Folklorşünaslığa giriş
133
FOLKLOR VƏ PEDAQOGİKA
Türk xalqlarının ən çox önəm verdikləri məsələlərdən
biri, b
əlkə də, birincisi övlad tərbiyəsi, torpağa bağlı,
m
ədəni, qabiliyyətli, böyük və kiçiklə davranmağı bacaran
n
əsil yetişdirmək olmuşdur. Bu özünü bir çox folklor mətn-
l
ərində, həmçinin “usta-şəyird” ənənəsində görünməkdədir.
Lakin, t
əbii ki, söhbət məktəb, təhsil və tərbiyədən gedərsə,
folklor m
ətnlərindən – qısa, yığcam, lakonuk və nəsihətamiz
m
əzmuna malik olması səbəbindən atalar sözləri və məsəllər
daha
əvvəl xatırlanmalıdır.
M
əşhur türk alimi Müəzziz İlmiyə Çığ “Ortadoğu uy-
ğarlıq mirası-1” adlı kitabında Şumer atalar sözlərilə bağlı
diqq
əti cəlb edən bir məsələyə toxunur və əslində qədim
insanların tədris üsulları haqqında məlumat verir: “Görülən
işlərdən anlaşıldığına görə, Şumer atalar sözləri illər boyu
ağızdan ağıza keçərək m.ö. 1800-1900 illəri arasında Şumer
mü
əllim və yazarlar tərəfindən toplanaraq müxtəlif kitablar
halına gətirilmişdir. Bu kitablar məktəblərdə oxudulmuş,
v
ərdiş etmək üçün şagirdlər tərəfindən tək-tək və ya bölüm-
bölüm üzü köçürülmüşdür. Yazıya yeni başlayan uşaqlar gilə
m
ərcinək şəkli verərək tək tərəfinə və ya iki tərəfinə bir
atalar sözü yazmışlar. Daha irəliləmişlərin vərdiş tabletləri
dörd
bucaq şəklindədir. Bunlar da atalar sözü kitablarından
bölüm-bölüm k
öçürülmüşdür. Bunların bəziləri sütunlara
ayrılmışdır. Bəzən bu sütunların sol tərəfinə gözəl bir yazı
il
ə müəllim yazmış, sağda şagirdin fəna bir yazısı onu kö-
Almaz H
əsənqızı
134
çürmüşdür. Bəzən də tabletin bir sütununda riyaziyyat çalış-
ması, digərində atalar sözü yazılmışdır”
109
.
Mü
əzziz xanım məhz bu vasitə ilə Şumer məktəblərin-
d
ə tədrisin müxtəlif mərhələlərində atalar sözlərindən geniş
istifad
ə olunduğunu bildirmişdir. Niyə məhz atalar sözləri
əsas tədris vasitəsi kimi istifadə olunmuşdur? – sualına
Mü
əzziz xanımın verdiyi nəticələr cavab ola bilər: “Onların
t
ədris proqramlarına salınmasının səbəbi, bəlkə də, yazı-
larının hafizədə qalacaq qədər sadə, əxlaqi yöndən gözəl söz
v
ə ifadə baxımından tərbiyəedici bir xarakterdə olmasından
ir
əli gəlir. Bu tabletlərdə eyni atalar sözlərinin bir-birnin
arxasında yazılmış olmaları, bunların qəlibləşmiş kitablardan
köçürüldüyünü göst
ərirdi. Bunlara görə 15 atalar sözü kitabı
olduğu təxmin edilir”
110
.
Az
ərbaycan atalar sözlərində tədrisə və tərbiyəyə bö-
yük ön
əm ifadə olunmaqdadır. “Alim olmaq asandır, adam
olmaq ç
ətin” ifadəsində isə əslində insanın biliyinin onun
m
ənəvi dünyası ilə bir-birini tamamlaması fikri ifadə edil-
mişdir.
Az
ərbaycanlıların işlətdiyi məşhur “Əti sənin, sümüyü
m
ənim” ifadəsi onların təhsilə nə qədər böyük dəyər
verdikl
ərini göstərməkdədir.
Xalq
ədəbiyyatında müəllimə münasibət birmənalıdır.
Hökmdarlar bel
ə müəllimə ən böyük iltifat göstərirlər.
Nağıllarda tez-tez hökmdarların öz övladlarının təhsilinə
xüsusi ön
əm vermələrinə rast gəlmək olur.
Aşıq Ələsgərin öz ustadı Aşıq Alı ilə deyişməsi haq-
109
Muazz
ez İlmiye Çığ. Ortadoğu uyğarlık mirası-1, İstanbul: Kaynak
yayınları, 2009, s.69
110
Yen
ə orada, s.69-70
Folklorşünaslığa giriş
135
qında olan rəvayət yüz ildən artıqdır dillərdə dolaşmaqdadır.
Aşıq Ələsgərin dediyi:
Bir şagird ki ustadına kəm baxa,
Onun gözl
ərinə ağ damar, damar, –
sözl
əri, demək olar ki, atalar sözləri qədər geniş yayılmışdır.
Əslində digər folklor janrlarından da tədris prosesində
istifad
ə etmək mümkündür və hətta vacibdir. Xüsusilə
ibtidai sinifl
ərdə ana dili dərslərində tədris olunan mövzudan
asılı olaraq atalar sözləri, bayatılar, tapmacalardan istifadə
edilm
əsi şagirdlərin zehni fəaliyyətlərinin inkişafında əvəz-
sizdir. Lakin ana dilind
ən digər fənlərin də tədrisində folklor
m
ətnlərindən istifadə etmək faydalı olar. Məsələn, tutaq ki,
mü
əllim barama (və ya ipək parça) haqqında məlumat verir-
s
ə, belə bir tapmaca ancaq təsəvvürlərin əyaniləşməsinə gə-
tir
ər, dərsdə bir canlanma yarada bilər:
Bir quşum var alaca,
Ged
ər, qonar ağaca.
Özün
ə bir ev tikər,
N
ə qapı qoyar, nə baca.
Bu tapmacada barama haqqında ən vacib bilgilər öz
əksini tapıb.
Ən qədim türk məktəbləri və dərslikləri haqqında
t
əsəvvürlər əldə etmək üçün folklor mətnləri diqqətlə
öyr
ənilməlidir. Azərbaycan türklərinin şumerlər kimi qədim
yazılı dərslikləri olmadığından bu sahənin öyrənilməsi üçün
nağıl, dastan, ata sözləri, məsəllər, tapmacalar kimi folklor
m
ətnləri əsas mənbə kimi dəyərli hesab edilir. Başqa sözlə,
Almaz H
əsənqızı
136
folklor m
ətnləri həm də pedaqogikanın tədqiqat obyekti kimi
d
əyərləndirilməlidir. Məsələn, nağılların əksəriyyəti öz tərbi-
y
əvi əhəmiyyətilə diqqəti cəlb etməkdədir. Hətta bəzi müd-
rik k
əlamlar nağılların əsasında ortaya çıxır. Məsələn, “Güc
birlikd
ədir”, “Nə tökərsən aşına, o çıxar qaşığına”, “Könül
sev
ən göyçək olar” və s. kimi ifadələr nağıllar əsasında
yaranmışlar. Belə nağıllardan tədris prosesində geniş istifadə
olunur.
Folklorşünaslığın və pedaqogikanın diqqətində olan
müştərək məsələlərdən biri də uşaq oyunlarıdır. Həm
əyləncə, həm də təlim-tərbiyə vasitəsi kimi oyunlar hər bir
insanın həyatının ayrılmaz bir vasitəsidir. Məqsədindn asılı
olaraq, onların bəziləri fiziki, bəziləri zehni inkişafın, mən-
tiqi t
əfəkkürün möhkəmlənməsinə xidmət edirlər. Kollektiv
oyunlar uşaqlara ünsiyyət qurmağı, oyun vasitələrini, həm-
çinin oyuncaq
larını yoldaşları ilə paylaşmağı, sadə dillə
des
ək, həm udmağın ləzzətini, həm uduzmağın kədərini da-
şımağı, haqqını tələb etməyi öyrədir. Daha dəqiq desək, bə-
z
ən oyunlar gələcək həyatın kiçik modeli kimi uşaqlara təc-
rüb
ə dərsi verir. Bu cəhət nəzərə alınaraq, tədris prosesində
uşaq oyunlarından tez-tez istifadə edilir.
Bundan
əlavə, bəzi folklor janrları da vardır ki, birbaşa
insan nitqinin inkişafına xidmət edir. Məsələn, yanıltmaclar
– loqopedl
ərin nitq vərdişlərini möhkəmləndirmək üçün
daim müraci
ət etdikləri vasitələrdən biridir.
Bel
əliklə, pedaqogikanı folklordan ayrı təsəvvür etmək
qeyri-
mümkündür. Əslində ənənəvi olaraq, nəsildən nəslə
ötürül
ən, xalq həyatının bütün sahələrini əhatə edən folklor,
dem
ək olar ki, həm də bir məktəbdir. Məhz məktəb oldu-
ğuna, əsrlərdən bəri ənənəni qoruduğuna görə folklor daim
yaşayır.
Dostları ilə paylaş: |