Qədim dövr və orta əsrlər 25
Tarix və onun problemləri, № 1 2013
HATƏMZAD ZEYNƏB
Bakı Dövlət Universitetini dissertantı
E-mail: TarixVeOnunProblemleri@gmail.com
SƏFƏVILƏR DÖVLƏTININ QƏRBLƏ ƏSAS TARIXI ƏLAQƏLƏRI
Açar sözlər: Azərbaycan tarixi, Səfəvilər dövrü, xarici siyasət, Avropa dövlətləri ilə əlaqələr
Ключевые слова: история Азербайджана, эпоха Сефевидов, внешняя политика-
отношения с европейскими странами.
Key words: the history of Aserbaidjan, Safavids’ period-the foreign policy, relations vith
europian contries
Zamanın gedişi avropalıların Səfəvilər dövləti ilə əməkdaşlığını tələb edirdi. Bu əsasən
iki hadisənin nəticəsində baş verdi: birincisi, osmanlı türklərinin hakimiyyətinin genişlənmə
və Qərbdən Şərqə doğru ənənəvi ticarət yolları üçün təhlükənin yaranması; ikincisi sufi
səfəvilərin hakimiyyətə gəlişi və şiəliyin yayılmasında bu sülalənin güclənməsi və iranda
rəsmi status alması. Bu onunla izah olunur ki, Osmanlı imperiyası kifayət qədər sürətlə öz
sərhədlərini genişləndirdi və XV-XVI əsrlərin ən qüdrətli dövlətlərindən birinə çevrildi. Fateh
adı ilə şöhrət tapmış II Mehmedin rəhbərliyi altında Konstantinopolu işğal edərək Osmanlı
imperiyası öz çiçəklənmə dövrünün ən yüksək mərhələsinə çatdı. Bu, 1453-cü ilə təsadüf edir.
Mehmed Konstantinopolu işğal etdi və imperiya dövlət hüdudlarında kənarda öz nüfuz
dairəsini genişləndirdi. Avropalılar üçün belı bir situasiya ciddi təhlükə idi. Xəlifə adının
osmanlı sultanlarının adlarına əlavə edilməsi Osmanlı imperiyasının qüdrətini artırdı və onu
bütün islam dünyasının nümayəndəsinə çevirdi.
Osmanlı imperiyasının işğalları avropalıları yalnız qorxuya salmırdı, həm də Avropanın
Şərqlə ənənəvi ticarət yollarında ağalığına son qiyurdu. Xüsusilə qərb tacirləri özlərini əsas
gəlir mənbələrindən birini – ipəklə ticarəti itirdilər. Əsas məsələ ondan ibarət idi ki, bu
vəziyyət, yəni ipəklə ənənəvi ticarət yollarını tutmaq Avropa burjuaziyasının hər cür vasitə ilə
şərq bazarlarını işğal etməyə meylini daha da gücləndirdi. Bu təhlükə ilə mübarizə üçün ən
mühüm yollardan biri avropalı dənizçi və səyyahların dəniz səfərlərinin təşkil edilməsi oldu.
Onların arasında Vasko da Qamanın səyahətləri xüsusi əhəmiyyəti ilə seçilir.
Bu dövrdə ilk səfəvi şahı İsmayıl sufi-qızılbaşların dəstəyi ilə 1502-ci ildə Ağqoyunlu-
ların paytaxtını tutdu və yeni dövlətin Səfəvilər dövlətinin əsasını qoydu. Təbrizi tutan Şah
İsmayıl özünü İran şahı, şiəliyi isə dövlət dini elan etdi. Bu mühüm hadisə həqiqətən İsmayıl
tərəfindən vahid milli dövlətin yaradılmasına ciddi təkan oldu. Dövlət yarandıqdan sonra
Səfəvilər sülaləsinin dövlət xadimlərinin qarşılaşdığı ən böyük probllemlər Osmanlı sultanları
ilə toqquşmalar oldu. Obyektiv tarixi şərtlər İran və Avropanı ümumi düşmənlə - osmanlılarla
mübarizə aparmaq üçün birləşməyə vadar etdi. (1, 145)
Səfəvilərin portuqallarla ittifaqı iranlılara heç bir nəticə vermədi. Bu onunla izah olunur
ki, portuqallar ölkənin daxilində İsmayılın hakimiyyətinin möhkəmlənməsində kömək göstər-
mək və osmanlı ordusunun dəfələrlə aqressiv hücumlarından müdafiə etməklə bağlı verdiyi
sözü tutmadılar. Osmanlı imperiyası ilə uzun müddətli müharibələrdə, xüsusilə Çaldıran dö-
yüşündən sonra səfəvilərin məğlubiyyəti İsmayılın ölümündən sonra səfəvi hakimləri arasında
çəkişmələr və başqa bir çox amillər bu şiə dövlətinin zəifləməsi üçün əlverişli şərait yaratdı,
26
Qədim dövr və orta əsrlər
Tarix və onun problemləri, № 1 2013
lakin İranın ayrı-ayrı hissələrə parçalanmasına gətirib çıxartdı və bu Şah Abbasın hakimiyyətə
gəlişinə qədər davam etdi.
Öz hakimiyyətinin ilk illərində Şah Abbas yalnız əvvəlki vahid dövlətin bərpa edilməsi
və parçalanmış və ayrılmış vilayətlərin qaytarılması kimi problemlərlərlə toqquşmadı, bununla
yanaşı avropalılarla xarici ticarətin inkişafına təkan verdi. Avropalıları o dövrdə Fars körfəzi
strateji cəhətdən mühüm ticarət mərkəzi kimi maraqlandırıdı. Məsələn, 1600-cü ildə Şərqlə
ticarət əlaqələrini inkişaf etdirmək məqsədilə ingilislərin Şərqi-Hind şirkəti, iki ildən sonra isə
1602-ci ildə eyni ad altında əvvəlcə Niderlandda, sonra isə Fransada başqa şirkətlər yaradıldı.
Görünür, o dövrün xarici siyasətində Şah Abbasın əsas məqsədi bu şirkəətlər arasında mövcud
olan rəqabəti İranın xeyrinə istifadə etmək idi. (2, 38)
Səfəvilərin qərblə əsas tarixi əlaqələrinin başlanğıcını Şah Abbasın hakimiyyəti dövrü
hesab edirlər. Hakimiyyətə gələrək o, torpaqları geri qaytarmaq məqsədilə osmanlılarla müba-
rizədə ordunun hərbi qüdrətini gücləndirmək üçün yeni hərbi islahatlar keçirtdi. Bununla
yanaşı, Qərblə münasibətlərin inkişafı üçün tədbirlər gördü. Bu islahatlar Entoni və Robert
Şirli qardaşlarının İrana gəlişi, sonra isə onların Hüseyn Əli bəylə Avropa dövlətlərinin saray-
larına göndərilməsi ilə başlandı. Öz hökmranlığını yalnız quruda deyil, həm də Fars körfəzin-
də təmin etmək niyyətində olan Şah Abbas portuqalları dəniz ticarət yolundan qovdu.
Situasiyanı qiymətləndirərək və bu işi təklikdə bacarmayacağını başa düşərək Şah Abbas dəs-
tək üçün ingilislərə müraciət etməyə məcbur oldu. Buna görə də portuqallara qarşı mübarizədə
Şah Abbas və ingilislər arasında ittifaq reallaşdı. Əslində isə ingilislərə məxsus Şərqi hind
şirkəti Fars körfəzində öz ağalığını təmin etmək məqsədilə portuqalları yerini tutdu. Kömək
bəhanəsi ilə ingilislər Şah Abbasdan bir sıra imtiyazlar aldılar. İngilislərə Bəndər-Abbasda
nümayəndəlik, Cəskdə isə ticarət faktoriyası yaratmağa icazə verilmişdi. Onlar öz mallarını
İrana vergi ödəmədən aparmaq, Hörmüz gömrük gəlirlərinin bir hissəsini almaq hüququ,
habelə iran ipəyini almaq üzərində monopoliya və İrana manufaktura gətirmək hüququ.
Təxminən bir əsr yarımdan sonra 1664-cü ildə II Şah Abbasın dövründə Səfəvi torpaq-
larına fransız şərqi hind şirkətinin nümayəndələri səfər edirdilər və müqavilə əsasında oxşar
geniş hüquq və imtiyazlar əldə etdilər. Fransız tacirlər tamamilə gömrük nəzarəti hər cür vergi
və rüsumlardan azad edildilər. Bu imtiyazlar II Şah Abbas tərəfindən ingilis və holland mono-
poliyasının iddialarına qarşı olaraq üçüncü qüvvə qismində fransız tacirləri cəlb etmək məq-
sədilə təqdim edilmişdi. Lakin bu müqavilələrin bağlanması və fransızlara imtiyazların təqdim
edilməsi İranın Fransa ilə ticarət dövriyyəsinin artımına gətirib çıxartmadı. Beləliklə, XVII
əsrin sonu və XVIII əsrin əvvəllərində ingilis Şərqi hind şirkəti Fars körfəzində fəaliyyət gös-
tərən yeganə qüvvə idi.
I Şah Abbasın ölümündən sonra XVII əsrin əvvəllərində səfəvi hakimlərinə qarşı çox
saylı əfqan üsyanları və İsfahanın onlar tərəfindən tutulması – 1722-ci ildə- Səfəvi dövlətinin
parçalanması özünün son həddinə çatdı. Səfəvilər dövlətinin dağılması İranın şimal qonşusu
Rusiyanın Baltikyanı və Qara dənizdə möhkəmlənməyə çalışaraq cənuba da hərəkət etmək və
Fars körfəzinə çıxış əldə etmək niyyətində olduğu vaxta təsadüf edir. Əfqanların çox saylı
hücumları nəticəsində Səfəvi dövlətinin daxildən parçalanması vəİsfahanda məskunlaşmış
əfqan hakimlərinin ölkənin başqa yerlərində də vəziyyətə təsir etmə faktını nəzərə alaraq Pyotr
hərbi və diplomatik rıçaqlar vasitəsilə İrandan şimal və şimal-qəərb vilayətləri ayırmağa
yönəlmişdi. Belə siyasət təbii ki, osmanlı hakimlərini qıcıqlandırırdı və nəhayət fransız
dövlətini fəal vasitəçiliyi ilə iki rəqib İranda Rusiya və Türkiyə 1724-cü il Stambul müqaviləsi
əsasında İranın şimal, şimal-qərb və qərb vilayətlərini öz aralarında böldülər. (1, 146-148)
Qədim dövr və orta əsrlər 27
Tarix və onun problemləri, № 1 2013
XV əsrdə Qərbi Avropa ilkin kapital yığma dövrünə daxil oldu. Bu dövrə qədər bir növ
dünya ticarəti meydana gəldi. Bununla yanaşı, əvvəlki ticarət yolları bəzi yerlərdə kəsilmişdi,
başqa yerlərdə isə artan tələbatı ödəmək iqtidarında deyildi. Orta Asiya və Monqolustandan
keçən karvan yolları Teymurilər imperiyasının dağılması nəticəsində atılmışdı. Qırmızı dəniz
vasitəsilə ticarət Misirin nəzarəti altında, Fars körfəzində yerli tacirlərin əlində idi. Kiçik
Asiya və Suriya vasitəsilə ticarət yolları Konstantinopol süqut etdikdən sonra türklər tərə-
findən işğal olundu. Avropa ölkələrindən yalnız Venesiya türk tacirlərinin vasitəçiliyi ilə
şərqlə ticarətdə iştirakını saxlamışdı. Şərqlə əlaqələrin pozulması avropa tacirlərini ora yeni
yollar axtarmağa vadar edirdi.
Belə yollar axtarmağa çalışan ilk dövlət böyük coğrafi kəşflərlə bağlı olan ilkin kapital
yığımı prosesinin erkən mərhələlərində böyük rol oynamış Portuqaliya oldu. Aralıq dənizi
ticarətindən kənarda yerləşmiş Portuqaliya Avropanın başqa dövlətlərindən daha çox Afrika
ətrafında şərqə dəniz yolunun açılmasında daha maraqlı idi. Artıq XV əsrin lap əvvəlində
portuqallar Afrika sahillərinə ekspedisiyalar təşkil edirdilər. Portuqaliya müstəmləkə işğalına
başlamış ilk Avropa dövləti idi. Onun müstəmləkə ekspansiyası 1415-ci ildə Seutun işğalı ilə
başlandı. Portuqal tacirlər Afrika sahillərini qarət edirdilər. Buradan qızıl və fil sümüyü
çıxardırdılar. 1440-cı ildən isə qul ticarətinə başladılar.XV əsrin sonunda müstəmləkə işğalları
yoluna Şərqə yeni yollar açılmasında maraqlı olan İspaniya da çıxdı.
Portuqallar və ispanlar bir-biri ilə rəqabət aparırdılar. Dünyanın bütün hissələrində yeni
torpaqlar açır və mühüm məntəqələri işğal edirdilər. 1497-1498-ci ildə admiral Vasko De
Qama ilk avropalı kimi Afrikanı keçdi. XVI əsrin əvvəllərində Portuqallar Vasko de Qamanın
kəşfindən istifadə edərək Ərəb dənizinin ən mühüm ticarət əlaqələrini öz əllərinə keçirtdilər.
Avropadan Şərq ölkələrinə yeni dəniz yolunu kifayət qədər Misir, Türkiyə, Venesiya-
nın ticarətini zəiflətdi. Yüklərin daşınma dəyərinin 60 %-ə qədər ucuzlaşması Fars körfəzində
yerli tacirlərin ticarətinə də böyük zərbə vurdu. O dövrdə İranın Konstantinopolun süqutundan
sonra zəifləmiş Avropa ilə ticarət əlaqələriXVI əsrin əvvəllərindən canlandı, daha sistematik
xarakter aldı.
Səfəvilər üçün XVI əsrin ilk illəri tarixi inkişafın yeni mərhələsinə daxil olması ilə
əlamətdardır. Daxili çəkişmə və feodal parçalanmasının uzun müddət davam edən prosesdən
sonra əsas vilayətlər səfəvilər sülaləsinin əsasını qoymuş Ərdəbil şeyxləri tərəfindən bir
dövlətin tərkibində birləşdi. Bu sülalənin birinci şahı olan İsmayıl uzun müddət (1502-1524)
öz hakimiyyətinin mərkəzləşdirilməsi və möhkəmləndirilməsi uğrunda mübarizəyə başı qarış-
dı. Məlum olduğu kimi, onun ən təhlükəli xarici düşməni Türkiyə idi. Türkiyə ilə müharibələr
yeni dövlətin əsas qüvvəsini sarsıtdı və cənubda yaranmış vəziyyətə kifayət qədər diqqət ayır-
mağa imkan vermədi.
İlk Portuqal səyyah və tacirləri Fars körfəzinə hələ Vasko de Qamanın kəşfinə qədər
daxil olmuşdular, belə ki, 1487-ci ildə ora Kovilxao səfirliyi gəlmişdi. Bu səfirlik Hindistan-
dan öz vətəninə Hörmüz vasitəsilə qayıdırdı. 1503-cü ildə Hörmüzə Vartemo səfər etmiş və
onun təsvirini saxlamışdı. Hələ o dövrdə ora Abu Afonsu d’Albukerki gəldi. Onun gəlişi Fars
və Oman körfəzlərində Portuqal hökmranlığının qaranlıq dövrünün əsasını qoydu.
D’Albukerkinin orada müstəmləkə imperiyasının yaradılması haqqında ideyası Portu-
qaliyanın hakim dairələri tərəfindən bəyənildi və 1506-cı ildə Konkistador onu həyata keçir-
mək üçün eskadro ilə Lissabondan Hind okeanına yollandı. Raz-əl-Hədd burnunda Ərəbistan
yarımadası şərq hüdudlarının mərkəzində bu eskadro Hörmüz Kalat və başqa sahilyanı şəhər-
lərdən bura gəlmiş 30-40 balıqçı gəmini yandırdı və sonradan cənub-şərqdən şimal-qərb
istiqamətində hərəkət etdi. D’Albukerki Kalat hakimlərini Hörmüzə xərac verməkdən imtina
28
Qədim dövr və orta əsrlər
Tarix və onun problemləri, № 1 2013
etməyə və Portuqaliyadan asılılığı qəbul etməyə məcbur etdi. Sonra Kuriatu şəhərinə zərbə
endirdi, şəhərin əhalisi fədakarlıqla müqavimət göstərdi, öz artilleriyasının üstünlüyündən
istifadə edərək limanda portuqallar şəhər və gəmiləri yandırdılar. (3, 34)
1507-ci ilin oktyabrında portuqal donanması Hörmüzə yaxınlaşdı. Öz dövlətinin qərb
sərhədlərində məşğul olan Şah İsmayıl iki cəbhədə mübarizə aparmaq iqtidarında deyildi.
Hörmüz hakiminə kömək məqsədilə o yalnız 500 əsgər göndərdi ki, bu da təbii olaraq Hör-
müzü işğaldan xilas edə bilməzdi. Şəhərə ağır kontribusiya qoyulmuşdu – 1,5 min qızıl tümən
və illik xərac 4,5 min tümən. (4, 11) İşğalçılar Portuqaliya hakimiyyətinin icazəsi olmadan
Fars və Oman körfəzləri sularında yerli gəmilərə ticarətlə məşğul olmağı qadağan edirdi. Ada-
da onlar tərəfindən öz qarnizonları üçün istehkamın tikilişi başlanmışdı, Hörmüz şəhərində isə
ticarət faktoruyasının əsası qoyulmuşdu. (3, 35)
Lakin Fars və Oman körfəzlərinin sahilləri boyunca 1507-ci il işğalçı yürüşü portuqal-
ların bu regionda möhkəmlənmələri üçün ilk cəhdləri idi. Yerli əhalinin kəskin müqaviməti və
işğalçıların özləri arasında ixtilaflar 1508-ci ildə onları Hörmüzü tərk etməyə məcbur etdi.
Artıq məlum olduğu kimi, o dövrdə Səfəvilər Türkiyə ilə uzun müharibələr aparırdı.
Türkiyə ordusu o dövrdə ən qüdrətli ordulardan biri idi və bu ordu dəfələrlə Avropa dövlət-
lərinin ordularını məğlubiyyətə uğratmışdılar. XVI əsrin 20-ci illərində türklər Budapeşti
(1526) və Vyananı işğal etdilər (1529) Türkiyə ilə mübarizədə İsmayıl müttəfiq axtarırdı, öz
növbəsində Avropa monarxları Türkiyə təhlükəsi qarşısında şahla ittifaqda maraqlı idilər.
Səfəvi ordusuna xüsusilə böyük zərbəni türk topları vururdu, buna görə də şah öz
topxanasını təkmilləşdirməyə çalışırdı. Bunu bilən d’Albukerki İranın hakim dairələri ilə
qarşılıqlı əlaqələr qurmağa çalışırdı. 1509-cu ildə Hindistanın vise-kralı kimi İrana səfir Rui
Qomezi, 1513-cü ildə isə Miquel Ferreyrunu göndərdi. D’Albukerki İrana Türkiyə ilə müba-
rizə üçün portuqalların topxanası, ordu və donanmasını təklif edirdi. Səfəvilərdən dəstək haq-
qında onunla danışıqlar üçün Qoaya şahın xüsusi nümayəndəsi göndərildi.
Lakin vise-kralın əsas məqsədi Səfəvilərə kömək göstərmək deyildi. O hesab edirdi ki,
Türkiyə ilə müharibədə mövcud çətinliklər şahdan kiçik güzəştlər müqabilində ərazi imtiyaz-
ları və güzəştləri qazanmaq imkanı verəcək. Buna görə də d’Albukerki Şah İsmayılla danışıq-
ları uzadırdı və öz işğalçı planlarını həyata keçirmək üçün əlverişli anı gözləyirdi. D’Albuker-
ki üçün əlverişli situasiya 1514-cü ildə yarandı, sultanla sonrakı mübarizə perspektivi Şah
İsmayılı portuqallarla yardım haqqında razılaşma imzalamağa məcbur etdi. Portuqaliyanın
şaha göstərəcəyi kömək qarşılığında o müvəqqəti olaraq Hörmüzü onlara güzəştə getməyə
razılaşdı.
Lakin Portuqaliya eskadrası şəhəri tutmağa tələsəndə sakinlər onları odla qarşıladılar və
uğurla hücum edənlərin həmləsini dəf etdilər. Sonrakı ildə d’Albukerki Hörmüzə 2200 əsgərlə
26 gəmidən ibarət yeni ekspedisiya göndərdi. Kifayət qədər qüvvəsi olamayan Hörmüz hakimi
uzun danışıqlardan sonra şəhəri təslim etməyə məcbur oldu və portuqallar bütün adanı
tutdular. Fortun komendantı Pedru d’Albukerki təyin olundu. Hələ 1507-ci ildə başlanmış
istehkamın tikintisi başa çatdı. (3, 36)
Səfəvi şahlarının dəyişməsi Fars körfəzində vəziyyətə təsir göstərmirdi. 1524-cü ildə
hakimiyyətə gəlmiş Şah Təhmasib (1524-1576) öz hökmranlığı dövründə portuqallara qarşı
mübarizə təşkil edə bilmədi. Türklərin dəfələrdə İrana soxulması portuqalların Fars körfəzində
ağalığı üçün əlverişli şərait yaradırdı. XVI əsrin ikinci rübü onların ərəb dənizi regionlarında
şəriksiz ağalığı dövrü idi. Onlar burada öz nüfuz dairələrini genişləndirməyi davam edirdilər.
XVI əsrin ortalarına doğru Fars körfəzində türklərin fəallığı artdı. 1534-cü ildə Süley-
man Möhtəşəm farslardan Bağdadı aldı, 1550-ci ildə türklər Qətər və Bəsrəni ələ keçirtdilər.
Qədim dövr və orta əsrlər 29
Tarix və onun problemləri, № 1 2013
Bu yalnız sultanın böyük planlarının başlanğıcı idi. O, bütün Ərəb yarımadasını, xüsusilə Fars
körfəzinin qərb və cənub-qərb sahillərini osmanlı imperiyasının tərkibinə daxil etmək istə-
yirdi.
Bu məqsədlə Məsqətə məşhur donanma rəhbəri Piri-rəisin başçılığı ilə türk eskadrası
göndərildi. Məsqəti tutdular və bununla yanaşı portuqal qubernator əsir alınmışdı, sonra
Hörmüz tutuldu. Körfəzə gələn Portuqaliya eskadrası öz növbəsində Katifi dağıtdı və türkləri
təqib edərək Bəsrəni ələ keçirməyə çalışdı. 1552-ci ildə türklərin portuqallarla dəniz döyüşü
heç bir tərəfə qəti qələbə gətirmədi. Lakin 1553-cü ildə portuqallar Məsqət yaxınlığında
düşmənin donanmasını qəfil tutub dağıtmağa nail oldular.
1559-cu ildə türklər Bəhreynə hücum etdilər. Qubernatorun köməyinə İran şahı 300
əsgər göndərdi, lakin məlum oldu ki, türkləri geri oturtmaq portuqallara müyəssər olmuşdur.
(3, 38)
Maraqlıdır ki, portuqal müstəmləkəçilərinin zülmü altında əzilmiş yerli sakinlər türklə-
rə rəğbət göstərirdilər, belə ki, türklər onlar kimi müsəlman idilər, digər tərəfdən, onlar portu-
qallar qədər zalım deyildilər. 1580-ci ildə Portuqaliya İspaniyaya birləşdiyindən Portuqali-
yanın Fars körfəzindəki regionda vəziyyəti dəyişildi. Şərq yarımkürəsində bütün Portuqaliya
torpaqları İspaniyaya məxsus idi və İspaniya beləliklə nəhəng müstəmləkəçi imperiyaya çev-
rilmişdi. (3, 39)
Dəniz ekspedisiyasının təchizatı ilə eyni zamanda ingilislər quru ilə şərqə soxulmağa
cəhd göstərmişdilər. 1558-ci ildə ticarət şirkətinin agenti Entoni Cenkinson Moskva vasitəsilə
Buxaraya getdi, oradan İrana getmək fikrində idi. O zaman o buna nail ola bilmədi, növbəti
ildə London ticarət cəmiyyətini yeni ekspedisiyası təşkil olundu və onun məqsədi İrana qədər
çatmaq idi. Bu ekspedisiya ingilis-İran ticarətinin əsasını qoydu.
Yeni ticarət yolları axtarmağa çalışaraq ingilis tacirlər Türkiyə vasitəsilə İran ticarətini
ələ keçirmək, sonra isə Portuqaliya ticarətlərini bu regiondan sıxışdırıb çıxarmaq niyyətində
idilər. Onlar İranın həm şimal, həm də cənubunda ticarət yollarını ələ keçirməyi qarşılarına
məqsəd qoymuşdular və hesab edirdilər ki, qısa müddər ərzində şərqlə bütün ticarətin gedişini
dəyişə bilərlər.
1561-1581-ci illər ərzində ingilis şirkəti İrana altı ekspedisiya təşkil etmişdi. Bu dövrdə
1574-1579-cu illər istisna olunmaqla ölkədə daim ingilic ticarət nümayəndələri olurdu.
Cenkinsonun 1561-ci ildə ekspedisiyası uğursuz idi. Əvvəlcə Cenkinson Səfəvilərin
vassalı şirvanşah Abdullanın diqqətini cəlb edə bildi. Onun əməkdaşlığı ilə Cenkinson ümid
edirdi ki, ingilislərin Rusiya vasitəsilə İranla ticarətində xüsusi imtiyazlar əldə edə biləcək.
İran və Türkiyə arasında sülh müqaviləsi bağlandıqdan sonra şah Cenkinsonu qovdu və hətta
türk sultanına vermək istəyirdi. Cenkinson yalnız Şirvanşah Abdullanın tərəfkeşliyi xilas etdi.
Dörd aydan sonra ona İranı tərk etmək icazəsi verildi.
1563-1665-ci illərdə ekspedisiya da London tacirlərinə ciddi bir uğur gətirmədi. Onun
rəhbəri Olkok Şamaxiya yolda qeyri-müəyyən şəraitdə öldürüldü, buna baxmayaraq ingilislər
dayanmadılar.
1566-cı ildə ingilislər İranda ticarətdə imtiyaz əldə etməyə nail oldular. Onların tacirləri
vergilərdən azad edilmişdilər. Onlara yerli hakimiyyətin himayəsi təqdim edilirdi. 1568-ci ildə
ingilis tacirlərə əlavə hüquq verildi və onlara istənilən şəhərdə istifadə üçün ev və başqa
məkanların tikilməsinə icazə hüququ verildi. (3, 41)
Sonra yaranmış beş illik fasilə (1574-1579) çox güman ki, ingilis tacirlərin Rusiya vasi-
təsilə İranla ticarət əlaqələrinin tənzimlənməsi imkanlarına inamsızlıqla bağlı idi. 1579-cu ildə
Edvards və Berrounun rəhbərliyi ilə daha bir ekspedisiya təşkil olundu: birincisi, İrana gedən
30
Qədim dövr və orta əsrlər
Tarix və onun problemləri, № 1 2013
yolda öldürüldü, ikincisi İrandan qayıdanda qarət edildi. İrana bu ekspedisiyanın uğursuzluğu
ingilislərin qəti olaraq Hörmüzə quru yolundan imtina etməyə məcbur etdi. (3, 42)
Buna görə də XVI əsrin 80-ci illərindən ingilislər Fars körfəzinə cənubdan öz rəqibləri
portuqalların yolları ilə daxil olmağa çalışırdılar. Əgər əvvəllər onlar rəqiblərin monopoliya-
sını kantrabanda və piratlıq yolu ulə keçməyə çalışırdılarsa, bu əsrin 80-90-cı illərində ingilis
piratları Britaniya hakimiyyəti tərəfindən təhrik edilərək faktiki olaraq Portuqaliyaya qarşı
qeyri-rəsmi müharibə aparırdılar. Portuqal, həmçinin ispanlara qarşı əməliyyatlarda Britaniya
kralının donanmasından gəmilər də iştirak edirdilər. əməliyyatların məqsədi düşmən ticari
gəmilərini yalnız qarət etmək deyildi, həm də hərbi gəmiləri sistemli şəkildə məhv etmək idi.
İngilis və hollandların ispan və portuqallarla böyüyən mübarizəsi öz son həddinə 1588-
ci ildə çatdı. İngilis və hollandlar faktiki və texniki üstünlükləri nəticəsində ispan donanması
Böyük Armadanı darmadağın etdilər. Nəticədə İspaniyanın həm quru, həm də dənizdə hökm-
ranlığı sarsıldı.
ƏDƏBİYYAT
1.Манфред А.З. Внешняя политика Франции 1871-1891. М., 1952.
2.BayandurA.A. Xəlic-efars, Tehran 1317
3.Туманович Н.Н. Европейские державы в Персидском заливе в XVI-XIX вв. М., 1982.
4.Nəsrulla Fəlsəfi, Siyasət-e xareci-ye iran dər douran-e səfəviyye, Tehran, 1342.
5.Əfəndiyev O., Azərbaycan Səfəvilər dövləti, Bakı, Şərq-Qərb, 2007, 342 s.
6.Vilayəti Əli Əkbər, Şah İsmayıl Səfəvi dövründə İranın xarici əlaqələr tarixi, Bakı, 1998.
7.Buşəhri İ.N. İran və Xəlic-e Fars. Tehran
8.Buşəhri İ.N. Nəzəri be İran və Xəlic-e Fars, Tehran
9.Sədid os-Səltəne M.A. Bəndər Abbas və Xəlic-e Fars, Tehran, 1342.
10.Fesayi, Farsname-ye Nasiri. Tehran, 1313(1934) (fars dilində)
11.Qaemməqamu C. Bəhreyn və məsayele Xəlice Fars. Tehran, 1341.
12.Moctəhedi V. İran və Engelis, Tehran, 1346.
ХАТЕМЗАД ЗЕЙНАБ
диссертант Бакинского Государственного Университета
ИСТОРИЯ ОТНОШЕНИЙ ГОСУДАРСТВА СЕФЕВИДОВ С ЗАПАДОМ
Узнать историю отношений Европы с Сефевидов это очень важно. Потому что
это основная часть истории этого периода Сефевидов. В статье рассмотрены эти и
другие вопросы.
HATƏMZAD ZEYNEB
Baku State Universitety
THE HISTORY OF THE SAFAVID STATE RELATIONS WITH THE WEST
Explore the history of Europe's relations with the Safavids is very important. Because
this is the main part of the history of the Safavid period. The article outlines these and other
issues.
Rəyçilər: t.e.n.S.A.İsmayılova, t.e.d.İ.M.Məmmədov
Bakı Dövlət Universitetinin “Türk xalqları tarixi” kafedrasının 07 dekabr 2012-ci il
tarixli iclasın qərarı ilə çapa məsləhət görülmüşdür (pr.№4).
Dostları ilə paylaş: |