Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə14/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   94

 
 
51 
 
Xassələrin samballıq əmsallarının təyini. 
 
Keyfiyyəti təşkil edən xassələrin ümumi məcmusun-
da  ayrı-ayrı  xassələrin  rolu  qeyri-bərabər  olur.  Bir  xassə 
başqa birinə nisbətən daha vacib hesab edilir.təyini.  
Buna  görə  də  keyfiyyətin  səviyyəsinin  qiymətləndi-
rilməsində keyfiyyətin qiymətləndirilməsi üçün qəbul edi-
lən  ümumi  göstəricilərin  məcmusunda  çəkisini  dəqiqləş-
dirmək, başqa sözlə desək, sanballıq əmsalını təyin etmək 
vacibdir.  Sanballıq  əmsalı  dedikdə,  keyfiyyətin  kompleks 
göstəricilərinin  və  ya  keyfiyyətin  səviyyəsinin  hesablan-
masında  həmin  xassənin  göstəricilər  arasında  miqdarca 
xarakteristikası başa düşülür. 
Başqa  sözlə,  sanballıq  əmsalı  malların  keyfiyyətini 
təşkil  edən  ümumi  xassələrin  məcmusunda  həmin  xassə-
nin  payını  göstərir.  Nə  qədər  ki,  istehlakçıların  mallara 
qarşı  tələbləri  dəyişir,  deməli,  eyni  zamanda  xassələrin 
sanballıq əmsalı da dəyişməmiş qala bilməz. 
 
Xassələrin samballıq əmsallarının cəmi bir səviyyədə 
sabit kəmiyyət olmalıdır. Təklif olunan əksər metodikalar-
da xassələrin samballıq əmsalları qrupunun ilk «xassələrin 
iearxiya»  səviyyəsi  vahidə  bərabər  götürülür.  Belə  halda 
hər qrup daxil edilən xassələrin sanballıq əmsalına bərabər 
olmalıdır. 
Sanballıq əmsalları aşağıdakı qayda ilə hesablanır: 
-
 
bütün  xassələr  üzrə  qiymətlər  hər  eskpert  üçün 
cəmlənir; 
-
 
hər xassə üzrə qiymətlərin cəminə bölmək yolu hər 
ekspert üçün xassələrin sanballıq əmsalları təyin edilir; 
-
 
bütün ekspertlər və xassələr üzrə sanballıq əmsalla-
rı  matrisi  tərtib  edilir  və  bütün  ekspertlər  üçün  hər  xassə 


 
 
52 
 
üzrə sanballıq əmsalları cəmlənir; 
-
 
hər bir xassə üzrə sanballıq əmsallarının bütün eks-
pertlər üçün cəmini sanballıq əmsallarının bütün eskpertlər 
və bütün xassələr üzrə (bu halda o, ekspertlər üzrə bərabər 
olur)  ümumi cəminə bölmək  yolu ilə xassələrin sanballıq 
əmsalları təyin edilir. 
Üstün  tutulan  ardıcıllıq  üsulu  sanballıq  əmsallarının 
müəyyən  edilməsinin  bütün  ekspert  üsullarında  ona  görə 
üstün  sayılır  ki,  bu  halda  xassələrin  sanballığın  miqdarca 
müqayisəsi məsələsi həll edilir. 
Cüt  müqayisə  üsulu.  Bu  halda  ekspertlər  xassələri 
onların cütü ilə  müqayisə edir və xassələr cütündən hansı 
xassələrin daha çox sanballı olduğunu göstərirlər. 
Cüt  müqayisə  üsullarının  üç  variantı  mövcuddur. 
Birinci  variantda  ekspertə  matris  təqdim  edilir  ki,  burada 
şaquli və üfüqi istiqamətdə sıra nömrəsi ilə xassələrin si-
yahısı verilir. Ekspertdən qrafalar sahəsində iki müqayisə 
olunan xassələrdən daha sanballı xassənin nömrəsini qoy-
mağı xahiş edirlər. 
İkinci  variantda  ekspertə  kartoçka  verilir.  Burada 
xassələr  cüt-  cüt  qeyd  olunur  (məsələn,  xassə  1,  xassə  2, 
xassə 3 və i.a.). Ekspertlərdən xahiş edilir ki, iki müqayisə 
olunan  xassələrdən  daha  sanballı  olan  xassənin  altından 
xətt çəksin. 
  Üçüncü  variantda  (tam  cüt  müqayisədə)  ikincidən 
fərqli olaraq kartoçkada xassələr düz və qarşılıqlı qaydada 
göstərilir (məsələn, xassə 1, xassə 2, xassə 2—xassə 1 və 
i.a.). Ekspertdən, həmçinin, müqayisə olunan iki xassədən 
birinin,  daha  sanballı  olanın  altından  xətt  çəkməyi  xahiş 
edirlər. 
Aydındır  ki,  bu  variantda  ekspertin  mühakiməsi 


