Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
61
göstərərək onların hücumlarının qarşısını aldı. Bu barədə
M.Kalankatlı yazır: «Cəsur Cavanşir yeddi il dalbadal bu ağır
döyüşlərdə iştirak edib, on bir dəfə ağır yaralar almışdı» (136,
k.2, f.19; 295, s.31; 296, s.158).
Mənbənin verdiyi məlumata görə, Cavanşir böyük şan-
şöhrətlə vətəninə qayıtdı. Bərdə şəhərində həsrətlə gözləyən
atası onu böyük sevinc və təntənə ilə qarşıladı (136, k.2, f.19;
296, s.158).
M.Kalankatlı məlumat verir ki, «müharibələrdən şöhrətlə
qayıtmış Cavanşir çarın (Alban çarı Varaz-Qriqorun – Q.H.)
sərəncamı ilə Albaniyanın bütün işlərinə rəhbərlik edirdi. O,
qoşununu götürüb atası ilə birlikdə Bərdə şəhərindən çıxaraq
şimal tərəfə çəkildi. Cavanşirin üsyanı haqda xəbər Sasanilərə
çatanda onların qoşunları bizim ölkəyə soxuldular. Düşmən
qoşunlarının ön dəstələri tezliklə bu vilayətin cənub dairələrinə
girən zaman Cavanşir yaxşı silahlanmış dəstəsilə sürətlə onların
qabağına çıxıb Deyləm mənşəli başçılarını vurdu. Cavanşir və
onun döyüşçüləri onların çoxlarını qılıncdan keçirib, bir qismini
də əsir aldılar. Onlar böyük qənimət, o cümlədən at və qatırlar
ələ keçirərək geriyə döndülər. Lakin buna baxmayaraq, Sasani
qoşunları onları təqib etməkdən əl çəkmədilər. Onlarla ikinci
döyüş dağlıq yerdə baş verdi. O günü də Cavanşir qələbə
qazandı və o, Allahın köməyilə düşməni darmadağın etdi. Am-
ma elə bu vaxt ona xəbər çatdı ki, sasanilər Bərdəyə daxil olub
anasını və qardaşlarını əsir almışlar» (136, k.2, f.19; 296, s.158).
Cavanşir öz qüvvələrini səfərbər edərək Kürün sahilində
Sasani qoşunlarını qılıncdan keçirmiş, anasını, qardaşlarını və
ərazini azad etmişdir. Bu barədə M.Kalankatlı yazır: «O,
iranlıların hamısını öz qış iqamətgahı olan Bərdə şəhərini azad
edəndə də qırdı» (136, k.2, f.19; 296, s.158).
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
62
Cavanşirin vuruşmalarını
əks etdirən məlumatı
M.Kalankatlı belə göstərir: «Cavanşirin əldə qılınc başqa
döyüşlərdə nə qədər düşməni öldürməsi haqqında danışmağımız
burada artıq olar və buna heç ehtiyac da yoxdur» (136, k.2, f.19;
296, s.158).
M.Kalankatlı göstərir ki, «Cavanşirin qələbələrini görüb,
eşitmiş … gürcü əyanları öz nəsillərindən qız seçib onunla qo-
hum olmaq istədilər. Sasani sərkərdəsinə gəldikdə o, Cavanşirə
vasitəçi ilə məktub göndərib qohum olmağı, ittifaq bağlamağı
xahiş etdi» (136, k.2, f.19). Bu zaman Sasani taxt-tacı uğrunda
çəkişmələri və hakimiyyətin zəifləməsini görən, dövrün
hadisələrini uzaqgörənliklə dərk edən Cavanşir müstəqilliyin
əhəmiyyətini və vacibliyini qiymətləndirərək üsyan qaldırdı
(136, k.2, f.19; 296, s.158-159).
M.Kalankatlının daha bir qeydi: «Cavanşir böyük Sasani
şahlığının tənəzzülü haqqında fikirləşərək və keçmiş Şərq
şahlarının müstəbid olmalarını yada salaraq öz şəxsiyyətinə
xüsusi təmtəraq verdi, belə qənaətə gəldi ki, bundan sonra öz
hakimiyyətini heç kəsə tabe etməsin» (136, k.2, f. 19; 296,
s.143).
Qardaşları ilə birlikdə ata-baba yurduna getmiş Cavanşir
atasının Sasanilər tərəfindən girov saxlandığını eşidərək geri
qayıtdı, vuruşaraq onu azad etdi. M.Kalankatlı bu barədə belə
yazır: «İndi cəsur Cavanşir və onun böyük qardaşı nə edə
bilərdilər? Atalarının intiqamını almaq üçün onlar silahlandılar,
yorğa atlarına minib uzun yolu qısaldaraq gəlib Firuzabad
(Bərdə) şəhərinə çatdılar, …şir balaları kimi şəhərə hücum edib
ona sahib oldular. Şəhərdə və onun ətrafında Sasani
sərkərdəsinin döyüşçülərindən kimi tapıb gördülərsə, hamısının
cəzasını verdilər. Qardaşların yaxşı silahlanmış dəstələri
atalarını buraxmağa məcbur
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
63
edənə qədər düşməni qırdılar» (136, k.2, f.19; 296, s.159).
Bu zaman ərəblərin hücumları davam edirdi. Onların
hücumu ilə III Yezdəgirdin hakimiyyəti (630-651) dövründə Sa-
sani şahlığı tamamilə məhv edildi (651-ci ildə) (136, k.2, f.19).
Bu, Sasani imperiyasının süqutu idi (136, k.2, f.19; 15, s.74;
296, s.161).
Ərəblərin Şimal və Şərq ölkələrinə doğru işğalçı
hücumları Albaniyada, Bərdədə də gərgin vəziyyət yaratdı.
Cavanşir ərəblərə qarşı müqavimət göstərdi. Lakin ərəb
qoşunları ilə qarşılaşdıqdan sonra onlara qalib gəlməyin çətin
olduğunu hiss etdi. O, təslim olmaq, könüllü olaraq hakimiyyəti
vermək istəmədi. M.Kalankatlı yazır ki, «ərəblərin amansız
olduğunu görmüş Cavanşir onlara tabe olmayıb Kür çayının o
biri sahilinə keçdi» (136, k.2, f.20).
Qeyd etmək lazımdır ki, M.Kalankatlı ərəblərin Bərdəyə
müdaxiləsi, orada Cavanşirin və ya hər hansı bir hökmdarın
fəaliyyəti barədə heç bir məlumat vermir. Lakin əsərinin başqa
bir yerində yazır ki, Cavanşir yadellilərin hakimiyyətinə bir daha
boyun əyməmək üçün öz döyüşçülərini də götürüb Kürün o biri
sahilinə keçdi, ata yurdunda məskən saldı (136, k.2, f.20).
Müəllif yazır ki, Cavanşir «bir qədər orada qaldıqdan so-
nra yenə də ürəyinin atəşini söndürmək üçün ərəblərlə döyüşə
yenidən başlamaq və atasını azad etmək istədi. Lakin atası onu
bu fikirdən daşındırdı və könüllü olaraq düşmənə təslim oldu»
(136, k.2, f.20).
Hadisələrin sonrakı gedişi göstərir ki, Cavanşirin atasının
(Varaz-Qriqorun) yaranmış vəziyyəti yaxşı başa düşdüyündən
qəbul etdiyi qərar, yeganə düzgün qərar idi. Cavanşir isə impera-
tor II Konstanta (641-668) meyl göstərdi (136, k.2; 23; 126,
s.166).
Dostları ilə paylaş: |