr, 1972
61.
Qiyasi C. Yaxın – uzaq ellərdə B., 1985
62.
Qubadov Ə.B. Azərbaycan xalqı vahid qardaşlıq ailəsində. B., 1991
63.
Qurbanov B. Azərbayjan sovet musiqi mədəniyyəti və xariji mətbuat. B., 1978
64.
Qüdrətov D. Azərbaycanın qardaş sovet respublikaları ilə iqtisadi və mədəni əməkdaşlığı.
B., 1972
65.
Mahmudov Y. Azərbaycan diplomatiyası. B., 1996
66.
Mahmudov Y. Azərbaycan tarixi. İntibah dövrü. B., 1996
67.
Manafova M. Mədəniyyət tarixi və nəzəriyyəsi. B., 2006
68.
Mehdi N. «Çətin və dolaşıq durumların kulturologiyası». Qərb və Şərq mədəniyyətində virtual örtüyün
“kosmoqoniyası”. B., 2001
69.
Məmmədzadə M.B. Ermənilər və İran B., 1993
70.
Məmməzar M.B. Milli Azərbayjan hərəkatı . B., 1992
71.
Məmmədov S. Azərbaycan XV – XIII əsrin I yarısında. B., 1981
72.
Məmmdli N. Mərkəzi Asiyanın türk dövlətləri və Türkiyə. B., 2005
73.
Mədəniyyət tarixi və nəzəriyyəsi. Dərslik. B., 2006
74.
Muxtarova Ə. Heydər Əliyev və türk dünyası. Tarix və onun problemləri, 2003, № 1, s.100-114.
75.
Rəcəbov H. BMT-nin ixtisaslaşmış qurumları və Azərbaycan. B., 1997
76.
S.Sayadov. XX əsr; Azərbayjan və dünya. B., 2006
77.
Vəlixanlı N. IX – XII əsr ərəb coğrafiyaşünas səyyahları Azərbaycan haqqında. B., 1974
78.
Sovet Azərbaycanı və Xarici Şərq. B., 1980
79.
Türkiyə Atatürkün, Azərbaycan Heydər Əliyevin əsəridir (Professor Nizami Cəfərovla Dəyanət
Osmanlının söhbəti). Bakı, 2002.
80.
Ulusel R. Mədəniyyət və texnosivilizasiya. Bakı: Azərbaycan Milli Ensiklopediyası. B., 2003
81.
Ulusel R. Ulutürklük. Qloballaşma çağında milli öznüdərketmə və geostrategiya. B., 2002
82.
Аверкиева Ю.П. Этнография и культурная (социальная) антропология на Западе. С Э.
1971.
83.
Аверкиева Ю.П. История теоретической мысли в Американской этнографии. М.:
наука, 1980.
84.
Антология исследований культуры. М.: 1997.
85.
Антропология исследований культуры. Санкт-Петербург. Университетская книга.
1997.
86.
Антология исследований культуры. Санкт-Петербург 1997.
87.
Арнольдов А.И., Баллер Э.А. Философские проблемы культуры. М.: 1968
88.
Арнолъдов А. Введение в кулътурологию. М., 1998
89.
Артановский С.Н. К вопросу о понятии культуры. Сб. XX. Л.: 1967
90.
Артановский С.Н. Историческое единство человечества и взаимное влияние культур.
Л.: 1967
91.
Ачкасов В.А. Глобализация и будущее национального государства.
http://www.google.az/search
92.
Ашурбейли С.Б. Экономические и культурные связи Азербайджана с Индии. Б.: 1969
93.
Ашурбейли С.Б. Некоторые данные об экономических и культурных связях Азербайджана с
Китаем в средние века. Сов. Китаеведение. 1958, №2 стр.123-128
94.
Ашурбейли С.Б. Экономических и культурные связи Азербайджана с Китаем в период
средневековья. В кн: Первая Всесоюзная Конференция Востоковедов (Тезисы докладов и сообщений)
Ташкент, 1957. стр. 122-123
95.
Бакыханов А. Сочинения. Записки. Письмо. Б., 1983
96.
Беркович Н.А. Нация в процессе глобальной этнической интегрированности человечества.
Глобализация в социально-философском измерении. Сборник материалов конференции. С.П.Б: Санкт-
Петербургское философское общество, 2003
36
97.
Богусловский М.М. Международная охрана культурных ценностей и международные
отношения. М., 1978
98.
Богусловский М.М.Культурные ценности в международном обороте: правовые аспекты.
М.,2005
99.
Введение в культурологию (под.ред. Е.В.Попова). М., 1995.
100.
Векилов Дж.М. Азербайджанская ССР в развитии советско-иранских культурных связей (1941-
1946-е годы) Автореферат Б., 1988
101.
«Всемирная история.» 13 т., М., 1955-1983.
102.
Гаджибеков У. О музыкальном искусствеАзербайджана. Б.:
103.
Гайденко. Экзистенциализм и проблема культуры. М., 1963
104.
Гирц К. Интерпретация культур. М.: 2000
105.
Глобализация – этнизация (этнокультурные и этноязыковые процессы), М.: 2006.
106.
Гусейнов А. Азербайджано-русские отношения (15-17 вв.) Б.,1963
107.
Дергачев В.А. Глобалистика. М.: 2005
108.
Додельцев Р.Ф. Концепция культуры З.Фрейда. М., 1989
109.
Ерасов Б.С. Социальная культурология. М., 1994
110.
Жданов Н.В. Исламская концепция мирового порядка. Москва: 1991
111.
Иваненко А.И. Экуменизм и царство Антихриста. Глобализация в социально-философском
измерении. Сборник материалов конференции. СПБ: Санкт-Петербургское философское общество, 2003
112.
Культурология. История мировой культуры. Учебник под ред. проф. А.Н.Марковой. М., 2000.
113.
Культурология. (Сост.А.А.Радугин). М., 1999
114.
Культурология. (Под ред.Драча). Ростов-на Дону. 1996
115.
Культурология. Краткий тематический словарь. Ростов-на-Дону, 2001
116.
Льюис Р.Д. Деловые культуры в международном бизнесе (от столкновение к
взаимопониманию). М., 2001.
117.
Малиновский Б. Научная теория культуры. М., 2000
118.
Мамедов Р. Азербайджан и развивающиеся страны. Б.: Ганджлик, 1979
119.
Никонов В. Глобализация и государство – Тезисы выступления президента Фонда "Политика".
Конференция "Революция и эволюция менеджеров".
http://www.amr.ru/doc_26.html
120.
Освальд Шпенглер. Закат Европы. Новосибирск, 1991
121.
Руднев В.П. Словарь культуры XX века. Ключевые понятия и тексты. М.: 2003.
122.
Сильвестров В.В. Философское обоснование теории и истории культуры. М., 1990
123.
Сноу Ч.П. Две культуры. М., 1973
124.
Специализированные учреждения ООН в современном мире. М.,1967
125.
Чумаков А.Н. Глобализация (контуры целостного мира),М.,2005.
Dostları ilə paylaş: |