Folklorşünaslığa giriş
223
Göründüyü kimi, Əhməd Cəfəroğlu yalnız dövlət və
kültür istiqlaliyy
ətinin birlikdə xalqın azadlığına gətirəcə-
yin
ə əminliyini bildirmiş, əgər bu iki mühüm amil bir-birin-
d
ən təcrid edilərsə, hürriyyətin tam olmayacağına inanmış-
dır. Onun bu fikrinin doğruluğunu bütün zamanlarda yara-
nan
ədəbi əsərlər sübut etmişdir, çünki bir çox hallarda, o
cüml
ədən yaxın keçmişimizdə – sovet dövründə dövlət is-
tiqlaliyy
ətinin olmaması öz təsirini kültür sahəsində də
göst
ərmişdir.
Xatırladaq ki, Azərbaycan xalq qəhrəmanı Qaçaq Nəbi
m
əhz bu şəkildə, imperiya maraqlarına uyğun təbdiğ edildi-
yind
ən, sovet tədqiqatçıları onun mübarizəsinin rus müstəm-
l
əkəçiliyinə qarşı deyil, çar hökumətinə qarşı olduğuna inan-
dırmağa cəhd edirdilər. Dastanın Azərbaycanda nəşr olunan
va
riantında qazax (kazak), qoburnat (qubernator), nəçənnik
(naçalnik), pristav, uryadnik, konvoy v
ə s. kimi bilavasitə
çar Rusiyası ilə əlaqədar rütbə bildirən terminlər saxlanılsa
da, rus v
ə rusluqla bağlı kəlmələr bütünlüklə redaktə olun-
muşdur ki, bu da Qaçaq Nəbinin apardığı mübarizənin təhrif
olunmasına gətirib çıxarmışdır.
Yalnız sovet hakimiyyətinin öz əvvəlki nüfuzunu qeyb
etm
əyə başladığı durğunluq illərində Azərbaycanda türk
xalqlarının mənəvi sərvətlərinin öyrənilməsi istiqamətində
mü
əyyən addımlar atılmağa başlamışdır. Xalqın milli kim-
liyi, soy-kökü il
ə bağlı əsərlərə diqqət artmağa başlamış,
oğuznamələr, “Kitabi-Dədə Qorqud ”, digər türk xalqları-
nın mədəniyyəti, qədim lüğət və əlyazmalarla bağlı araşdır-
malar aparılmağa başlanmışdır. Lakin rus-sovet əsarətinin,
sen
zuranın basqıları hələ də öz mənfi nəticələrini göstər-
m
əkdə idi. Belə ki, Samət Əlizadə 1987-ci ildə çapa ha-
zırlayıb “Oğuznamə” adı ilə nəşr etdirdiyi XVI əsrə aid olu-
Almaz H
əsənqızı
224
nan “
Əmsali-Məhəmmədəli” atalar sözü və zərbi-məsəllər
kitabının əlyazması ilə bağlı maraqlı bir fakt açıqlamışdır:
“Oğuznamə”ni qürur və məhəbbət hissi ilə oxuyursan, axı-
rıncı səhifənin pozulmuş sətirlərini görəndə isə kədər və tə-
əssüflə düşünürsən ki, əlyazmanı şüurlu şəkildə təzələyib gə-
l
əcək üçün hədiyyə hazırlayan katib öz adını, əsərin yazılış
tarixini v
ə yerini pozmazdı. Yəqin ki, belə “günah”a məc-
mu
ənin nə ilk, nə son sahibi batardı. Amma bu da həqiqətdir
ki, son s
ətirləri pozan adam sıravi oxucu deyil, ziyalı-şərq-
şünasdır; o hər kimdirsə, şovinizm əsiridir. Ona görə də öz
q
ədimlik faktı ilə Misir piramidası kimi ucalan yazılı abidə
qarşısında qorxuya düşmüş, cinayətkar barmağını işə sal-
mışdır. Məlumdur ki, folklor yaradıcılığının qədimliyi, erkən
orta
əsrlərdəki yazıda təsbit olunması onu hasilə gətirən
xalqın da tarixi keçmişi, dili və təfəkkürünün qədimliyi,
erk
ən orta əsrlərdəki bədii qüdrəti haqqında inkaredilməz
sübutdur”
172
.
Qeyd etm
ək lazımdır ki, Azərbaycanın iki hissəyə
parçalanması və uzun illər ayrı-ayrı dövlətlərin basqısı altın-
da olması onun mənəvi sərvətlərinin toplanması, öyrənilməsi
m
əsələsinə də ciddi təsir göstərmişdir. Uzun illər ana dilində
danışmağın belə qadağan olunması Güney Azərbaycanda bu
istiqam
ətdə fəaliyyətlərin zəifləməsinə gətirib çıxarmışdır.
Bu z
əngin folklor materiallarının toplanması və tədqiqinin
qarşısını saxlayan bir sıra çətinliklər hələ də qalmaqdadır.
Lakin yegan
ə təsəlli odur ki: “Qayaları paralayan Araz yal-
nız soy-kökü, qan yaddaşını, milli ruhu paralamayıb və onun
paraları arasından axa bilməyib. Folklor özü əsatirdə və ba-
172
Sam
ət Əlizadə. Oğuznamə (Müdrikliyin sönməyən işığı). Ön söz,
Bakı: Yazıçı, 1987, s.11
Folklorşünaslığa giriş
225
yatıda, nağılda və dastanda əbədiləşən canlı bir yaddaşa çev-
rilib v
ə qoymayıb ki, nə o, nə də bu sahildə bir kəs soyunu,
əslini, zatını unutsun. Ona görə də şüurda, düşüncədə, mə-
n
əviyyatda xalq heç vaxt parçalanmayıb. Çünki yaddaş zə-
d
əsiz, bütöv qalıb. Axı daşlar ovula-ovula ölür, qayalar sö-
kül
ə-sökülə, bulaqlar quruya-quruya, çaylar çəkilə-çəkilə
ölür, mill
ət isə unuda-unuda. Yaddaşdan təmizlənə-təmiz-
l
ənə”
173
.
Az
ərbaycan və bütövlükdə türk folkloruna qarşı müs-
t
əmləkəçi ağaların kəskin və barışmaz münasibəti məhz onu
yaddaşının zədələnməsi, məhv olmasına hesablanıb. Amma
yaxşı ki, nə sosialist senzurasının basqısı, nə də şahlıq rejimi
çox
çalışsa da, buna nail ola bilməyib. Çünki xalq ən çətin
m
əqamlarda belə öz yaratdıqlarını qoruyub saxlamağa mü-
v
əffəq olub.
173
Yaşar Qarayev. Folklorumuzun tarixi.C.Heyət. Azərbaycan şifahi
xalq
ədəbiyyatı (Ön söz), Bakı: Azərnəşr, 1990, s.3-4
Almaz H
əsənqızı
226
FOLKLORUN YAZIYA ALINMASI
PRİNSİPLƏRİ
M
əlumdur ki, hər bir xalqın tarixi, soy-kökü, qəhrə-
manlıq keçmişi, məruz qaldığı köçlər və savaşlar ən çox
onun yaratdığı bədii nümunələrdə yaşayaraq gələcəyə daşı-
nır. Məhz türk xalqlarının, o cümlədən azərbaycanlıların da
əsrlərdən bəri qalibiyyət və məğlubiyyətləri, cəngavərlik və
əsarəti, bir sözlə, bütün tarixi yaşantıları yaratdığı söz sə-
n
ətində yaşamaqdadır. Bu cəhətdən folklorun hər bir
janrının rolu əvəzsizdir, həmin örnəklərdə xalqın adət-ənə-
n
ələri, kədəri, sevinci, arzu və istəkləri daha geniş, ətraflı öz
əksini tapa bilir. Lakin, təəssüf ki, “...türk millətinin nə “İli-
ada”, n
ə “Şahnamə”, nə də “Kalevala” kimi yazılmış və ya
toplanmış bütün dastanı yoxdur... Türklər dastan dövrü ya-
şamaqdan və yeni dastanlar söyləməkdən əski dastanları də-
y
ərləndirib toplamağa, bilxassə, özləməyə vaxt tapa bilmə-
mişlər”
174
.
Türk xalqlarının şifahi söz sənəti örnəklərinin toplan-
ması əsasən XIX yüzillikdən başlanmışdır. Türkiyədə xalq
ədəbiyyatı örnəklərinin dünyaya tanıtdırılmasında ilk fəaliy-
y
ət göstərən Armin Vamberinin(1832-1913) tələbəsi İqnats
Ku
noş (1862-1945) olmuşdur. 1885-ci ildən başlayaraq türk
torpaqlarını səyahət edən Kunoş folklor materiallarını topla-
174
Nihat Sami Banarlı. Resimli türk edebiyatı tarihi, I cild, İstanbul:
Milli Egitim Basımevi, 1987, s.11
Dostları ilə paylaş: |