30 aprel 2014-ъц ил
http://www.amu.edu.az
7
İmplantasiya itirilmiş dişlərin süni
analoqlarla əvəz edilməsidir. İmplanta-
siyanın vacibliyini müəyyən etmək üçün
pasient stomatoloqun müayinəsindən
keçməlidir. Xüsusi metodika tətbiq
etməklə alt və üst çənənin rentgenoloji
müayinəsi aparılır, implantdan istifadə
etmək üçün anatomik obyektlər ara-
sında məsafə müəyyənləşdirilir, selik-
li qişanın vəziyyətinə diqqət yetirilir,
metodika seçilir. İmplantasiya dişlərin
təksaylı, ardıcıl itirilməsi zamanı,
həmçinin kənar dişlər və ya ağız boş-
luğunda ümumiyyətlə dişlər olmadıqda
aparıla bilər.
Stomatologiyada “dişlərin implantasi-
yası” məvhumu ancaq diş implantının
yeridilməsi anlamını verir. Sonradan
sementin köməyi ilə müxtəlif materi-
allardan hazırlanmış dişin tac hissəsi
implanta birləşdirilir. Diş tacının tipi
və və materialı konkret şərait və pasien-
tin maliyyə vəziyyətinə uyğun seçilir.
Ağır xroniki (şəkərli diabet, revma-
tizm, vərəm və b.), sümükdə mübadilə-
bərpa prosesinin zəifləməsi ilə gedən
(osteoparoz) xəstələrdə, periferik və
mərkəzi sinir sisteminin pozğunlu-
ğu olan xəstəliklərdə, müalicə alan və
müalicədən sonra bir müddət onkoloji
xəstələrdə implantasiya əks göstərişdir.
Diş implantantlarının prinsipcə bir-
birindən fərqlənən müxtəlif növləri
mövcuddur: kökümsov, laminar, en-
dodontik, subperiostal, selikliqşada-
xili, ortodontik və ya miniimplantant,
habelə kombinəolunmuş implant. Sada-
lanan növlər funksional xüsusiyyətləri,
konstruksiyaları, yeridilmə üsullarına
görə fərqlənirlər.
Orta hesabla, diş implantını bir
günə qoymaq mümkündür (təxminən
hər süni kök üçün 20-40 dəq.) Xüsu-
si göstəriş olmadıqda prosedura yerli
anesteziyanın köməyi ilə aparılır, pasi-
ent diskamfort və ağrı hiss etmir. Sto-
matoloji sverlonun köməyi ilə çənə
sümüyündə müvafiq deşik açılır, süni
kök yeridilir, üzərinə implant bükülərək
birləşdirilir. Əgər fiksasiya kifayət
qədər möhkəmdirsə müvəqqəti diş tacı
da dərhal birləşdirilə bilər. Bundan son-
ra osteointeqrasiya mərhələsi başlayır.
Stomatoloq bir sıra faktiki göstəricilərə
görə müvəqqəti diş tacını daimi diş tacı
ilə əvəz edir.
Zemfira nAğiYEVA,
həkim-stomatoloq
Dişlər bilavasitə həzm prosesi ilə əlaqəli olub, mübadilə prosesinin düzgün
getməsində, nitqin formalaşmasında, mimiki əzələlərin fəaliyyətində mühüm rol
oynayır. İnsanin sifətinə yaraşiq vermək, sifətin formasını saxlamaq baxımından
da dişlər vacib elementlərdir. Dişlərin itirilməsi bir sıra həyati problemlər, hətta
psixo-nevroloji statusda dəyişiklər yarada bilir. ona görə də itirilmiş dişlərin yeniləri
ilə əvəz edilməsi, belə əvəzetmənin travmasız olması, estetik tələblərə cavab
verməsi, vacib fizioloji funksiyaların saxlanılması, dişlərin ağız boşluğunda möhkəm
fiksə olunması stomatoloqlar qarşısında duran vacib məsələlərdəndir. Göstərilən
problemlərin həlli baxımından dişlərin implantasiyası aktual yanaşma tərzi sayıla
bilər.
DİŞLƏRİN İMPLANTASİYASI
u Cahangir Məhəmməd oğlu
Abdullayev – Bu ad çəkiləndə
göz önündə Azərbaycanda tibb
elminin
inkişafında
misilsiz
xidmətləri olan dünya şöhrətli
bir alimin, qayğıkeş və müdrik
bir pedaqoqun, özündən sonra
böyük bir məktəb-respublikada
kardioloqlar məktəbini qoyub
getmiş
əzəmətli
və
bitib
tükənməyən bir enerjiyə malik
olan işıqlı bir insanın unudulmaz
obrazı canlanır.
