52
Mədəniyyət.AZ / 9 • 2016
hun bəy ata ocağının istiliyini, hərarətini duysun,
qəlbi bir az ovun-
sun.
Ü.Hacıbəylinin dünya şöhrətli “Arşın mal alan” operettası-
nın ermənilər tərəfindən mənimsənilməsi məsələsi hələ dahi
bəstəkarın öz sağlığında da gündəmdə olmuşdur. Məsələn, 14
yanvar 1920-ci ildə Üzeyir bəy qardaşına bunları bildirirdi: “...Və bir
də neçə gün əvvəl İstanbul səfirimiz Yusif Vəzirovdan (Yusif Vəzir
Çəmənzəminli – S.Q.) məktub aldım. Yazır ki, ermənilərin fran-
sızca “Renessans” qəzetəsi iddia edir ki, “Arşın mal alan”ı yazan
ermənidir. Yusif bu işdən çox mütəəssir olduğunu yazır və israr
eyləyir ki, mən əsərlərimin notlarını çap etdirib onlara göndərim ki,
səfarət xərcinə olaraq bütün Yevropada, həmən Amerikaya boylə
intişarına səy etsin... Mən əhvalatı Nəsib bəyə söylədim. Dedi ki, bu
iddia ermənilərin Zəngəzur iddiasından daha betərdir”.
Sonra Üzeyir bəy vurğulayır ki, ”...keçən səfər “O olmasın, bu ol-
sun” oyununa ingilis böyüklərindən biri gəlib Nəsib bəyin lojasında
oturmuşdu, hər nə görürdü, hamısını də ərinə qeyd edirdi. Əsərin
müəllifinin
də kim olduğunu bilib, də ərinə yazıbdır. Qərəz,
mənim əsərlərim avropalıların marağına səbəb olur”.
“Arşın mal alan”ı fransız dilinə tərcümə edib Parisdə
tamaşaya qoymaq istəyən Ceyhun bəyə bəstəkar 24 fev-
ral 1921-ci il tarixli məktubunda “Arşın mal alan”ın not-
larını bacısı oğlu Camala verərək qardaşına göndərməsi
barədə məlumat verirdi.
Üzeyir bəy Hacıbəyli xalqımızın, ölkəmizin inkişafı
naminə gördüyü işlərdən Ceyhun bəyi tez-tez hali edirdi.
Elə 26 noyabr 1921-ci ildə yazırdı: “Bu il müsəlmanlara
məxsus olmaq üzrə bir konservatoriya açdım. Bu saət
orada iki yüzdən artıq məktəb şagirdani oxuyur. Bir
hə ə bundan əvvəl rəsmi-güşadi idi. Bütün komissar
yoldaşlar, başda Nərimanov olmaq üzrə gəlmişdilər.
Təbrik nitqindən sonra çay verdim, çox canfəşanlıq
oldu. Hökumət mənə hər barədə kömək edəcəyini
vəd etdi. Həqiqətən bu konservatoriyanın bizim
müsəlmanlardan ötrü böyük mənası olacaqdır. Oxu-
yanların yarısı kişi, yarısı arvaddır. Çoxları da çadra
başında olan qızlardır. Çingiz (dirijor Çingiz Hacıbəyli
– S.Q.) ilə Niyazi (maestro Niyazi – S.Q.) dəxi orada
oxuyurlar.
“Leyli və Məcnun” operasının müvəff əqiyyətindən
söz açaraq Üzeyir bəy sonra belə deyir: “Bakı
şəhəri
isə öz adi halını almaq üzrədir, ticarət sərbəstdir,
teatrolar yenə dolu olur. Cümə günü “Leyli və
Məcnun” hökumət teatrosunda oynanıldı. Həştad
beş milyon zbor verdi”.
Məktublarından göründüyü kimi, daim vətənin
azadlığı, müstəqilliyi, çiçəklənməsi, xalqın,
millətin savadlanması, mədəniyyətin yüksəlməsi
üçün çalışan Üzeyir bəy Hacıbəyli eyni zamanda
ana, bacı, qardaş,
qohum-əqrəba fikri çəkir, onla-
rın bütün qayğılarını çiyinlərində daşıyırdı. Qardaşını görməkdən
ötrü Üzeyir bəy dəfələrlə Fransaya getmək istəmiş, lakin müxtəlif
səbəblər üzündən bu mümkün olmamışdır. Hətta 10 mart 1922-
ci il tarixli məktubunda yazırdı: “Nərimanov və Bünyadzadənin
Moskvadan qayıtmalarına müntəzirəm ki, onlardan üçaylıq
məzuniyyət alıb gələm... O vəxtə qədər dəxi nənəmgili yay üçün
bağlara göndərərik. Məleykə dəxi mənim ilə bərabər gələcəkdir”.
Daha sonra qeyd edirdi ki, “Arşın mal alan”ın firəng dilinə tərcümə
edilməsi məni çox sevindirdi,
ümidvaram ki, müvəff əqiyyəti artıq
olar”.
Başqa bir namədə (18 dekabr 1922-ci il) isə Üzeyir bəy Şövkət
Məmmədovanın Yakov adlı yəhudi həyat yoldaşını (Bakıda onu
Yaşka deyə çağırırdılar) nəzərdə tutaraq yazırdı ki, “ondan göz-
qulaq ol ki, bizim əsərlərdən orada çap etdirib satmasın, çünki
mənim bir neçə danə ikisəsli xorlarım onda qalıbdır”.
Yazışmalardan da göründüyü kimi, Ü.Hacıbəylinin yad
əllərdə, başqa ölkələrdə əlyazmaları mövcuddur. Görəsən, həmin
əsərlərin taleyi necədir?
rı
rı
r
n
n
n
bü
b
ü
ü
bü
bü
ü
tü
tü
tü
tü
ü
t
t
n
n
n
n
n
qa
qa
q
a
y
y
y
y
mü
mü
əl
əl
li
li
mə
m
mə
n
ni
ni
m
m
“A
“A
“A
r
r
ta
ta
ta
ta
a
ma
ma
ma
a
ra
ra
a
r
l
l
l
l
1
1
1
la
la
la
rı
rı
r
n
n
ba
ba
ba
a
rə
ə
ə
rə
na
na
na
a
a
m
m
m
E
El
El
E
E
ə
ə
ə
ə
m
m
m
mə
m
m
mə
mə
mə
m
mə
mə
m
m
m
m
mə
m
m
ə
ə
m
m
m
m
m
o
or
or
or
or
a
a
a
hə
hə
ə
hə
hə
h
yo
yo
y
y
Tə
Tə
Tə
T
Tə
o
o
o
v
v
m
m
m
y
y
y
y
Sağdan Üzeyir və Ceyhun Hacıbəyli
53
Mədəniyyət.AZ / 9 • 2016
Üzeyir bəy qardaşına göndərdiyi hər məktubda
onları səbirsizliklə gözlədiklərini, onlardan ötrü
darıxdıqlarını vurğulayırdı. 1922-ci ildə Ceyhun bəyə
ünvanladığı məktubda Üzeyir bəy icazə alınaraq
gəlmələrinin yollarını göstərərək qeyd edirdi:
“Hökumət izin verəndən sonra nə üçün gəlməmək?
Halbuki izin ilə gələnlərin hamısı burada rahat oturub
qulluq etməkdədirlər, məsələn, Yusif Vəzirov,
Vəkilov
və başqaları”. Amma Üzeyir bəy hələ bilmirdi ki,
adıçəkilən insanları qarşıda nələr gözləyir. 1937-ci
ilin repressiyası onların başına nələr gətirəcək...
Dahi bəstəkar gördüyü bütün işlərlə yanaşı, yarımçıq qalmış
ali təhsilini başa vurmaq üçün Almaniyaya getməyi düşünürdü.
Üzeyir bəy 4 aprel 1923-cü il tarixli məktubunda bu barədə ya-
zırdı: “... Maarif Komissarlığı kollegiyası tərəfindən qərar çıxdı ki,
mənim ali təhsilimi bitirmək üçün iki il müddətinə komandirovka
olmaq üzrə Almaniyaya gedim. Mənimlə bərabər üç nəfər doktor
dəxi göndərilir”. Daha sonra bəstəkar onu da xüsusi vurğulayırdı
ki, “kənari bir məmaniət olmasa, iyunun birində yola düşməliyik”.
Amma çox təəssüf ki, maneçiliklər törədildi və Ü.Hacıbəyli Alma-
niyaya gedə bilmədi. Xəbis, məkrli varlıqlar dahi sənətkarın bu ar-
zusunun da gerçəkləşməsinə imkan vermədilər.
Təkrarsız, gözəl insan Üzeyir bəy qardaşının Fransadakı
güzəranını, ailə çətinliklərini də özünə dərd edirdi. Onlara hər cür
kömək göstərməyə çalışırdı. Mühacirətdə daha da
yaxşı yaşamaqları üçün müxtəlif yollar axtarırdı. O, 9
aprel 1924-cü ildə Ceyhun bəyə belə yazırdı: “...Arşın
mal alan” sizin üçün bir mənbeyi-mədaxil olar... Zənn
edirəm ki, “Arşın mal alan” Parisdə müvəff əqiyyət
qazanarsa, hər bir məmləkətdə dəxi oynanılar, o
halda sən müsənnif haqqını dəxi ala bilərsən”.
Hərdən məktublarda Üzeyir bəy işlərin çoxluğun-
dan, hədsiz dərəcədə yorulduğundan şikayətlənirdi.
Məsələn, 23 yanvar 1927-ci
il tarixli məktubunda
konservatoriyada prorektor olduğundan, bütün
işlərin onun üzərinə töküldüyündən, səhər saat 10-
dan axşam 12-yə qədər təhsil müəssisəsində oldu-
ğundan, tez-tez iclaslar keçirildiyindən, bəzən 2-yə
kimi işləməyə məcburluğundan bəhs edirdi. Çox
təəssüfl ənirdi ki, yaradıcılığa, yeni opera yazmağa
vaxt tapa bilmir. O, 29 iyun 1928-ci ildə bunları qeyd
edirdi: “Mən də Azərbaycan musiqisinin əsasları
haqqında (əvvəlki illərdəki məktublarında da bu
barədə fikirləri mövcuddur –S.Q.) böyük bir elmi əsər
yazacağam ki, onu firəng dilinə dəxi tərcümə etmək
lazım gələcəkdir. Heyf olsun ki, bu cürə işlərə az
vəxt
sərf edə bilirəm, çünki məktəb məşğuliyyətim
və cəmiyyət işləri çoxdur. Bizdən ötrü vəxt o qədər
tez gedir ki, guya bir gün bir saət əvəzi olur”.
İşinin çox olmasına, vaxtının məhdudluğuna
rəğmən, böyük sənətkar hələ konsertlər də hazır-
layırdı. Məktublarının birində qardaşına belə yazırdı: “Bu günlərdə
böyük bir konsert verdim. Bütün komissar yoldaşlar məndən razı
qalıb dedilər ki, Üzeyir bəy bizim ümidimizi boşa çıxartmadı”.
Bəli, Üzeyir bəy Hacıbəyli nəinki ümidləri boşa çıxartmadı, hətta
türk musiqisinin tərəqqisi yolunda sağlamlığından belə keçərək
əsərləri ilə Azərbaycanımızı dünyaya tanıtdı. Bütün bunlarla yana-
şı, gecə-gündüz doğmalarının həsrəti ilə yaşayan azman sənətkar
qardaşının ailəsi ilə birgə vətənə dönməsini arzulayırdı.
Onlarla
yenidən qovuşacaqları günü səbirsizliklə gözləyirdi. Elə 3 noyabr
1929-cu ildə yazdığı məktubda da “...çalışınız ki, tezliklə gələsiniz.
Yolunuzu gözləyirik” deyirdi. Ancaq nə yaxşı ki, Ceyhun bəy vətənə
dönmədi. Əgər qayıtsaydı, yəqin, o da başqa ziyalılarımız kimi
gedər-gəlməzə yola salınardı. Buna isə Üzeyir bəyin həssas qəlbi
tab gətirə bilməzdi. Heç olmasa, bilirdi ki, qardaşı xaricdə qalsa da,
sağ-salamatdır. Bu ona böyük təskinlik idi.
Adı azadlıq tariximizə qızıl hərfl ərlə yazılan Ceyhun bəy Hacıbəyli
vətənə dönmədi, ancaq ürəyi hər zaman Azərbaycan üçün çırpındı.
Ölkəmizin müstəqilliyi naminə yorulmadan çalışdı. Azərbaycan ta-
rixini, ədəbiyyatını, mədəniyyətini Avropada layiqincə tanıtdı, təbliğ
etdi. Ömrünün sonuna kimi əqidəsindən dönməyərək sovet impe-
riyasına qarşı ideoloji mübarizə apardı.
Gərəkli fəaliyyəti ilə arzu-
larına çatdı. Lakin o, ailəsinə, ailəsi də ona həmişəlik həsrət qaldı.
Səadət Qarabağlı,
üzeyirbəyşünas
Ceyhun Hacıbəyli. 1950-ci illər