43
( )
( )
( 2 . 9 )
burada N
0
- sınağın əvvəlindən işləyən maşınların
(eyni adlı) sayı;
N ( t ) - t vaxtının axırında işləyən maşınların sayı.
2.5. Keyfiyyətin texniki-iqtisadi səviyyəsi
Yuxarıda qeyd olunduğu kimi, malın keyfiyyəti de-
dikdə, müəyyən istismar (istehlak) şəraitində təyinata mü-
vafiq olaraq tələbatı ödəmək üçün onun yararlılığını təyin
edən xassələrin məcmusu başa düşülür. Malın keyfiyyəti
cəmiyyətin tələbini ödəməyi nəzərdə tutur və istehlak tə-
ləblərinə müvafiq deyilsə, o, yararlı xassələrə malik olsa
da, yüksək keyfiyyətli sayıla bilməz.
Bəzən təcrübədə keyfiyyət dedikdə, malın yalnız
normativ-texniki sənədlərin tələblərinə müvafiq olması
başa düşülür. Belə keyfiyyət istehsal keyfiyyəti adlanır.
İstehsal keyfiyyəti bütövlükdə keyfiyyət anlayışının dol-
ğunluğunu əks etdirmir.O, yalnız hazırlanmanın keyfiy-
yətini xarakterizə edir.
Keyfiyyət göstəriciləri dedikdə, malların xassələ-
rinin kəmiyyətcə xarakterizə edilməsi başa düşülür. Müəy-
yən istismar (istehlak) şəraitinə tətbiq edilərkən xassə gös-
təriciləri müəyyən tələbatı ödəyən yararlılıq dərəcəsini
ifadə edir. Keyfiyyət göstəriciləri, adətən, vahid, komp-
leks, inteqral, baza, ümumiləşdirilmiş və nisbi göstəricilər-
lə ifadə edilir. Keyfiyyətin texniki-iqtisadi səviyyəsini tə-
yin etmək üçün məhsul keyfiyyətinin inteqral göstəricisin-
dən istifadə edilir. Keyfiyyətin inteqral göstəricisi məhsu-
lun istismarında (istehlakı) olan faydalılıq effektinin cəmi-
nin, məhsulun istehsalı və istismarı (istehlakı) üçün olan
xərclərin cəminə nisbətini əks etdirir. Keyfiyyətin inteqral
44
göstəricisi istehlak dəyərini təyin edən xassə göstəriciləri-
nin nisbətində ifadə edilə bilər.
A =
=
, (2.10)
burada X – məmulatın istehsal və istismar xərcləri;
X
- məmulatın istehsal xərcləri;
X
- məmulatın istismar xərcləri;
K
- məmulatın əsas istehlak xassələrini xa-
rakterizə edən göstəricidir.
Malın optimal keyfiyyət səviyyəsi dedikdə, mini-
mum ictimai əmək sərf etməklə müəyyən tələblərin ödə-
nilməsini təmin edən bütün xassələrin müvafiqliyini başa
düşmək lazımdır. Malın ümumiləşdirilmiş keyfiyyət gös-
təriciləri dedikdə, keyfiyyətin qiymətləndirilməsində əsas
götürülən xassələrin məcmusuna daxıl olan kompleks gös-
təricilər nəzərdə tutulur. Külliyyət səviyyəsi dedikdə,
məhsulun keyfiyyət göstəricilərinin məcmusunun müvafiq
baza göstəricilərinin məcmusu ilə müqayisəsinə əsaslanan
məhsul keyfiyyətinin nisbi xarakteristikası başa düşülür.
Bu halda malların keyfiyyət səviyyəsi keyfiyyəti qiymət-
ləndirən malın keyfiyyət göstəricilərinin məcmusunun
müvafiq baza göstəricilərinin məcmusuna olan nisbəti ilə
hesablanır.
K =
, (2.11)
burada K – keyfiyyət səviyyəsi;
Q – qiymətləndirilən nümunənin keyfiyyət
göstəricilərinin rəqəmlə ifadəsi;
- baza göstəricilərinin rəqəmlə ifadəsidir.
Malın keyfiyyəti, həmçinin, müəssisənin işinin
bilavasitə göstəriciləri əsasında da xarakterizə edilə bilər.
45
III FƏSİL. MƏHSULUN KEYFİYYƏT
GÖSTƏRİCİLƏRİ
3.1. Məhsulun keyfiyyətinin formalaşma
mərhələləri
Məhsulun keyfiyyəti – ГОСТ 15467-79 «Məhsulun
keyfiyyətinin idarə edilməsi. Əsas anlayışlar, terminlər və
təyinlər» standartına görə onun təyinatına uyğun olaraq
müəyyən edilmiş tələbatların yerinə yetirilməsi üçün məh-
sulun yararlılığını təyin edən xassələrin məcmuudur. Bu
təyinatdan aydındır ki, məhsulun heç də bütün xassələri
keyfiyyət anlayışına daxil deyildir. Buraya elə xassələr
aiddir ki, onlar məmulatın təyinatına uyğun olaraq cəmiy-
yətin ona olan tələbatını təyin edir.
Maşınların və digər məmulatların keyfiyyətini qiy-
mətləndirmək üçün onların dəqiq göstəricilər sistemi və
üsulları olmalıdır. Məmulatın keyfiyyətinin miqdarca qiy-
mətləndirilməsinin nəzəri əsaslarını və metodlarını işləyib
hazırlayan təcrübi və elmi fəaliyyət sahəsinə kvalimetriya
deyilir. Kvalimetriya latın sözü qualis(keyfiyyətcə necə-
dir) və yunan sözü metpio (ölçürəm) sözlərinin birləşmə-
sindən əmələ gəlmişdir.
Kvalimetriyanın əsas vəzifələri məmulatın lazım olan
keyfiyyət göstəricilərini və onların optimal qiymətlərini
təyin etmək, həmçinin keyfiyyətin kəmiyyətcə qiymət-
ləndirilməsi üsullarını işləmək, zamana görə keyfiyyətin
dəyişməsini hesaba alma metodikasını və məhsulun key-
fiyyətinin erqonomik əlamətlərinin kəmiyyətcə qiymətlən-
dirilməsi metodikasını yaratmaqdır.
46
Məhsulun keyfiyyətinin formalaşması onun həyat
tsiklinin bütün mərhələlərində, yəni tədqiqatların aparıl-
ması və işləmələrin əsaslandırılması, məmulatın işlənib
hazırlanması, istehsalı, istismarı (istehlakı) və təmiri mər-
hələlərində baş verir.
İlk mərhələdə məhsula ilkin tələblərin formalaşması
üzrə işlər aparılır. Bu işlərə məmulatın işlənməsi üçün si-
farişin tərtib edilməsi, avanlayihənin (təxmini layihənin)
yaradılması, elmi-tədqiqat işlərinin aparılması və texniki
tapşırığın hazırlanması daxildir. İstehsalat-texniki təyinatlı
yeni məhsulların işlənib hazırlanmasına və istehsalata qo-
yulmasına əsas tələbləri ГОСТ 15.001-88 və bu standartın
tətbiqi üzrə müvafiq tövsiyələr müəyyənləşdirir.
Texniki tapşırıq bir qayda olaraq aşağıdakı bölmələr-
dən ibarət olur: məhsulun adı və tətbiq sahəsi, işləmə üçün
əsas, işləmənin məqsədi və təyinatı, texniki tələblər, iqti-
sadi göstəricilər, işləmənin mərhələləri, nəzarət və qəbul
qaydaları, əlavələr. Bu bölmələrin ümumi məzmunu R 50-
601-5- 89 tövsiyələrində müəyyənləşdirilmişdir, lakin onu
əsasən sifarişçi (əsas istehlakçı) və işləyici təşkilat təyin
edir.
Sifarişçi lazımi texniki səviyyəyə malik olan məhsu-
lun yaradılması, onun işlənib hazırlanması və istehsalata
qoyulması müddətlərinin və xərclərinin azaldıl-masının
mümkünlüyünü təmin edən ilkin tələbləri formalaşdırır.
Bu tələblər verilmiş məhsul növünə bazarın tələbatının,
həmçinin həmin məhsulun istifadə ediləcəyi sahədə isteh-
salat proseslərinin və xidmət sahələrinin təkmilləşdirilmə-
sinin proqnozlaşlaşdırılmasına əsaslanmalıdır.
İşləyici təşkilat sifarişçinin ilkin tələbləri əsasında,
həmçinin yerinə yetirilmiş elmi-tədqiqat və eksperimental
Dostları ilə paylaş: |