May ayının 1-də bu böyük in-
sanın, tanınmış aliminin ana-
dan olan günüdür. C.Abdullayev
1901-ci ilin may ayının 1-də
Gəncə şəhərində usta ailəsində anadan ol-
muşdur. Hələ uşaq yaşlarından nadir qav-
rama və çox çevik düşünmə qabiliyyətinə
malik olan Cahangir 1920-ci ildə Gəncədə
klassik gimnaziyanı, 1925-ci ildə isə Bakı-
da Azərbaycan Dövlət Universitetinin tibb
fakültəsini müvəffəqiyyətlə başa çatdırmış-
dır.
Azərbaycan Dövlət Universitetinin tibb
fakültəsini yüksək göstəricilərlə bitirmiş
gənc Cahangir 1926-cı ildə təhsilini da-
vam etdirmək üçün Leninqrad şəhərinə,
tanınmış terapevt, kardioloq, akademik
G.Lanqın rəhbərlik etdiyi məhşur klini-
kaya göndərilir. Leninqrad şəhərində
C.Abdullayev G.Lanqın rəhbərliyi altında
1932-ci ilə qədər işləmiş, elmi biliklərə, kli-
nik erudisiyaya və ən yeni əməli vərdişlərə
yiyələnmişdir. Leninqradda olduğu illərdə
C. Abdullayevin ürək-damar sistemi
xəstəlikləri zamanı orqanizmdə fizioloji və
patoloji şəraitdə baş verən dəyişiklikləri
çox ətraflı və dərinliklə öyrənməsi, onun
gələcəkdə qüdrətli bir alim olacağından
xəbər verirdi.
1932-ci ildə C. Abdullayev Leninqrad
şəhərindən Azərbaycana qayıdır və Tibb
İnstitutunun hospital terapiyası kafedrası-
na dosent vəzifəsinə seçilir. A.N.Semaşko
adına 1 saylı klinik xəstəxanada yerləşən
Azərbaycan Tibb İnstitutunun 1920-ci
ildən fəaliyyət göstərən hospital terapiyası
kafedrasında o vaxtın məhşur professor-
larından sayılan A.Levin, P.Mezernitski,
N.Afonski ilə birlikdə Respublikamız üçün
yüksək ixtisaslı həkim kadrların hazırlan-
masında, müvafiq dövrün tələblərindən
irəli gələn elmi-tədqiqat işlərinin və rasio-
nal müalicə-profilaktik tədbirlərinin həyata
keçirilməsində çox fəal iştirak etmişdir.
C.Abdullayevin kafedraya gəlməsi ilə o
zamanlar ölkədə geniş yayılmış infeksiya
mənşəli xəstəliklər və xüsusilə də malya-
riya üzrə elmi-tədqiqat işləri, kurortologi-
ya, alimentar distrofiya, qanyaradıcı sis-
temi və qan dövranı patologiyası, revma-
tizm, mədə-bağırsaq traktına aid problem
məsələləri əhatə edən tədbirlərin həyata
keçirilməsində böyük canlanma yarandı. O,
1936-cı ildə “Malyariyalı xəstələrdə ürək-
qan damar sistemi patologiyası” mövzu-
sunda doktorluq dissertasiyasını müdafiə
etdi. Bundan sonra hospital terapiyası
kafedrasının professoru, 1942-ci ildən isə
həmin kafedranın müdiri vəzifəsinə seçildi.
Azərbaycanda kardiologiyanın təşkili və
inkişafı ardıcıl tədqiqatçı və novator alim,
tibb sahəsində dünya ədəbiyyatından aldı-
ğı geniş informasiyaya istinad edən müdrik
insan C.Abdullayevin adı ilə bağlıdır.
Akademik C.Abdullayev respublikamızda
ilk dəfə elektrokardioqrafiyadan istifadə
etmiş və onu həkimlərin təcrübə işlərinə
qoşmuşdur. O, ürək-qan damar sistemi
xəstəliklərinin etiologiyasına, patogenezinə,
klinika və müalicəsinə, profilaktik tədbirlərin
işlənib hazırlanmasına, hemokoaqulyasiya
və hemodinamika məsələlərinə, quruda
və dənizdə neftin çıxarılması işinin tibbi
problemlərinə, əhalinin kardioloji yardım-
la təminatına və təxirəsalınmaz kardioloji
yardımın təşkilinə daim xüsusi diqqət ye-
tirmişdir. C.Abdullayev elmi-tədqiqatlarını
əsasən üç istiqamətdə apar-
mışdır: ürək-damar sistemi-
nin patologiyası; yerli pato-
logiya; neftdə olan sulu kar-
bonların neft emalı sənayesi
işçilərinin
ürək-damar
sisteminə təsiri. 1928-ci ildə
artıq ürək dərmanlarının (di-
gitalis, strofantin) koronar qan
dövranına təsirini araşdırmaq
məqsədilə klinik və ekspe-
rimental tədqiqatlar aparıl-
mağa başlanmışdır. Dərin
biliyə, çox geniş erudisiyaya
və tükənməz enerjiyə ma-
lik olması, ona Azərbaycan
və rus dillərində ondan çox
dərslik, monoqrafiya yazmağa imkan ver-
mişdir. Müəllifin “ Ürək-qan damar sistemi
xəstəliklərinin diaqnostikası”, “Kardiologiya
məsələləri”, “Daxili xəstəliklər”, “Qan döv-
ranı və qan sisteminin patoloji məsələləri”,
“Ateroskleroz və hipertoniya xəstəlikləri”
kimi çox dərin məzmunlu kitabları tibb
elminə verdiyi əhəmiyyətli töhfələrdir.
İkinci
dünya
müharibəsi
zamanı
C.Abdullayev Bakı şəhərinin Semaşko
adına klinik xəstəxananın rəhbəri olmaq-
la yanaşı, həmin dövrdə bu xəstəxanada
yerləşmiş 3687 saylı hərbi evakohospitalı
da idarə etmişdir.
Akademik
C.Abdullayev
Azərbaycan
Tibb İnstitutundakı intensiv elmi və peda-
qoji fəaliyyətindən başqa, xeyli müddət
ərzində Elmi-Tədqiqat Qanköçürmə İns-
titutunun klinik bölməsinə də yüksək
səviyyədə rəhbərlik etmişdir. Onun tarixi
xidmətlərindən biri də odur ki, 1960-cı ildən
Bakıda Elmi-Tədqiqat Eksperimental Klinik
İnstitutunun nəzdində klinik kardiologiya
bölməsinin yaradıcısı olmuşdur. Məhz bu-
rada böyük alimin rəhbərliyi altında yüksək
ixtisaslı həkim-kardioloqlar hazırlanırdı.
C.Abdullayev Azərbaycanda respublika-
dan xaricdə tanınan kardioloqlar məktəbinin
yaranmasında xüsusi xidmətlərə malikdir.
Onun rəhbərliyi altında 46 elmlər namizədi,
14 elmlər doktoru hazırlanmışdır. Aka-
demik C.Abdullayevin yetirmələri olan
professorlardan H.İsazadə, S.Tağıyeva,
M.Abdullayev, Z.Zeynalova, S.Kərimov,
P.Kats, M.Livanov, M.Mahmudbəyova,
L.Hüseynova sonralar kafedra müdirləri ol-
muşlar.
1930-cu ildə Azərbaycan Tibb Cəmiyyəti
(ATC) yaradılmışdır. 1964-cü ildə isə
müstəqil olaraq respublikada Azərbaycan
Terapevtlər Cəmiyyəti təşkil olunmuş-
dur. Cahangir Abdullayev əvvəl Tibb
Cəmiyyətinin, sonralar isə Terapevtlər
Cəmiyyətinin ilk sədri seçilmişdir. O,
“Azərbaycan Tibb Jurnalı”nın redaksiya şu-
rasının, SSRİ Kardiologiya Cəmiyyətinin,
Beynəlxalq Terapevtlər və Hematoloqlar
Assosiasiyasının üzvü, Böyük Tibb Ensik-
lopediyasının kardiologiya bölməsi üzrə re-
daktoru kimi çox məhsuldar elmi fəaliyyət
göstərmişdir.
1959-cu ildə C. Abdullayev Azərbaycan
Elmlər Akademiyasının müxbir üzvü, 1969-
cu ildə isə həqiqi üzvü seçilmişdir.
Elmdə çox böyük nailiyyətlər əldə
edən, dünya miqyasında tanınmış aka-
demik C.Abdullayev Vətən qarşısında
xidmətlərinə görə bir çox orden və medal-
larla, habelə Fəxri Fərmanlarla təltif edilmiş
və Azərbaycanda kardiologiyanın banisi
kimi onun əziz xatirəsi Elmi-Tədqiqat Kar-
diologiya İnstitutuna adının verilməsi ilə
əbədiləşdirilmişdir.
Müasirləri C.Abdullayevi istedadlı, yorul-
maz alim, çox səmimi, prinsipial və qay-
ğıkeş insan kimi tanıyırdılar. O mənim də
xatirələrimdə böyük bir şəxsiyyət kimi yaşa-
yır. Axı o, mənim də müəllimim olub. Onun
əziz xatirəsi günəş kimi daim qəlblərə nur
saçacaqdır.
S.AlİMEToV,
professor
İşıqlı insan, tanınmış alim
Aprelin 17-si Dünya Hemofiliya
Günüdür. Bu əlamətdar gün dünyanın
100-dən çox ölkəsində əhalini
xəstəliklə bağlı məlumatlandırmaq
məqsədi ilə hər il qeyd olunur. İrsi qan
xəstəliyi olan hemofiliya Asiya, Afrika
qitəsində, Aralıq dənizi hövzəsində
daha çox yayılmışdır.
Xəstəliyin əsas səbəbləri kimi
mütəxəssislər yaxın qohumların nikahı-
nı, radiasiyalı ətraf mühiti, qida və tütün
məmulatlarının təsirini göstərirlər.
Hemofiliya qanın laxtalanma prosesi-
nin anadangəlmə pozğunluğu olub, təkcə
həmin xəstəlikdən əziyyət çəkən şəxslərin
yox, həm də cəmiyyətin sosial-iqtisadi
problemidir. Xəstəlik nəsildən-nəslə yalnız
xəstənin bacıları və qızları vasitəsilə keçir.
Qadın vasitəsilə hemofiliya, nəinki ondan
sonrakı nəslə, hətta onun qızları və qız
nəvələri vasitəsilə daha sonrakı nəsillərə
də ötürülə bilər. Onu da qeyd etmək lazım-
dır ki, hemofiliya xəstələrində yeni qandan
istifadə olunur.
Azərbaycanda isə bu xəstəlikdən
1500-dən çox insan əziyyət çəkir. Son
illər ölkəmizdə talassemiyalı xəstələrin
müalicəsinin səviyyəsi yüksəldiyi üçün
ölüm faizi azalmışdır.
Prezident İlham Əliyev tərəfindən
2005-ci ildə “Hemofiliya və talassemiyalı
irsi qan xəstəliyinə düçar olmuş şəxslərə
dövlət qayğısı” haqqında Fərman imzalan-
mışdır. Bununla əlaqədar əhali arasında
vaxtaşırı maariflənmə kampaniyası
həyata keçirilir. Ölkəmizdə uğurla həyata
keçirilən “Hemofiliya və talassemiya irsi
qan xəstəlikləri üzrə Dövlət Proqramı”isə
irsi qan xəstəliyindən əziyyət çəkənlərin
həyat tərzinin yaxşılaşdırılmasına və
ömürlərinin uzadılmasına xidmət edir.
Proqram çərçivəsində xəstələr dərman
preparatları ilə pulsuz təmin olunurlar.
Uşaqların sağlamlığını öz fəaliyyətinin
əsas istiqamətlərindən biri kimi
müəyyənləşdirən Heydər Əliyev Fondunun
və onun prezidenti, Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın talasse-
miyalı uşaqlara diqqəti də xüsusi qeyd
olunmalıdır. Fond 2005-ci ildən ölkəmizdə
bu xəstəliyin yayılmasının qarşısını
almaq məqsədi ilə “Talassemiyasız həyat
naminə” layihəsinə başlamışdır. Bundan
əlavə, Bakı şəhərində istifadəyə verilən
Talassemiya Mərkəzi indi hemofiliyalı
uşaqların və onların valideynlərinin böyük
ümid yeridir. Demək lazımdır ki, 12 otaq-
dan ibarət klinika, xəstələrə qanköçürmə
əməliyyatı aparılan transfuziya zalı,
laboratoriya və digər zəruri şöbələrə malik
Mərkəz beynəlxalq standartlara tam cavab
verir. Burada quraşdırılan ən müasir tibbi
avadanlıq müalicənin yüksək səviyyədə
aparılmasına şərait yaradır.
Eyni zamanda, Səhiyyə Nazirliyi və
digər dövlət qurumları tərəfindən vaxtaşırı
təşkil edilən könüllü qanvermə aksiyala-
rından toplanan qan irsi qan xəstəliyindən
əziyyət çəkənlərin müalicəsinə sərf olunur.
17 aprel - Dünya Hemofiliya Günüdür