Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə66/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   67

 167 
Universitetlərində elmi tədqiqatla məşğul olub. Hayeki maraqlandıran iqtisadi 
problemlər dairəsi həddindən  çox  genişdir.  Onun tədqiqatının  bəzi nəticələri 
ümumi 
baxışlarla ziddiyyət təşkil edir. 
30-cu 
illərdən  başlayaraq,  sosialist  ideyasının  Qərb  intellektualları 
arasında dəbdə olan zaman Hayek müzakirələrə qoşularaq, sosializm əleyhinə 
tədqiqatlarla  məşğul  olub.  Qərbdə  bu  alimi,  hətta  onun  heç  bir  əsərini 
oxumayanlar 
belə  sosializmə  qarşı  mübarizə  kimi  tanıyırlar.  Həqiqətən  də 
Hayekin  «
Köləliyə  yol», «Fərdilik  və  iqtisadi  qaydalar», «Azadlığın  əsas 
qanunu» 
və digər əsərlərində sosializmin elmi əsasları təhlil olunmuş və belə 
qənaətə  gəlinmişdir  ki,  sosializm  bütün nöqteyi-nəzərlərdən  çox  böyük  səhv 
olub. Hayek 1974-cü 
ildə Nobel mükafatı alıb. 
 
 
 
Xülasə 
 
1. 
Büdcə dövlətin baş maliyyə planıdır. O, adi hesabdarlıqda olduğu kimi, 
iki 
tərəfə  malikdir:   gəlir  (mədaxil)  və  xərc  (məxaric).  Əgər  birinci  tərəf 
 
vergilər,  rüsumlar  və  qeyri-vergi  ödənişlərindən  təşkil  olunursa,  ikinci  tərəf 
özündə   səhiyyə,  təhsil,  elm,  sosial  təminat,  müdafiə,  idarəetmə, həmçinin 
dövlət  subsidiyaları  hesabına  fəaliyyət  göstərən  iqtisadiyyatın  ayrı-ayrı 
səhələrinə  yönəlmiş  xərclərin  kompleks  spektrini  əks  etdirir.  Büdcə  ili  - 
büdcənin icrasının həyata keçirildiyi bir illik zaman müddətidir.  
 
2. 
Büdcə  ilinin  zaman  çərçivələri  ayrı-ayrı  ölkələrdə  fərqlidir.  Məsələn, 
ABŞ-da  maliyyə  ili  oktyabrın  1-dən  başlayıb  növbəti  ilin  sentyabrın  30-da, 
Böyük Britaniyada 
isə mayın 1-dən başlayıb növbəti il aprelin 30-da başa çatır. 
Əksər ölkələrdə, o cümlədən Azərbaycanda, büdcə ili yanvarın 1-dən başlayıb 
dekabrın 31-də başa çatır.  
 
3. Vergi 
siyasəti - dövlət maliyyə siyasətinin tərkib hissəsi olmaqla, vergi 
sah
əsində dövlət tərəfindən həyata keçirilən tədbirlər sisteminin məcmusudur. 
Azərbaycanda  bu  siyasətin  iqtisadi  və  hüquqi  əsaslarını  2000-ci  il  1  yanvar 
tarixindən  qüvvəyə  minən  Vergi  Məcəlləsi  müəyyənləşdirir.  Məcəllə  ilə 
A
zərbaycan Respublikasında aşaüıdakı vergilər müəyyən edilmişdir:  

dövlət vergiləri;  
- muxtar respublika vergi
ləri;  
- yerli 
vergilər (bələdiyyə vergiləri). 
 
4.  D
övlət vergilərinə aiddir:  
1)
 
fiziki 
şəxslərin gəlir vergisi;  
2)
 
hüquqi 
şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan 
müəssisə və təşkilatlardan başqa); 
3)
 
əlavə dəyər vergisi; 
4)
 
aksizlər; 
 


 168 
5)
 
hüquqi 
şəxslərin əmlak vergisi; 
6)
 
hüquqi 
şəxslərin torpaq vergisi;  
7)
 
tranzit yol vergisi; 
8)
 
mədən vergisi; 
9)
 
sadələşdirilmiş sistem üzrə vergi. 
 
5. 
Muxtar 
respublika 
 
vergiləri  dedikdə,  Naxçıvan  Muxtar 
R
espublikasında  bu  Məcəlləyə  müvafiq  olaraq  Naxçıvan  Muxtar 
R
espublikasının  qanunları  ilə  müəyyən  edilən  və  Naxçıvan  Muxtar 
R
espublikasında ödənilən vergilər nəzərdə tutulur.  
 
6. Yerli 
vergilər dedikdə bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və 
onların ərazisində ödənilən vergilər nəzərdə tutulur. Yerli vergilərə aiddir:  
1)
 
fiziki 
şəxslərin torpaq vergisi;  
2)
 
fiziki 
şəxslərin əmlak vergisi;  
3)
 
yerli 
əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;  
4)
 
bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.  
 
 
Müzakirə üçün suallar 
 
1. 
İzah edin ki, büdcə dövlətin nəyinə gərəkdir. Bir anlığa təsəvvür edin ki, 
Siz 
hökumətdə  maliyyə  naziri  vəzifəsi  tutursunuz  və  büdcənin  icrasına 
məsulsunuz,  onda  vəsaitləri  daha  çox  hansı  istiqamətlərə  yönəldərdiniz.  Bu 
sualı bir neçə tələbəyə (şagirdə)  ünvanlayın. 
2. 
Dövlət  büdcəsinin  5  əsas  gəlir  mənbəyini  sadalayın.  Onların  hansı 
mənbələrdən formalaşmasını izah edin. 
3. 
Dövlət büdcəsinin  5 əsas xərc maddəsini sadalayın və onları vaciblik 
dərəcəsinə görə sıralayın. 
4. 
Dövlət və yerli vergiləri sadalayın, vergilərin hansının dövlət büdcəsinə, 
hansının bələdiyyə  büdcəsinə ödənildiyini fərqləndirin.   
5. 
Dolayı  və  birbaşa  vergilərin  fərqini  izah  edin  və  onların  hər  birinə 
misallar 
çəkin. 
6.  Proporsional,  reqressiv 
və proqressiv vergilərin fərqlərini izah edin və 
onların hər birinin konkret misallar üzrə hesablanması qaydasını göstərin. 
7. 
Gəlir vergisinin şkalası üzrə 400 min manat və 4 milyon manatlıq əmək 
haqqı məbləğini vergiyə cəlb edin. 
8. 
Müxtəlif  məbləğlər  (4  milyon, 44 milyon  manat)  üzrə  fiziki  şəxsin 
əmlakının (evinin, mülkünün) qalıq dəyərindən vergi hesablayın. 
 
 
 
Test 
 
?
 
? ! 


 169 
10.1. B
üdcə kəsiri budur: 
a) 
mədaxil məxaricdən çoxdur 
b) 
mədaxil məxaricdən azdır 
c) 
mədaxil və məxaric bərabərdir. 
 
10.2. 
Aşağıdakı vergilərdən hansı dolayı vergi hesab olunmur: 
a) 
əlavə dəyər vergisi 
b) aksiz vergisi 
c) 
gəlir vergisi 
 
10.3. Bu 
vergilərdən hansıları bələdiyyə büdcəsinə ödənilir: 
1. fiziki 
şəxslərin torpaq vergisi 
2. hüquqi 
şəxslərin mənfəət vergisi 
3. fiziki 
şəxslərin əmlak vergisi  
4. hüquqi 
şəxslərin əmlak vergisi 
 
Cavab 
variantları: 
a) 1 
və 2 –ci                  b) 1 və 3-cü                       c) hamısı. 
 
 
 
 
 
 
 
 
On birinci  
fəsil  
 
Bu 
fəsli oxuyarkən aşağıdakı 
termin 
və anlayışlara diqqət yetirin: 
 

 
Beynəlxalq  iqtisadiyyat 
 

 
Mütləq və müqayisəli 
üstünlüklər 
 

 
Xarici 
ticarət dövriyyəsi 
 

 
Təbii və əldə edilmiş 
üstünlüklər 
 
 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə