30
S
ənubər MUSTAFAYEVA
“Kitabxana resursları və informasiya axtarış sistemləri”
kafedrasının baş müəllimi
MÜASİR TƏSNİFAT SİSTEMLƏRİ VƏ ONLARIN TƏTBİQİ
Açar sözl
ər: Təsnifat sistemləri, Respublikada tətbiq edilən təsnifatlar,
M.Dyunin t
əsnifatı, Universal Onluq Təsnifat, Kitabxana Biblioqrafiya
T
əsnifatı.
Ключевые слова: Классификационные системы, Классификации
применяемые в республике, Классификация М.Дьи,Универсальная
десятичная
классификация,
Библиотечно-библиографическая
классификация.
Keywords:
Klassifikacionnıe system, Klassifikacii primeny are emıe and
respublike, Klassifikaciy are MDi, Universalnay posts are klassifikaciy are
ticnay are desy, Bibliotecno-biblioqraficeskay posts are klassifikaciy.
H
ər bir xalqın, dövlətin mədəni səviyyəsinin göstəricisi olan
kitabxanalar
ən böyük informasiya mənbəyi olub, insanların bu qiymətli
x
əzinəsinin qorunmasini, nəsildən-nəsilə ötürülməsini həyata keçirirlər.
Xalqımızın əsrlər boyu yaratmış olduğu qədim və bənzərsiz mədəniyyətin
t
ərkib hissəsi kimi kitabxanalar dünya mədəniyyətini misilsiz incilərlə
z
ənginləşdirən mənəvi və intellektual sərvətimizin qorunub saxlanmasına və
yayılmasına xidmət edir. Azərbaycan Respublikasının Mədəniyyən və Turizm
Nazirliyinin kitabxana şəbəkəsində müxtəlif formada 40 milyon nüsxəyə yaxın
informasiya daşıyıcıları və digər ənənəvi sənədlər qorunub saxlanılır. Son illər
ərzində ölkədə kitabxana işinin inkişafı sahəsində bir sıra mühüm sənədlər
q
əbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində
latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”...”2005-2006-
cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin
siyahısının təsdiq edilməsi haqqında”...sərəncamları ilə təsdiq edilmiş siyahı
üzr
ə latın qrafikası ilə nəşr olunmuş kitablar ölkənin bütün kitabxanalarına
h
ədiyyə edilmişdir.
Q
ədim zamanlardan indiyə kimi kitabxanaların əsas funksiyaları
insanlara informasiya verm
ək, cəmiyyət üzvlərinin informasiyadan istifadə
etm
əsini təmin etməkdir. Azərbaycan Respublikasının kitabxana işi haqqında
qanununda deyilir: “Kitabxana f
əaliyyəti - oxucuların sərbəst surətdə
informasiya almaq huququnu t
əmin etmək, onların kitablara, dövri nəşrlərə və
kitabxana fondunu t
əşkil edən digər sənədlərə olan tələbatını ödəmək
m
əqsədilə həyata keçirilən fəaliyyət”dir.(9)
31
İnformatika elmi məlumatın quruluşunu və xassələrini, həmçinin elmi
informasiya f
əaliyyətinin qanunauyğunluqlarının nəzəryyəsini, tarixini,
metodikasının təşkilini öyrənən elm sahəsidir.(5,s.250) Sənəd latın sözü olub
“sübut”, “şahid” mənasını ifadə edir. Sənəd insanların istifadəsi üçün müxtəlif
informasiya daşıyıcılarında geniş əksini tapmış sosial informasiyadır. (5,s.271)
Kitabxanalar q
ədər sənədlərin ictimai istifadəsini təşkil edən başqa bir
elmi-m
əlumat idarələri yoxdur. Kitabxanalarda informasiya xidmətinin
düzgün t
əşkilinin spesifik xüsusiyyətləri vardır. Ən mühüm ploblem
kitabxana fondlarının müxtəlif oxucu qruplarının tələbatına uyğun təşkil
etm
əkdən, onların istifadəsini operativ təmin etməkdən ibarətdir. Fondla
oxucu arasında qarşılıqlı əlaqəni əks etdirən məlumat-axtarış sistemi bu
problemin mühüm t
ərkib hissəsidir. Kitabxanalara sənəd axını nə qədər
çoxalarsa, onların axtarılması da çox vaxt tələb edərək mürəkkəbləşir. Bu
ç
ətinliklərin aradan qaldırılması məqsədilə müxtəlif təsnifat sistemləri
yaranmışdır. Təsnifat sistemləri əsasında həm kitabxana fondları təşkil edilir,
h
əm oxucuların tematik sorğuları ödənilir, həm sənədlər məzmununa görə
t
əsnifləşdirilir, həm də onların əsasında kataloqlar yaradılır.
T
əsnifləşdirmə elmdə və ictimai təcrübədə geniş tətbiq edilən fəaliyyət
sah
əsidir. Bu problem və hadisələrin ümumi əlamətlərinə və onların arasındakı
f
ərqə görə dərəcələrə (siniflərə) və qruplara bölünməsi deməkdir.
T
əsnifləşdirmə, nəinki sənədlərə, həm də fiziki cisimlərə, müxtəlif bilik
sah
ələrinə aiddir. Ümumiyyətlə istənilən obyekti, predmeti axtarıb tapmaq
işini asanlaşdırmaq üçün onları müəyyən qayda ilə qruplaşdırmaq lazımdır. Bu
qruplaşdırma, sistemləşdirmə qaydaları təsnifat sistemlərində öz əksini tapir.
T
əsnifat sistemləri əsasən iki qrupa bölünür: 1) təbii və ya elmlər
t
əsnifatı; 2) süni və ya sənəd təsnifatı.
Elml
ər təsnifatı müxtəlif dövrlərdə elmlərin inkişafı xüsusiyyətləri ilə
əlaqədar öyrənilmişdir. Fəlsəfə tarixində elmin təsnifatı problemi ilə məşğul
olmayan görk
əmli filosof tapmaq çətindir. Qədim dövrdə elmin təsnifatı
probleml
ərilə Demokrit, Platon və Aristotel, müxtəlif dövrlərdə Bekon,
Dekart, Hobbs v
ə Lokk, Leybnits və Yum, XIX əsrin əvvəllərində Kant və
Hegel m
əşğul olmuşlar (10, 74).
Rus aliml
ərindən M.R.Lomonosov, D.İ.Mendeleyev, K.A.Timiryəzev,
biokimyaçı Bax, fizik Vaviov və başqaları elmlərin təsnifləşdirilməsi
haqqında müəyyən fikirlər söyləmişlər.
Süni v
ə ya sənəd təsnifatları öz kökü etibarılə elmlər təsnifatına
əsaslanır və demək olar ki, bilavasitə ondan asılıdır. Asılılıq onunla müəyyən
edilir ki, t
əsnif edılən əsər bu və ya digər elm sahəsinə, insanların ictimai-
t
əcrübi fəaliyyətinin müəyyən cəhətlərinə aiddir. Bu asılılıq kitabın bilik, elm
il
ə, elmi ədəbiyyat arasındakı üzvü əlaqədən yaranır. Bu əlaqələri nəzərə
almadan elmi c
əhətdən yetgin olan kitabxana təsnifatı yaratmaq mümkün
32
deyildir. Əlbəttə, kitabxana təsnifatı elmlər təsnifatına əsaslansa da onun öz
spesifik c
əhətləri vardır. Kitabxana təsnifatının elmlər təsnifatından asılılığı
kitabla elmi biliyin, elmi
ədəbiyyatla elmin obyektiv əlaqəsinə əsaslanır. Fərq
ondan ibar
ətdir ki, burada təsnif edilən obyektlər eyni deyildir. Elm mücərrəd
xarakterli, kitab is
ə konkret obyektdir.
Kitabxana t
əsnifatının tarixi elmlər təsnifatının tarixi kimi qədimdir.
O, uzun inkişaf yolu keçərək cəmiyyətin inkişafı ilə əlaqədar təkmilləşmişdir.
Kitabxana t
əsnifatı həmişə elmlər təsnifatı ilə əlaqədar inkişaf etmiş və ona
əsaslanmışdır. Hələ qədim dünyada gələcək elmi biliklərin inkişafına kömək
etmiş elmlər təsnifatı işlənib hazırlanmışdır. Bu onu göstərir ki, o dövrdə
Yunanıstanda və Romada kitabxana təsnifatı yüksək səviyyədə olmuşdur (10,
83).
Sonrakı illərdə kitabxana təsnifatı cədvəlləri inkişaf edərək müxtəlif
ölk
ələrdə, müxtəlif illərdə biri-birinə yaxın olan və yaxud da biri-birindən
t
əmamilə fərqlənən təsnifat cədvəlləri meydana gəlmişdir.
Müasir t
əsnifat sistemlərindən bəhs edərkən Amerika
kitabxanaşünasları Melven Dyunin, Carlız Ketterin, Martenin, H.Blissin,
ingilis kitabxanaşünası Ceyms Braunun, hind kitabxanaşünası Ş.Ranqanatanın
adını qeyd etmək lazımdır. Lakin müasir dövrdə kitabxanalarda ən geniş
t
ətbiq edilən Universal Onluq Təsnifat (UOT) və Kitabxana Bibllioqrafiya
T
əsnifatı (KBT) cədvəlləridir. Bu təsnifat cədvəllərindən Respublikamızın
elmi v
ə kütləvi kitabxanalarında ayrı-ayrılıqda istifadə edilir.
İnformasiya birlikləri 1995-1996-cı illərdə Universal Onluq Təsnifatın
100 illiyini qeyd etmişlər. Universal Onluq Təsnifat 110 ildən artıqdır ki,
yaradılaraq beynəlxalq aləmdə istifadə olunan təsnifat sistemidir. Yarandığı
dövrd
ən başlayaraq UOT dəyişikliklərə uğramış, dəfələrlə tənqid edilmişdir.
Lakin müasir v
ə tarixən mövcud olmuş təsnifat sistemlərinin heç biri UOT
q
ədər geniş yayılmamışdır (15, 46).
Beyn
əlxalq biblioqrafiya təsnifatı sistemi kimi yaranan UOT hazırda
dünyanın 60-dan çox ölkəsində, əsasən təbiətşünaslıq və texnika sahəsindəki
bütün s
ənədlərin təsnifləşdirilməsində istifadə edilən vahid təsnifat sistemidir.
Müxt
əlif məlumat-axtarış sistemlərində, o cümlədən mexanikləşdirilmiş və
avtomatlaşdırılmış məlumat-axtarış sistemlərində UOT-un tətbiqi onun
perspektiv inkişafini müəyyən edən əsas cəhətdir.
UOT-
un tarixi inkişafına nəzər yetirdikdə məlum olur ki, bu təsnifat
ame
rika kitabxanaşünası Melvel Dyunin “Onluq təsnifat” cədvəlinin əsasında
yaranmışdır. 1851-1931-ci illər arasında yaşayan M.Dyui məşhur amerika
kitabxanaşünaslarından biri olmuşdır və Amerika kitabxanaçılıq birliyinin
yaradıcısı və təşkilatçısıdır. M.Dyui hələ 21 yaşında Amxer kolledcində
oxuyark
ən kollec kitabxanasında işləmiş və oradakı ədəbiyyatı
sisteml
əşdirmək üçün “Onluq təsnifat” cədvəlini işləyib hazırlamışdır. 1876-cı
33
ild
ə ABŞ-in ümumi kitabxanasının buraxdığı məcmuədə M.Dyunin məqaləsi
d
ərc olunur. Bu məqalədə “Onluq təsnifat”ın əsas prinsirləri izah edilir. Yenə
h
əmin ildə onun “Kitabxanalarda kataloqların tərtibi və kitabların düzülməsi
üçün t
əsnifat və predmet göstəricisi” adlı kitabçası nəşr edilir. Kitabça cəmisi
42 s
əhifədən ibarət idi. Bunun 11 səhifəsi təsnifatdan, qalanı isə predmet
göst
əricisindən ibarət idi.
M.Dyunin “Onluq t
əsnifat”ında bütün bilik sahələri (0-dan-9-a kimi)
əsas şöbəyə bölünmüşdür. Təstifatda hər şöbə 10 yarımşöbəyə, hər yarımşöbə
öz növb
əsində 10 bölməyə və bu qayda üzrə daha kiçik 10 bölmələrə
bölünmüşdür. Təsnifatda istənilən qədər bölgü həddi almaq mümkündür.
M.Dyunin t
əsnifatında hər bir anlayışın və predmetin dəqiq və sabit
yeri şöbələr, yarımşöbələr və bölmələrin hamısı ərəb rəqəmləri ilə ifadə
edilmişdir. Bu cəhət “Onluq təsnifat”ın beynəlxalq xarakterini asanlaşdırır.
Hazırda M.Dyunin “Onluq təsnifat”ı əsasən ABŞ kütləvi kitabxanalarında
t
ətbiq olunur. ABŞ Konqres kitabxanasının buraxdığı çap kartoçkalarında
M.Dyunin t
əsnifatının indeksi verilir. Beləliklə, M.Dyunin “Onluq təsnifat”ını
ABŞ milli təsnifatı kimi adlandırmaq olar.
Hazirda M.Dyunin t
əsnifatının 21-ci nəşri çap edilmişdir. Təsnifat 30-
dan artıq xarici dilə tərcümə edilmişdir. 135 ölkənin 200 mindən artıq
kitabxanasında tətbiq edilir. M.Dyünin təsnifatının 21-ci nəşri 4 cilddən ibarət
rus dilin
ə tərcümə edilmişdir. Birinci cild girişdən, ikinci və üçüncü cildlər
əsas cədvəllərdən, dördüncü cild isə əlifda-predmet göstəricisindən ibarətdir.
Universal, y
əni bütün bilik sahələrini əhatə edən təsnifat sistemi
yaratmaq ideyası nəzəri şəkildə ABŞ-da Boston kitabxanasının əməkdaşları
M.Nafonel v
ə Mertlef tərəfindən irəli şürülmüşdür.
Sonralar UOT-
un yaradıcıları Pol Otle (1868-1944) və Anri Lafonten
(1854-
1943) olmuşlar. Hər iki alim 1895-ci ildə Beynəlxalq Biblioqrafiya
institutu yaratmış və bu insititut sonradan Beynəlxalq Sənədləşdirmə
Federasiyasına çevrilmlşdir.
1895-ci ild
ə Brüsseldə birinci Beynəlxalq biblioqrafiya konfransı
çağrılır və qərara alınır ki, düyada bütün bilik sahələrinə dair ədəbiyyatın
kartoçka kataloqunu
əks etdirən “Universal biblioqrafik repertuar” yaradılsın.
Bu repertuarın yaradılmasına rəhbərlik işi P.Otle və A.Lafontenə
tapşırılmışdır.
“Universal biblioqrafik repertuar”a lazımi ədəbiyyat tapmaq üçün hər
şeydən əvvəl bilik sahələrinin o dövr üçün bölgüsünü, təsnifatını işləmək tələb
olunurdu. Bu m
əqsədlə P.Otle və A.Lafonten M.Dyunin “Onluq təsnifat”ını
əsas götürmüşlər. M.Dyunin təsnifatını öyrənərkən məlum olmuşdur ki, o dövr
üçün n
əşr olunmuş ədəbiyyatın xeyli hissəsinin məzmununu ifadə etmək üçün
t
əsnifatda rubrikalar yoxdur, sənəddə bəhs olunan obyektləri və onlar
34
arasındakı münasibətləri, əlaqələri indeksləşdirmək mümkün deyildir.
Bel
əliklə, yeni təsnifat yaratmaq əsas məsələ kimi qarşıya çıxır.
P.Otle v
ə A.Lafontenin rəhbərliyi altında 1895-1905-ci illərdə
Beyn
əlxalq Biblioqrafiya institutunun “Onluq təsnifat” cədvəlləri işlənib
hazırlandı. 1905-ci ildə təsnifatın fransız dilində birinci nəşri, 1927-1933-cü
ill
ərdə isə tam işlənmiş 2-ci nəşri çap olunur.(12, 161)
İkinci nəşrdən etibarən təsnifat fransız dilində “Universal Onluq
T
əsnifat” (UOT) adlandırılır. UOT-un üçüncü, daha genişləndirilmiş nəşri
1934-1954-cü ill
ərdə alman dilində çap edilmişdir.
Artıq ikinci dünya müharibəsinə qədərki dövrdə Beynəlxalq
Biblioqrafiya ins
titutunun işində dünyanın 200 kitabxana-biblioqrafiya
t
əşkilatı və 500-ə qədər alimi iştirak edirdi. Ona görə də, UOT-un ikinci və
üçüncü n
əşrləri məzmun cəhətdən tam və əhatəli hazırlanmışdır.
1938-ci ild
ə Beynəlxalq Biblioqrafiya institutu Beynəlxalq
S
ənədləşdirmə Federasiyasına çevrildi. Federasiyanın əsas vəzifəsi
s
ənədləşdirmənin nəzəri problemlərini işləmək və müxtəlif bilik sahələrinə
dair s
ənədlərin yaradılmasını və istifadəsini təşkil etməkdən ibarət idi. Bu
v
əzifələrlə əlaqədar olaraq Federasiya təsnifləşdirmə problemlərinə ciddi
əhəmiyyət verirdi. XX əsrin 40-cı illərə qədərki dövrdə Federasiyanın nəzarəti
altında UOT-un tam, ixtisaslaşdırılmış və sahəvi cədvəlləri nəşr edilmişdir.
İkinci dünya müharibəsi dövründə və müharibədən sonrakı 5 il
müdd
ətində maliyyə çatışmamazlığına görə təsnifləşdirmə sahəsində
Federasiyanın işi bir qədər zəifləmişdir. XX əsrin 50-ci illərindən başlayaraq
UOT-un alman dilind
ə üçüncü nəşri, ingilis dilində dördüncü nəşri, fransız
dilind
ə beşinci nəşri, həmçinin təsnifatın dolğun beynəlxalq xarakterli nəşri,
yapon dilind
ə altıncı nəşri və digər nəşrləri çap edilmişdir. Ümumiyyətlə, 50-
ci ill
ərdən başlayaraq UOT-un çoxdilli nəşrləri hazırlanmışdır. 1945-ci ildən
başlayaraq Beynəlxalq Sənədləşdirmə Federasiyasının nəzdində təsnifləşdirmə
üzr
ə Mərkəzi Komitə yaradılmışdır. Bu komitə UOT-da dəyişiklik və əlavələr
edir, onun yeni n
əşrlərini hazırlayırdı.
Ümumiyy
ətlə, Beynəlxalq Sənədləşdirmə Federasiyası tərəfindən UOT
c
ədvəllərinin dörd beynəlxalq nəşri olmuşdur. Birinci və ikinci tam köhnə nəşr
Brüsseld
ə fransız dilində (1905-1907 və 1927-1933 –cü illərdə) və üçüncü
n
əşri Standartlar institutu tərəfindən hazırlanmışdır. 1934-1954-cü illərdə isə
UOT-un alman dilind
ə 11 ciddən ibarət nəşri çap edilmişdir. Dördüncü nəşr
ingilis dilind
ə 1936-cı ildə çap edilmişdir.(4,s.68)
UOT-
un sonrakı illərdə də qısa nəşrləri çap edilmişdir ki, bunlar kiçik
fonda malik olan kitabxanalar üçün n
əzərdə tutulmuşdur. Həmin cədvəllər
1958, 1968-ci ill
ərdədə çap edilmişdir.
35
60-
cı illərin axırlarında UOT cədvəllərinin yeni nəşr növü, tam nəşrin
orta h
əcminə malik olan nəşri çap edilmişdir. UOT cədvəllərinin orta nəşri
Standartlar Komit
əsi tərəfindən 1967-ci ildə iki cilddə çap edilmişdir.
Rusiyada UOT sisteminin detallaşdırma dərəcəsinə görə müxtəlif
c
ədvəl variantları nəşr edilmişdir. Təbiətşünaslıq və texniki elmlər üzrə UOT-
un tam c
ədvəli 6 buraxılışda nəşr edilmişdir: birinci nəşr 1963-1966-cı il;
ikinci n
əşr 1969-1971-ci il; üçüncü nəşr 7 buraxılışdan ibarət 1974-cü il.
UOT-un orta n
əşri 1969-cu ildə, qısaldılmış nəşrinin birinci variantı 1962-ci
ild
ə professor E.İ.Şamurin tərəfindən tərcümə və redaktə edilmiş, 2-ci nəşri
is
ə 1978-ci ildə çap olunmuşdur (4, 69).
1979-1986-
cı illərdə bir sıra əlavə və dəyişikliklərlə ayrı-ayrı
buraxılışlardan ibarət UOT-un rus dilində nəşri çap edilmişdir. Universal
Onluq T
əsnifatın rus dilində son təkmilləşdirilmiş nəşri 2001-ci ildə nəşr
edilmişdir. Burada şöbələr aşağıdakı ardıcıllıq üzrə verilmişdir:
0. Ümumı şöbə
1. F
əlsəfə. Psixologiya.
2. Din. Teologiya. Ateizm.
3. İctimai elmlər. Hüquq. İdarəetmə
4. 1961-ci ild
ən boşdur.Əvvəllər bu şöbədə “Dilçilik” verilirdi. Həmin
şöbə 8-ci şöbəyə keçirilmişdir. Ehtimal edilir ki, 4-cü şöbədə sahələrarası,
müştərək elmlərin təsnifat qrupları veriləcəkdir.
5. Riyaziyyat. T
əbiətşünaslıq elmləri.
6. T
ətbiqi elmlər. Tibb.Texnika.
7. İncəsənət. Dekorativ-tətbiqi incəsənət. Fotoqrafiya. Musiqi.
Oyunlar. İdman.
8. Dilçilik. Filologiya. B
ədii ədəbiyyat. Ədəbiyyatşünaslıq.
9. Coğrafiya. Tərcümeyi hallar. Tarix .
UOT-da müxt
əlif elm sahələrinə dair ədəbiyyatın təsnifləşdirilməsi
köm
əkçi cədvəllərə əsaslanır. Burada köməkçi cədvəllər təyinedicilər
adlandırılır. Təyinedicilər iki yerə bölünür: analaitik təyinedicilər, ümumi
t
əyinedicilər.
Analitik t
əyinedicilər UOT-da defis (- .) və nöqtə, sıfır işarələri ilə
(0...) göst
ərilir. Bu təyinedicilər əsasən 5-ci və 6-cı şöbələrdə verilir və konkret
anlayışları ifadə edir (qurğu, alət, təmir və s.).
UOT-da veril
ən ümumi təyinedicilər iki qrupa bölünür.
1. S
ənədlərin məlumat formasını ifadə edən təyinedicilər (dil, forma,
yer v
ə zaman təyinediciləri)
2. S
ənədin məzmununu daha da geniş və konkret şəkildə açmağa
imkan ver
ən təyinedicilər (nöqteyi-nəzər, şəxs və material təyinediciləri).
36
UOT universal onluq t
əsnifat olmasına baxmayaraq və eləcə də bütün
avtomatlaşdırıılmış sistemlərdə müvəffəqiyyətlə tətbiq edilməsinə baxmayaraq
bir sıra nöqsanlara malikdir:
1. Yeni elm, texnika v
ə mədəniyyətin müasir inkişafı onluq çərçivəsinə
sığışmır.
2. H
ər bir bölmə və yarım bölmə yalnız on yerə bölündüyünə görə
yeni bilik sah
ələrini əks etdirmək üçün UOT-da ehtiyat rubrikalar yoxdur.
3. Ümumi bölgü olduqca mür
əkkəbdir.
4. Elml
ərin düzülüşündə məntiqi ardıcıllıq pozulub. Şöbələr qeyri-
b
ərabər yüklənir, xüsusən 5, 6, 7 şöbələr. Gələcəkdə 5 və 6-cı şöbədən bəzi
elm sah
ələrinin 4-cü şöbəyə keçirilməsi nəzərdə tutulur (4, 70).
Lakin bütün bunlara baxmayaraq Universal Onluq T
əsnifat
müv
əffəqiyyətlə tətbiq edilən təsnifat sistemi kimi qəbul edilir.
Rusiya kitabxanaşünasları XX əsrin 50-ci illərindən başlayaraq yeni
kitabxana-biblioqrafiya t
əsnifatı yaratmaqla məşğul olmuş və 60-cı illərin
sonunda bu işi başa çatdırmışlar.
T
əsnifatın yaradıcıları Rusiya Dövlət Kitabxanası, M.Y.Saltkov-Şedrin
adına Sankt- Peterburq Dövlət Kitabxanası, Rusiya Elmlər Akademiyası və
Rusiya Dövl
ət Kitab Palatasının kollektivləri olmuşdur (10, 111).
T
əsnifatda bütün bilik sahələri obyektiv aləmin tərkib hissələrinə
uyğun olaraq üç sahəyə bölünmüşdür.
1. Cansız təbiət haqqında elmlər – dəqiq elmlər
2. Canlı orqanizmlər haqqında elmlər –biologiya elmləri
3. C
əmiyyət haqqında elmlər – ictimai elmlər
1960-
cı illərdən etibarən Kitabxana-Biblioqrafiya Təsnifatı (KBT) nəşr
edilm
əyə başlamış və onun müxtəlif variantları çap edilmişdir. KBT-nin
əsasən 5 variantı hazırlanmışdır.
1.KBT. Tam variant (iri elmi kitabxanalar üçün –
25 buraxılış 30
kitabdan ibar
ət 1961-1968-ci illərdə çap edilmişdir)
2. KBT. Elmi kitabxanalar üçün qısaldılmış cədvəllər (5 buraxılış, 6
kitabdan ibar
ət 1969-1972- ci illərdə çap edilmişdir)
3. KBT. Vilay
ət kitabxanaları üçün (4 kitabdan ibarət, 1980-1983-cü
ill
ərdə çap edilmişdir)
4. KBT. Kütl
əvi kitabxanalar üçün 1 cilddə (ilk nəşri 1977-ci ildə çap
edilmişdir)
5. KBT. Uşaq və məktəb kitabxanaları üçün 1 cilddə ( ilk nəşri 1986-cı
ild
ə çap edilmişdir) (10,s.111-112)
KBT-nin tam n
əşrinin ümumi həcmi 500 çap vərəqindən ibarətdir.
T
əsnifatın hazırlanmasında 800-dən artıq alim (akademiklər, müxbir üzvləri,
elml
ər doktorları və namizədləri) məsləhətçi kimi iştirak etmişdir.
37
KBT-
nin elmi kitabxanalar variantının əsas cədvəlləri 21 şöbədən
ibar
ətdir. Elmlər təsnifatına uygun olaraq bu şöbələr aşağıdakı kimi
yerl
əşdirilmişdir:
A -
Əvvəllər bu şöbə marksizm-leninizm adlandırılmışdır. Hazırda
şöbənin
f
əaliyyəti dayandırılmışdır.
Б - Təbiətşünaslıq elmləri
B - Fizika-riyaziyyat elml
əri
Г - Kimya elmlər
Д - Yer haqqında elmlər
E - Biologiya elml
əri
Ж/0 - Texnika. Texniki elmlər
П - Kənd və meşə təsərrüfatı
P - S
əhiyyə. Tibb elmləri
C - Bütünlükd
ə ictimai elmlər
T - Tarix. Tarix elml
əri
У - İqtisadiyyat. İqtisadi elmlər
Ф - Siyasət. Siyasi elmlər
X - Dövl
ət və hüquq. Hüquq elmləri
Ц - Hərbi elm. Hərbi iş
Ч- Mədəniyyət. Elm. Maarif
Ш - Filologiya elmləri. Bədii ədəbiyyat
Щ - İncəsənət. Sənətşünaslıq
Э - Din. Ateizm
Ю - Fəlsəfə elmləri. Psixologiya
Я- Universal məzmunlu ədəbiyyat (2, 75).
T
əsnifatda böyük rus hərfləri ilə işarə edilmiş bütün şöbələr obyektiv
al
əmin tarixi inkişafı baxımından, yəni təbiət-cəmiyyət-təfəkkür silsiləsinə
əsasən qurulmuşdur.
KBT-nin mühüm hiss
əsini köməkçi tipik bölgü cədvəlləri
(t
əyinedicilər) təşkil edir. Tipik bölgü cədvəlləri əsas cədvəllərdən fərqli
olaraq ist
ənilən bilik sahəsinin ümumi cəhətlərini təsnifləşdirməyə imkan
verir. Ümumi tipik bölgül
ər təsnifatın əsas cədvəlləri vasitəsilə təsnifləşdirilən
ədəbiyyatın müəyyən tiplər üzrə qruplaşdırılmasını təmin edir. Bu bölgülər
formal v
ə mövzu bölgülərindən ibarətdir. Tematik bölgülərdə elmşünaslıq
m
əsələləri (məsələn, elmin metodologiyası, tarixi, təşkili və s.), formal
bölgül
ərdə isə sənədin forma və istiqaməti ( məsələn, müxtəlif biblioqrafik və
soraq materialları, nəşr növləri və s.) verilir. Ümumi tipik bölgü cədvəllərinin
şöbələri kiçik rus hərfləri ilə, sonrakı bölgüləri isə əlifba-rəqəm işarələri ilə
göst
ərilir.
38
KBT-d
ə ərazi tipik bölgülər də işlənmişdir. Bu bölgü əsasında
s
ənədləri məhəlli, ərazi əlamətlərinə görə təsnifləşdirmək olar. Cədvəldə ərazi
tipik bölgül
əri iki variantda işlənmişdir: təbiətşünaslıq elmləri üçün - fiziki
cografi rayonlara gör
ə; ictimai elmlər üçün – siyasi inzibati bölgülərə görə.
H
ər iki bölgüdə indekslər mötərizə içərisində rəqəmlərlə (...) işarə edilir.
T
əsnifatda xüsusi tipik bölgü cədvəlləri də vardır. KBT-nin sahəvi
buraxılışlarında bu cədvəllərin miqdarı 150-yə qədərdir. Xüsusi tipik bölgü
c
ədvəlləri əlaqədar şöbədə rubrikalardan sonra verilir.
KBT-nin tam n
əşrinin əlifba-predmet göstəricisi də verilmişdir. Bu
göst
əricidə 20 minə yaxın rubrika vardır.
Sonralar KBT-nin n
əşrləri bir qədər inkişaf etdirilərək kütləvi
kitabxanalar, uşaq və məktəb kitabxanaları üçün nəşrləri yaranır. Bu
variantlarda ixtisarlar aparılaraq bütün elm sahələri 9 şöbə daxilində
qruplaşdırılmışdır. Şöbələr ərəb rəqəmləri ilə işarə edilmişdir:
1. Ümumelmi v
ə fənnlərarası biliklər. Əvvəllər bu şöbə marksizm-
leninizm
adlandırılırdı
2. T
əbiətşünaslıq elmləri
3. Texnika. Texniki elml
ər
4. K
ənd və meşə təsərrüfatı
5. S
əhiyyə. Tibb elmləri
6/8. İctimai və humanitar elmlər
9. Biblioqrafik v
əsaitlər. Məlumat nəşrləri (10, 114-115).
Hazırda 1993-1995-ci illərdə ideoloji və siyasi aləmdə baş verən sosial
d
əyişiklikləri özündə əks etdirən KBT-nin yeni nəşrləri hazırlanır.
1998-
ci ilin oktyabrında KBT-nin nəşrinin 30 illiyinə həsr edilmiş
Beyn
əlxalq konfransda dünya standartlarına cavab verə bilən KBT-nin
n
əşrlərinin yeni variantlarının hazırlanması məsələsi irəli sürülmüşdür.
Əvvəlcə KBT-nin tam nəşrinin hazırlanması fikri əsas götürülmüşdür. Bu
variant m
əlum olduğu kimi 1960-1968-ci illərdə 30 kitabdan ibarət çap
edilmişdir. Belə bir həcmdə olan nəşrin çapı baha başa gəldiyindən qərara
alınmışdır ki, elmi kitabxanalar üçün olan variantının (1970-1972-ci illər, 6
kitabdan ibar
ət) təkrar çapı hazırlansın və burada tibb və kənd təsərrüfatı
şöbələrinin detallaşmasına xüsusi diqqət yetirilsin.
Bunun n
əticəsi olaraq Rusiyada elmi-tədqiqat mərkəzi KBT
c
ədvəllərinin yeniləşməsinə ictimai elmlər şöbəsindən başlamışdır. 2000-ci
ild
ən başlayaraq müəlliflər kollektivi arasında iş birliyi yaradılmışdır.
Elmi kitabxanalar üçun ixtisar edilmiş variantın nəşrinin 8 ciddən
ibar
ət çap edilməsi qərara alınmışdır. Ayrı-ayrı buraxılışlar üçün materialların
aşağıdakı qayda üzrə yerləşdirilməsi nəzərdə tutulmuşdur.
A,Я 1,9 Ümumelmi və fənnlərarası biliklər. Universal məzmunlu
ədəbiyyat.
39
Bu buraxılışda həmçinin giriş, tipik bölgülər cədvəli veriləcək.
Б/E 2 Təbiət elmləri.
Ж/O 3 Texnika. Texniki elmlər.
П/Р 4/5 Kənd və meşə təsərrüfatı. Kənd və meşə təsərrüfatı elmləri.
S
əhiyyə. Tibb elmləri.
C/T 60/63 İctimai elmlər ümumilikdə. Sosial fəlsəfə. Sosiologiya.
Statistika. Demoqrafiya. Tarix. Tarix elml
əri.
У/Ц 60/68 İqtisadiyyat. İqtisadi elmlər. Siyasət. Siyasi elm. Hüquq.
Hüquq elml
əri. Hərbi iş. Hərbi elm.
Ч/Ю 70/88 Mədəniyyət, elm, maarif. Filologiya elmləri. Bədii
ədəbiyyat. İncəsənət. İncəsənətşünaslıq. Din. Mistika. Azad düşüncə. Fəlsəfə.
Psixologiya. (3,s.32)
8-
сi cilddə bütün cildlərə aid toplu əlifba-predmet göstəricisi
veril
əcəkdir. Digər cildlərin hər birində də əlifba-predmet göstəricisinin
verilm
əsi nəzərdə tutulmuşdur.
Buraxılışlar hazırlandıqca çap edilir. Hər bir buraxılış çap edilib
istifad
əyə verildikcə ona dair əlavə və dəyişikliklər də çap ediləcəkdir.
XXI
əsrdə yaşadığımızı nəzərə alaraq modernləşmə prosesini
dayandırmaq olmaz. Biz həmişə yeni problemlərlə üzləşirik, ona görə də bütün
bu probleml
ər təsnifat cədvəllərində öz əksini tapmalıdır.
T
əsnifat cədvəlinin bu variantı bütün kitabxanalar üçün (universal,
elmi, milli, kütl
əvi kitabxanalar və s.) nəzərdə tutulmuşdur. 2001-ci ildən
başlayaraq KBT-nin buraxılışlarla nəşrləri çap edilir.
Qeyd etm
ək lazımdır ki, adları qeyd edilən təsnifat sistemlrindən UOT
v
ə KBT respublikamızın kitabxanalarında geniş tətbiq edilmişdir. Universal
Onluq T
əsnifat Azərbaycanda ötən əsrin 20-ci illərindən başlayaraq elmi,
xüsusi v
ə kütləvi kitabxanalarında tətbiq edilməyə başlamışdır. 1950-ci illərin
sonuna q
ədər demək olar ki, respublikanın bütün tədris, elmi və xüsusi
kitabxanalarında sənədlərin sistemləşdirilməsi və kataloqlaşdırılması
Universal Onluq T
əsnifat üzrə aparılmışdır. Lakin 1960-cı illərdən etibarən
Rusiyada yeni t
əsnifatın yaradılması ilə əlaqədar olaraq Universal Onluq
T
əsnifatın elmi və xüsusilə də kütləvi kitabxanalarda tətbiqini
m
əhdudlaşdırmışdır. Çünki, bu təsnifat cədvəlləri bütün kitabxanalarda
m
əcburi olaraq tətbiq edilirdi. Lakin elmi-texniki tərəqqinin durmadan
inkişafı, informasiya tələbatçılarının mürəkkəb və çoxsahəli sorğularının tam
öd
ənilməsi məqsədilə keçmiş SSRİ Nazirlər Soveti 11 may 1962-ci il tarixində
“Ölk
ədə elmi-texniki məlumatın yaxşılaşdırılması haqqında” qərar qəbul
etmişdir. Qərara müvafiq olaraq UOT ölkədə təbiətşünaslıq və texniki
ədəbiyyatın təsnifləşdirilməsində texniki, tibb, kənd təsərrüfatı kitabxanaları
v
ə elmi-texniki informasiya orqanları üçün vahid təsnifat sistemi kimi qəbul
edilmişdir (10, 115). 1962-ci il qərarına müvafiq olaraq Respublikanın bir
40
sıra kitabxanalarında Azərbaycan Dövlət Neft Akademiyasının, Respublika
Elmi Texniki Kitabxanasının, Azərbaycan Dövlət Tibb Universitetinin, Bakı
Dövl
ət Universitetinin, Respublika Tibb kitabxanasında təbiətşünaslıq və
texniki
ədəbiyyatın sistemləşdirilməsi UOT üzrə aparılır. İctimai və humanitar
elml
ərə dair ədəbiyyatın təsnifləşdirilməsində isə KBT tətbiq edilir.
Respublikanın digər elmi və xüsusi kitabxanalarında (məsələn,
M.F.Axundov adına Milli Kitabxanada, Azərbaycan Milli Elmlər
Akademiyasının Mərkəzi Elmi Kitabxanasında)1960-cı illərdən, kütləvi
kitabxanalarda is
ə 1980-ci illərdən Kitabxana Biblioqrafiya təsnifatı tətbiq
edilir.
Bel
əliklə, bütün bu deyilənlərdən məlum olur ki, müasir dövrdə
kitabxanalarımızda tətbiq edilən təsnifat cədvəlləri içərisində Universal Onluq
T
əsnifat və Kitabxana Biblioqrafiya Təsnifatı xüsusi yer tutur. Bu təsnifat
c
ədvəlləri yarandığı dövrdən müntəzəm olaraq təkmilləşir.
ƏDƏBİYYAT
1. “Az
ərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013 illərdə inkişafı
üzr
ə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin
S
ərəncamı // Respublika. – 2008. – 7 oktyabr.
2.
Библиотечно-библиографическая классификация :Таблицы для научных библиотек:
Вып.1: Введение.- М.,1968.- 300 с.
3. Библиотечно-библиографическая классификация :Средние таблицы: Практическое
пособие / Рос. Гос. б-ка, Б-ка Рос.акад. наук.- Вып.1. С/Т Социальные науки в целом.
(Обществознание). История и исторические науки.- М.: Изд-во Либерея, 2001.- 320 с.
4. Əliyev A. Universal Onluq Təsnifat (UOT) : Yaranması, quruluşu və təşkili prinsipləri //
Kitabxanaşünaslıq və biblioqrafiya.-1998.- №1.- S.65-74.
5. X
ələfov A. Kitabxanaşünaslığa giriş: 3 his-də: h.1-2. Kitabxanaşünaslıgın nəzəri əsasları.
Kitabxana işi haqqında təlim.- B.: BDU nəşr-tı, 2001,-398 s.
6. X
ələfov A. Kitabxanaşünaslığa giriş:3 his-də: h.3. Kitabxana işi haqqında təlim .- B.: BDU
n
əşr-tı, 2003.-312 s.
7. X
ələfov A. İnformasiya cəmiyyətinin formalaşmasında kitabxanaların vəzifələri //
Kitabxanaşünaslıq və biblioqrafiya.-2005.-№2.- S. 5-17.
8.X
ələfov A. Bakı Dövlət Universitetinin Elmi Kitabxanası 90 il elm və təhsilin xidmətində /
Red. K.As
ıan; M.Məmmədov; Rəyçi S.İbrahimova.-B.: BDU nəşr-tı, 2009.- 210 s.
9. Kitabxana işi haqqında Azərbaycan Respublikasının qanunu // Azərbaycan.- 1999.- 14 mart.
10. Kitabxanaşünaslıq :(Kitabxana kataloqları): Dərs vəsaitləri / A.Xələfovun red. İlə.- B.:
BDU n
əşr-tı, 1996.- 210 s.
11. Mehdiyev C.M. Elmi-texniki m
əlumatın təşkili və axtarışı sistemləri /C.M. Mehdiyev,
Ə.M. Rüstəmov.- B.: Maarif, 1976.- 258 s.
12.Mustafayeva, S.M. Normativ-texniki s
ənədlərin təsviri və təsnifləşdirilməsi: Dərs vəsaiti /
Elmi
red. Ə.M.Rüstəmov; Red. T.F.Quliyev.- B.: BDU nəşr-tı, 2001.- 214 s.
41
13. Mustafayeva S.M. Respublika kitabxanalarında KBT-nin müasir vəziyyəti və
t
əkmilləşdirilməsi məsələləri // Kitabxanaşünaslıq və biblioqrafiya.- 1997.- № 1.- S.130-134.
14.Mustafayeva S.M. Kitabxana biblioqrafiya t
əsnifatı: yeniliklər və dəyişikliklər //
Kitabxanaşünaslıq və biblioqrafiya.-2009.-N2.- S.82-93.
15.
Универсальная десятичная классификация : Сокращенные таблицы.- М.: Книжная
палата, 1962.- 450с.
С.МУСТАФАЕВА
СОВРЕМЕННЫЕ КЛАССИФИКАЦИОННЫЕ
СИСТЕМЫ И ИХ ПРИМЕНЕНИЕ
РЕЗЮМЕ
В
статье
освещаются
возникновение
и
развитие
современных
классификационных систем. Широко характеризуются классификация М.Дьи,
Универсальная Десятичная Классификация и Библиотечно-библиографическая
классификация. А также говорится об их применении в библиотеках республики.
S.MUSTAFAYEVA
MODERN CLASSIFICATION
SYSTEMS AND APPLICATIONS
SUMMARY
The paper highlights the emergence and development of modern classification systems.
Widely characterized classification M.Di, Universal Decimal Classification and bibliographic
classification. And also describes their use in the libraries of the country.
Dostları ilə paylaş: |