14
ifadə formalarının populyarlaşdırılmasının ən yaxşı yolu isə
festivalların, mədəni mübadilələrin
və digər layihələrin, bədii
formaların öyrənilməsi və onların gənc nəslə çatdırılması
üçün şərait yaradılmasıdır.
Azərbaycan identikliyində dərin kökləri olan, hər biri-
mizin qəlbində estetik duyğular oyadan musiqi mənsu-
biyyətindən və əqidəsindən asılı olmayaraq bütün insanların
yaxınlaşması üçün ən yaxşı vasitədir. Sizin дащи şairiniz
Nizami Gəncəvi XII əsrdə məhəbbət haqqında ölməz ясярляр
йаратмышдыр.
Mən
istəyirəm ki, bu nüfuzlu beynəlxalq festival xalqların
və mədəniyyətlərin müxtəlifliyinin rəmzi olsun, bu müx-
təliflik sizin «Odlar yurdu» adlandırılan ölkənizi müxtəlif
dövrlərin mədəni nailiyyətlərini nümayiş etdirmək üçün bir
səhnəyə çevirsin.
Festivala
başlamazdan əvvəl istərdim ki, musiqi sərrafı, əsl
insanpərvər və indicə qeyd etdiyim kimi, YUNESKO-nun dostu
olan xanım Mehriban Əliyevaya məhz bu bayram çərçivəsində
bir daha xüsusi ehtiramımı bildirim.
Hörmətli xanımlar və cənablar, hörmətli xanım Əliyeva,
icazə verin, Sizin bəşəriyyətin maddi və qeyri-maddi mədəni
irsinin populyarlaşdırılması işinə sədaqətinizin,
mədəniyyət-
lərarası dialoqun inkişafı naminə daim göstərdiyiniz səy-
lərin, mədəni müxtəlifliyin möhkəmləndirilməsinə sanballı
töhfənizin, YUNESKO-nun ideallarına və məqsədlərinə sa-
diqliyinizin əlaməti olaraq YUNESKO-nun «Qızıl Motsart»
medalını böyük məmnuniyyətlə Sizə təqdim edim.
* * *
İrina Bokova YUNESKO-nun «Qızıl Motsart» medalını
Mehriban xanım Əliyevaya təqdim etdi.
15
PAKİSTAN İSLAM RESPUBLİKASININ
PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB ASİF ƏLİ ZƏRDARİYƏ
Hörmətli cənab Prezident!
Ölkənizdə baş vermiş güclü daşqınlar nəticəsində çox-
saylı insan tələfatı barədə xəbər məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və
yaxın adamlarına, bütün Pakistan xalqına öz adımdan və
Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, təbii
fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzu-
layıram.
Allah rəhmət eləsin!
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı,
2 avqust 2010-cu il