AZƏRBAYCAN
Konstitusiya və qanunda müəyyən məhdudiyyətlər olmaqla din azadlığı təmin
edilir. 2009-cu ildə Konstitusiyaya edilmiş dəyişikliklər və qəbul edilmiş digər
qanunvericilik aktları dini davranışla bağlı məhdudiyyətləri artırmış və dini qruplar
üçün yeni qeydiyyat tələbləri əlavə etmişdir. 2009-cu ildə Konstitusiyaya edilmiş
dəyişikliklər xaricilər tərəfindən dinin təbliğ olunmasını məhdudlaşdırmış və
bundan sonrakı qanunvericilik İslam ayinlərini aparanların ölkədə təhsil almış
vətəndaşlardan olmasını tələb etmişdir. 2009-cu ildə Milli Məclis tərəfindən qəbul
edilmiş əlavə qanunvericilik aktları bütün dini icmaların 2010-cu ilin yanvarında
yenidən qeydiyyatdan keçməsini tələb edirdi və bu, bir çox dini icmalar üçün
qeydiyyat problemləri ilə nəticələndi.
Hesabat dövründə hökumət tərəfindən dini azadlığa riayət olunmasında ümumi
dəyişiklik olmamışdır. Bəzi hallarda hökumət din azadlığını məhdudlaşdırmağa
davam etmişdir. Hökumət bəzi qeydiyyata alınmamış müsəlman və xristian
qruplarının fəaliyyətinə məhdudiyyətlər qoymuşdur və yerli rəsmilərin bəzi
üzvlərin və icmaların hüquqlarını məhdudlaşdırması ilə bağlı məlumatlar
olmuşdur. Bir çox dini qruplar hökumətin müdaxiləsi olmadan toplaşmışdır; amma
yerli hakimiyyət nümayəndələri tərəfindən bəzi dini fəaliyyətlərin monitorinqinin
aparılması və İslam və “qeyri-ənənəvi” dini qrupların üzvlərinə qarşı təqib və
saxlanma halları ilə bağlı məlumat daxil olmuşdur. Mərkəzi və yerli hakimiyyət
tərəfindən Yehova Şahidləri və yevangelist protestant qruplarına bir neçə reyd
edilmişdir. Federal və yerli rəsmilər tərəfindən monitorinqlə, habelə rəsmilərin
“qeyri-ənənəvi” hesab etdiyi həm İslam, həm də xristian qruplarının təqibi və
saxlanması ilə bağlı məlumatlar olmuşdur. Həmçinin başlıca olaraq yerli
hakimiyyət orqanları tərəfindən dini inanclarına görə ibadət edən insanlara qarşı
ayrı-seçkilik, onların heç bir hüquqi əsas olmadan saxlanılması, sorğu-sual
olunması və dini materialların müsadirə olunması barədə məlumat daxil olmuşdur.
Dini mənsubiyyət, etiqad yaxud ibadətinə görə ictimai ayrı-seçkiliklə bağlı ayrı-
ayrı məlumatlar olmuşdur. Dinlərini dəyişmiş müsəlmanlara qarşı bəzi qərəzlə
bağlı məlumatlar olmuşdur və dini etiqadlarını dəyişmiş qruplar, xüsusilə
Yehovanın Şahidləri, Yevanqelist xristianlar və digər missioner qruplara qarşı
bəzən düşmənçilik münasibəti olmuşdur.
ABŞ hökuməti insan haqlarının təbliğ və müdafiə edilməsi yolundakı ümumi
2
siyasətinin tərkib hissəsi olaraq hökumətlərlə dini azadlıq məsələlərini müzakirə
edir. Hesabat dövründə ABŞ səfirliyinin rəsmiləri qeydiyyat prosesinin və “qeyri-
ənənəvi” dini qruplara rəsmi münasibətlə bağlı narahatlıqlarını və dini ədəbiyyatla
bağlı senzuraya etirazlarını hökumətin diqqətinə çatdırmışlar.
Bölmə I. Dini demoqrafiya
Ölkənin ərazisi 33,774 kvadrat mildir, əhalisinin sayı doqquz milyon nəfərdir.
Konkret dini qruplara üzvlük barədə heç bir etibarlı statistika yoxdur; amma rəsmi
məlumatlara görə əhalinin təxminən 96%-i müsəlmanlardan ibarətdir. Əhalinin
qalan hissəsi əsas etibarilə rus pravoslavlardan, erməni qriqoryanlardan, digər
xristian qruplarının üzvlərindən , yəhudilərdən və ateistlərdən ibarətdir.
Müsəlmanların əksəriyyətinin arasında dini ayinlərə əməl olunması səviyyəsi
kifayət qədər aşağıdır və müsəlman mənsubiyyəti dindən daha çox mədəniyyət və
milliyyətlə bağlıdır, lakin etiqad edən müsəlmanların sayı tədricən artmışdır. Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) verdiyi məlumatlara görə
müsəlman əhalisinin 65 faizi Şiə, 35 faizi isə Sünnilərdir; ənənəvi olaraq kəskin
fərqlər müəyyən edilməmişdir.
Xristianların böyük əksəriyyəti Rus Pravoslavlarıdır ki, onların da kimliyi,
müsəlmanlar kimi, dinə olduğu qədər mədəniyyətə və etnik mənsubiyyətə
əsaslanır. Xristianlar Bakı və bir sıra digər şəhərlərdə cəm halında yaşayırlar.
Ölkənin 20000 nəfərlik yəhudi icmasının böyük hissəsi Bakıda yaşayır. Qubada və
başqa ərazilərdə də kiçik icmalar mövcuddur.
Şiələr, Sünnilər, Rus Pravoslavları və Yəhudilər ölkənin ənənəvi dini qrupları
hesab olunurlar. Lüteranların, Roma Katoliklərinin, Baptistlərin, Molokanların
(köhnə Rus Pravoslav təriqətçiləri) , Yeddinci Günün Adventistlərinin və
Bəhailərin kiçik icmaları ölkədə yüz ildən artıqdır ki mövcuddur.
1991-ci ildə müstəqillik əldə edildikdən bəri “Vəhhabi” və Sələfi müsəlmanlar,
Əllincilər və digər Yevangelist xristianlar, o cümlədən Yehova Şahidləri və Hari
Krişna kimi hökumətin əcnəbi və ya “qeyri-ənənəvi” icma kimi hesab etdiyi dini
qruplar yaranmışdır. Bakıda kifayət qədər əcnəbi xristian icmaları vardır.
Bölmə II. Hökumətin Din azadlığına riayət etməsinin vəziyyəti
Hüquqi/Siyasi Çərçivə
3
Konstitusiyaya əsasən bütün dinlərdən olan insanların öz dinlərini sərbəst seçmək
və ona ibadət etmək hüququ vardır. Qanun bu hüququ həm hökumət tərəfindən ,
həm də fərdi şəkildə pozulmasından qoruyur. 2009-ci ildə Konstitusiyaya edilmiş
dəyişikliklər və qəbul edilmiş Dini Azadlıq haqqında Qanun “Insanların şərəf və
ləyaqətini alçaldan və humanizm prinsiplərinə zidd olan dinin (dini hərəkatların)
yayılması və təbliğ edilməsini” qadağan edir. Digər bölmədə deyilir ki, “Heç kim
öz dini inancını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini ritualları
yerinə yetirməyə və dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.”
Qanuna edilmiş dəyişikliklər DQİDK-nı belə bir bəyanat verməyə təşviq etdi ki,
bütün dini qurumlar 2010-cu ilin yanvarınadək yenidən qeydiyyatdan keçməlidirlər
və qeydiyyat üçün əlavə tələblər olacaqdır. Çoxsaylı ənənəvi İslam və bir neçə
qeyri-İslam qrupları qeydiyyata alınsa da, bir çox qrupların qeydiyyata
alınmasından imtina edilmişdir yaxud qeydiyyatla bağlı müraciətləri üzrə
məhkəmə qərarını gözləməkdədirlər. Qanun hökumətin qeydiyyat müraciətlərinin
daxil olmasından sonrakı 30 gün ərzində baxılmasını tələb etsə də qeyri-müəyyən,
yorucu və şəffaf olmayan qeydiyyat prosedurları müşahidə edilməkdədir.
30 iyun 2009-cu il tarixdə Milli Məclis Dini Azadlıq haqqında Qanuna edilmiş
dəyişiklikləri təsdiq etmiş və bilavasitə bundan sonra Prezident tərəfindən qanun
şəklində imzalanmışdır. Maddə 21-də qeyd edilir ki, “İslam dini ayinləri yalnız
Azərbaycan Respublikasında təhsil almış Azərbaycan Respublikasının vətəndaşları
tərəfindən həyata keçirilə bilər.”
Konstitusiyaya görə, insanların dini mənsubiyyətini və etiqadlarını (o cümlədən
ateizm) seçmək və dəyişmək, seçdikləri dini qruplara qoşulmaq yaxud yaratmaq,
öz dini etiqadını, əgər bu etiqad kiminsə öz etiqadını başqa fərdlərlə bölüşməyi
tələb etmirsə, yerinə yetirmək hüququ vardır. Dini etiqad azadlığı haqqında qanun
hökumətin hər hansı şəxsin və ya qrupun dini fəaliyyətinə müdaxilə etməsini açıq
şəkildə qadağan edir; buna baxmayaraq, dini qrupun fəaliyyəti “ictimai asayişi və
sabitliyi pozduğu” halları ehtiva edən müstəsna hallar vardır.
Bir sıra qanuni müddəalar hökumətin dini qrupları tənzimləməsinə imkan verir,
məsələn, dini azadlıq haqqında qanunun tələbi dini təşkilatların, o cümlədən bir
məzhəbin ayrı-ayrı icmalarının hökumət qeydiyyatından keçməsini tələb edir.
Qeydiyyat dini təşkilata bank hesabı açmağa, əmlakı icarəyə götürməyə və
ümumiyyətlə hüquqi şəxs kimi çıxış etməyə imkan verir. Təcrübədə bəzi qruplar
qeydiyyatdan keçmədən ibadət etdiklərinə görə hökumətin reydlərinə məruz
4
qalmışlar.
Dini qruplar mütləq DQİDK-da qeydiyyatdan keçməlidirlər. DQİDK qeydiyyat və
dini ədəbiyyatın nəşri, idxalı və yayılması üzərində çox geniş səlahiyyətlərə
malikdir. Öz növbəsində isə DQİDK qəbul edir ki, qanunu pozduğu iddia edilən
dini qrupların fəaliyyətini dayandırmaq üçün o, ilk növbədə məhkəmə sisteminə
müraciət etməlidir. Dini qrupların qeydiyyat ərizəsinin rədd edilməsindən
apellyasiya şikayəti vermək hüququ vardır.
Dini qruplar qeydiyyatdan imtina halları ilə bağlı məhkəmələrə müraciət edə
bilərlər. Qruplar həmçinin öz işlərinə hüquqi qiymət verilməsini Avrop İnsan
Hüquqları Məhkəməsində (AİHM) tələb etmək hüququnu özündə saxlayırlar. Belə
olan halda, hər hansı bir qrup AİHM-ə müraciət etməzdən əvvəl ölkədə mövcud
olan bütün məhkəmə instansiyalarında öz imkanlarından istifadə etməlidir ki, bu
da çox zaman bir neçə il davam edir.
Qeydiyyatdan keçmiş müsəlman təşkilatları məscidlərə axundlar təyin edən, İslam
təhsil müəssisələrini idarə edən, müntəzəm olaraq mərasimlərə nəzarət edən və hər
il Məkkəyə həcc ziyarətini təşkil edən Sovet dövründən qalmış müftilik – Qafqaz
Müsəlmanları İdarəsinə (QMİ) tabedirlər. Müsəlman dini qrupları DQİDK-da
qeydiyyatdan keçməzdən əvvəl mütləq QMİ-dən təsdiq məktubu almalıdırlar. 30
iyun 2009-cu il tarixdə Milli Məclis tərəfindən təsdiq edilmiş Dini Azadlıq
haqqında Qanuna edilmiş və Prezidentin fərmanı ilə qanun şəklinə salınmış
dəyişiklik QMİ-yə “müvafiq icra orqanını məlumatlandırmaqla ruhaniləri aparıcı
islam etiqadı institutlarına” təyin etmək səlahiyyətini vermişdir.
Dini etiqad azadlığı haqqında Qanuna əsasən siyasi partiyalar dini fəaliyyətlə
məşğul ola bilməzlər. Dini rəhbərlər eyni zamanda həm dövlət idarəsində çalışa,
həm də dini rəhbərlik edə bilməzlər, lakin bu müddəa dövlət məmurunun etiqad
etmək hüququnu məhdudlaşdırmır. Dini obyektlər siyasi məqsədlər üçün istifadə
edilə bilməz.
Dini təhsil icbari deyil və özəl olaraq maliyyələşdirilən, dövlət ibtidai və orta
məktəblərində dini proqram yoxdur. Ali təhsil müəssisələrində tələbələr dini
kurslara gedə bilərlər. QMİ xaricdə bəzi təlimləri maliyyələşdirir. Dini təhsil üçün
dövlət tərəfindən dəstəklənən təlimlərdə iştirak etmək arzusunda olanlar DQİDK
yaxud Təhsil Nazirliyindən icazə almalı yaxud qeydiyyata alınmalıdırlar. Bundan
başqa xaricdə hər hansı sahədə təhsil almaq üçün dövlət orqanlarından hər hansı
icazə alınması tələb olunmur.
5
Hökumət aşağıdakı dini bayramları milli bayram elan edib: Qurban Bayramı və
Ramazan.
Dini azadlığa qoyulan məhdudiyyətlər
Hökumət ümumiyyətlə dini azadlığa hüquqi məhdudiyyətlər qoymuşdur. Üzücü
qeydiyyat prosedurlarında əlavə məhdudiyyətlər, qeydiyyata alınmamış dini
fəaliyyətlər üzrə məhdudiyyətlər, əmlakla bağlı mübahisələr və bəzi yerlərdə
ibadətə çağırışla bağlı şübhəli qadağalar sezilmişdir. Qanunların məcburi şəkildə
tətbiq edilməsi və interpretasiyasında yerli rəsmilərin nəzərəçarpacaq səlahiyyətləri
vardır və məhdudiyyətlərlə bağlı xəbərlərin çoxu paytaxtdan kənar sahələrdən
daxil olub. Məscid dolu olduğu zaman bəzi məscidlərdə binadan kənarda ibadətə
imkan verilməmişdir.
Əvvəlki qeydiyyat statusundan asılı olmayaraq 2010-cu ildə bütün dini qrupların
yenidən qeydiyyat tələbi bəzi qruplar tərəfindən asanlıqla icra edilib. Amma digər
qrupların qeydiyyata alınmasından imtina edilmiş və bir çoxları qeyri-müəyyən
vəziyyətdə qalmışlar. 2010-cu ilin may ayının ortalarına olan məlumata əsasən
müraciət etmiş təxminən 800 qrupdan 335-i qeydiyyata alınmışdır. On icmanın, o
cümlədən Yehovanın Şahidləri, Yeddinci Günün Adventistlərinin, Baptistlərin,
Fatimeyi-Zəhra məscidinin və əsas etibarilə xarici rezidentlərdən ibarət qeyri-
konfessial Protestant icması – Bakı Beynəlxalq Cəmiyyətinin qeydiyyata
alınmasından imtina edilmişdir. Əliabadda əvvəlki 15 il qeydiyyata alınmış Baptist
Kilsəsinin qeydiyyata alınmasından bu il imtina edilmişdir. DQİDK sonda Mədh
Kilsəsini (baş kilsəsi İsveçdə yerləşən yevangelist kilsə) qeydiyyata almamış və
icmanın qeydiyyat sənədlərində etdiyi texniki səhvlərə istinad edilməsi iddia
olunmuşdur.. Hesabat dövrünün sonunda Katolik Kilsəsi hələ də qeydiyyatla bağlı
müraciətlərinə baxılması ilə bağlı qərarı gözləməkdə idi.
Bakı yaxınlığında yerləşən Qaradağ rayonunun Müşviqabad qəsəbəsində yerləşən
Sünni məscidinin imamı 2010-cu ilin may ayında dini azadlıq üzrə müvəkkillik
edən Forum 18 QHT-yə xəbər verib ki, polis qeydiyyatın olmaması səbəbindən
onun məscidini bağlamaqla hədələmişdir. Forum 18 həmçinin xəbər verib ki, polis
eyni qeydiyyatın olmaması səbəbindən 2010-cu ilin 21 may tarixində
Mehdiabaddakı məscidin bağlanması əmrini vermişdir.
DQİDK müraciətləri ilə bağlı yekun qərarı gözləyən dini qruplara müvəqqəti status
verib. Amma bu müvəqqəti status icma liderləri adından viza təmin etmək və
əmlakı icarəyə götürmək imkanı ilə bağlı ən azı bir icmaya maneə yaratmışdır.
Məhz, qeydiyyatla bağlı qərarın həllini gözlədiyi səbəbindən Bakı Beynəlxalq
6
Cəmiyyətinə toplaşmaq icazəsi verilsə də, qeydiyyat şəhadətnaməsi olmadığı
səbəbindən gömrük rəsmiləri icmanın pastoru üçün viza müraciətini
dəstəkləməmişdir. Yerli rəsmilər şəhadətnamənin olmadığı halda icmanın dini
liderlərinin əmlak icarəyə götürməsinə icazə vermir.
Əvvəlki hesabatlarda qeyd edildiyi kimi, qeydiyyat prosesi hökumətin
arzuolunmaz hesab etdiyi dini qruplara qarşı istifadə etdiyi bir vasitə rolunu
oynayır. Hökumətin diqqətli müşahidəsinə ən həssas qruplar bəziləri, bir qayda
olaraq, İslam qrupları olmaqla qeyri-ənənəvi qruplardır. Təsirə məruz qalmış
qruplardan bəzilərində dini təbliğat tətbiq edilir.
Rəsmi qeydiyyatı olmadan ibadət etməyi seçən qeydiyyatdan keçməmiş təşkilatlar
qeyri-qanuni elan olunmaq və bağlanmaq, yaxud yerli hakimiyyət orqanları
tərəfindən seçim əsasında təqibə məruz qalmaq təhlükəsilə üzləşirlər. Bunun
nəticəsi olaraq onların fəaliyyəti çətin, bəzi hallarda isə qeyri-mümkün olur.
Baptist icması məlumat verib ki, polis Bakıdan şimalda yerləşən bir şəhərdə öz
evində sitayiş edənləri toplayan pastora fəaliyyəti dayandırmasını demiş və sonra
onu polis məntəqəsinə çağırmışdır. Həmin pastor əvvəllər 2007-ci ildə polisə
sataşmaq ittihamı ilə həbs edilmiş və 2008-ci ilin mart ayında azad edilmişdir.
Forum 18 2010-cu il aprel ayının 7-də məlumat verib ki, Bakı şəhərindəki Baptist
icmasının qeydiyyat müraciəti rədd edildikdən sonra 2010-cu ilin mart ayında ora
dörd səfər edilmiş və icma qanunsuz ibadətlə bağlı ittiham edilmişdir.
19 fevral 2010-cu il tarixdə müstəqil xəbər agentliyi olan Azərbaycan Mətbuat
Agentliyi (APA) xəbər verib ki, Məşədi Dadaş məscidinin rəhbəri DQİDK-dən ona
telefon zəngi edildiyini iddia edib, belə ki, telefon zəngində məsciddən kənarda
küçədə ibadətin qadağan edilməsi ilə bağlı icmaya xəbərdarlıq edilib.
Səsucaldanlardan istifadə etməklə ibadətə çağırışa qoyulan qadağanın 2009-cu ildə
Şəkidə və 2009-cu ilin əvvəlində Gəncədə tətbiq edildiyi barədə məlumat
olmuşdur. DQİDK ibadətə çağırışla bağlı hər hansı qadağanın olduğunu inkar edib.
Qanun DQİDK-nın icazəsilə dini ədəbiyyatın nəşrinə və yayılmasına icazə verir,
lakin hakimiyyət orqanları seçim əsasında bəzi dini materialların idxalını və
yayılmasını məhdudlaşdırmışdır. Dini ədəbiyyatın idxalı üçün icazənin alınması
uzun sürən proses olaraq qalır və müsəlman və xristian qrupları prosesin üzücü
olduğundan şikayət edirlər. Hesabat dövründə ölkənin bir sıra ərazilərində bir çox
həm İslam, həm də qeyri-İslam dinlərin radikal olduğu iddia edilən ədəbiyyatın
polis tərəfindən müsadirə olunması halları baş vermişdir . DQİDK bildirmişdir ki,
7
ölkəyə gətirilən bütün dini ədəbiyyat dini material kimi ölkəyə daxil edilməsinə
icazə verilməsi üçün mütləq DQİDK-nın ekspert baxışından keçməlidir və bu,
materialların həcmindən asılı olaraq vaxt aparan proses ola bilər. 2010-cu il mart
ayının 11-də ölkəninTrend News agentliyi xəbər verib ki, 2009-cu ildə 2,332 ədəd
dini ədəbiyyat məzmunun ekspert yoxlaması üçün DQİDK-ə göndərilib və
bunlardan 380 ədədi “ziyanverici” hesab edilərək onların idxal yaxud ixracı
qadağan edilmişdir.
Dini televiziyanın yayımlanması və metro stansiyalarında dini ədəbiyyatın
satılması daxil olmaqla bir çox İslam fəaliyyətləri üzərində nəzarət qüvvədədir.
Ölkənin qalan bütün ərazilərində, əvvəlki hesabatlarda olduğu kimi, hakimiyyət
orqanları pasport və digər rəsmi şəxsiyyəti təsdiq edən sənədlər üçün çəkilən
şəkillərdə müsəlman qadınların baş örtüyü geyinməsinə icazə verməmişlər.
Dini azadlığın pozulması
Dini azadlığın pozulması ilə bağlı ayrı-ayrı hallar olmuşdur, buraya məscidlərin
dağıdılması yaxud bağlanması, dini icmalara reydlər, ədəbiyyatın müsadirəsi və
həbs halları daxildir. Hədəfdə çox vaxt Yehovanın Şahidləri və icazəsi olmayan
İslam təşkilatlarıdır.
20 May 2010-cu ildə Forum 18 məlumat verib ki, müsəlman ilahiyyatçısı Səid
Nursinin bir davamçısı əşyalarının arasında dini ədəbiyyat tapılan zaman Naxçıvan
aeroportunda həbs edilib. Verilən məlumata görə daha beş ibadət edən şəxs
evlərində həbs edilmiş, bəziləri tez bir zamanda azad edilsə də, digərləri üç gün
izolyatorda saxlanmışdır.
Trend News 2010-cu ilin mayında xəbər verib ki, evində qanunsuz dini məktəb
təşkil etdiyinə görə Lənkəranda bir nəfərin evinə reyd edilmiş və kitablar əlindən
alınmışdır.
Forum 18 xəbər verib ki, Zaqatala rayonunun ərazisindəki Əliabad kəndində
qeydiyyata alınmamış Baptist ev kilsəsinin pastoruna 30 aprel 2010-cu ildə
xəbərdarlıq edilib ki, bu icma toplaşmağa davam edərsə, onun “qanunla
problemləri” olacaqdır.
APA-ya görə, 29 aprel 2010-cu il tarixdə Milli Təhlükəsizlik Nazirliyi və yerli
polis zabitləri lazımi qeydiyyat olmadan dini “Süleymançılar” sektasını təşviq
etdiklərinə görə dörd türk vətəndaşını həbs edib.
8
Yehovanın Şahidləri bir neçə halda ictimaiyyət arasında dini ədəbiyyatın
yayılmasına görə saxlanma və cərimələrlə bağlı məlumat verib. Verilən məlumata
görə bu hadisələr 5 may 2010-cu il tarixdə Sumqayıtda və 27 aprel 2010-cu il
tarixdə Ağstafada baş verib. Hər iki halda kilsə üzvlərinin bir neçə saatdan sonra
azad edildiyi və dini ədəbiyyatın yayılmasına görə $250 (200 AZN) cərimə edildiyi
bildirilir.
Yehovanın Şahidləri xəbər verib ki, 25 aprel 2010-cu il tarixdə Gürcüstanda dini
toplantıdan qayıdan böyük sayda kilsə üzvləri gecə saxlanılmış və Qazaxda
sərhəddə onların ədəbiyyatları əllərindən alınmışdır.
12 mart 2010-cu ildə Forum 18 xəbər verib ki, Yehovanın Şahidlərinin İncilləri
müsadirə edilmiş və dövlət icazəsi olmadan dini ədəbiyyatın paylanması və dini
inancları haqqında qonşularla söhbət aparmaları səbəbindən üç həftəlik əmək
haqqına bərabər cərimə olunmuşlar.
16 fevral 2010-cu ildə səfirliyin rəsmiləri öyrənib ki, Yehovanın Şahidlərindən iki
nəfər qapı-qapı gəzərək dini təbliğat apararkən kimsə polisə zəng edib. Etiqad
sahibləri polis məntəqəsinə aparılmış, amma onlar sənədlərə imza atmaqdan imtina
etmişlər. Verilən xəbərə görə polis bir neçə saatdan sonra onları buraxmazdan
əvvəl onlar haqqında şəxsi məlumatı qeyd etmişdir.
13 fevral 2010-cu ildə Məhəmməd Peyğəmbərin ölümünün ildönümündə təxminən
100 nəfər Şəhidlər Xiyabanına tərəf addımlamaq məqsədilə Bakının Nizami
rayonunda toplaşmışdır. Hadisə zamanı təxminən 10 nəfərin saxlandığı və bir neçə
nəfərin yaralandığı xəbər verilib. Zorakılığın ilk olaraq Şəhidlər Xiyabanına tərəf
addımlayan şəxslər yaxud onlara qarşı duran polislər tərəfindən törədildiyi ilə bağlı
məlumatlar fərqli olmuşdur.
26 yanvar 2010-cu ildə səlahiyyətli orqanlar Sumqayıtda bir evdə toplaşmış
Müsəlman Nurçu azlıq hərəkatının 80 üzvünü həbs etmişdir. Polis mənzildən 148
ədəd qadağan edilmiş kitab müsadirə etmişdir.
28 dekabr 2009-cu ildə Naxçıvan Muxtar Respublikasının Bənənyar kəndində
İslam Aşura mərasimini həyata keçirən 10 nəfər həbs edilmişdir. Həbs edilənlərin
sayı ilə bağlı məlumatlar müxtəlifdir, amma müxtəlif xəbər buraxılışlarında
döyülmə və sorğu-sual halları ilə bağlı bir neçə bəyanatlar verilmişdir. Sonrakı
məlumatlarda 5 yanvar 2010-cu il tarixdə 200-ə qədər insanın həbs edildiyi və
müqavimət göstərənlərin döyüldüyü bildirilir.
9
29 noyabr 2009-cu ildə polis dini toplantını tərk edən Yehova Şahidlərinin 81 yaşlı
üzvünü saxlayaraq döymüşdür. Polis zabiti onu avtobus dayanacağında həbs
etmiş, onu ictimai kafeyə gətirərək dini kitablar olan çantasını müsadirə etmiş və
döymüşdür. Forum 18 xəbər verir ki, onun fahişə olması ilə bağlı ittiham irəli
sürülmüş və narkotik axtarışı üçün tamamilə soyundurulmuşdur. Sonra digər polis
zabitləri onu polis məntəqəsinə aparmış və məcburi şəkildə oxuya bilmədiyi
ifadəni imzalamağa məcbur etmişlər. O, Baş Prokurora şikayət ərizəsi ilə müraciət
etmişdir, amma onun bədən xəsarətini göstərən şəklin olmasına baxmayaraq rəsmi
tibb eksperti onunla görüşməkdən imtina etmişdir.
APA xəbər verib ki, 12 avqust 2009-cu ildə Yehova Şahidlərinin naməlum sayda
üzvü dini etiqadı təbliğ etdiklərinə görə Qax rayonunda yerli polis tərəfindən həbs
edilib. Təxminən 60 bröşür və 7 kitabın müsadirə edildiyi bildirilir. Həbs olunanlar
sonradan azad edilib.
Qanun açıq şəkildə xaricilər tərəfindən dinin təbliğ olunmasını qadağan edir və
rəsmilər ciddi şəkildə bu qadağanı həyata keçirmişlər. 2009-cu ilin sentyabr ayında
hüquq-mühafizə orqanları evində dini tədbirlər təşkil etdiyinə görə şimalda
yerləşən Yalama şəhərindən bir nəfəri cərimələmiş və deportasiya etmişdir. Baptist
kilsəsinə aid olan həmin şəxsin üzərində Rusiya passportu olmuşdur. Yehova
Şahidləri həmçinin xəbər verib ki, Gürcüstan vətəndaşı olan iki üzvləri 2009-cu
ilin iyul ayında həbs edilərək deportasiya olunmuşdur.
Səlahiyyətli orqanların əvvəlki hesabat dövründə bağladığı bir sıra məscid hələ də
bağlıdır.
1 May 2010-cu ildə Ali Məhkəmə Bakının Suraxanı rayonunun Yeni Günəşli
qəsəbəsində qismən inşa edilmiş Fatimeyi-Zəhra Şiə məscidinin dağıdılmasına
icazə verən aşağı məhkəmələrin qərarlarını təsdiq etmişdir. Amma 14 may 2010-cu
il tarixdə prezidentin bu işə müdaxilə etdiyi və məscidin səlahiyyətini QMİ-yə
ötürdüyü xəbər verilir, bunun məscidin dağıdılmaqdan qorunması məqsədilə
edildiyi güman olunur. DQİDK bundan əvvəl icmadan daxil olmuş qeydiyyat
müraciətinə rədd cavabı vermişdir və hesabat dövrünün sonuna icmanın statusu
məlum deyildi.
2009-cu ildə müxtəlif səbəblərdən bir neçə məscid bağlanmış yaxud dağıdılmışdır.
Türk səfirliyindən bildirilib ki, Türkiyənin dəstəyi ilə inşa edilmiş Şəhidlər Məscidi
təmir üçün bağlanmış və hazırda bağlı olaraq qalmaqdadır. Səlahiyyətli orqanlar
güman edilən təhlükəsizlik səbəbindən Neft Daşlarındakı qəsəbədə yerləşən
10
məscidi bağlayıb. 26 aprel 2009-cu ildə polis Yasamal rayonu Dini İcmasının
Məhəmməd Peyğəmbər məscidini dağıtmışdır.
Mədh Kilsəsi icması hökumət maraqları ilə əmlak mübahisəsinə dair çıxılmaz
vəziyyətdə qalmaqdadır, belə ki, məbədin sahəsinin üçdə biri, o cümlədən kilsənin
inşa edildiyi sahə müsadirə edilmişdir. İcma tərəfindən quraşdırılmış müvəqqəti
çadır 10 yanvar 2010-cu il tarixdə tamamilə yanmışdır; yanğının səbəbi hələ də
məlum deyildir. 4 mart 2010-cu ildə icma çadırın yenidən quraşdırılması ilə bağlı
vəsatət qaldırmış və Bakı şəhərinin icra hakimiyyətindən müraciətə rədd cavabı
verilmişdir. Amma sonradan icmadan bildiriblər ki, kompensasiya kimi onlara
fərqli məkanda torpaq sahəsi təklif edilmişdir.
19 oktyabr 2009-cu ildə Qaynar.info xəbər verib ki, yerli icra hakimiyyəti bərpa
işlərinin aparılması məqsədilə Mehdiabad məscidini bağlayıb. 2009-cu ilin
sentyabr ayında səlahiyyətli orqanlar Gəncədə yerli əhali arasında “Alban məbədi”
(Alban dedikdə bu günkü Albaniyaya deyil, Qafqazın qədim insanlarına istinad
edilir) kimi tanınan Sünnü Cümə məscidini qeydiyyat tələblərinə riayət edə
bilmədiyi səbəbindən bağlamışlar.
18 sentyabr 2009-cu il tarixdə Azadlıq xəbər buraxılışı bildirib ki, səlahiyyətli
orqanlar Gəncə şəhərində dörd məscidi bağlamış və dini materialları müsadirə
etmişdir.
Əbu-Bəkr məscidinin açılması ilə bağlı dəfələrlə məscid camaatının çağırışlarına
və məhkəmə çəkişmələrinə baxmayaraq, məscid hökumət tərəfindən bağlı
saxlanılmışdır. 2008-ci il, avqustun 17-də Bakıdakı Əbu-Bəkr məscidində
törədilmiş partlayış nəticəsində iki nəfər həlak olmuş və dini icmanın rəhbəri də
daxil olmaqla 11 nəfər yaralanmışdır. Icmanın rəhbəri sonradan sağalmışdır.
Hadisədən dərhal sonra hakimiyyət orqanları onun araşdırılması ilə əlaqədar hər
cümə günü orta hesabla 7000 möminin ibadət etdiyi məscidi bağladılar və bütün
ölkədə möminlərin məscidlərdən kənarda toplaşmalarını qadağan etdilər.
Hakimiyyət orqanları sonradan hücumun, rəhbəri 2008-ci ilin sentyabrında
Rusiyanın Dağıstan Respublikasında Rusiya federal qüvvələri tərəfindən
öldürülmüş İlqar Mollaçıyev olan Meşə Qardaşları radikal qruplaşması tərəfindən
həyata keçirildiyini bəyan etdi. Bir neçə məhkəmə müraciətlərinə və iddialarına
baxmayaraq, məscid hökumətin “davam etdirilən araşdırmalar” adlandırdığı
müddət ərzində bağlı qalmışdır. Öz növbəsində DQİDK Əbu-Bəkr Məscidinin
bağlanması ilə bağlı hökumətin təhlükəsizlik orqanlarına müraciət edilməsini
tövsiyə etmiş, eyni zamanda icmanın düzgün qaydada qeydiyyatdan keçmədiyini
bəyan etmişdir. Bundan əlavə, DQİDK Əbu-Bəkr Məscidinin möminlərinin
11
Azərbaycanın qeydiyyatdan keçmiş digər məscidlərdə ibadət etməkdə sərbəst
olduqlarını bildirmişdir.
Ölkənin qalan hissəsində hüquq-mühafizə orqanlarının yerli rəsmiləri arabir dini
mərasimlərin monitorinqini aparmışlar və axtarışlar üçün bəzi mömin xristian və
müsəlmanların seçildiyi bildirilir.
Yerli insan hüquqları müşahidəçiləri hökuməti icbari hərbi xidmətə alternativ
mülki xidməti təşkil etməməkdə ittiham etmiş və Yehova Şahidləri icmasının
üzvləri iddia etmişlər ki, Avropa İnsan Hüquqları Konvensiyasını imzalamaqla ölkə
icbari hərbi xidmətə alternativ mülki xidməti təşkil etməyə borcludur. Verilən
məlumata görə, Hökumət rəsmiləri həll olunmamış DQ münaqişəsinə görə qrupun
hərbi xidmətlə bağlı mövqeyini “qorxaq” və “ictimai əxlaqa zidd” kimi
qiymətləndirmişlər.
15 dekabr 2009-cu ildə Forum 18 Yehova Şahidləri qrupunun üzvünün hərbi
xidmətdən şüurlu şəkildə imtina etməsi ilə bağlı ittihamnamənin ləğv edilməsinə
dair müraciətinin uğursuz olduğu ilə bağlı xəbər verib.
Hökumət DQ regionu üzərində nəzarəti həyata keçirməyib. Qeyri-hökumət
təşkilatları tərəfindən bəzi məhdudiyyətlər və pozulma halları ilə bağlı məlumatlar
daxil olub.
DQ-kı Yehovanın Şahidləri bildirib ki, qeydiyyatla bağlı onların müraciətinə 2009-
cu ilin avqust ayında rədd cavabı verilib. Onlar sonradan 2010-cu ilin mart və aprel
aylarında toplantılara reydlər və həbslər barədə məlumat veriblər.
27 aprel 2010-cu ildə Forum 18 DQ ərazisində dörd nəfər şəxsin qeydiyyatın
olmadığı şəraitdə dini sitayişə görə cərimələndiyini xəbər verib, belə ki, onların
qeydiyyata alınmasına rədd cavabı verilib. Forum 18 həmçinin 2010-cu ilin fevral
və aprel ayları arasında DQ-ğın Protestant icmalarına səkkiz dəfə reyd olduğunu
bildirib.
Dinin məcburi dəyişdirilməsi
Dinin məcburi şəkildə dəyişdirilməsi ilə bağlı xəbərlər alınmamışdır.
Din azadlığına riayət olunması ilə bağlı irəliləyiş və müsbət dəyişikliklər.
2009-cu ilin iyul ayında QMRİ-nin baş ofisinin yerləşdiyi yeni Təzə Pir məscidinin
12
rəsmi açılışı olmuşdur. Bu, ölkədə ən iri məscidlərdən biridir və bir çox insanların
sitayiş etməsi üçün imkan yaradır, dəfn mərasimləri və digər dini ayinlər üçün
məkan təmin edir.
2007-ci ilin noyabrında Mədəniyyət Nazirlərinin Tripolidə keçirilmiş Beşinci İslam
Konfransında Bakı 2009-cu ilin İslam Mədəniyyəti Paytaxtı elan edilmişdir. Bu,
şəhərdə və Abşeron yarımadasında bir neçə məscidin təmir olunmasına təkan
vermişdir.
2010-cu ilin aprel ayında ölkədə beynəlxalq dini konfrans keçirilmiş, konfransda
erməni Katolikosu da iştirak etmişdir, bu, Azərbaycan və Ermənistan arasında uzun
müddət davam edən münaqişə şəraitində əhəmiyyətli inkişafdır.
Bölmə III. Dini azadlığa dair ictimai münasibətin vəziyyəti
Dini mənsubiyyətinə, inancına və etiqadına görə bəzi hallarda ictimai ayrı-
seçkiliyin olduğu barədə məlumat verilmişdir. Digər dini qəbul etmiş müsəlman
vətəndaşlarına qarşı geniş yayılmış mənfi fikir və öz dinini yayan qruplara, konkret
olaraq yevangelist xristianlara və digər missioner qruplara qarşı düşmənçilik
münasibəti formalaşmışdır.
12 mart 2010-cu ildə Forum 18 bildirib ki, müaxlifət qəzetində Baptistlərin digər
məsələlərlə yanaşı guya başqa ölkələrin casusları olması ilə bağlı çap edilmiş
məqalə nəticəsində polis sənədləri yoxlamaq və pastordan müsahibə almaq üçün
kilsəyə səfər edib.
Hesabat dövründə qəzetlərdə Sələfilik və xristian missionerləri ilə bağlı tənqidi
məqalələr çap edilib. Ümumilikdə cəmiyyət xarici müsəlman missioner
fəaliyyətinə qarşı (əsas etibarilə İran və Sələfi) mənfi münasibət sərgiləyir, çoxları
bunun siyasi İslamın yayılması cəhdi və bu baxımdan da sabitlik və sülhə təhlükə
kimi qəbul edir. KİV hökumətin qanunsuz fəaliyyətlərlə məşğul olduğunu iddia
etdiyi bəzi müsəlman icmalarını hədəfə alıb.
2008-ci ildən əvvəlki hesabatlardan fərqli olaraq anti-semitist hadisələrlə bağlı heç
bir məlumat olmayıb.
Bölmə IV. ABŞ Hökumətinin siyasəti
ABŞ səfirliyinin rəsmiləri müsəlman, xristian və yəhudi dini liderləri ilə sıx
əlaqədə olmuş və dini azadlığın monitorinqini aparmaq məqsədilə müntəzəm
13
olaraq həm qeydiyyata alınmış, həm də alınmamış dini qruplarla görüşmüşlər.
Səfirlik işçiləri həmçinin din azadlığı məsələləri ilə məşğul olan QHT ilə sıx əlaqə
saxlamışdır.
Hesabatın əhatə etdiyi dövr ərzində səfirlik nümayəndələri qeydiyyat prosesi və
“qeyri-ənənəvi” dini qruplara qarşı rəsmi münasibətlə bağlı narahatlıqlarını, eləcə
də mömin müsəlmanlara qarşı təqiblərlə bağlı narahatlıqlarını DQİDK-ya
çatdırmışlar. Səfirlik həmçinin hökumətlə müzakirələrində və mətbuatda dini
azadlıqla bağlı rəsmi öhdəliklərin səviyyəsi ilə bağlı narahatlıqlarını ifadə etmişlər.
Dostları ilə paylaş: |