 
 
53 
 
ikinci varianta nisbətən iki dəfə çox olacaqdır. Bu variant 
eskpertin kartoçkada birinci yazıları xassənin altından xətt 
çəkmək mümkünlüyündən azad edir, onu, qoyulmuş sualı 
daha dərindən düşünməyə vadar edir. 
Xassələrin sanballıq əmsalının bu üsulla təyini üçün 
əvvəlcə  hər xassənin bütün qalanları üzərində üstünləşdi-
rilməsi tezliyini mühakimələrin ümumi sayına bölmək yo-
lu ilə həmin xassələrin hər bir sanballıq əmsallarını bütün 
ekspertlərə görə hesablayırlar. 
Bütün  nəzərdən  keçirilən  üsullarda  sanballıq  əmsal-
larının  təyini  ekspertlərin  rəyinin  razılıq  dərəcəsi  ilə  də-
qiqləşdirilir.  Belə  ki,  qrup  halında  qiymətləndirmə  ancaq 
mütəxəsislərdən soruşulan cavabların yaxşı razılaşdırıldığı 
zaman kifayət qədər etibarlı hesab edilə bilər. 
Bunun  üçün  riyazi  statistika  metodlarından  istifadə 
edilir, birinci növbədə variasiya (Y) hesablanır. 
Məhsulların  keyfiyyətinin  qiymətləndirilməsində 
ekspert  metodlarının  tətbiqi  metodikasına  görə  ekspertlə-
rin rəylərinin razılığını variasiya əmsalı Y < 0.10 olduqda 
yüksək; Y = 0.11-0.15 olduqda yüksək orta; Y=0.16-0.25 
olduqda  orta;  Y=0.26-0.35  olduqda  aşağı  orta;  Y=0.35 
olduqda aşağı hesab edilir. 
Təcrübədə tez-tez iki ekspertin təyin etdiyi sanballıq 
əmsallarını ranqlayır və sonra mənasının (rolunun) müəy-
yən  səviyyəsində  onların  ardıcıl  ölçülməsinə  ranq  korrel-
yasiya əmsalları hesablanır. 
Bütün ekspertlərin rəylərinin razılaşdırılmasını təyin 
etmək  üçün,  həmçinin,  konkordarsiya  əmsalının  (W), 
başqa  sözlə,  ekspertdən  təşkil  olunan  qruplar  üçün  ranq 
korrelyasiyasının ümumi əmsalını hesablamaq  lazımdır. 
Ranqların orta cəmini (T) bu formula ilə hesablayırlar: 


 
 
54 
 
         T = 


  
 
   
 
   
 
             (3.1) 
 
Burada  Mi -  yerdir,  hansı  ki,  i  -ci  ekspertə  görə  i-ci 
xassənin sanbalı qoyulur (yazılır). 
Nə  vaxt  ki,  hər  bir  xassə  üzrə  ranqın  cəminin 
ranqların orta cəmindən uzaqlaşması (∆i) 
 
∆i = ∑
   
 
   
      olur.   (3.2) 
 
Onda S = ∑
   
 
   

götürülür. 
Koordinasiya 
əmsalı 
0–1 
arasında 
dəyişir. 
Ekspertlərin  rəyinin  tam  uyğunluğu  (razılaşdırılması) 
şəraitində 0,1-ə bərabər olur. Əgər W sıfra bərabər olursa, 
onda  ekspertlərin  rəylərinin  razılığı  (uyğunluğu)  yoxdur. 
Koordinasiya əmsalının mənasını qiymətləndirmək üçün k 
=  n-1  həddində  λ
2
  (Xİ)  kvadrat  paylanmasından  istifadə 
edilir.  Bunun  üçün  Pirson  bəlkə  meyarı  kriteriyası  (Xİ  - 
kvadrat),  (ranqlar  tam  ədədlərlə  ifadə  edilmiş  olarsa), 
aşağıdakı düsturla hesablanır.   
                                          λ
2 = 
    
    (   )
           
(3.3) 
 
Sanballaq  əmsallarını  ranqlayan  zaman  elə  vəziyyət 
yarana  bilər  ki,  iki,  üç  və  daha  çox  xassələrin  sanballıq 
əmsalı bərabər olsun. Burada bərabər sanballıq əmsalların-
dan  hansının  sıra  nömrəsini  yazmaq  məsələsi  meydana 
gəlir. Belə halda  kəsrli və  ya  əlaqəli ranqlar tətbiq edilir. 
Məsələn,  əgər  bərabər  sanballıq  əmsalları  ikinci  yeri 
tutarsa, onda onları 2,5-ə bərabər kəsr rəqəmi qoyulur. 
 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə