Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə12/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   94

 
 
43 
 
 ( )  
 ( )
 
 
                             
( 2 . 9 )  
burada  N
0
  sınağın  əvvəlindən  işləyən  maşınların 
(eyni adlı) sayı; 
N ( t ) -   t  vaxtının axırında işləyən maşınların sayı. 
 
2.5. Keyfiyyətin texniki-iqtisadi  səviyyəsi 
 
  Yuxarıda qeyd olunduğu kimi, malın keyfiyyəti de-
dikdə, müəyyən istismar (istehlak) şəraitində təyinata mü-
vafiq olaraq tələbatı ödəmək üçün onun yararlılığını təyin 
edən  xassələrin  məcmusu  başa  düşülür.  Malın  keyfiyyəti 
cəmiyyətin  tələbini  ödəməyi  nəzərdə  tutur  və  istehlak  tə-
ləblərinə  müvafiq  deyilsə,  o,  yararlı  xassələrə  malik  olsa 
da, yüksək keyfiyyətli sayıla bilməz. 
Bəzən  təcrübədə  keyfiyyət  dedikdə,  malın  yalnız 
normativ-texniki  sənədlərin  tələblərinə  müvafiq  olması 
başa  düşülür.  Belə  keyfiyyət  istehsal  keyfiyyəti  adlanır. 
İstehsal  keyfiyyəti  bütövlükdə  keyfiyyət  anlayışının  dol-
ğunluğunu  əks  etdirmir.O,  yalnız  hazırlanmanın  keyfiy-
yətini xarakterizə edir. 
  Keyfiyyət  göstəriciləri  dedikdə,  malların  xassələ-
rinin kəmiyyətcə xarakterizə edilməsi başa düşülür. Müəy-
yən istismar (istehlak) şəraitinə tətbiq edilərkən xassə gös-
təriciləri  müəyyən  tələbatı  ödəyən  yararlılıq  dərəcəsini 
ifadə  edir.  Keyfiyyət  göstəriciləri,  adətən,  vahid,  komp-
leks, inteqral, baza, ümumiləşdirilmiş və nisbi göstəricilər-
lə  ifadə  edilir.  Keyfiyyətin  texniki-iqtisadi  səviyyəsini  tə-
yin etmək üçün məhsul keyfiyyətinin inteqral göstəricisin-
dən istifadə edilir. Keyfiyyətin inteqral göstəricisi məhsu-
lun istismarında (istehlakı) olan faydalılıq effektinin cəmi-
nin,  məhsulun  istehsalı  və  istismarı  (istehlakı)  üçün  olan 
xərclərin cəminə nisbətini əks etdirir. Keyfiyyətin inteqral 


 
 
44 
 
göstəricisi istehlak dəyərini təyin edən xassə göstəriciləri-
nin nisbətində ifadə edilə bilər. 
A = 
  
 
 = 
     
         
,   (2.10) 
burada X – məmulatın istehsal və istismar xərcləri
            X
  - məmulatın istehsal xərcləri
            X
      - məmulatın istismar xərcləri
            K
  - məmulatın  əsas istehlak xassələrini xa-
rakterizə edən göstəricidir. 
  Malın  optimal  keyfiyyət  səviyyəsi  dedikdə,  mini-
mum  ictimai  əmək  sərf  etməklə  müəyyən  tələblərin  ödə-
nilməsini  təmin  edən  bütün  xassələrin  müvafiqliyini  başa 
düşmək  lazımdır.  Malın  ümumiləşdirilmiş  keyfiyyət  gös-
təriciləri  dedikdə,  keyfiyyətin  qiymətləndirilməsində  əsas 
götürülən xassələrin məcmusuna daxıl olan kompleks gös-
təricilər  nəzərdə  tutulur.  Külliyyət  səviyyəsi  dedikdə, 
məhsulun keyfiyyət göstəricilərinin məcmusunun müvafiq 
baza göstəricilərinin məcmusu ilə müqayisəsinə əsaslanan 
məhsul  keyfiyyətinin  nisbi  xarakteristikası  başa  düşülür. 
Bu  halda  malların  keyfiyyət  səviyyəsi  keyfiyyəti  qiymət-
ləndirən  malın  keyfiyyət  göstəricilərinin  məcmusunun 
müvafiq baza  göstəricilərinin  məcmusuna  olan nisbəti ilə 
hesablanır. 
K =  
 
     
,          (2.11) 
burada  K – keyfiyyət səviyyəsi; 
             Q – qiymətləndirilən nümunənin keyfiyyət  
göstəricilərinin rəqəmlə ifadəsi
          
      - baza göstəricilərinin rəqəmlə ifadəsidir. 
Malın  keyfiyyəti,  həmçinin,  müəssisənin  işinin 
bilavasitə göstəriciləri əsasında da xarakterizə edilə bilər.  
 


 
 
45 
 
III FƏSİL. MƏHSULUN KEYFİYYƏT 
GÖSTƏRİCİLƏRİ 
 
3.1. Məhsulun keyfiyyətinin formalaşma 
mərhələləri 
 
Məhsulun keyfiyyəti – ГОСТ 15467-79 «Məhsulun 
keyfiyyətinin idarə edilməsi. Əsas anlayışlar, terminlər və 
təyinlər»  standartına  görə  onun  təyinatına  uyğun  olaraq 
müəyyən edilmiş tələbatların yerinə yetirilməsi üçün məh-
sulun  yararlılığını  təyin  edən  xassələrin  məcmuudur.  Bu 
təyinatdan  aydındır  ki,  məhsulun  heç  də  bütün  xassələri 
keyfiyyət  anlayışına  daxil  deyildir.  Buraya  elə  xassələr 
aiddir ki, onlar məmulatın təyinatına uyğun olaraq cəmiy-
yətin ona olan tələbatını təyin edir. 
Maşınların  və  digər  məmulatların  keyfiyyətini  qiy-
mətləndirmək  üçün  onların  dəqiq  göstəricilər  sistemi  və 
üsulları olmalıdır. Məmulatın keyfiyyətinin miqdarca qiy-
mətləndirilməsinin nəzəri əsaslarını və metodlarını işləyib 
hazırlayan  təcrübi  və elmi fəaliyyət sahəsinə  kvalimetriya 
deyilir.  Kvalimetriya  latın  sözü  qualis(keyfiyyətcə  necə-
dir)  və  yunan  sözü  metpio  (ölçürəm) sözlərinin birləşmə-
sindən əmələ gəlmişdir. 
Kvalimetriyanın  əsas  vəzifələri  məmulatın  lazım  olan 
keyfiyyət  göstəricilərini  və  onların  optimal  qiymətlərini 
təyin  etmək,  həmçinin  keyfiyyətin  kəmiyyətcə  qiymət-
ləndirilməsi  üsullarını  işləmək,  zamana  görə  keyfiyyətin 
dəyişməsini  hesaba  alma  metodikasını  və  məhsulun  key-
fiyyətinin erqonomik əlamətlərinin kəmiyyətcə qiymətlən-
dirilməsi metodikasını yaratmaqdır. 


 
 
46 
 
Məhsulun  keyfiyyətinin  formalaşması  onun  həyat 
tsiklinin  bütün  mərhələlərində,  yəni  tədqiqatların  aparıl-
ması  və  işləmələrin  əsaslandırılması,  məmulatın  işlənib 
hazırlanması, istehsalı, istismarı (istehlakı) və təmiri mər-
hələlərində baş verir. 
İlk  mərhələdə  məhsula ilkin tələblərin formalaşması 
üzrə işlər aparılır. Bu işlərə məmulatın işlənməsi üçün si-
farişin  tərtib  edilməsi,  avanlayihənin  (təxmini  layihənin) 
yaradılması,  elmi-tədqiqat  işlərinin  aparılması  və  texniki 
tapşırığın hazırlanması daxildir. İstehsalat-texniki təyinatlı 
yeni məhsulların işlənib hazırlanmasına və istehsalata qo-
yulmasına əsas tələbləri ГОСТ 15.001-88 və bu standartın 
tətbiqi üzrə müvafiq tövsiyələr müəyyənləşdirir. 
Texniki tapşırıq bir qayda olaraq aşağıdakı bölmələr-
dən ibarət olur: məhsulun adı və tətbiq sahəsi, işləmə üçün 
əsas,  işləmənin  məqsədi və  təyinatı, texniki  tələblər,  iqti-
sadi  göstəricilər,  işləmənin  mərhələləri,  nəzarət  və  qəbul 
qaydaları, əlavələr. Bu bölmələrin ümumi məzmunu R 50-
601-5- 89 tövsiyələrində müəyyənləşdirilmişdir, lakin onu 
əsasən  sifarişçi  (əsas  istehlakçı)  və  işləyici  təşkilat  təyin 
edir. 
Sifarişçi lazımi texniki səviyyəyə malik olan məhsu-
lun  yaradılması,  onun  işlənib  hazırlanması  və  istehsalata 
qoyulması  müddətlərinin  və  xərclərinin  azaldıl-masının 
mümkünlüyünü  təmin  edən  ilkin  tələbləri  formalaşdırır. 
Bu  tələblər  verilmiş  məhsul  növünə  bazarın  tələbatının, 
həmçinin həmin məhsulun istifadə ediləcəyi sahədə isteh-
salat proseslərinin və xidmət sahələrinin təkmilləşdirilmə-
sinin proqnozlaşlaşdırılmasına əsaslanmalıdır. 
İşləyici  təşkilat  sifarişçinin  ilkin  tələbləri  əsasında, 
həmçinin yerinə yetirilmiş elmi-tədqiqat və eksperimental 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə