Yəni dövlətlərarası
münaqişələr,
mübahisələr, çəkişmələr
yüz illər bundan
əvvəllər də olmuşdur, hazırda da mövcuddur.
3.
Beynəlxalq
münasibətlərin
öyrənilməsi metodu
Qeyd etməliyik ki, metod problemi hər bir elmin ən əsas
problemlərindən biridir. Burada hər bir obyektin necə
öyrənilməsi, hansı üsullardan və vasitələrdən istifadə edilməsi,
praktiki fəaliyyətə tətbiq edilməsi və s. kimi məsələlər nəzərdə
tutulur.
İnsan öz nəzəri və əməli işində şüurlu fəaliyyətə
başlamazdan əvvəl mövcud şəraiti hərtərəfli təhlil edir və öz
qarşısına müəyyən məqsədlər qoyur. Onları həyata keçirməyin
optimal yollarım müəyyənləşdirir. İnsan fəaliyyətinin gedişində
istifadə edilən müəyyən üsullar getdikcə müvafiq qaydalar,
prinsiplər, normalar şəklində ümumiləşdirilir və
metodlara
çevrilir.
Yunan dilində
metod «harasa aparan yoI» mənasını
verir.
Metod dərketmə prosesinin üsuludur. O, hər hansı bir
elmin predmetinin
öyrənilməsi üsuludur. Metod elmi biliyin əldə
edilməsinin və onun praktikada tətbiq edilməsinin yollarını
göstərir. Aydındır ki, hər bir tətbiq edilən metodun özü də elmi
cəhətdən işlənib hazırlanmalıdır. BMN-nin xüsusi tədqiqat
metodları yoxdur. O, həm ümumi elmi metodlardan, həm də
konkret elmlərdə tətbiq edilən metodlardan istifadə edir. Bu
metodlar «Beynəlxalq münasibətlər nəzəriyyəsi)) fənninin
predmetinin dərindən öyrənilməsinə və dərk olunmasına kömək
edir.
Elmi ədəbiyyatların bir çoxunda metodu insanın
məqsədəuyğun
idrakı və
praktiki fəaliyyətinin üsulu kimi
xarakterizə edirlər.
Bolqar filosofu, akademik T.Pavlov metodu
təfəkkürün
daxili
hərəkət qanunauyğunluğu,
təfəkkürün qanun və
13
kateqoriyalarından şüurlu və səmərəli istifadə edilməsi kimi
səciyyələndirirdi. 0 yazırdı ki, metod insan qavrayışlarının,
təsəvvürlərinin, anlayışlarının, kateqoriyalarının, nəzəriyyələrinin
qanunauyğun
hərəkəti, subyektiv dialektikanm qanunudur.
Metod
-
məqsədə çatmaq, gerçəkliyin dərk
olunmasına və onun praktiki surətdə dəyişdirilməsinə nail
olmaq üçün istifadə olunan müəyyən üsullarla insanların
nəzəri və praktiki fəaliyyətini tənzimləyən müəyyən prinsip və
qaydaların məcmusudur.
Metod fəaliyyət üsulu olmaqla yanaşı, həm də biliyin
xüsusi bir formasıdır. Metod müəyyən biliklər əsasında yaranır.
Onun təşəkkülü və formalaşması bir proses olub insanın idrakı və
praktiki fəaliyyətinə əsaslanır.
Metod elmi tədqiqatın
praktikasına doğru istiqamətləndirilmiş nəzəriyyədir.
Beləliklə,
metod və
nəzərijyə ayrılıqda deyil, birlikdə
fonnalaşıb inkişaf edir. Hər bir elmin predmeti onun metodu ilə
vəhdət təşkil edir. Belə ki, hər bir elmin tədqiqat və şərh metodunu
dərindən bilmədən onun predmetini bir sistem halında öyrənmək,
qanunauyğunluqları və ziddiyyətləri aşkara çıxarmaq olmaz.
Məşhur ingilis filosofu F.Bekon (1564 - 1626) düzgün
tədqiqat metodunun roluna böyük əhəmiyyət verərək göstərirdi ki,
metod yolçunun yolunu işıqlandıran bir fanardır.
Hər bir araşdırma metodologiyanın ən ümumi dialektik
prinsiplərinə əsaslanır. Bu prinsiplər bunlardır: obyektivlik,
sistemlik, ardıcıllıq, tarixilik, ziddiyyətlilik, inkar etmək, qarşılıqlı
əlaqə və qarşılıqlı təsir, nisbi sabitlik, varislik, zərurətin qarşısı
alınmazlığı, idrakın mücərrəddən konkretə, sadədən mürəklcəbə,
asandan çətinə, adidən aliyə yüksəlməsi və s. Metodoloji tələbə
görə: bilik əldə etmə prosesində hissə-hissə qarışıq təsəvvürlər
mücərrəd təfəkk:ürdən keçir, saf-çürük edilir, aydınlaşır,
konkretləşir, həqiqi bilik əldə olunur.
14
Beynəlxalq münasibətlərin daha dərindən öyrənilməsi
nəzəri, sosioloji, tarixi və digər yanaşmalar hərtərəfli
əlaqələndirilir. Bununla yanaşı, praktiki baxımdan
faktların
öyrənilməsi, mövcud vəziyyətin öyrənilməsi, hadisələrin
təkamül inkişafının proqnozlaşdırılması, hadisələrə müəyyən
təsir etməyin mümkünlüyü barədə qərar hazırlanması və
nəhayət qərar qəbul edilməsi də nəzərdə tutulur.
Başqa ictimai elmlərin öyrənilməsində tətbiq edilən bir
çox metodlar
“Beynəlxalq münasibətlər’Mn araşdınimasmda da
əsas götürülür. Bununla yanaşı ayrı-ayrı ölkələr çərçivəsində baş
verən siyasi proseslər dünya miqyaslı siyasi proseslərdən
fərqləndiyi üçün burada qismən daha xüsusi növ,
əlahiddə
metodoloji yanaşmalar tələb olunur. Hər halda dünya
siyasətinin və beynəlxalq münasibətlərin tədqiq edilməsində
nisbətən daha geniş istifadə edilən metodlardan aşağıdakıları qeyd
etmək olar:
1.
Hadisələrin təhlili metodu. Burada ilkin empirik
materiallar sistemləşdirilib təhlil edilir. Bıma
“Texniki tədqiqat”
da deyirlər. Hazırda bu cür yanaşmalar yüzlərlədir. Ən sadə
müşahidədən tutmuş məlumatlar bankının formalaş- masmadək
yanaşma formaları mövcuddur.
2,
Müşahidə metodu (seyr etmək, nəzarət etmək).
Subyekt, obyekt və müşahidə vasitəsi bu yanaşmanın əsas
elementləri hesab edilir. Beynəlxalq aləmdə olan hadisəni
görürük, öz təfəkkürümüz səviyyəsində qiymətləndiririk. Bu
hadisələr texniki vasitələrin köməkliyi ilə də qiymətləndirilə bilər.
Buna
alətlər müşahidəsi deyilir. Məsələn dövlət başçılarının
görüşünü, beynəlxalq konfransları, beynəlxalq münaqişələri,
beynəlxalq təşkilatların fəaliyyətini, onların tənzimlənməsini
videoyazılarda, televiziya verilişlərində də müşahidə etmək olar.
Burada qoşulma - iştirakçı müşahidə növü də
fərqləndirilir. Yəni hər hansı bir hadisədə iştirak
etmiş şəxsin
15