712
formalaşanadək qalır. XI əsrdə Qaraxanlılar
hakimiyyəti zəifləyir və müstəqilliklərini itirirlər.
Bu zaman güclənən oğuz qəbilələri, o cümlədən
türkmənlər qaraxanlılar dövlətini özlərinə tabe
etdirirlər.
XI əsrdə oğuz qəbilələrindən olan səlcuqlar
hərəkatı başlayır. XII əsrdə səlcuqlar cənuba və
qərbə yayılaraq, Kiçik Asiyanı özlərinə tabe edib
Türkiyənin əsasını qoyurlar.
MƏTN: – Bu dövrdə məşhur türk səlcuq
dövlətindən başqa Əfqanıstanda hakimiyyəti 969-
1187-ci illəri əhatə edən Yeminilər-Qəznəvilər
dövlətini də misal göstərmək olar. Bu dövlət
Qəznəli Mahmudun vaxtında – 997-1030-cu
illərdə daha da məşhurlaşmış, Hindistanı,
Xarəzmi, Əfqanıstanı, İranı islamlaşdıra bilmişdi.
XI əsrdə qıpçaqların şərqdən cənubi rus
çöllərinə doğru hərəkatı başlayır. Qıpçaqlar
tərəfındən darmadağın edilmiş peçeneklərin bir
hissəsi daha da qərbə qovulur və macarlar
tərəfindən assimilyasiya uğrayır, bir hissəsi isə
qıpçaqlara qarışır. Qıpçaq dövləti böyük bir
sahəni tutur. Bura müasir Qazaxıstanın cənub-
qərb hissəsi, Krımın düzənlik sahəsi, Volqa və
Don çaylarının aşağı hissələri daxil olur.
Monqol qəbilələrinin fəallığı X əsrdə
başlayır. Monqol qəbilələrindən olan kitaylar
Şimali Çini öz təsirləri altına alırlar, oğuzları
sıxışdırırlar. Monqolların hücumu ilə Orta Asiya
və Şərqi Avropa xalqlarının tarixində dəyişik bir
mərhələ başladı. Monqol hökmranlığı zamanında
bir-birinin ardınca bir neçə dövlət əmələ gəldi.
713
Qərb və cənubi-qərbdə monqol istilasından
sonra yaranan qüvvətli dövlət – Çığatay dövləti
Qızıl Orda, XIV əsrin sonlarında isə Teymurilər
dövləti olmuşdur. XV əsrdə Qızıl Orda üç
müstəqil xanlığa: 1420-ci ildə Krım, 1433-cü ildə
Kazan və 1466-cı ildə Həştərxan xanlıqlarına
parçalanır. Qızıl Ordanın da, xanlıqların da rəsmi
dövlət dili türk dili idi. Orta epoxada müasir türk
dilləri diferensiallaşır: qərbdə bulqarlar, xəzərlər,
yakutlar, xakaslar və kırğızlar…
NİZAMİ XUDİYEV: – X-XV əsrlərdə qıpçaq ümumi
dili iki qrupa bölünür: birinci qıpçaq-bulqar
qrupudur ki, bundan XV əsrdə tatar və başqırd
dilləri təşəkkül tapmışdır. İkinci qıpçaq qrupu
monqol dövründə iki yarımqrupa bölünür. Qıpçaq
poloves yarımqrupu – buna poloves dili və daha
sonralar karaim dili, kumuk dili, qaraçay-balkar
dili daxil idi. Digər qıpçaq-noqay yarımqrupuna
isə noqay dili, kazax dili, karakalpak dili və özbək
dilinin qıpçaq dialekti daxil idi.
Oğuz qrupu dillərinin XV əsrdə üç qolu
olmuşdur. Oğuz-bulqar, oğuz-səlcuq və karluk-
uyğur dilləri.
Orta türk epoxasında bu dillərin yayıldığı
geniş coğrafi məkan, tarixi yerlər az qala
hüdudsuz idi. Baburun hökmranlığı illərində
1526-1558-ci illərdə Hindistanda yaradılan türk
imperatorluğu… Teymurləngin yaratdığı dövlətin
Baburun vaxtında 1504-cü ildə özbək Şeybani
xan tərəfindən işğal olunması ilə əvvəlcə
Səmərqənd və Kunya-Urqenc dövlətlərinə, sonra
714
isə Buxara, Xavə və Kokand xanlıqlarına
parçalanması… Bu inzibati birliklərdə toplanan
xalqlar qərbdə oğuz-karluk-qıpçaq, şərqdə qırğız-
qıpçaq, xakas, yakut Tuva dil qruplarının
nümayəndələri idilər. Məhz buna görə də orta türk
dövründə yaranan abidələrdə bu dil qruplarının
elementləri öz əksini tapa bilmişdir.
Onu da qeyd etmək lazımdır ki, monqol
istilası monqollardan daha çox türkdilli xalqların
taleyinə təsir etmiş, onların, yəni monqolların
yaratdığı dövlətin dili tədricən türk dili olmağa
başlamışdı.
IX-XIII əsrlərdə Misirdə, Suriyada,
Hindistanda yaranmış türk dövlətləri, eləcə də
Xarəzmşahlar, 1380-1469-cu illərin Qaraqoyun-
lular və 1350-1502-ci illərin Ağqoyunlular döv-
lətləri də Orta türk epoxasında yaranan dövlətlər,
imperatorluqlar idi. Orta türk epoxasının onlarla
yazılı abidələri günümüzə yetişmiş, türkün
əzəmətli tarixinə şərəfşan gətirmiş, dünyanın
mədəni sərvəti elan edilmişdir.
Haqqında dəfələrlə söz açdığımız Mahmud
Kaşğarlının «Divani-lüğət-it-türk»ü, Yusif
Balasaqunlunun «Kutat-qu-bilik»i, Əbu Həyyan
əl Qarnatinin «Kitabül-əl idrakli-lisanül əl ətrak»ı,
«Dədə Qorqud» dastanları, Əlinin «Qisseyi-
Yusif» əsəri, «Dastani-Əhməd Hərami», Əhməd
Yasəvinin «Divani-Hikmət»i, Seyfi Sarayinin
«Gülüstan» əsəri bu böyük xəzinədən bir hissədir.
Qarşıda türk dillərinin tarixi, yeni türk dilləri
epoxası ilə bağlı söhbətimiz olacaq. Hələliksə,
qədim türklərin adət-ənənəsini, tarixi yaşantılarını
715
göstərən süjetlə türk adını ilk dəfə dövlət adına
ucaldan Göytürklərin zamanına səyahət edəcəyik.
Böyük türkün uzaq yaddaşından kiçik bir soraq
verəcəyik.
Qədim türklərin adət-ənənəsi, dövlət qurumu, döyüş
səhnələrindən görüntülər.
MƏTN: – Göytürklərin adət-ənənəsi, dövlət quruluşu,
mədəniyyəti, dini haqqında Orxon-Yenisey
abidələrindən, eləcə də Çin mənbələrindən
müəyyən qədər məlumat almaq mümkündür.
Göytürk xanədanında oturan şəxs kağan
«xaqan», onun arvadı katun «xatun» adlanır. Döv-
lətin idarəsi iki qola bölünür: dövlətin qərb buda-
ğını idarə edən adam yabğu, şərq budağını idarə
edən adam şad adlanır. Xaqanın oğulları şahza-
dələr tikin adlanır. Xaqandan sonra ən böyük
rütbə xan sayılır. Orxon-Yenisey abidələrində
xanlar barədə az danışılsa da, bəylər haqqında
çoxlu məlumat vardır. Abidələrdə bəzən bəylərə
xaqan adı verilməsi haqqında fikirlərə də təsadüf
edilir: Bars bəg erti, kağan at bunta biz birtimiz –
Bars bəy idi, xaqan adını da burada biz verdik…
Ən yüksək hərbi dərəcə çor adlanırdı, ondan kiçik
olan hərbi rütbə sənün, yəni general adlanırdı.
Türklərin qədim dini haqqında VI əsrin 70-
80-ci illərində tərtib edilmiş «Veyşu» və VII əsrin
əvvəllərində hazırlanmış «Siyşu» adlı
salnamələrdə məlumat verilir.
Türklər göyləri tenri adlandırıb onu
müqəddəs sayırdılar. Yer – sub, su – ıduk idi.
716
Qədim türklərdə ailənin rifahım və uşaqları
himayə edən ilahə Umay adlanırdı. Türklərin
fikrincə adam öləndən sonra onun həyatı o biri
dünyada davam edir, buna görə də adam öləndə
onun haqqında öldü yox, yça bardı (uçaraq getdi)
ifadəsini işlədirdilər.
Onlar əcdadlarının ruhunu müqəddəs
sayırdılar. Türklər ilin müəyyən günlərində bu
saydığımız müqəddəslərə qurban kəsirdilər:
qurbanlıq ya qoyun, ya da at olurdu.
Adətən bol sulu otlaq yerlərdə məskən
salardılar, çünki belə yerlərdə həm ov heyvanları
çoxdu, həm də öz sürü və ilxılarını rahat otarmaq
mümkün idi. Ovçuluq və maldarlıqla yanaşı,
qədim türklər əkinçiliklə də məşğul olurdular.
Qədim türk üçün əsas peşə müharibə idi, silahları
yay, ox, qılınc, zirehli geyim.
Təkcə Orxon-Yenisey abidələri deyil, bütün
dillərdə yazılmış qaynaqlar türklərin cəsur və igid
olduğunu göstərir. Namus qədim türklərdə çox
müqəddəs tutulurdu. Ruhu ölməz sayır, ölümdən
sonrakı o dünya həyatına inanırdılar. Buna görə
də meyitin o dünyadakı həyatını yüngülləşdirmək
üçün sağlığında istifadə etdiyi əşyalardan ətrafına
düzərdilər.
Çin, Bizans, İran və ərəb mənbələrinə görə
qədim türklər yüksək mədəniyyətə malik idi. Hələ
563-cü ildə Qərbi Türk xaqanlığından Bizansa
elçi göndərilmişdi. Mənbələrin yazdığına görə
568-ci ildə Bizans elçiləri Zemarxın başçılığı ilə
Qərbi Türk xaqanlığına göndərilir. Bu elçiliyin
hesabatında yazılır ki, türk xaqanları qızıldan
717
düzəldilmiş taxt üzərində oturarmışlar, xaqanın
çadırı rəngarəng xalılarla bəzədilərmiş.
Orxon-Yenisey abidələri və onların
yerləşdiyi ərazidə aparılan arxeoloji qazıntılar
göstərir ki, V-VIII əsrlərdə türklər dünya əhəmiy-
yətli yüksək sənət və mədəniyyət nümunələri
yaratmışlar. Onlar Çin, Orta Asiya, İran və Şərqi
Avropa ölkələrinə də təsir göstərmiş, bir sıra sənət
və istehsalat sahələri məhz türklərdən – bu
ərazilərdən dünyaya yayılmışdı. Yəhər, bəzək
əşyaları, hərbi ləvazimat, geyimlər, ilin təqvimi,
məhz qədim türklərin, ulu əcdadlarımızın
dünyaya bəxş etdiyi yeniliklər idi.
NİZAMİ XUDİYEV: – Yeni türk dilləri epoxası bütün
müasir türk xalqlarının və türk dillərinin tamamilə
təşəkkülü ilə xarakterizə olunur. Qərbdə bu
dövrdə çuvaş tayfa-qəbilə birləşmələrinin vahid
çuvaş xalqına çevrilməsi baş verir. Qıpçaq-bulqar
qəbilələri iki böyük xalqı – tatar və başqırdları
araya gətirirlər. Bundan əvvəlki epoxada qıpçaq-
poloves qrupundan qıpçaq-noqay ittifaqı yaranır,
bu da XV əsrdə qazax və noqay xalqlarına ayrılır.
Noqay xalqı da XVI əsrdə noqay və
karakalpaqlara bölünür. Qıpçaq-poloves qrupu
karaimlərə, kumıklara, qaraçaylara, balkarlara,
krım tatarlarına ayrılır. Bu xalqların dili artıq öz
mimsir xüsusiyyətlərini, xarakterini kəsb edir.
XV-XX əsrdə karluk birliyindən tədricən iki xalq
– özbəklər və uyğurlar – yeni uyğur dilində
danışanlar əmələ gəlir. Bu epoxada şərqdə də türk
qəbilələri və dillərinin təşəkkülü prosesi gedir.
718
Dilləri təşəkkül etməyə başlayan xalqlar üç əsas
dil ümumiliyində formalaşır:
1. Uyğur-tukyu ümumiliyi. Bundan qədim
uyğur və qədim oğuz dillərindən başqa tuvin və
karakas dilləri ayrılır.
2. Yakut dili.
3. Xakas ümumiliyi. Bundan müasir xakas
dilinin dialekti, şor dili, altay dilinin şimal dialekti
yaranır.
Nəhayət, qırğız-qıpçaq qrupu dillərinə
qədim qırğız dili, sonralar qırğız dili və altay
dilinin cənub dialekti daxil olur.
Oğuz tayfaları qədim səlcuq, qədim türkmən
və qədim bulqar tayfaları əsasında bir neçə qədim
və müasir dilin yaranması ilə şərtlənir: qədim
Azərbaycan, qədim Osmanlı, qədim türkmən,
Azərbaycan, türk, türkmən və qaqauz dilləri.
Cağatay, Xaqaniyyə türkcəsi əsasında karluq və
uyğur tayfa birliklərindən özbək, yeni uyğur
dilləri, eləcə də sarı uyğur və salar dilləri
meydana gəlir. Ümumiyyətlə, türk dillərinin
tarixində yeni türk dövrü XV-XX əsrləri əhatə
edir. Dünyadakı dil ailələri içərisində türk dilləri
bir-birinə ən yaxın olan dillərdəndir. Türk sistemli
dillər lüğət fondunun və qrammatik quruluşlarının
ümumiliyi ilə səciyyələnən, məhz elə bu
xüsusiyyətlərə görə əsrlər boyu öz mənliyini
qoruyub saxlayan, tarixin bir-biri ilə qohum olan,
bir kökdən, bir əsasdan boy verən dillər qrupudur.
NİZAMİ XUDİYEV: – Türk xalqlarının qədim tarixini,
dövlətçilik ənənələrini, kimliyini yaşadan, adət-
719
ənənəsinin, mənəvi dəyərlərinin kökündə dayanan
qədim türk tayfaları… Saka türkləri, hunlar,
tukyular, göytürklər, on oğuzlar, doqquz oğuzlar
bu gün heç yerdə ayrıca xalq kimi təmsil
olunmurlar. Onlar tarixin müxtəlif aşırımlarında
öz missiyalarını yerinə yetirib, müasir türk
xalqlarının içərisində ərimiş, bir hissəsi isə başqa
ad altında yenidən tarix səhnəsinə çıxmışdır: Hun-
oğuz-türk-türkmən keçidlərində olduğu kimi. Ona
görə müasir türk xalqlarından hər biri –
böyüklüyündən, kiçikliyindən asılı olmayaraq,
əski çağlarda yaranan mədəni abidələrdən özünə
pay götürə bilər. Çünki türk-osmanlı, özbək,
qırğız, Azərbaycan, qazax, türkmən, qaqauz, tatar,
çuvaş, noqay və digər türksoylu xalqların
soykökündə eyni bir sak, hun, göytürk, uyğur,
qıpçaq, peçenek tayfalarının olduğu şübhəsizdir.
Türkün dünya tarixində rolunu azaltmaq
məqsədilə, yaratdığı qədim sənət nümunələrini
gözdən salmağa, ya da dil faktoruna görə başqa-
başqa xalqların adına çıxmağa təşəbbüs edənlər
uzun illər niyyətlərinə nail ola bilmədilər. Türk
özünə, kimliyinə döndü. Ulu babalarının al qanı
ilə yaradılmış tarixini bir də səhifələdi. Mənəvi
dəyərlərini yada saldı, yurd yerlərinə baş çəkdi.
Bu silinməz izlər, bu möhtəşəm tarix, bu ulu
dünya hər birimizindir, hər bir türk övladınındır.
«Qazax, qırğız, uyğur, tatar, azəri bir soydu», –
deyən çox məşhur bir deyimdə olduğu kimi.
SON
2006
720
MÜNDƏRİCAT
Görkəmli alim, ləyaqətli ziyalı ......................................................... 3
Müəllifdən ...................................................................................... 32
MƏQALƏLƏR, MÜSAHİBƏLƏR
Müasir Azərbaycanın qurucusu ...................................................... 36
Böyük yolun davamçısı .................................................................. 51
Şah İsmayıl Xətai və Azərbaycan dili ............................................ 64
«Xudafərin» mənəvi körpüyə çevrilir ............................................ 77
Cavad Heyət dünyası ...................................................................... 82
«Qarabağın keçdiyi tarixi yol» (S. Sərdarniyanin tarixi
düşüncələrinə münasibət) ............................................................... 95
Radio və televiziyanın əlifbası proqramlaşdırmadan başlayır ..... 106
Radio və televiziyanın informasiya tarixindən ............................. 113
Tarixin səsli salnaməsi ................................................................. 121
Radio və musiqi ............................................................................ 136
Teleradiomuz maarifçilik işığında ............................................... 146
50 il mədəniyyətin keşiyində ........................................................ 153
Xalq yaradıcılığı ənənələrinin televiziyada işıqlandırılması ........ 162
Azərbaycan teleradiosunun musiqi kollektivləri .......................... 169
Dövlətçilik, millilik, müasirlik ..................................................... 175
Günümüzün ekran salnaməsi ....................................................... 187
Yeni əsrin televiziyası .................................................................. 200
721
RƏYLƏR
Müstəqil Azərbaycan dövlətinin yaranması və
möhkəmləndirilməsində Heydər Əliyevin rolu ............................ 213
Azərbaycan dilində morfoloji norma ........................................... 218
Çağdaş türk şeirinin poetikası ...................................................... 222
Orxon-Yenisey abidələri və Azərbaycan dili (leksika) ................ 225
Müasir türk dilində ara sözlər və söz birləşmələri ....................... 234
Azərbaycanda təhsil alan türkiyəli tələbələrin dil
problemləri ................................................................................... 240
ÇIXIŞLAR
Doktor Cavad heyətin Bakıda AMEA-da keçirilən 80 illik
yubiley mərasimində çıxışı ........................................................... 246
Əziz müəllimimiz ......................................................................... 251
Birinci, ikinci, üçüncü çağırış Azərbaycan Respublikası
Milli Məclisinin iclaslarından bəzi çıxışlar .................................. 252
SSENARİLƏR
Tarixi hünər
(«Əsrin müqaviləsi»nin 10 illiyinə həsr olunur) ..... 477
Xilaskar (
III film) ......................................................................... 485
Xilaskar (
IV film) .......................................................................... 512
Möhtəşəm türk (İ.Doğramacı – 90) (
I film) .................................. 538
Möhtəşəm türk (İ.Doğramacı – 90) (
II film) ................................ 549
Türkün zəfər dastanı (Çanaqqala) ................................................ 558
Naxçıvan. Azadlığın addımları (
I film) ........................................ 576
Naxçıvan. Azadlığın addımları (
II film) ....................................... 589
Naxçıvan. Azadlığın addımları (
III film) ...................................... 599
722
Türk fatehləri Əmir Teymur və İldırım Bəyazit ........................... 628
Çaldırana aparan yol ..................................................................... 652
Gündoğandan günbatana… Qədim türklər… (
I film) .................. 674
Gündoğandan günbatana… Qədim və
yeni türklər (II film)… ................................................................. 700
723
N. M. XUDİYEV
ЗАМАНЫН АХАРЫ ИЛЯ
(V cild) I hissə
724
«Åëì âÿ Òÿùñèë» няшриййатынын äèðåêòîðó:
ïðîôåññîð Íàäèð ÌßÌÌßÄËÈ
Êîìïöòåð äèçàéíåðè: Zahid Məmmədov
Техники редактор: Рювшаня Низамигызы
Éûüûëìàüà âåðèëìèø 25.04.2013
×àïà èìçàëàíìûø 04.05.2013
Øÿðòè ÷àï âÿðÿãè 45,2. Ñèôàðèø ¹ 179
Êàüûç ôîðìàòû 60õ84 1/16. Òèðàæ 500
Êèòàá «Åëì âÿ Òÿùñèë» íÿøðèééàò-ïîëèãðàôèéà
ìöÿññèñÿñèíäÿ ùàçûð äèàïîçèòèâëÿðäÿí ÷àï îëóíìóøäóð.
E-mail:
elm_ve_tehsil@box.az
Òåë: 497-16-32; 050-311-41-89
Öíâàí: Áàêû, È÷ÿðèøÿùÿð, 3-úö Ìàãîìàéåâ äþíýÿñè 8/4.
Dostları ilə paylaş: |