ƏTRAFIMIZDA
OLAN RƏSSAM YARADICILIĞI
122
KARİKATURA və ŞARJ: ŞƏKİLLİ ƏHVALATLAR
Tanış olun
Kino, xüsusən də animasiya filmləri ilə sıx bağlı olan hər hansı əhva-
latın bəhs edildiyi təsvir silsiləsinə
komiks
1
deyilir.
Bu şəkilli əhvalatlar, rəsmlərlə təqdim edilən hekayələr özündə ədəbiy-
yat və təsviri sənət kimi incəsənət növlərinin xüsusiyyətlərini birləşdirir.
İlk komikslər XX əsrin əvvəllərində Avropa və Amerika qəzetlərində
görünməyə başlayıb, sonralar isə onların ən məşhurları ayrıca kiçik jur-
nal kimi nəşr edilib.
Komikslərdə ən azı 2 şəkil olmalıdır. Odur ki yalnız 1 təsvirdən ibarət
illüstrasiya, rəsm komiks adlana bilməz. Komikslər bəzən hər hansı bir
süjetdən bəhs edən ardıcıl mətnlə müşayiət olunur. Komisklərdə çəkil-
Film üçün ssenari necə tərtib edilir?
Xatırlayın
26
1
Komiks (
ing. comic – gülməli) – vahid hekayəni təşkil edən qısa mətnli şəkil silsiləsidir.
Yumoristik, macəra,
fantastik, tarixi və digər komikslər olur.
Komikslərin tarixi qədimdən başlayıb və bu janr
ABŞ-da yaranıb. 1892-ci ildə Amerikanın “The San
Francisco Examiner” jurnalında “Ayı balası və pə-
ləng” adlı ilk Amerika komiksi dərc edilir. Sonralar
isə komiks yaradıcısı kimi məşhurlaşan və öz komiks
se riyalarını təqdim edən Riçard Autkolt oldu. Janrın
in kişafına öz töhfəsini həm də Rudolf Derks verib.
Personajların nitqinin yerləşdirildiyi bulud formalı
“qovuq” çərçivələri məhz o icad etmişdir.
Bilirsinizmi?
Jurnallarda, qəzetlər-
də qısa mətnlərin mü-
şayiəti ilə məzəli kiçik
şəkillər görmüsünüz-
mü? Onların haq qında
nə deyə bi lərsiniz?
İncəsənətə
dair dialoq
ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
123
KARİKATURA və ŞARJ: ŞƏKİLLİ
ƏHVALATLAR
miş personajlar öz aralarında söhbət edirlər, bu söhbət onların ağızların-
dan çıxan buludun içində mətn kimi təsvir edilir. Oxunan mətn təsvirlə
harmoniya yaratmalıdır. Əsl komiks yaratmaq üçün təkcə maraqlı əhva-
lat yox, həm də maraqlı qrafika üslubu lazımdır.
Bunun ardınca da komikslərin gur inkişafı başlayır, bu gün də ya-
şayan yeni qəhrəmanlar meydana çıxır: Supermen, Betmen, Hörümçək
adam, Donald Dak, Mikki Maus və b.
XXI əsrin əvvəlində komikslər yeni təcəssümünü tapdı. Bu, komiks-
lərin rənglənməsində istifadə edilən yeni kompüter texnologiyaları he-
sabına, həmçinin bir sıra istedadlı rəssamların bu janra marağı sayəsin-
də mümkün oldu. Komiksləri artıq
təkcə karandaşla deyil, həm də yağlı
boya ilə boyamağa, üstəlik, birinci ilə ikincini qrafik rəqəmsal texnologi-
yalarla kombinə etməyə başladılar. Komikslər kino, xüsusən də animasi-
ya ilə sıx bağlıdır. Komikslərin əksəriyyəti Hollivudda ekranlaşdırıldı,
filmlər isə bütün dünyada uğur qazana bildi.
Brüsselin görməli
yerlərindən biri artıq
25 il boyunca davam
edən unikal küçə la-
yihəsidir. 1991-ci ildə
kü çə rəssamları Brüs-
sel küçələrindəki evlə-
rin və binaların görkə-
mini
dəyişmək, onları
daha da əlvan, yaddaqa-
lan et mək üçün bu tiki-
liləri məzəli komiks əh-
valatları ilə boyamağa
başladılar.
Komikslər Belçika-
da çox populyardır və
milli qürurun bir his-
Bu maraqlıdır
ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
124
KARİKATURA və ŞARJ: ŞƏKİLLİ ƏHVALATLAR
Tarixən belə gətirib ki, komiksin ən geniş yayılmış janrı
karikatura-
dır
3
. Bu janr yumor hissindən, gülmək qabiliyyətindən doğulub. Məqa-
mında məharətlə deyilən gülməli söz insanı öz davranışı haqqında dü-
şünməyə, öz əməllərinə yeni tərzdə yanaşmağa vadar edir. Ağıllı zarafat
çox zaman geniş, düzgün, amma darıxdırıcı nəsihətlərdən daha inandı-
rıcı çıxır. Gülüş bir tərəfdən insanı əyləndirə, başını qata, həvəsləndirə,
özünə inamını artıra bilir, digər tərəfdən isə ictimai həyatdakı mənfi
təzahürlərlə mübarizə aparmağa kömək edir. Karikaturaçı rəssamlar öz
yaradıcılıqlarında məhz istehzanın bu güclü
tərəflərindən istifadə edir-
lər. Başqa sözlə desək, rəssamlar konkret tipajları müəyyən şəraitdə çək-
məklə onları təbii, həqiqətəuyğun görkəmdə göstərmirlər, onların əsl,
gerçək cizgilərini həm də komik keyfiyyətlərlə artırırlar.
Karikatura bəlkə də gün dəlik hadisələrə dərhal, hadisə baş verən
anda münasibət bildirməyə qabil olan yeganə janrdır. Karikaturada ən
uyğunsuz görünənlər – gerçəklik fantastikayla, həqiqətəuyğunluq ağla-
sığmazlıqla qarışa bilər.
2
Qraffíti (tək halda –
graffíto;
ital. – graffito, cəm halda –
graffiti) –
XX əsrin son rübün-
də avanqardizm cərəyanı, divarda və digər səthlərdə boya və yaxud mürəkkəblə cızılmış,
yazılmış və ya çəkilmiş təsvirlər, rəsmlər, ya da yazılar. Adicə sözlərin yazılışından ta
zərif rəsmlərədək küçə divarlarının boyanmasının istənilən növünü qraffitiyə aid etmək
olar. Bir incəsənət növü kimi qraffitinin də öz üslubu və cərəyanları var.
3
Karikatura (
ital. caricatura – yükləmək, şişirtmək) – bilərəkdən komik effektin yara-
dıldığı, adamları ifşa etmək, yaxud onlara gülmək məqsədilə vücudun, sima nın, geyi-
min, davranış tərzinin xarakterik cəhətlərinin şişirdildiyi və qabardıldığı təsvirləri (çox
zaman qrafikada, satirik formada) birləşdirən xüsusi təsviri sənət janrıdır.
səsi sayılır. Bəzi
qraffitilər
2
artıq ölkənin əsl qüruruna çevrilib və özlüyündə
küçə incəsənətinin şedevri sayılır.
Karikatura
cəmiy-
yətin siyasi həyatının
müxtəlif tərəflərinə,
so sial problemlərə to-
xu nur və yumoristik
və ziyyəti əks etdirir.
Zəngin ənənələrə
ma lik karikatura jan-
rı Azərbaycan təsviri
sənətinin mühüm sa-
hə lərindən biri kimi
müx
təlif inkişaf yolu
keçmişdir.
Azərbaycanda karikatura jan rının yaranması 1906-cı ilin aprel ayın-
da “Molla Nəsrəddin” adlı həftəlik satirik jurnalın nəşri ilə bağlıdır. Cəlil
Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalının naşiri və baş redaktoru
olub. Bu jurnal mövcud olduğu 25 il ərzində cəmiyyətin eybəcərliklərini,