Füzuli – şairin yaradıcılıq psixologiyası
29
əsasında fikirlərini aydınlaşdırır. Beləliklə də, “adiləşdirmə”,
“ayırma” kimi poetik fiqurları müəyyənləşdirən alim orta əsr sələf-
lərinin mütərəqqi ənənələrini davam etdirir.
Milli ədəbiyyatşünaslığımızda, demək olar ki, Şərq ədəbiyya-
tına məxsus bütün əsas poetik fiqurların konkret şairin yaradıcılığında
tətbiqini xırdalığı ilə araşdıran yeganə tədqiqat işi son dövrlərdə nəşr
olunan “Nizaminin poetikası” kitabıdır. Nüşabə Araslının qələmə
aldığı bu monoqrafiyanın “Dünyanı poetik duyum: fərdi özəlliklər”,
“Nizaminin söz sənətinin incəlikləri” adlı fəsilləri Nizami kimi böyük
klassikin yaradıcılığında ayrı-ayrı poetik vasitələrin tətbiqi özəlliklə-
rini öyrənir. Bu əsər iki böyük ədəbi simanın yaradıcılıqları arasında
oxşar və fərqli xüsusiyyətlərin müəyyənləşdirilməsi sahəsində və
həmçinin ümumilikdə tədqiqatımız üçün də qiymətli mənbədir.
Müasir dövrdə elmlərin kontaktı və inteqrasiyası zamanı mey-
dana gələn yeni tədqiqat sahələrinin mövcud olduğu şəraitdə poetik
fiqurların da müxtəlif istiqamətdən öyrənilməsi və şərhi xüsusi maraq
doğurur. Buna görə də dilçilik və ədəbiyyatşünaslığın qovşağında
formalaşan linqvopoetikanın əsas tədqiqat obyekti olan poetik fiqur-
ların ayrı-ayrı sənətkarların ədəbi irsindəki təzahür xüsusiyyətlərinin
öyrənilməsi təkcə tarixi qrammatika baxımından deyil, ədəbiyyat
tariximizin inkişaf strukturunu araşdırmaq sarıdan da əhəmiyyətlidir.
1970-ci ildə Azərbaycan SSR EA-nın Nizami adına Ədəbiyyat
və Dil İnstitutunun əməkdaşlarının səyi nəticəsində nəşr olunan
“Azərbaycan bədii dilinin üslubiyyatı” kitabı bu istiqamətdə irəliyə
doğru atılmış ilk ciddi addım idi. Kitabda məcazlar (metafora, müqa-
yisə, epitet, metonimiya, şəxsləndirmə, canlandırma və nitqləndirmə),
alliterasiya, bədii sual, nida, xitablar və onların müxtəlif növ təza-
hürlərinin Azərbaycan ədəbiyyatındakı əksinin tədqiqini xarakterizə
edən ayrıca oçerklər bizim araşdırmamızda da müəyyən mənada kö-
məkçi mənbə rolunu oynayır və müqayisə üçün zəngin material verir.
1979-cu ildə Zemfira Verdiyeva, Firəngiz Ağayeva və Musa
Adilovun birgə müəllifliyi əsasında nəşr olunan “Azərbaycan
dilinin semasiologiyası” adlı ali məktəblər üçün dərs vəsaitində də
bəzi poetik fiqurların dilçilik mövqeyindən şərhinə rast gəlinir.
Əzizağa Nəcəfov
30
“Məna dəyişmələri” başlığı altında ümumiləşdirilən metafora, meto-
nimiya, sinekdoxa və başqa məcaz növləri mənanın funksional
dəyişməsi və semantik sıxılma kimi açıqlanır. (Bax: 103, 106-185)
Lakin klassik poeziyamızda poetik fiqurların ilkin mənbələrə
müvafiq bölgü və adlandırma prinsipi baxımından linqvopoetik
istiqamətdə öyrənilməsi, sözsüz ki, birbaşa Musa Adilovun adı ilə
bağlıdır. Alimin 1991-ci ildə çapdan çıxmış “Klassik ədəbiyyatı-
mızda dil və üslub” kitabındakı oçerklərdən ikisi bu poetik vasitə-
lərdən bəzilərinin bilavasitə Füzuli yaradıcılığında tətbiqini araşdı-
rır. Onun bu kitabında “Füzuli yaradıcılığının bəzi dil və üslub xü-
susiyyətləri haqqında”, “Xalq dilində və Füzuli şeirində alliterasiya”
adlı tədqiqlərindəki tezis xarakterli məsələlər sonradan 1996-cı ildə
nəşr olunan “Məhəmməd Füzulinin üslubu və poetik dili” adlı
monoqrafiyasında daha geniş şərh olunur.
Kitabda Füzuli yaradıcılığı, xüsusilə də onun poetik irsi bədii-
ekspressiv, üslubi mövqedən tədqiqata cəlb olunur, şairin dilini fo-
netik, leksik, semantik, sintaktik və poetik istiqamətdə şərh etməyə
çalışan alim poetik fiqurları dil vahidləri üzrə, təzahürünə uyğun
olaraq qruplaşdırır; fonetik səviyyədə: məqlub, alliterasiya və asso-
nans (touzi), təcnis, iştiqaq; leksik səviyyədə: təkrir; semantik sə-
viyyədə: təzad, təşbeh, istiarə, ləffü nəşr; sintaktik səviyyədə: əks,
sual-cavab, cəm, təfriq və təqsim, izah, təzad, təcahülül-arif; poetik-
üslubi istiqamətdə isə: tərsi, iltizam, rəddül-əcuz aləs-sadr, mira-
ətün-nəzr, həşv, dövriyyə və s. kimi Şərq poetik fiqurlarının Füzuli
şeiriyyətində işlədilmə xüsusiyyətlərini açıqlayır. Beləliklə, Füzuli
yaradıcılığında poetik vasitələrin tətbiqindəki son xırdalıqları belə
nəzərə alan Musa Adilov dəqiq təsnifatlar aparır.
Müəllifin kitabda poetik fiqurların şairin irsindəki işlənmə
özəlliklərinə və ona məxsus dil xüsusiyyətlərinə dair irəli sürdüyü
bəzi tezislərə nəzər salaq: “Füzuli şeirində klassik Şərq poetikasına
xas məqlub (hərflərin möcüzəsi) ilə türk şeirinə xas alliterasiya
(səslərin möcüzəsi) bir vəhdət təşkil edir”. (3, 8) Yaxud: “...Böyük
sənətkar alliterasiya prinsipinə əsaslanan klassik (ərəb və fars
dillərinə məxsus) poetik izafət tərkiblərini türkləşdirməyə, onları
Füzuli – şairin yaradıcılıq psixologiyası
31
ana dili sintaksisi qəliblərində təqdim etməyə xüsusi səy göstərmiş-
dir”. (3, 58) Və ya: “Füzuli şeiri dilin təfəkkür tərzi ilə əlaqəsinə aid
zəruri olan bütün nümunələri özündə ehtiva edir. Qeyri-müəyyənliyi
ilə səciyyələnən dil vahidləri daha çox ümumi hökmlərin ifadəsində
işlədilir”. (3, 443) Göründüyü kimi, klassik Şərq ədəbiyyatına
məxsus poetik fiqurların dahi şairin yaradıcılığında tətbiqini dilçilik
nöqteyi-nəzərindən araşdıran bu tədqiqat işi dərin müşahidə və
axtarışların müvəffəq yekunu kimi əhəmiyyətini qorumaqdadır.
Füzuli şeirində şairin sənətkarlıq sehrini açmağa cəhd edən
alimlərdən biri də Nizaməddin Mustafadır. Onun 1994-cü ildə nəşr
olunan “Füzulinin poetik semantikası” adlı monoqrafiyası şairə
məxsus bədii düşüncənin ədəbi mətn daxilində yekun realizəsinin
və bədii dilin elementlərindən biri olan poetik vasitələrin Füzuli
irsindəki ədəbi-estetik funksiyasının öyrənilməsi baxımından ma-
raqlıdır. Kitabda ənənəvi poetik fiqurlar dilçilik nöqteyi-nəzərindən
- fonetik, leksik və sintaktik paralelizmin ünsürləri kimi tədqiqata
cəlb olunur. (Məlumat üçün bax: 89, 27)
Burada həmçinin məcazlar, onların müxtəlif təzahür şəkilləri
də məzmun və ifadə mütənasibliyi baxımından şərh olunur və Füzu-
li dilinə məxsus oppozisiya, informatik situasiya, poetik mühit
qəliblərini açıqlayan tədqiqatçı dahi şairin misralarındakı kod siste-
mini müəyyənləşdirməyə çalışır.
Azərbaycan ədəbi dilinin tarixini araşdırıb, Füzuli kimi onlarla
klassikin dilimizin inkişafı tarixində mövqeyini müəyyənləşdirən
Tofiq Hacıyev də şairin 500 illik yubileyi ərəfəsində ölməz sənətka-
rın sənət incəliklərini aydınlaşdırmaq məqsədi ilə qələmə aldığı
“Füzuli: dil sənətkarlığı” adlı monoqrafiyasında onun təkrarolun-
maz misraları haqqında mülahizələrini yazarkən, yeri gəldikcə, bəzi
ənənəvi poetik fiqurların şərhinə müraciət edir. Lakin əsər elmi-
fəlsəfi oçerk səciyyəli olduğundan bu, fraqment xarakteri daşıyıb,
sistemli deyil. Alimin Füzuli təşbehləri haqqındakı fikri xüsusi ilə
maraq doğurur: “...Təşbeh gözəllik, şeiriyyət ölçüsüdür. Təşbeh
predmetləri olduqca rəngarəng olub. Ancaq bu, nadir təşbehdir ki,
söz, şeir insanla müqayisə olunsun: Füzuli öz sözünü (ləfzini) Leyli
Dostları ilə paylaş: |