8
dostları varsa, ondan xoşbəxt adam yoxdur. Bir fikrini də heç
vaxt unuda bilmirəm: valideyn övladlarının cəmiyyətdəki
hərəkətlərini nəzarətdə saxlamalı, onun yaxşı dostlar
seçməsinə kömək etməli, pis adamlarla dostluq etməsinə yol
verməməlidir. Atam mənim dostlarımı yaxşı tanıyırdı və tələbə
dostlarımla mənə fərq qoymurdu…».
Təbii ki, hər bir insanın mənəvi cəhətdən yetkinləş-
məsində, savad, bilik qazanmasında, dünyagörüşünün
zənginləşməsində mühüm mərhələ olan tələbəlik illəri
unudulmazdır. Həmin illərdə qazanılanlar heç vaxt yaddaşdan
silinmir, insana ömrünün sonrakı mərhələlərində daha çox
gərək olur. Tələbə elmi cəmiyyətindəki ilk araşdırma, geniş
toplantıda ilk məruzə, qəzetdə çıxan ilk məqalə, görkəmli
yazıçı və şairlərlə keçirilən görüşdə ilk həyəcanlı çıxış –
tələbəlik illərinin yaddaqalan və heç vaxt unudulmayan bu
məqamları da, heç şübhəsiz, Nizami Xudiyevi böyük elm və
yaradıcılıq dünyasına aparan ilk və çox uğurlu addımlardır.
Bu addımlar davamlı çalışmalar, axtarışlar və araşdırmalarla
daha da möhkəmlənir, onun sabahına olan inamı daha da
artırır.
Ali məktəbdə təhsilini fərqlənmə diplomu ilə başa vuran
Nizami Xudiyevi komsomol işinə irəli çəkmək istəyirlər, ona
MK-da şöbə müdiri vəzifəsi təklif edirlər. Çoxları belə bir
perspektiv üçün adam axtardığı, fürsət gəzdiyi bir vaxtda o,
atasının məsləhəti ilə bu təklifi qəbul etmir. Görkəmli alim özü
bu hadisəni belə xatırlayır: «… Atama məsələnin nə yerdə
olduğunu deyəndə, düşünürdüm ki, sevinəcək, təbrik edəcək.
Amma o, nəinki sevinmədi, hətta bir qədər məyus oldu. «Oğul,
vəzifəni hu gün verərlər, sabah alarlar. Heç bir vəzifə əbədi
deyil. Sən elə bir sərvət qazan ki, əbədi olsun, onu heç kim
əlindən ala bilməsin. Vaxtı çatanda vəzifə özü gələcək, hələlik
sən elmlə çox ciddi məşğul olmalı, müdafiə etməlisən. Belə
9
olsa, ən böyük sərvət sahibi olacaqsan, onu səndən heç vaxt
heç kim ala bilməyəcək. Özü də bunu indi, cavan vaxtı
etməlisən, sonra gec olar. Ataların bir sözünü unutma: «Daş-
qaş əvəzinə özünə bilik yığsan, daha çox tanınarsan. Ən
qiymətli daşı salıb itirə bilərsən, ən sadə biliyi isə səndən heç
kəs ala bilməz».
