Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə15/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   94

 
 
55 
 
3.3. Məhsulun keyfiyyət səviyyəsinin 
qiymətləndirilməsi 
 
Malların  keyfiyyətinin  idarə  olunması  keyfiyyətə 
daimi nəzarətin aparılmasını və onun səviyyəsinin vaxtaşı-
rı qiymətləndirilməsini tələb edir.   
Keyfiyyətə nəzarət  dedikdə,  malların keyfiyyət gös-
təricilərinin  qəbul  edilmiş  texniki  normativ  sənədlərin 
(standartlar,  texniki  şərtlər  və  s.)  tələblərinə  uyğun  olub 
olmadıqlarının yoxlanması nəzərdə tutulur. 
«Keyfiyyətə  nəzarət»  termininin  «keyfiyyət  səviy-
yəsinin  qiymətləndirilməsi»  terminindən  ayrırmaq  lazım-
dır. Malların keyfiyyət səviyyəsinin qiymətləndiril-məsin-
də əməliyyat məcmusu, keyfiyyət göstəriciləri nomenkla-
turasının seçilməsi, onların miqdar qiymətinin təyini, eləcə 
də məhsulun keyfiyyətinin idarə edilməsində ən yaxşı həl-
linə  əsaslandırılması  məqsədilə  baza  nisbi  qiyməti  başa 
düşülür. 
Malların  keyfiyyət  səviyyəsinin  qiymətləndirilməsi 
onların  keyfiyyətinə  nəzarətə  daha  geniş  məna  kəsb  edir. 
İstehlak mallarının keyfiyyət səviyyəsinin qiymətlən-diril-
məsi  probleminin  əsas  xüsusiyəti  və  mürəkkəbliyi  məhz 
bundan  ibarətdir.  Keyfiyyət  səviyyəsinin  qiymətlən-diril-
məsinin  nəticələri  keyfiyyətin  planlaşdırılmasının  əsasını 
təşkil edir. 
İstehlak  mallarının  keyfiyyətinin  miqdarca  qiymət-
ləndirilməsi ilə bağlı olan elmi biliklər sahəsi kvalimetriya 
(latın sözü olan «qualis» –keyfiyyət, xassə, xarakter, «qua-
litas»  -  necə,  hansı  keyfiyyət  və  qədim  yunan  sözü  olan 
«metreo» - ölçmək, çəkmək) adlanır. Qeyd etmək lazımdır 
ki, kvalimetriyaya daxil olan işlərin çoxu - istehsal texniki 


 
 
56 
 
təyinatlı mallara aid edilir. 
İstehlak  mallarının  keyfiyyət  səviyyəsinin  miqdarca 
qiymətləndirilməsinə  dair  bir  çox  məsələlər  hələlik  tama-
milə  həll  edilməmişdir  və  böyük  elmi-tədqiqat  işlərinin 
aparılmasını  tələb  edir.  İstehlak  mallarının  keyfiyyət  sə-
viyyəsinin  qiymətləndirilməsi  əmtəəşünaslığın  əsas  böl-
mələrindən biri sayılır. 
Malların  keyfiyyət səviyyəsi bir keyfiyyət göstərici-
sinə və ya malın xassəsinin kompleks göstəri-cilərinə əsa-
sən təyin edilə bilər. 
İstehlak malları üçün bir əlamətə görə keyfiyyət sə-
viyyəsinin təyin edilməsi geniş yayılmışdır. Rast gəlinə bi-
lən  bir  çox  hallarda  malların  keyfiyyət  səviyyəsinin  qiy-
mətləndirilməsi xassələrin kompleks göstəricilərinə əsasən 
aparılır.  Bu  keyfiyyətin  kompleks  qiymətləndirilməsi  ad-
lanır.  Bu  zaman  bütün  xassələrin  məcmusu  (tam  keyfiy-
yət) və  ya bir,  yaxud bir neçə qrup xassələri (keyfiyyətin 
qrup göstəriciləri) götürülə bilər. 
Bir əlamətinə görə keyfiyyət səviyyəsinin qiymətlən-
dirilməsinə velosiped şinlərinin fiziki dağılmaya qədər da-
vamlılığının  kilometrlərlə  miqdarını  və  ya  gediş  vaxtını, 
qrup  göstəricilərinə  görə  keyfiyyət  səviyyəsinin  qiymət-
ləndirilməsinə isə - məmulatların estetik səviyyə-sinin, da-
vamlılığının,  gigiyenik  xassələrinin  qiymətləndirilməsini 
və s. göstərmək olar. 
Hər  bir  mal  növü  üçün  keyfiyyət  səviyyəsinin  qiy-
mətləndirilməsinə  başlayan  zaman  birinci  növbədə  onun 
istismar  şəraitini  və  istehlakçıların  bu  mala  olan  kontin-
gentini aydınlaşdırmaq lazımdır. Belə təhlil qiymətləndiri-
lən  malın  keyfiyyətinə  verilən  tələbləri  formalaşdırmağa 
imkan verir. Bu hal yalnız bir istehlakçının tələbini nəzərə 


 
 
57 
 
almaq  deyil,  malın  istismarında  iştirak  edən  bütün  isteh-
lakçıların  tələblərini  nəzərə  almaq,  başqa  sözlə,  istehlak 
dəyərinin ictimai xarakterini nəzərə almaq lazımdır. 
Malların təyinatı, onların növü, istismar şəraiti, key-
fiyyət  səviyyəsinin  qiymətləndirilməsində  qoyulan  məq-
səd və xassələr arasındakı qarşılıqlı əlaqə, bütün bunların 
zəruriliyi keyfiyyətin təyin edilməsi üçün xassələrin seçil-
məsində başlanğıc  anı sayılır. 
Malların  keyfiyyət  səviyyəsinin  qiymətləndirilmə-
sində  bir  qayda  olaraq  bütün  xassələr  deyil,  ancaq  onlar-
dan həmin növ malın müəyyən istismar şəraitində təyina-
tına  müvafiq  olan  keyfiyyət  səviyyəsinin  qiymətləndiril-
məsində qarşıya qoyulan məqsəd üçün zəruri olan və kifa-
yət edən daha əhəmiyyətli göstəricilər nəzərə alınır.   
  Belə bir misal: soyuq rayonlarda daşınan məmulat-
ların  keyfiyyət  səviyyəsini  qiymətləndirən  zaman  onların 
soyuğa davamlılığını mütləq nəzərə almaq lazımdır, lakin 
isti iqlimi olan rayonlarda bu göstərici nəzərə alınmır. 
Keyfiyyət səviyyəsinin kompleks qiymətləndiril-mə-
si üçün əsas əlamət keyfiyyəti təmsil edən xassələrin təs-
nifləşdirilməsindən ibarətdir. 
Inteqral keyfiyyət göstəricilərinin təyini üçün iqtisadi 
göstəriciləri bilmək tələb olunur (maya dəyəri, pərakəndə 
qiymət, məmulatın istismar xərcləri). 
Texniki  malların  keyfiyyət  səviyyəsini  qiymətlən-
dirən  zaman  onların  ixrac  imkanı  haqda  məsələnin  həlli 
üçün,  həm  də  patent  hüquq  göstəriciləri,  onların  patent 
mühafizə xarakteristika dərəcəsi və patent təmizliyi nəzərə 
alınır.  
Məhsulun  keyfiyyət  göstəricilərinin  nomenklatu-ra-
sını  onun  təyinatını  və  tətbiqi  şərtlərini,  istehlakçıların 


 
 
58 
 
(sifarişçilərin)  tələblərini,  məhsulun  keyfiyyət  göstəricilə-
rinə  əsas  tələbləri  və  onların  tətbiq  sahələrini  nəzərə  al-
maqla  təyin  edirlər.  Keyfiyyət  göstəricilərinin  nomenkla-
turasını seçən zaman həmcins məhsul qrupunu və bu qru-
pa daxil olan yarımqrupları və növləri, keyfiyyət göstərici-
ləri qruplarının nomenklaturasını, qrup  və  yarımqrupların 
keyfiyyət göstəricilərinin nomenklaturasını təyin edirlər. 
Məhsulun  keyfiyyət  göstəricilərinin  qiymətlərinin 
təyin edilməsi metodları iki qrupa bölünür: 
-
 
informasiyanın alınma üsullarına  görə  ölçmə, qey-
diyyat, orqanoleptik və hesabat metodları; 
-
 
informasiyanın  alınma  mənbəyinə  görə  ənənəvi, 
ekspert və sosioloji metodlar. 
Ölçmə  metodu  texniki  ölçmə  vasitələrindən  istifadə 
edərək alınan informasiyaya əsaslanır. Bu ölçmə vasitələri 
məmulatın konstruksiyasında nəzərdə tutulur və ya ölçmə 
zamanı əlavə cihazlardan (ampermetr, voltmetr, taxometr, 
spidometr və s.) istifadə edilir. 
Qeydiyyat metodu müəyyən hadisələrin, əşyaların və 
ya xərclərin miqdarının hesablanması (qeydiyyatı) yolu ilə 
alınan  informasiyanın  istifadəsinə  əsaslanır,  məsələn: 
sınaq zamanı məmulatın imtinalarının miqdarının qeydiy-
yatı; məmulatın yaradılmasına və istismarına çəkilən xərc-
lərin qeydiyyatı; mürəkkəb məmulatın müəlliflik şəhadət-
namələri  və  patentlərlə  müdafiə  edilmiş  hissələrinin  sayı-
nın  qeydiyyatı  və  s.  Bu  metodun  köməyi  ilə  texnolojilik, 
səmərəlilik,patent-hüquq,  standartlaşdırma  və  unifikasiya 
göstəricilərini təyin etmək olar. 
Orqanoleptik  metodda  insanın  hiss  orqanları  vasitə-
silə qəbul etdiyi informasiya (görmə, eşitmə, dad hissi, iy 
duyğusu,  toxunma  hissi)  istifadə  edilir.  Bu  metodun 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə