Aqşin Babayev_______________________________________________
310
yarpaq tökümü” misraları ilə başlayan şeiri M. Rəfilinin vəfatı münasibətilə
yazılmışdı.
Nazim Hikmət Səməd Vurğun poeziyasını çox bəyənirdi. 1957-ci
ildə Nazim ikinci dəfə Bakıya gələndə S. Vurğun həyatda yox idi,
əbədiyyətə qovuşmuşdu. Nazim Azərbaycana həsr olunmuş bir çox şeirlər
yazdı. Onlardan biri də “Otuz il sonra” adlanır. Həmin əsərdə Nazim
Hikmət 1927-ci illə 1957-ci ili müqayisə edir, Azərbaycanı yenidən
gördüyünə çox sevinirdi. Bu yerdə də S. Vurğunun adını çəkirdi:
“Azərbaycan şeiri vardı, amma Səmədinkilər yoxdu”.
Aqşin müəllim yazır ki, N. Hikmət Bakıda olduğu vaxt Opera və
Balet Teatına, Musiqili Komediya Teatrına, Azərbaycan Dövlət
Filarmoniyasına gedir, musiqi sənətimizin inciləri ilə tanış olur, sonra da
mətbuat üçün ürək sözlərini qələmə alırdı. Bülbülün, Xan Şuşinskinin,
Şövkət Ələkbərovanın, Tofiq Quliyevin mahnılarını və səslərini çox
bəyənirdi. O, Azərbaycan Opera Teatrında baxdığı Qara Qarayevin “ Yeddi
gözəl” baletini yalnız Sovet İttifaqında deyil, bütün dünyada ən gözəl balet
musiqisindən biri kimi qiymətləndirir, Fikrət Əmirovun “Sevil” operasına
da böyük bir zövqlə qulaq asdığını fərəhlə xatırlayır.
Bütövlükdə
o,
Azərbaycan musiqisini obrazlı şəkildə kökləri Azərbaycan torpağının,
xalqının dərinliklərində, gövdəsi dostluq, nikbinlik, ümid kimi sağlam
yekparə ulu çinara oxşadır. Aqşin müəllim yazır ki, N. Hikmətin heyran
olduğu əsərlərdən biri də dünya şöhrətli bəstəkarımız Arif Məlikovun
“Məhəbbət əfsanəsi” baleti idi. Məlum olduğu kimi, “Məhəbbət əfsanəsi”
Nazim Hikmətin “Bir aşk masalı” pyesinin əsasında yaradılmışdır.
Kitabdakı ən maraqlı oçerklərdən biri sənətkarın mənəvi övladım
dediyi heykəltəraş Münəvvər Rzayeva ilə N. Hikmət haqqındadır.
Münəvvər xanım şairin çox istədiyi, bəyəndiyi sənət xadimi idi. M.
_______________________________________________
Nazim Hikmət qalaktikası
311
Rzayeva onun büstünü və heykəlini yaratmışdı. Aqşin müəllim belə bir
faktı da deyir ki, Münəvvər xanım şairin vəfatından sonra hər il yanvar
ayının 20-də Nazim Hikmətin ad gününü evində qeyd edir, o da bu ad
günlərinə qatılırmış.
Aqşin Babayev Nazim Hikmətin gözəl şair, mahir dramaturq, realist
nasir olmaqla yanaşı, həm də bir kinossenarist kimi məşhur olduğunu,
ömrünün sonuna qədər Azərbaycanın kino xadimləri ilə yaradıcılıq
əlaqələri saxladığını qeyd edir. Onun əsərləri əsasında çəkilmiş “Bir
məhəlləli iki oğlan”, “Məhəbbətim mənim, kədərim mənim” və başqa
filmlərin geniş tamaşaçı kütləsinin böyük rəğbətini qazandığını vurğulayır.
Nazim
Hikmətlə
Azərbaycanın
bağlılığının
unudulmaz
səhifələrindən biri də N. Hikmət poeziyasının, dram əsərlərinin nəşri və bu
əsərlərin səhnə taleyidir.
N. Hikmət yaradıcılığının poetik nümunələri Azərbaycanda 1928-ci ildən
başlayaraq bu günə qədər vaxtaşırı nəşr edilməkdədir. Aqşin müəllim
sənətkara dair məqalələrinin birində böyük qürur hissi ilə qeyd edir ki, bu
nəşrlərin ən mükəmməli Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin müvafiq sərəncamına əsasən Nazim Hikmətin 2006-cı ildə latın
qrafikası ilə nəşr edilmiş “Seçilmiş əsərləri”dir. İyirmi beş min tirajla çap
olunmuş bu kitaba sənətkarın şeir və poemaları, habelə “Kəllə”, “Qəribə
adam”, “Damokl qılıncı” pyesləri daxil edilmişdir. (Kitabın tərtibçisi Aqşin
Babayevdir.)
Kitabda N. Hikmətin dünya teatrları tərəfindən səhnəyə qoyulmuş
20-dən artıq pyesindən söhbət açılır. Azərbaycanda müəllifin “Kəllə” pyesi
bütün başqa dram əsərlərindən daha əvvəl radio tamaşası kimi efirə
verilmişdi. “Qəribə adam”, “Şöhrət və ya unudulan adam”, “Kəllə”,
Aqşin Babayev_______________________________________________
312
“Türkiyədə”, “Damokl qılıncı”, “Bayramın ilk günü” pyesləri
Azərbaycanda Adil İsgəndərov, Tofiq Kazımov, Məhərrəm Haşımov kimi
görkəmli rejissorlarımız tərəfindən uğurla səhnəyə qoyulmuş,tamaşaçılar
tərəfindən böyük rəğbətlə qarşılanmışdı.
Kitabın ən maraqlı və həcmli bölümlərindən birini N. Hikmət
yaradıcılığının Azərbaycanda tədqiqi məsələsinə dair Aqşin müəllimin
fikirləri təşkil edir. Aqşin müəllim qədirbilən, Anadolu türklərinin “vəfa
borcu” dediyi nəcib duyğularla yaşayan alimdir. O, kitabda N. Hikmət
yaradıcılığı ilə bağlı olan bütün elm adamlarını, nazimşünasları və
nazimsevərləri tək-tək xatırlayır, əsərlərini təhlil və şərh edir,
nazimşünaslıqdakı xidmətlərini obyektiv şəkildə qiymətləndirir.
2007-ci ildə dərc olunan “Mövlana və Nazim Hikmət” adlı
məqaləmizdə yazmışdıq ki, mütəfəkkir-şair hələ gəncliyində, marksizmə
yiyələnmədən mövləviliyi, təsəvvüf fəlsəfəsini yüksək qiymətləndirmiş,
sonralar da bütün yaradıcılığı boyu böyük Hikmətə - Kamil insana inanmış,
bu mərtəbəyə bəşər övladını ucaldan Eşqə sadiq qalmışdır. Fərq yalnız
burasındadır ki, həsrətdən doğulan, ayrılıqdan fəryad edən, daim vüsala
doğru yürüyən Nazim Hikmət iyirmi yaşından sonra öz Yaradanına heç bir
zaman asi olmadan xoşbəxtliyi Yaradanda axtarmışdır.
Burada kiçik bir haşiyə çıxaraq Nazim Hikmətin poeziyasının mənim
üçün də doğma olduğunu vurğulamaq istəyirəm. Sadəcə, türk ədəbiyyatı
mütəxəssisi olduğum üçün yox, həm də ona görə ki, mənim də, tələbəlik
illərini eyni qrupda paylaşdığımız ömür-gün yoldaşımın da universiteti
bitirərkən nazimşünas Yusif Şirvanın elmi rəhbərliyi ilə yazdığımız diplom
işləri sənətkarın məşhur “İnsan mənzərələri” iri həcmli epopeyasındakı iki
poemanın (“Zoya” və “Moskva simfoniyası”) ədəbi-tənqidi təhlilinə həsr
olunmuşdu.
_______________________________________________
Nazim Hikmət qalaktikası
313
Aqşin müəllim ildə ən azı iki dəfə (sənətkarın doğum və anım
günlərində) Nazim Hikmət haqqında məqalə çap etdirir, onu yad edir,
ruhunu yaşadır. Və hər səfərində bunu qeyd etməyi unutmur ki, Nazim
Hikmətin son illərində onun vətən həsrəti ilə çırpınan yaralı ürəyinin
yeganə təsəllisi Azərbaycan idi. Azərbaycan da onu həmişə öz doğma
övladı kimi qəbul edirdi. Yalnız onu yox, onun doğmalarını da xalqımız
həmişə mehribanlıq və qayğıkeşliklə qarşılayırdı. Şairin ölümündən sonra
Bakıya qonaq gələn xanımı Münəvvər və oğlu Mehmet, sonralar ölkəmizi
ziyarət edən bacısı Samiyə xanım da Nazim Hikmət kimi xalqımıza çox
doğma, çox əzizdir.
Biz buraya qədər məqalənin sərlövhəsindəki nazimşünasdan və onun
Türkiyədə nəşr olunan kitabından bəhs etdik. Bir neçə kəlmə də Ceviz
ağaçı, Çinar və rapsodiya haqqında. Türk dünyası poeziyasında ceviz ağacı
deyincə, ağla ilk gə- lən Nazim Hikmət və onun Vətən həsrətli məşhur
şeiridir (bu sətirləri yazarkən tanınmış estrada müğənnisi Cem Qaracanın
bu şeirə bəstələyib oxuduğu mahnı qulaqlarımda cingildəyir):
Ben bir ceviz ağacıyım Gülhane Parkında,
Ne sen bunun farkındasın, ne polis farkında.
Yarpağı doğma Azərbaycanımızın xəritəsinə oxşayan ulu çınar ağacı
isə türkçülər arasında hər zaman ölkəmizin rəmzi sayılıb.
Rapsodiya kəlməsi isə məlumdur. N. Hikmətin yurdumuzla
münasibətləri, ədəbiyyatımız, incəsənətimiz və elm adamlarımızla əlaqələri
o qədər çoxşaxəli, irimiqyaslı və müxtəlifyönlüdür ki, haqqında ancaq bu
şəkildə-epik parçalardan, miniatür etüdlərdən ibarət bütöv bir monumental
əsər formatında söz açmaq mümkün idi.
Aqşin Babayev_______________________________________________
314
Kitabın ön sözündə Aslan Kavlak yazır ki, vaxtilə N. Hikmət onun
haqqında Moskvada yaşayan məşhur azərbaycanlı türkoloq-nazimşünas
Əkbər Babayevin qələmə aldığı ilk monoqrafiyanı oxuduqdan sonra ona
hədiyyə etdiyi kitablardan birinə belə bir avtoqraf yazıb imzalamışdı:
“Məni mənə tanıdana...” Məncə, Ustad sağ olub, Aqşin müəllimin bu
kitabını oxusaydı, eyni avtorafı təkrarlardı. Bəlkə də sənətkar belə yazardı:
“Məni mənə, doğma Azərbaycanıma və Türkiyəmə tanıdana... ”
_______________________________________________
Nazim Hikmət qalaktikası
315
AqĢin Babayevin Nazim Hikmətə həsr etdiyi əsərləri
KĠTABLAR
AZƏRBAYCAN DĠLĠNDƏ
1. “Nazim Hikmət”. Bakı, İşıq, 1978.
2. “Dünya vəfalıdır”. B., Yazıçı, 1984.(“Kitabsatan” hekayəsi)
3 .“Dünyanın axırı”. B., Gənclik, 1992. (“Ceviz ağacı”. Sənədli
povest)
4. “Başımıza gələnlər”. B., Azərnəşr, 1994.(“Nazim Hikmət”. Portret-
oçerk)
5. “Azərbaycan və türk dünyası”. “Hüquq ədəbiyyatı” nəşriyyatı, B,
1998. (Nazim Hikmətə həsr olunmuş hissə)
6. “Müasir türk dramaturgiyası”. “Qanun” nəşriyyatı, B., 1998.
(“Nazim Hikmət” bölümü)
7. “Yanan zürafə”. “Hüquq ədəbiyyatı” nəşriyyatı, B., 1999.(Nazim
Hikmət ilə bağlı xatirələr)
8. “Kino...Kino...”. Nəşriyyat Poliqrafiya Mərkəzi, B., 1999.(“Kino
sənəti və Nazim Hikmət”)
9. “100 yaşlı Nazim Hikmət” . “Təhsil” mərkəzi, B., 2000.
10. “Azərbaycan kino sənətində ədəbi əsərlərin təcəssümü”. (Aydın
Kazımzadə ilə birlikdə). “Mütərcim” Nəşriyyat-Poliqrafiya mərkəzi,
B,2000. (“Nazim Hikmət” bölümü)
11. “Türkiyə ədəbiyyatı müntəxəbatı”. “Təhsil” mərkəzinin nəşriyyat-
poliqrafiya müəssisəsi, B, 2001.( “Nazim Hikmət” bölümü)
12. “İşıqlı bir iz”. “Borçalı” nəşriyyatı, 2009 (“Nazim Hikmət”
bölümü)
Aqşin Babayev_______________________________________________
316
RUS DĠLĠNDƏ
1. «Социальные мотивы в современной турецкой драматургии».
.(“Социально-политические проблемы в пьесах Назыма Хикмета”) Б.,
«Елм».1982
TÜRK DĠLĠNDƏ
1.“Nazim Hikmət və yaşamı”, türkcələşdirəni və redaktoru Yüksəl
Kaya, Federal Almaniya, Berlin, 1989.
2.”Nazim və Azərbaycan”. Türkiyə.”Zeus” nəşriyyatı, 2012.
MƏQALƏLƏR
1. “Mən yanmasam”. (Nazim Hikmətin anadan olmasının 60 illiyi
münasibəti ilə). “Azərbaycan gəncləri”, 1962, 24 yanvar.
2. “Nazim Hikmətin dramaturgiyasında kapitalizmin ifşası”. “Azərbaycan
gəncləri” qəzeti, 1962, 27 iyun.
3. “Nazim Hikmət dramaturgiyasında sülh mövzusu”. Elmi əsərlər, ADU,
Bakı, 1965. N 5.
4. «Несколько слов о драматургии Назыма Хикмета». Журнал
«Литературный Азербайджан», 1965, №1 (rus dilində).
5.“Türk dramaturgiyası və Nazim Hikmət”. Azərbaycan Dövlət
Universitetinin elmi xəbərləri. Dil və ədəbiyyat seriyası, 1965, №2.
6. “Nazim Hikmət novator dramaturq kimi”. “Aspirantların elmi əsərləri”.
(Elmi konfransın materialları) Azərbaycan Dövlət Universiteti, Bakı, 1966.
7. «Nazim Hikmət və Azərbaycan». “Elm və həyat” jurnalı, 1966, N 2.
_______________________________________________
Nazim Hikmət qalaktikası
317
8. “Nazim Hikmət Türkiyədə”. “Ədəbiyyat və incəsənət” qəzeti, 1966, 10
oktyabr.
9. «Nazim Hikmət inqilabi ideyaları tərənnüm edir». “Ədəbiyyat və
incəsənət”, 1970, 4 yanvar.
10. «Vətən həsrətli gözlər». (Nazim Hikmətin anadan olmasının 70 illiyi
münasibətilə). “Ədəbiyyat və incəsənət” qəzeti, 1972, 22 yanvar.
11. «Cümhuriyyət dövrü türk dramaturgiyasının mövzu dairəsi».
(N.Hikmətə aid hissə) Türk filologiyası məsələləri, II buraxılış. “Elm”
nəşriyyatı, Bakı, 1980.
12. «Cümhuriyyət dövrü türk dramaturgiyasının bəzi məsələləri».
(N.Hikmətə aid hissə) Gürcüstan Elmlər Akademiyasının elmi xəbərləri.
Tbilisi, 1981, N 1, (gürcü və rus dillərində.)
13.“Nazim Hikmət”. Azərbaycan Sovet Ensiklopediyası, 1983. VII cild.
14. “Üç cür yaşamaq var”. Nazim Hikmətin “Yaşamaq gözəl şeydir,
qardaşım” kitabına ön söz. Bakı, Yazıçı, 1983.
15. “Mavi gözlü dev”in dostu”. “Ədəbiyyat və incəsənət” qəzeti, 1987, 11
dekabr.
16. «Dünyalar mənim oldu». Nazim Hikmətin 90 illiyi qarşısında.
“Ədəbiyyat qəzeti”, 1991, 6 sentyabr.
17. «Bir daha Nazim haqqında». “Ədəbiyyat qəzeti”, 1992, 28 yanvar.
18. “Nazim Hikmət – 90”. “Qobustan” jurnalı, 1992, N 1-2.
19. “Geriyə dönməyi sevməm...” “Şəhriyar” qəzeti, 1997, 23-29 oktyabr.
20. “Kapadı kitabı Münəvvər”. (Nazim Hikmətin həyat yoldaşı Münəvvər
Andaç haqqında). “Ədəbiyyat qəzeti”, 1998, 29 may.
Aqşin Babayev_______________________________________________
318
21.«Azərbaycan-türk ədəbi əlaqələri və yeni poeziyanın təşəkkülü»
(N.Hikmət haqqında). “Elmi əsərlər”, V buraxılış, Bakı, “Elm” nəşriyyatı,
1999.
22. «Türk kino sənəti və onun səciyyəvi xüsusiyyətləri» (N.Hikmətə aid
hissə). “Ulduz” ədəbiyyat və sənət jurnalı, 2000, N 1.
23. «Türk kino sənətinin inkişaf mərhələləri və görkəmli simaları» (“Nazim
Hikmət” bölümü). “Təfəkkür”jurnalı, 2000, N 2.
24.
“Nazim Hikmət - əsrlərə sığmayan türk şairi”. “Ədəbiyyat” qəzeti,
2000, 10 mart.
25.
«Üfüqdə göy gözlərin sarı həsrəti». “Ədəbiyyat qəzeti”, 2000, 21
aprel.
26.
“Türk ədəbi tənqidində Nazim Hikmət şəxsiyyəti”. “Ulduz”, 2001, N
1.
27.
“Nazim Hikmət”. Elmi konfransın materialları, Bakı Dövlət
Universiteti, Bakı, 2001.
28.
«Nazim Hikmət taleyi.” “İki sahil” qəzeti, 2001, 16 may.
29.
«Nazim Hikmətə bağlı ömrüm». “Yazıçı” (“Oğuz eli” qəzetinin
xüsusi buraxılışı). 2002, yanvar.
30.
“Bu dünyaya gəlməyə dəyərdi...” “Nazim Hikmət-100”. “Ədəbiyyat
qəzeti”, 2002, 8 fevral.
31.
Nazim Hikmət. Altay Məmmədovun “Nazim Hikmət Gəncədə”
kitabına “Ön söz”, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 2002.
32.
“Azərbaycan - Nazim Hikmət dünyasında”. “Azərbaycan” jurnalı,
2002, N1.
33.
“Damokl
qılıncı” pyesi Bələdiyyə teatrının səhnəsində.
“Azərbaycan” qəzeti, 2002, 21 fevral.
34.
“Bu dünyadan Nazim keçdi” . “Vəfa” jurnalı, 2004, N 6.
_______________________________________________
Nazim Hikmət qalaktikası
319
35.
“Aqşin Babayevə on üç sual” (“N.Hikmətə aid hissə”.) “Vəfa”
jurnalı, 2005, N 11-12.
36.
“Ağlı-qaralı dünya...” “Qobustan” jurnalı, 2005, N 1.
37.
Vilayət Cəfərin “Qürbətdə yaranan dostluq” kitabı haqqında.
(N.Hikmətlə Ə.V.Əl-Bəyatinin dostluğu haqqında). “Ədəbiyyat qəzeti”,
2006, 26 may.
38.
«Nazim Hikmət pyeslərinin nəşri və səhnə taleyi». Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin elmi əsərləri, Bakı, 2008
№3-4..
39.
“Nazim Hikmət. Kərəm kimi” (Anarın Türkiyədə nəşr olunmuş
kitabı haqqında). “Ədəbiyyat qəzeti”, 2009, 2 dekabr.
40.
“Başım üstündə bir çinar olursa”(Nazim Hikmət haqqında).
“Ədəbiyyat qəzeti”, 2011, 8 aprel .
41.
“Məni mənə tanıdana”(Nazimşünas Aslan Kavlak haqqında).
“Ədəbiyyat qəzeti”, 2008, 11 aprel.
42.
“Nazimi yaşadanlar”. “525-ci qəzet”, 2011, 22 may.
43.
“Dünyada Nazim, Nazimdə dünya”. “Ədəbiyyat qəzeti”, 2013, 17
may.
44.
“Bilinsin ki, mənəm baxan” “525-ci qəzet”, 2014, 22 may.
Aqşin Babayev_______________________________________________
320
Kitabın içindəkilər
Azər Turan. Dünya poeziyasının türk şahzadəsi (Ön söz)
(professor Aqşin Babayevin “Nazim Hikmət qalaktikası” kitabını
oxuyarkən)
Nazim Hikmətə bağlı ömrüm
Nazim Hikmətin 100 illiyi
Nazim Hikmətin Türkiyə vətəndaşlığı
Nazim Hikməti sevənlər və sevməyənlər
Nazim Hikmət yaradıcılığının tədqiqi davam edir
Nazim Hikmətə bağlı insanlar
“Kapadı kitabı Münevver...”
Zəkəriyyə Sərtəl
Rəsul Rza
Nazim Hikmət və Rəsul Rza haqqında düşüncələr
“Mavi gözlü dev”in dostu Əkbər Babayev
Anar: “Kərəm kimi”
“Məni mənə tanıdana”
Arif Məlikov özü bir əfsanədir
Münəvvər Rzayeva
Əkrəm Cəfər Nazimi çox sevərdi
“Bu dünyaya gəlməyə dəyərdi”
“Gelsene dedi bana...”
Melih Günəş
Ağlı-qaralı dünya
_______________________________________________
Nazim Hikmət qalaktikası
321
Nazim Hikmətə həsr etdiyim
məqalə və müsahibələrdən seçmələr
Mən yanmasam...
(Nazim Hikmətin anadan olmasının 60 illiyi münasibətilə)
Nazim Hikmətin “Kəllə” pyesi
Türk dramaturgiyası və Nazim Hikmət
“Türkiyədə” pyesi haqqında düşüncələr
Nazim Hikmət Türkiyədə
Nazim Hikmət novator dramaturq kimi
Vətən həsrətli gözlər
(Nazim Hikmətin anadan olmasının 70 illiyi münasibətilə)
“Üç cür yaşamaq var...”
Gün kimi şəfəq saçdı...
(Nazim Hikmətin 80 illiyi münasibətilə)
Əsrimizin böyük sənətkarı
(Nazim Hikmətin 90 illiyi qarşısında)
Evimizdə türk klassik ədəbiyyatının ruhu hakimdi...
(Nazim Hikmətin 90 illiyi qarşısında Aqşin Babayevlə müsahibə)
Nazim Hikmət - əsrlərə sığmayan türk şairi (Müsahibə)
Nazim Hikmət və kino
Azərbaycan Nazim Hikmət dünyasında
“Damokl qılıncı” pyesi Bələdiyyə Teatrının səhnəsində
Bu dünyadan Nazim keçdi
Qürbətdə yaranan dostluq
Nazim Hikmət pyeslərinin nəşri və səhnə taleyi
“Başım üstündə bir çinar olursa... ”
Aqşin Babayev_______________________________________________
322
Nazimi yaşadanlar
Dünyada Nazim, Nazimdə dünya
(Nazim Hikmətin vəfatının 50 illiyi münasibətilə)
Səbr daşı
(Nazim Hikmətin xatirə günü münasibətilə)
Bu həsrət bizim !
(Nazim Hikmətin doğum günü münasibətilə)
Əsgər Rəsulov. Görkəmli nazimşünasın “Ceviz ağacı” və “Çinar”
rapsodiyası (Son söz əvəzi)
Dostları ilə paylaş: |