Atam heç institut üzrə partiya komitəsinin katibi
olmağımla da razılaşmadı. Atamın nə qədər haqlı olduğunu
sonralar anladım, Mən Həmkarlar İttifaqı Komitəsinin sədri
işlədiyim dövrdə dörd partkom dəyişdirildi. Atamla söhbətim
sanki taleyimin dönüş nöqtəsi oldu. Və mən vəzifəni yox, elm
yolunu seçdim. Bu, atamın göstərdiyi yol idi. Əbdüləzəl
Dəmirçizadə, Məmmədhüseyn Təhmasib, Feyzulla Qasımzadə,
Fərhad Fərhadov, Cavad Bağırov, Afad Qurbanov, İsmayıl
Şıxlı, Əhəd Hüseynov, Azər Hüseynov, Əziz Əfəndizadə,
Əbdül Əlizadə kimi mütəfəkkir alim-müəllimlərdən aldığım
dərs də əlimdən tutdu. Professor Əbdüləzəl Dəmirçizadənin
rəhbərliyi ilə namizədlik, sonra isə doktorluq işi müdafiə
etdim. Atamın sözü olmasın, dilimizə, ədəbiyyatımıza üz
tutaraq, ədəbiyyatın qapılarını açdım. Müdafiədən sonra isə
vəzifələr özü məni tapdı. Əvvəlcə prorektor, sonra rektor
oldum…»
Bəli, Nizami Xudiyev uzun illər Şahbuz Rayon Partiya
Komitəsinin birinci katibi, Naxçıvan Muxtar Respublikası Ali
Sovetinin sədri, Ali Sovetin Rəyasət Heyətinin sədr müavini,
Naxçıvan Vilayət Komitəsinin orqanı olan «Şərq qapısı»
qəzetinin baş redaktoru və s. məsul vəzifələrdə işləmiş, iki
çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuş atası
Mənaf Xudiyevin məsləhəti ilə elm yolunu seçir.
1970-ci ildə ali məktəbdə təhsilini fərqlənmə diplomu ilə
başa vuran Nizami Xudiyevin savad və biliyini, təşkilatçılıq
qabiliyyətini, gözəl insani keyfiyyətlərini nəzərə alan
10
müəllimlərinin, görkəmli alimlərin tövsiyəsi, Elmi Şuranın
qərarı ilə onu «Azərbaycan dilçiliyi» kafedrasında müəllim
saxlayırlar. Bu, 21 yaşlı gəncə çox böyük etimad idi və bu
etimadı yalnız böyük zəhmətlə doğrultmaq olardı.
Nizami Xudiyev görkəmli alimlərlə çiyin-çiyinə işlədiyi
elmi mühitdə özünün zəhmətkeşliyi, tədqiqatçılıq məharəti və
erudisiyası ilə bu yüksək etimadı doğrultdu. Bu yolda, əlbəttə,
Azərbaycan dilçilik elminin korifeyi, professor
Ə. Dəmirçizadənin alim həssaslığı və elmi intuisiyası da
böyük rol oynayıb. Ümumiyyətlə, bir elm adamı kimi Nizami
Xudiyevin bəxti onda gətirib ki, o, sözün həqiqi mənasında
klassik elm məktəbi keçib. Yəni, onun təhsil aldığı Azərbaycan
Dövlət Pedaqoji Universiteti, xüsusən «Azərbaycan dilçiliyi»
kafedrası filologiyamızın, dilçilik elmimizin ağırlıq
mərkəzlərindən biri idi. Şübhəsiz ki, professor Ə Dəmirçizadə
kimi nəhəng bir alimlə birgə çalışmaq Nizami Xudiyevin elmi
bioqrafiyasında şərəfli bir səhifə olub. O, Ə. Dəmirçizadə
kimi müdrik bir zəka sahibinin yanında həqiqi elm məktəbi
keçib. Bu sanballı alimlə eyni kafedrada çiyin-çiyinə işləyən,
onun elm çeşməsindən bəhrələnən və alimlik etimadını
doğruldan Nizami Xudiyev tezliklə bütün institutun fəxrinə
çevrilir. Dünən tələbə kimi mühazirə və seminarlara gəldiyi
auditoriyalara indi o, müəllim kimi daxil olur, az qala öz
həmyaşıdları və özündən böyüklərə dərs keçirdi. Tələbələr
onu özlərinə təkcə sevimli müəllim yox, həm də bir dost, bir
hami bilirdilər. Şövqlə dərs deməyi ilə auditoriyalara yeni bir
ruh gətirən bu gənc müəllim işini yalnız mühazirə oxuyub,
seminar aparmaqla bitirmirdi. O, həm də tələbə elmi cəmiy-
yətlərinin, idman tədbirlərinin, kütləvi görüş və gəzintilərin,
ənənəvi bayram mərasimlərinin təşkilatçılarından idi.
Professor Nizami Xudiyev öz sevimli müəllimi Əbdüləzəl
Dəmirçizadəni belə xatırlayır: «… Biz tələbələr ona tarix
Dostları ilə paylaş: |