Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə39/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   35   36   37   38   39   40   41   42   ...   74

Folklorşünaslığa giriş   
 
 
133 
 
 
FOLKLOR VƏ PEDAQOGİKA 
 
 
Türk xalqlarının ən çox önəm verdikləri məsələlərdən 
biri, b
əlkə  də, birincisi övlad tərbiyəsi,  torpağa  bağlı, 
m
ədəni, qabiliyyətli,  böyük və  kiçiklə  davranmağı  bacaran 
n
əsil yetişdirmək olmuşdur. Bu özünü bir çox folklor mətn-
l
ərində,  həmçinin  “usta-şəyird”  ənənəsində  görünməkdədir. 
Lakin, t
əbii ki, söhbət məktəb, təhsil və tərbiyədən gedərsə, 
folklor m
ətnlərindən – qısa, yığcam, lakonuk və nəsihətamiz 
m
əzmuna malik olması səbəbindən atalar sözləri və məsəllər 
daha 
əvvəl xatırlanmalıdır.   
M
əşhur türk alimi Müəzziz İlmiyə Çığ “Ortadoğu uy-
ğarlıq  mirası-1”  adlı  kitabında  Şumer  atalar  sözlərilə  bağlı 
diqq
əti cəlb edən bir məsələyə  toxunur  və  əslində  qədim   
insanların tədris üsulları haqqında məlumat verir: “Görülən 
işlərdən  anlaşıldığına  görə,  Şumer  atalar sözləri illər boyu 
ağızdan ağıza keçərək m.ö. 1800-1900 illəri arasında Şumer 

əllim və yazarlar tərəfindən toplanaraq müxtəlif kitablar 
halına  gətirilmişdir.  Bu  kitablar  məktəblərdə  oxudulmuş, 
v
ərdiş etmək üçün şagirdlər tərəfindən tək-tək və ya bölüm-
bölüm üzü köçürülmüşdür. Yazıya yeni başlayan uşaqlar gilə 
m
ərcinək  şəkli verərək tək tərəfinə  və  ya iki tərəfinə  bir 
atalar  sözü  yazmışlar.  Daha  irəliləmişlərin  vərdiş  tabletləri 
dörd
bucaq  şəklindədir.  Bunlar  da  atalar  sözü  kitablarından 
bölüm-bölüm k
öçürülmüşdür.  Bunların  bəziləri sütunlara 
ayrılmışdır. Bəzən  bu  sütunların  sol  tərəfinə  gözəl  bir  yazı 
il
ə  müəllim  yazmış,  sağda  şagirdin  fəna  bir  yazısı  onu  kö-


Almaz H
əsənqızı                                                   
 
 
134 
çürmüşdür. Bəzən də tabletin bir sütununda riyaziyyat çalış-
ması, digərində atalar sözü yazılmışdır”
109


əzziz xanım məhz bu vasitə ilə Şumer məktəblərin-
d
ə tədrisin müxtəlif mərhələlərində atalar sözlərindən geniş 
istifad
ə  olunduğunu  bildirmişdir.  Niyə  məhz atalar sözləri 
əsas tədris vasitəsi kimi istifadə  olunmuşdur?  –  sualına 

əzziz xanımın verdiyi nəticələr cavab ola bilər: “Onların 
t
ədris  proqramlarına  salınmasının  səbəbi, bəlkə  də,  yazı-
larının hafizədə qalacaq qədər sadə, əxlaqi yöndən gözəl söz 
v
ə ifadə baxımından tərbiyəedici bir xarakterdə olmasından 
ir
əli gəlir. Bu tabletlərdə  eyni atalar sözlərinin bir-birnin 
arxasında yazılmış olmaları, bunların qəlibləşmiş kitablardan 
köçürüldüyünü göst
ərirdi. Bunlara görə 15 atalar sözü kitabı 
olduğu təxmin edilir”
110

Az
ərbaycan atalar sözlərində  tədrisə  və  tərbiyəyə  bö-
yük ön
əm ifadə olunmaqdadır. “Alim olmaq asandır, adam 
olmaq ç
ətin” ifadəsində  isə  əslində  insanın  biliyinin  onun 
m
ənəvi  dünyası  ilə  bir-birini  tamamlaması  fikri  ifadə  edil-
mişdir.   
Az
ərbaycanlıların işlətdiyi məşhur “Əti sənin, sümüyü 
m
ənim” ifadəsi  onların  təhsilə  nə  qədər böyük dəyər 
verdikl
ərini göstərməkdədir. 
Xalq 
ədəbiyyatında  müəllimə  münasibət birmənalıdır. 
Hökmdarlar bel
ə  müəllimə  ən böyük iltifat göstərirlər. 
Nağıllarda  tez-tez  hökmdarların  öz  övladlarının  təhsilinə 
xüsusi ön
əm vermələrinə rast gəlmək olur.   
Aşıq  Ələsgərin öz ustadı  Aşıq  Alı  ilə  deyişməsi haq-
                                                           
109
  Muazz
ez İlmiye Çığ. Ortadoğu uyğarlık mirası-1, İstanbul: Kaynak 
yayınları, 2009, s.69 
110
  Yen
ə orada, s.69-70 


Folklorşünaslığa giriş   
 
 
135 
qında olan rəvayət yüz ildən artıqdır dillərdə dolaşmaqdadır. 
Aşıq Ələsgərin dediyi: 
 
Bir şagird ki ustadına kəm baxa, 
Onun gözl
ərinə ağ damar, damar, –   
 
sözl
əri, demək olar ki, atalar sözləri qədər geniş yayılmışdır. 
Əslində digər folklor janrlarından da tədris prosesində 
istifad
ə  etmək mümkündür və  hətta vacibdir. Xüsusilə 
ibtidai sinifl
ərdə ana dili dərslərində tədris olunan mövzudan 
asılı  olaraq  atalar  sözləri,  bayatılar,  tapmacalardan  istifadə 
edilm
əsi şagirdlərin zehni fəaliyyətlərinin inkişafında əvəz-
sizdir. Lakin ana dilind
ən digər fənlərin də tədrisində folklor 
m
ətnlərindən istifadə etmək faydalı olar. Məsələn, tutaq ki, 

əllim barama (və ya ipək parça) haqqında məlumat verir-
s
ə, belə bir tapmaca ancaq təsəvvürlərin əyaniləşməsinə gə-
tir
ər, dərsdə bir canlanma yarada bilər: 
 
Bir quşum var alaca, 
Ged
ər, qonar ağaca. 
Özün
ə bir ev tikər, 
N
ə qapı qoyar, nə baca.   
 
Bu  tapmacada  barama  haqqında  ən vacib bilgilər öz 
əksini tapıb. 
Ən qədim türk məktəbləri və  dərslikləri  haqqında 
t
əsəvvürlər  əldə  etmək üçün folklor mətnləri diqqətlə 
öyr
ənilməlidir. Azərbaycan türklərinin şumerlər kimi qədim 
yazılı dərslikləri olmadığından bu sahənin öyrənilməsi üçün 
nağıl, dastan, ata sözləri, məsəllər, tapmacalar  kimi folklor 
m
ətnləri əsas mənbə kimi dəyərli hesab edilir. Başqa sözlə, 


Almaz H
əsənqızı                                                   
 
 
136 
folklor m
ətnləri həm də pedaqogikanın tədqiqat obyekti kimi 
d
əyərləndirilməlidir. Məsələn, nağılların əksəriyyəti öz tərbi-
y
əvi əhəmiyyətilə diqqəti cəlb etməkdədir. Hətta bəzi müd-
rik k
əlamlar nağılların əsasında ortaya çıxır. Məsələn, “Güc 
birlikd
ədir”, “Nə tökərsən  aşına,  o  çıxar  qaşığına”,  “Könül 
sev
ən göyçək olar” və  s.  kimi ifadələr  nağıllar  əsasında 
yaranmışlar. Belə nağıllardan tədris prosesində geniş istifadə 
olunur. 
Folklorşünaslığın  və  pedaqogikanın  diqqətində  olan 
müştərək məsələlərdən biri də  uşaq  oyunlarıdır.  Həm 
əyləncə, həm də  təlim-tərbiyə  vasitəsi kimi oyunlar hər bir 
insanın həyatının ayrılmaz bir vasitəsidir. Məqsədindn asılı 
olaraq, onların bəziləri fiziki, bəziləri zehni inkişafın, mən-
tiqi t
əfəkkürün möhkəmlənməsinə xidmət edirlər. Kollektiv 
oyunlar  uşaqlara  ünsiyyət  qurmağı,  oyun  vasitələrini, həm-
çinin oyuncaq
larını  yoldaşları  ilə  paylaşmağı,  sadə  dillə 
des
ək, həm udmağın ləzzətini, həm uduzmağın kədərini da-
şımağı, haqqını tələb etməyi öyrədir. Daha dəqiq desək, bə-
z
ən oyunlar gələcək həyatın kiçik modeli kimi uşaqlara təc-
rüb
ə dərsi verir. Bu cəhət nəzərə alınaraq, tədris prosesində 
uşaq oyunlarından tez-tez istifadə edilir. 
Bundan 
əlavə, bəzi folklor janrları da vardır ki, birbaşa 
insan nitqinin inkişafına xidmət edir. Məsələn, yanıltmaclar 
–  loqopedl
ərin  nitq vərdişlərini möhkəmləndirmək üçün 
daim müraci
ət etdikləri vasitələrdən biridir.   
Bel
əliklə, pedaqogikanı folklordan ayrı təsəvvür etmək 
qeyri-
mümkündür.  Əslində  ənənəvi olaraq, nəsildən nəslə 
ötürül
ən, xalq həyatının bütün sahələrini əhatə edən folklor, 
dem
ək olar ki, həm də  bir məktəbdir. Məhz məktəb oldu-
ğuna, əsrlərdən bəri ənənəni qoruduğuna görə folklor daim 
yaşayır. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə