Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə35/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   31   32   33   34   35   36   37   38   ...   74

Folklorşünaslığa giriş   
 
 
119 
h
əm fiziki, həm zehni cəhətdən sağlam nəslin yetişməsini tə-
min ed
ən vasitələrdəndir. 
Folklor v
ə  xalq təbabəti  çox  geniş,  hər zaman aktual 
bir  mövzudur.  Onun  ayrıca  tədqiqat  kimi  işlənməsinə  ehti-
yac  vardır.  Bu,  təbii üsullarla müalicənin  aktuallaşdığı   
dövrümüzd
ə səhiyyə üçün nə qədər dəyərli bir məsələdirsə, 
xalq yaddaşını qorumağa çalışan folklor tədqiqatçıları üçün 
bir o q
ədər əhəmiyyətlidir. 


Almaz H
əsənqızı                                                   
 
 
120 
 
 
 
FOLKLOR VƏ COĞRAFİYA 
 
 
Folklor  öz  geniş  əhatə  dairəsinə  görə  coğrafiya  ilə  də 
birbaşa  bağlıdır.  Bu  əlaqə  həm iri, həm də  kiçik həcmli 
folklor örn
əklərində açıq-aşkar görünməkdədir.   
Qeyd etm
əliyik ki, folklor və coğrafiya arasındakı əlaqə 
qarşılıqlıdır.  Hətta  folklorda  xatırlanan  müəyyən məkanlar 
var ki, 
bu gün artıq mövcud deyildir, lakin xalqın yaratdığı 
örn
əklərdə adı hələ də yaşamaqdadır. Belə faktlar isə gələ-
c
ək nəsilləri  həmin  coğrafi  məkanlar  haqqında  düşünməyə 
vadar edir.   
M
əsələn: 
  M
ən aşıq Hun dağına, 
  G
əl, çıxaq Hun dağına. 
 
Oğlu ölən analar, 
 
Yaş tökər qundağına, –   
 
bayatısı  Azərbaycanda “Hun”  adında  dağın  mövcudluğun-
dan x
əbər verir.   
B
əzən isə  xalq  yaradıcılığı  örnəyinin  hansı  məkana 
aidliyi  problemi il
ə  qarşılaşanda  coğrafiya  folklorşünaslığa 
istiqam
ət göstərir. Bu, xüsusilə, qədim abidələrlə bağlı ola-
raq meydana çıxır. Məsələn, “Kitabi-Dədə Qorqud”la bağlı 
t
ədqiqatların  əksəriyyətində  onun  hansı  coğrafi  məkanda 
yaranması  ilə  bağlı  mülahizələr söylənməkdədir.  Dərbənd, 
Qazılıq  dağı,  Əlincə  qalası,  Düzmürd  qalası,  Trabzon,  Tu-


Folklorşünaslığa giriş   
 
 
121 
man qalası və sairənin adı eposda müxtəlif boylarda səslənir. 
F.Köprülü,  Ə.Cəfəroğlu,  M.Ə.Rəsulzadə  və  başqaları  kimi 
Ş.Cəmşidov  da  bu  cöğrafi  məkanları  boylar  üzrə  təhlil 
ed
ərək,  əlyazmanın  Azərbaycanda yarandığı  fikrini irəli 
sürür
99
.   
Az
ərbaycan dünyada yadların əlilə torpağı ikiyə parça-
lanan  çox az xalqlardan biridir. H
ər  parçası  ayrı-ayrı 
müst
ələkəçinin  –  Güneydə  şah,  Quzeydə  sovet rejiminin 
k
əskin  qadağaları  dövründə  belə  xalqın  yaratdıqlarında 
parçalanma 
əzabından bəhs olunsa da, qardaş qardaşa həsrət 
qalsa da, m
ədəni səviyyədə  Azərbaycan  bir  bütöv  şəklində 
göünm
əkdədir.  Birbaşa  xalqın  yaradıcılığı  olduğu  üçün  bu 
bütövlük  folklor örn
əklərində  daha çox özünü göstərmək-
d
ədir. Belə ki, folklorun bütün janrlarında həm Güney, həm 
d
ə  Quzey  ərazilərimizin  adları  sevə-sevə  vəsf olunur. Mə-
s
ələn, bayatılarda  Bütöv  Azərbaycanın  xəritəsi görünmək-
d
ədir: 
Əzizim, Ordubada, 
S
əlmasdan Ordubada
S
ərkərdə qoçaq olsa, 
Heç verm
əz ordu bada. 
 
Yol verm
ə yada, Təbriz, 
El ged
ər bada, Təbriz. 
S
ənin həsrətindəyəm, 
Can s
ənə fəda, Təbriz. 
 
Əzizinəm Qarabağ, 
Şəki,Şirvan, Qarabağ. 
                                                           
99
 
Şamil Cəmşidov. Kitabi-Dədəm Qorqud, Bakı: Elm, 1999, s.23 


Almaz H
əsənqızı                                                   
 
 
122 
Tehran c
ənnətə dönsə,   
Yaddan çıxmaz Qarabağ. 
 
Şirvanım, Şəkim ağlar,   
Muğanım, Bəkim ağlar. 
S
ən ölsən, mən ağlaram,   
M
ən ölsəm bə kim ağlar? 
 
G
əl məni bəndə atma,   
Xoydan M
ərəndə atma. 
Hamı üz döndəribdi, 
R
əhm elə, sən də atma. 
 
Burdan uzaq G
əncədir,   
Gülü p
əncə-pəncədir. 
Ölüm allah 
əmridir. 
Ayrılıq işgəncədir. 
 
Bayatılardakı  dərin  məna  və  Azərbaycan  torpağının 
bütöv mənzərəsilə bağlı Orxan Paşanın (professor Məhərrəm 
Qasımlının  –  A.H.)   “Taleyimdən və  ürəyimdən keçənlər” 
adlı  məqaləsində  çox düşündürücü bir qənaəti səslənmək-
d
ədir: “Azərbaycan dövlətçilik düşüncəsinin    və vətən coğ-
rafiya
mızı  vahid  mərkəzə  yönəltməyin  ən unikal tarixi ör-
n
əyi bir bayatının qoşa qanada bənzəyən iki misrasında dü-
n
əndən sabaha daşınır: 
 
Qar yağdı dizə kimi,   
Burdan T
əbrizə kimi... 
 


Folklorşünaslığa giriş   
 
 
123 
Burdan  –  G
əncədən, burdan – Naxçıvandan, burdan – 
Qarabağdan,  burdan  –  Zəncandan, burdan –  Urmiyadan, 
burdan  – 
Ərdəbildən, burdan –  Borçalıdan,  burdan  –  Şir-
vandan ... T
əbrizə  kimi!  Bu  bayatı  harada,  daha  doğrusu, 
Az
ərbaycanın  harasında  səslənirsə, ölçünün  miqyası  ora-
dandı, oradan Təbrizə kimidir. Adam bayatı misralarında qə-
rarlaşmış  bu  tarixi  möhtəşəmliyin  boynuna  sarılmaq  is-
t
əyir”
100
.   
Atalar sözləri, məsəllərdə, lətifələrdə, nağıllarda müx-
təlif  bölgələrin  adları  sadalanır.  Xüsusən  nağıllarda 
Azərbaycanın qədim məkanlarının, eyni zamanda digər ölkə 
və  yer  adları  (Hindistan,  Bağdad,  Firəngistan,  Misir  və  s.) 
tez-
tez xatırlanır. Onların içərisində Azərbaycana aid yerlər 
– 
Şirvan,  Təbriz,  Marağa,  Gəncə  Şəki  kimi  bu  gün  də  iş-
lənən adlarla yanaşı, Qaf dağı, Əcəm diyarı şəklində mətndə 
yaşayanlar da vardır. 
Bəzən  coğrafi  ərazilərlə  bağlı  müəyyən  məlumatları 
folklor mətninə əsasən bərpa etmək mümkün olur. Məsələn, 
müxtəlif  məkanların  adlarının  ən  çox  səsləndiyi  əsərlərdən 
biri 
“Aşıq Qərib” dastanıdır. Burada sevgisi yolunda qürbət 
ell
ərə  –  Tiflis, Hələb,  İsfahan,  Ərzurum  və  b. yerlərə 
getm
əyə  məcbur olan, lakin vətən həsrəti ilə  yanıb-tutuşan 
Aşıq  Qərib  bütün  dastan  boyu  çox  sevdiyi  doğma  Təbriz, 
onun tarixi, t
əbiəti, gözəlliklərilə bağlı məlumatlar verir. Bu 
dastanın əhəmiyyətini artırır və  bəzən verilən məlumatların 
h
əqiqət dərəcəsi onun variantlarının müqayisəsi nəticəsində 

əyyənləşdirmək mümkün olur. Belə  ki,  “Aşıq  Qərib”in 
                                                           
100
 
Orxan  Paşa.  Taleyimdən və  üəyimdən keçənlər

Ədəbiyyat qə-
zeti

, Bakı: 26 iyun 2015, sayı 41-42 (4996-97) 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə