18
nir, barmaqları bükən əzələlərin (səthi və də-
rin) və baş barmağı bükən
uzun əzələnin və-
tərləri keçir (
şək. 22
). Uzunluğu, orta hesab-
la, 2,5 sm olan bu kanal əsası proksimal tə-
rəfə çevrilmiş kəsik konus formasındadır.
Onun girəcək hissəsinin eni 2,0 – 2,5 sm, çı-
xacaq hissəsinin eni isə 1,8 – 2,0 sm – dir.
Bilək kanalının divarları ilə əzələ vətərləri-
nin fassial örtüyü arasında kövşək toxuma
sahələri yerləşir. Bu toxuma sahələrindən
praktik baxımdan ən əhəmiyyətlisi bükücü
əzələlərin vətərlərinin arasında yerləşən və
50% hallarda Paron – Piroqov
toxuma sahəsi
ilə birləşən dərin toxuma yarığıdır. Bu
sahədə yerləşən sinovial kisələrin və
vətərlərin irinli iltihabı
zamanı irin Paron –
Piroqovun toxuma sahəsinə keçə bilir.
Bilək kanalında orta sinir baş barmağı
bükən uzun əzələ ilə barmaqları bükən səthi
və dərin əzələlərin sinovial vətər yataqlarının
arasında yerləşdiyindən barmaqların intensiv
hərəkətləri tələb olunan peşə sahiblərində
(makinaçılarda, piano və qarmon ifaçıların-
da) əzələlərin yorulması nəticəsində sıxılır
və ağrılara səbəb olur. Buna «
bilək kanalı
sindromu» deyilir.
Biş tоxuması (yanağın piy cismi – cor-
pus adiposum buccae) yanaq əzələsi ilə
çeynəmə əzələsi arasında nazik fassial səf-
hənin daxilində yerləşir
(şək. 23)
. Yanağın
piy cisminin üç çıxıntısı vardır: a) gicgah çı-
xıntısı – almacıq qövsünün altından göz yu-
vasının bayır divarına keçir; b) göz yuvası
çıxıntısı – üzün dərin
nahiyəsində yerləşir və
Şəkil 22. Bilək kanalı
1 – radius; 2 – tendo m.palmaris longus; 3 – a.radialis;
4 – r.palmaris superficialis a.radialis; 5 – tendo m. flexor
carpi radialis; 6 – n.medianus; 7 – tendo m.flexor pollicis
longus; 8 – aponeurosis palmaris; 9 – tuberculum ossis sca-
phoidea; 10 – tuberculum ossis trapezii; 11 – retinaculum
flexorum; 12 – hamulus ossis hamati; 13 – r.palmaris profun-
dus a.ulnaris; 14 – r.profundus n.ulnaris; 15 – os pisiforme;
16 – tendines m.flexor digitorum superficialis; 17 – tendines
m.flexor digitorum profundus; 18 – tendo m.flexor
carpi ul-
naris; 19 – n.ulnaris; 20 – a.ulnaris; 21 – membrana in-
terossea; 22 – ulna.
Şəkil 23. Biş toxuması (yanağın piy cismi)
1 – processus orbitalis; 2 – göz yuvasıaltı toxuma;
3 – köpək çuxuru toxuma sahəsi; 4 – processus pterygopa-
latinus; 5 – corpus adiposum buccae; 6 – əzələarası toxuma
sahəsi; 7 – çeynəmə əzələaltı toxuma sahəsi; 8 – qulaqaltı
vəzi yatağı; 9 – textus parapharyngealis anterior; 10 – textus
interpterygoidea; 11 – textus temporopterygoidea;
12 – processus temporalis corpus adiposum buccae.
19
göz yuvasının aşağı yarığı vasitəsilə göz yu-
vası ilə əlaqələnir; c) qanad – damaq çıxıntı-
sı eyniadlı çuxura daxil olur. Bəzən qanad –
damaq çıxıntısı kəllə boşluğuna keçərək ma-
ğaralı cibə söykənir, bu, isə üzdə olan fleq-
monoz proseslərin
kəllə boşluğuna keçərək
mağaralı cibə yayılmasına səbəb ola bilər.
Yanaqdakı irinli proseslər piy cisminin gic-
gah çıxıntısı boyunca üzün dərin nahiyəsinə,
buradan gicgah nahiyəsinin dərin toxuma sa-
həsinə, göz yuvası çıxıntısı boyunca isə göz
yuvasına yayıla bilər.
Yanağın piy cisminin fizioloji əhəmiy-
yəti də vardır. Belə ki, uşaqlarda yanağın piy
cismi daha yaxşı inkişaf edir. Bu, isə yanağa
girdəlik verir və ağız
boşluğunda atmosfer
təzyiqinin azalmasına səbəb olaraq əmmə
prosesini təmin edir.
Bizəbənzər çıxıntı (processus styloi-
deus) mil, dirsək və gicgah sümükləri üzə-
rində yerləşir (
şək. 24
). Pinəçi bizinə bənzə-
diyi üçün belə adlandırılır. Bu termin gicgah
sümüyünün biz çıxıntısı üçün daha uyğun-
dur. Gicgah sümüyünün biz çıxıntısından
əzələlər və bağlar başlanır və onlar hamısı
birlikdə gül dəstəsi adlanır. Mil sümüyünün
biz çıxıntısı daha çox sınıqlara məruz qalır.
Bu zaman sınıq nahiyəsinə yandan baxdıqda
ətraf
süngüyə bənzəyir, əl öz yerini milə
doğru dəyişir, ətraf isə supinasiya vəziyyəti
alır. Digər tərəfdən, sınan zaman mil sümü-
yünün biz çıxıntısı proksimal tərəfə yerini
dəyişdiyindən dirsək sümüyünün biz çıxın-
tısı ilə eyni səviyyədə yerləşir (normada mil
sümüyünün biz çıxıntısı dirsək sümüyünün
eyniadlı çıxıntısından aşağıda yerləşir). Bu-
nun adı çəkilən sınığın diaqnostikasında bö-
yük praktik əhəmiyyəti vardır.
Həmçinin,
mil və dirsək sümüklərinin biz çıxıntıların-
dan mil – bilək oynağının dəri üzərində pro-
yeksiyasını təyin etmək üçün xarici oriyentir
kimi də istifadə edilir.
Blelok – Meşalkin tikişi çevirici damar
tikişi olub, damarların tikiləcək uclarının çox
qısa olduğu hallarda, damarın arxa divarını
tikmək üçün istifadə olunur. Damarın arxa
divarına çevirici tikiş qoyan zaman onun
daxili qişasının maksimum adaptasiyasına
Şəkil 24. Mil, gicgah və dirsək sümüklərinin
bizəbənzər çıxıntısı (1)
Şəkil 25. Blelok
–
Meşalkin tikişi
20
nail olunur. Bu, fasiləsiz П –
vari və ya
döşək tikişləri qoymaqla əldə olunur. Bu növ
tikiş, damar kənarlarını maksimum adaptasi-
ya etməklə və damarın mənfəzində yad ma-
terialların qalmasının qarşısını almaqla bə-
rabər, çox vaxt anastomoz nahiyəsində da-
ralmanın əmələ gəlməsinə səbəb olur (
şək. 25
).
Boxdalek yarığı (bel – qabırğa üçbu-
cağı – trigonum lumbocostalis) hər iki tə-
rəfdə diafraqmanın bel hissəsi ayaqcıqlarının
bayır dəstəsi ilə qabırğa hissəsi arasında
əmələ gələn üçbucaqşəkilli sahədir (
şək. 26
).
Bu üçbucaq nahiyəsində əzələ lifləri yoxdur
və o, döş boşluğu tərəfdən döşdaxili fassiya,
qarın boşluğu tərəfdən isə qarındaxili fassiya
ilə ortülmüşdür.
Ona görə də, digər hissələrə
Şəkil 26. Diafraqma
1 – diafraqmanın bel hissəsi; 2 – aşağı boş vena ; 3 – qida borusu; 4 – aorta; 5, 11 – sağ və sol bel qabırğa üçbucaqları
(Boxdalek yarığı); 6 – vətərli mərkəz; 7 – sağ döş – qabırğa üçbucağı (Morqan yarığı); 8 – diafraqmanın döş hissəsi;
9 – sol döş – qabırğa üçbucağı (Larrey yarığı); 10 – diafraqmanın qabırğa hissəsi.
Şəkil 27. Ürəyin öndən görünüşü (Botal axacağı oxla
göstərilmişdir).
1 – aorta; 2 – ağ ciyər kötüyü