- 153 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Avqustun əvvəllərindən etibarən İqdır və Eçmiədzin qəzalarının
müsəlman
kəndlərində qırğınlara başlanmışdı. Həmin bölgələrdə ermənilər 60 kəndi
darmadağın etmişdilər.
254
Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi M.Təkinski 1 avqust
1919-cu ildə xarici işlər naziri M.Y.Cəfərova göndərdiyi teleqramda qeyd edirdi
ki, erməni qoşunları iyulun 4-də Böyük Vediyə çatmışlar və danışıqlar zamanı
ilk atəş ermənilər tərəfindən açılmış, Böyük Vedidən olan nümayəndələr -
Zeynalabdin Şıxəli oğlu və Nəsrulla bəy Bəşir bəy oğlu öldürülmüşlər. Bundan
sonra böyük vedililər də atəş açmış, atışma axşamadək davam etmişdir.
Axşamüstü ermənilər Böyük Vedi müsəlmanlarının hücumuna tab gətirməyərək
döyüş meydanında pulemyotlar, mərmilər buraxaraq geri çəkilmişlər.
M.Təkinski
daha sonra qeyd edirdi ki, böyük vedililər İrəvan quberniyasında
300-dən artıq müsəlman kəndinin ermənilər tərəfindən dağıdıldığını və on
minlərlə kişi, qadın və uşağın öldürüldüyünü görüb mübarizə aparırlar.
255
Ermənistan ordusunun İrəvan quberniyasının azərbaycanlılar yaşayan
bölgələrində silah gücünə həyata keçirdiyi etnik təmizləmə siyasətinə qarşı
aparılan bütün diplomatik yazışmalar heç bir nəticə verməmişdi. Azərbaycanın
xarici işlər naziri M.Y.Cəfərovun Ermənistandakı həmkarına 22 sentyabr
1919-cu ildə göndərdiyi notada 1918-ci ilin yanvarından etibarən ermənilərin
İrəvan quberniyası ərazisində törətdikləri vəhşiliklər xronoloji ardıcıllıqla öz
əksini tapmışdı. Notada qeyd edilirdi ki, 1918-ci ilin dekabrında türklərin
İrəvan quberniyasından çəkilməsindən sonra Sasun polku İrəvan qəzasının
Qaraxaç (
Qaraarxac) və Vediçay kənd icmalarının müsəlmanlarını tərk-silah
etmiş, Qədili, Şahablı, Qaraxaç, Dəhnəz,
Qarabağlar, Ağasıbəyli və s. kəndləri
darmadağın etmiş,
demək olar ki, adları çəkilən kəndlərin sakinlərinin hamısını
öldürmüşdür. Eyni aqibətlə Milli Dərəsi bölgəsinin bəzi kəndləri də üzləşmişlər.
Daha sonra notada qeyd edilirdi ki, təqribən həmin vaxt erməni ordusu
Novo-Bəyazid qəzasının Basarkeçər rayonunun kəndlərini mühasirəyə almış,
Qızılvəng, Subatan, Zağalı kəndlərinin əhalisini qırmışdır...
Şahab kəndində
uşaqları təndirə atıb yandırmışlar.
256
Himayədarlıq Nazirliyinin Ermənistandakı müvəkkili Teymur bəy
Makinskinin 11 noyabr 1919-cu il tarixli məruzəsində Ermənistan hökumətinin
əsl siması açılırdı: “
1918-ci ilin fevralından davam edən qırğınlar nəticəsində
yarım milyon əhali dilənçi vəziyyətinə düşüb (Naxçıvan qəzasından,
254
Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament. I cild, Bakı, 1998
255
ARDA, fond 970, siyahı 1, iş 15, vərəq 13.
256
ARDA, fond 970, siyahı 1, iş 84, vərəq 16-17.
- 154 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Şərur məntəqəsindən, Sürməli məntəqəsinin 2-3-cü polis sahələrindən və
Zəngibasar rayonundan başqa). Həmin ərazilərdə müsəlman əhali hər
şeyini itirib. Dağıntıya məruz qoyulan rayonlarda əhali 200 min nəfərdən
artıqdır. Onlar xəstəlikdən və aclıqdan məhv olurlar, dəfələrlə talanlara və
qırğınlara məruz qalıblar. Bu kateqoriyaya İrəvan şəhərinin müsəlmanları,
Zəngibasarın Göykümbət, Arbat, Ağcaqışlaq və Çarbax kəndləri aiddir.
Qəti demək olar ki, ölənlərin sayı 100-120 min nəfərdir. 50 min nəfər
Azərbaycana qaçqın kimi gəlib. Təqribən bir o qədər İrəvanda, Zəngibasar
rayonunda, Sürməli qəzasının 2 məntəqəsində və Eçmiədzində yaşayır.
Qalan qaçqınlar Naxçıvan qəzasına, Şərur məntəqəsinə, Sürməli qəzasının
3-cü sahəsinə və Qars vilayətinin Qağızman dairəsinə sığınıblar. Bəziləri
Maku xanlığına və Türkiyə ərazisinə köçüblər... İrəvan şəhərində aclıq
keçirən əhalinin sayı 8 min nəfərdir”.
257
1919-cu il dekabrın 16-da Ermənistan Nazirlər Soveti Zəngibasara hücum
məsələsini müzakirə edir. Dekabrın 21-də Ermənistan ordusu Zəngibasar
rayonunun müsəlmanlarına qarşı hərbi əməliyyatlara başlayır. İrəvan
quberniyasının Zəngibasar rayonu müsəlmanlarının müvəkkilləri tərəfindən 3
yanvar 1920-ci ildə Azərbaycanın Gürcüstandakı
diplomatik nümayəndəliyinə
göndərilən məktubda onlar müttəfiq dövlətlərin ali komissarı ilə görüşə
bilmədiklərindən, Zəngibasar müsəlmanlarının vəziyyətinə dair məruzələrinin
Ali komissara çatdırılmasını xahiş edirdilər. Onlar öz müraciətlərində hər bir
gecikdirilən saatın minlərlə müsəlman ailəsinin məhvinə səbəb olduğunu qeyd
edirdilər.
Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəliyindən Mir
Mahmud Mirbabayev 25 yanvar 1920-ci ildə Azərbaycan XİN-ə göndərdiyi
məxfi
məktubunda göstərirdi ki, erməni silahlı birləşmələri Zəngəzuru
müsəlmanlardan tamamilə təmizləməklə Paris Sülh Konfransını fakt qarşısında
qoymaq istəyirlər. M.M.Mirbabayev yazırdı ki, İran tərəfi ingilislər və
ermənilərlə əlaqəyə girərək, böyük şirnikləndirici vədlər verməklə naxçıvanlıları
İrana köçürməyə təşviq edir ki, Naxçıvan zəifləsin və ermənilər oraya soxulmaq
imkanı qazansınlar. Naxçıvan təşkilatının fəaliyyəti (
Milli Şura və yaxud Araz-
Türk hökuməti nəzərdə tutulur) Böyük Vedi və Aralıq rayonlarını
əhatə edir,
Zəngibasarla əlaqə qurulub. Sürməli və Eçmiədzində törədilən qırğınlardan
sonra Zəngibasar əhalisi silahlanmaq məcburiyyətində qalmış və hərbi təlimlər
keçirmək üçün təlimatçılar dəvət etmişdir. M.M.Mirbabayev daha sonra yazırdı
ki, Zəngibasarın 12 kəndində tamamilə müsəlmanlar yaşayır və bu kəndlər
257
ARDA, fond 2894, siyahı 1, iş 1, vərəq 19.