Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə65/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   67

 165 
malların  dəyərinin  bir  hissəsinin  büdcəyə  tutulması  formasıdır.  ƏDV  mallar 
isteh
salının  və  göndərilməsinin,  işlər  görülməsinin  və  xidmətlər  göstərilməsinin 
bütün 
mərhələlərində ödənilir. Vergi tutulan dövriyyədən ödənilməli olan ƏDV-nin 
məbləği  bu  cür  dövriyyədən  hesablanan  verginin  məbləği  ilə  Vergi  Məcəlləsinin 
müddəalarına  uyğun  olaraq  verilən  hesab-fakturalara  müvafiq  surətdə 
əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq kimi müəyyən edilir. Hazırda 
Azərbaycan Respublikasında ƏDV “0” və “18%” dərəcələrlə tutulur. 
 
4.  Aksiz  - 
vergilərin bir növüdür. Aksizli  malların satış qiymətinə  daxil  edilən, 
aksizli 
malları istehsal  edən və satan vergi  ödəyicilərindən tutulan  dolayı  vergidir. 
Bütün 
dolayı  vergilər  kimi  aksizlər  əmtəənin  qiymətini  formalaşdırır  və  onun 
ödənilməsi  faktiki  olaraq  alıcıların  üzərinə  keçir.  Formal  olaraq  bu  verginin 
ödəyiciləri aksizli mal istehsal edən və ya satan müəssisələr olsa da, faktiki olaraq 
onun 
ödəyiciləri  istehlakçılardır.  Azərbaycan  Respublikasının  ərazisində  istehsal 
edilən, yaxud idxal  olunan spirtli  içkilərdən, pivə  və  pivə tərkibli içkilərdən, tütün 
məmulatları, neft məhsullarından aksiz vergisi tutulur.  
M
əcəllədə aksizli mallara aşaüıdakılar aid edilmişdir: 
- iç
məli spirt, maya, pivə və spirtli içkilərin bütün növləri;  
- tütün 
məmulatları; 
- neft 
məhsulları.  
Əvvəlki illərlə müqayisədə  aksizli malların  siyahısı xeyli ixtisar edilmişdir. Belə 
ki, 
zinət əşyaları, zərif balıq məhsulları, nərə və qızıl balıq kürüsü, təbii xəz və gön-
dəri məmulatları, pambıq malları və s. aksizli malların siyahısından çıxarılmışdır.  
A
ksizlərin dərəcələri Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilir.  
 
5. 
Əmlak  vergisi.  Müəssisələr  əmlakının  (avtonəqliyyat  vasitələri  istisna 
olmaqla) orta illik 
qalıq dəyərinin 1 faizi həcmində əmlak vergisi ödəyəcəklər.  
Fiziki 
şəxslər  üçün  əmlak  vergisi  onların  şəxsi  mülkiyyətində  olan  binaların 
inventarlaşdırılmış  dəyərindən  tutulur.  Bu  dəyər  şərti  maliyyə  vahidinin  6000 
mislinə (yəni 33000000 manata) qədər olanda onda əmlak vergisi tutulmur. Əmlakın 
qalıq  dəyəri  şərti  maliyyə  vahidinin  6000  mislindən  çox  olduqda  -  33000000 
manatdan çox  olduqda 
vətəndaşlar həmin həddən yuxarı məbləğin 0,1 faiz dərəcəsi 
ilə əmlak vergisi ödəyirlər. 
Fiziki 
şəxslər habelə onlara məxsus olan su və hava nəqliyyatı vasitələrinə görə 
də əmlak vergisi ödəyirlər.  
Qeyd 
etmək lazımdır ki, hüquqi şəxslərin əmlak vergisi dövlət büdcəsinə, fiziki 
şəxslərin əmlak vergisi isə yerli (bələdiyyə) büdcələrə cəlb olunur.  
Əmlakın qalıq dəyəri  dedikdə isə müəssisənin balansında olan əsas vəsaitlərin 
ilkin 
dəyərinin  həmin  əsas  vəsaitlərə  hesablanmış  köhnəlmənin  (amortizasiyanın) 
məbləği qədər azaldılan dəyəri nəzərdə tutulur. 
 
6.  Torpaq  vergisi  -  torpaq 
mülkiyyətçilərinin  və  ya  istifadəçilərinin  təsərrüfat 


 166 
fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə 
şəklində  hesablanır.  Hazırda  torpaq  vergisinin  dərəcəsi  kənd  təsərrüfatı  torpaqları 
üzrə  (Bakı,  Gəncə,  Sumqayıt  və  Mingəçevir  şəhərləri  istisna  olmaqla)  1  şərti  bal 
üçün 
şərti maliyyə vahidinin 5 faizinə (275 manata) bərabərdir.  
Torpaq  vergisini  hüquqi 
şəxslər  dövlət  büdcəsinə,  fiziki  şəxslər  isə  yerli 
büdcələrə ödəyirlər.  
 
7. Tranzit yol vergisi  - 
ölkə ərazisinə daxil olan və həmin ərazidən sərnişin və 
yük 
daşınması  üçün  istifadə  edən  xarici  dövlətlərin  avtomobil  nəqliyyatı 
vasitələrinin  sahiblərinin  həmin  ölkənin  avtomobil  yollarından  istifadəyə  görə 
ödədikləri vergilərdir. 
Tranzit  yol  vergisini  A
zərbaycan  Respublikasının  ərazisinə  daxil  olan  xarici 
dövlətlərin  avtonəqliyyat  vasitələri  yükün  xarakterindən,  yükgötürmə 
qabiliyyətindən, ölkədə qalma günlərinin sayından və s. asılı olaraq ödəyirlər.  
 
8.  M
ədən vergisi - hasilatçıdan yerin təkindəki  faydalı qazıntını hasil etdiyinə 
 
görə tutulur. Ölkə ərazisində  mövcud faydalı qazıntıların (məsələn,  neft, qaz, filiz 
eh
tiyatları və s.) çıxarılmasına görə  mədən  vergisi tətbiq olunur. Mədən  vergisinin 
vergitutma 
bazası  faydalı  qazıntıların  topdansatış  qiymətidir.  Mədən  vergisinin 
dərəcələri yerin təkindən çıxarılan faydalı qazıntının növündən asılı olaraq müəyyən 
edilir.  
Yerli 
əhəmiyyətli tikinti  materialları üzrə  mədən  vergisi  yerli büdcələrə, bütün 
digər faydalı qazıntılar üzrə belə vergi isə dövlət büdcəsinə keçirilir.  
 
9.  S
adələşdirilmiş sistem  üzrə vergi. Aksizli  mallar istehsal edən  müəssisələr, 
kredit 
və sıüorta təşkilatları, investisiya fondları, qiymətli kaüızlar bazarının peşəkar 
iştirakçıları  istisna  olmaqla  ƏDV-nin  məqsədləri  üçün  qeydiyyata  alınmamış 
müəssisələr  sadələşdirilmiş  sistem  üzrə  verginin  ödəyiciləridir.  Yəni  bu  verginin 
Bakı şəhərində yerləşən  ödəyiciləri  ümumi hasilatın həcminin 4 faizi, regionlarda 
yerləşən ödəyiciləri isə 2 faizi qədər  vergi ödəyirlər.  
 
 
 
 
 
İ q t i s a d i   f i k i r   t a r i x i n d ə n    
 
 
Fridrix fon Hayek (1899-1992) 
 
Vyana  Universitetini 
bitirən  Hayek  dünyanın 
ən məşhur tədris mərkəzlərində, o sıradan London 
İqtisad Məktəbində, Zaltsburq, Frayburq və Çikaqo 
 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə