Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə3/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   2   3   4   5   6   7   8   9   ...   147

Filologiya məsələləri, 2017 
 
7
dil elementləri başa düşülür. Fava tanınmış dilçilərin illokutiv güclərin 
göstəriciləri kimi fel şəkilləri barədə (C.Ostin), xalis semantema kimi felin şəkli 
və imperativi barədə (E.Benvenist) fikirlərini ümumiləşdirir. Fava illokutiv 
gücün göstəricilərinin şərhində oxşarlıq və fərqliliyi qeyd edir, D.Devidson isə 
cümlənin formasını və funksiyasını fərqləndirir – təsdiq etmək, əmr vermək, arzu 
ifadə etmək, suallar vermək. Felin şəkilləri cümləni təsnif edir, funksiyalar isə 
söyləmi təsnif edir. Digər həll təklif edənlər nitq aktları nəzəriyyəsini generativ 
qrammatikada  şərh etməyə  cəhd göstərirlər. Danışığı  və bu zaman edilən 
hərəkəti  fərqləndirərək C.Seydok sual imperativlərini, sual deklaritvlərini, 
impozitivləri, psevdoimperativləri və başqalarını  fərqləndirir. Qrammatik 
struktur və illoktutiv güc arasında korrelyasiyaları  təsəvvürün daha 
ümumiləşdirici formalarına calamaq tendensiyası daha çox yayılmışdır. 
Qrammatik struktur və illokutiv güc arasında sərhədlər silinmiş kimi görünür. 
Söyləmin illokutiv gücünün göstəriciləri kimi ara sözlərin sintaksisi və 
semantikası rus-italyan paralelləri aspektində xüsusi tədqiqat predmetinə 
çevrilir (17,79-100). 
Rusiyada koqnitivliyin öyrənilməsi xarici alimlərin  əsərlərinin tərcüməsi 
ilə stimullaşdırılır.(6,8,9) Məsələn, R.Lanqaker koqnitiv qrammatikasında 
semantika problemlərinə diqqət yetirərək, mənaların qarşılıqlı  əlaqəsinin 
koqnitiv mexanizmlərini  ətraflı surətdə  təhlil edir. "Koqnitiv qrammatika 
danışanan dilin mövcud şərtlərini bilməsini səciyyələndirməyə  cəhd göstərir. 
Koqnitiv qrammatika ayrı-ayrı morfoloji yaxud sintaktik vahidlərin mövcud 
olmasını postulat kimi qəbul etmir. Öz təbiətinə görə rəmzi qrammatik struktur 
(morfologiya və sintaksis) leksikonla birlikdə simvolik vahidlərin kontinuumunu 
əmələ  gətirir ki, onlardan hər biri semantik və fonoloji qütbə malikdir. 
Qrammatik modellər yaxud qaydalar sxematik simvolik vahidlər formasında 
təqdim olunur, onların strukturu bu modelləri konketləşdirən ifadələrin 
strukturunu təkrar edir. Belə sxematik vahidlər ümumiləşdirməni tutur, ümumi 
olanı  təmsil edir, həmçinin  şablon kimi çıxış edir ki, danışan bundan düzgün 
tipli ifadələrin yaradılması  və qiymətləndirilməsi zamanı istifadə edə bilər 
(8,73-74). Beləliklə, koqnitvlik mətnlə  şüurlu manipulyasiya etmənin yeni 
imkanlarını açır. 
Koqnitiv dilçilik üzrə son fundamental əsərlərdən biri E.S.Kubryakovanın 
tədqiqatlarıdır. Kubryakova koqnitiv dilçiliyi koqnitiv elmin təsiri altında 
formalaşan elmi biliyin posttörədici paradiqması kimi müəyyənləşdirir, özü də 
koqnitivlik dedikdə  kənardan daxil olan informasiyanı emal edən mental 
proseslərin cəmini başa düşür. Məhz  dil insan şüuru və  əqlinin koqnitiv 
(konseptual) strukturları barədə  məlumatların mənbəyidir (13,34-37). Məhz 
buna görə dil kateqoriyalaşdırması, Kubryakovanın haqlı olaraq yazdığı kimi, 
"biliyin məzmun strukturlarına" izomorf kimi  başa düşülə bilər. Kubryakovanın 
konsepsiyasının yeniliyi ondan ibaətdir ki, koqnitivizm ideyaları diskursun kom-


Filologiya məsələləri, 2017 
 
8
munikativ təhlili ilə sintez olur, buna görə kitabda nitq hissələrinə koqnitiv və 
diskursiv törəmələr kimi baxılır və konsepsiyanın özü isə diskursiv-koqnitiv 
adlandırılır. Kubryakova nitqin yaranmasının koqnitiv və diskursiv 
mexanizmlərini təhlil edərək, törədici dilçilik nümayəndələri ilə, Xomski və onun 
ardıcılları ilə mübahisəyə girişir; koqnitiv strukturlar biliyi, onun fikrincə, 
diskursdan əvvəl gəlir(13,41-47). 
Son dövr linqvistik tədqiqatlarda mətn dilçiliyinin iki əsas mərhələsi qeyd 
olunur. “Birinci mərhələ mətnin funksional –praqmatik səviyyədə öyrənilməsi; 
ikinci mərhələ mətnin koqnitiv  səviyyədə araşdırılmasıdır. Mətnin funksional-
praqmatik araşdırılmaları  Avropa və rus dilçiliyində    əsasən bədii mətnlər 
üzərində aparılıb. Lakin hazırda mətn praqmatikasına mətn və ədəbi prosesin 
digər subyektləri arasındakı  əlaqəni təsvir edən kommunikativ modelin bir 
hissəsi kimi baxan yanaşma daha perspektivli görünür(14,108).  
Koqnitiv dilçiliyin təşəkkülü və inkişafı barədə, mətnə koqnitiv 
yanaşmanın mahiyyəti və onun kateqorial aparatına dair təsəvvürlər  Avropa və 
rus dilçiliyində yeni formalaşsa da, artıq bu emin yeni istiqamətləri haqqında 
bir sıra məqalələr çap olunmuşdur.  
 
 Voronej universitetinin  "Filoloji araşdırmaları"nda  koqnitiv dilçiliyin 
obyekti  barədə  belə ümumiləşmə  təklif olunur: Koqnitiv dilçiliyin əsas 
onyektini nitq-fikir fəaliyyətinin mexanizmləri, nitqin yaranması və anladılması 
prosesləridir. Onun əsas məqsədi dilin semantik sistemində (leksik və 
qrammatik mənalarda) möhkəmləndirilmiş dil biliyinin qeyri-dil biliyi ilə necə 
bağlı olduğunu təbii dilin mental dilə (fikir dilinə) təsirini anlamaqdır(6, 27). 
E.S. Sobolyevanın fikrincə, həm obyektiv, həm də subyektiv reallığı  əks 
etdirən freymləri təsvir ekmək olar.   freym-vəziyyətləri və freym-ideyaları 
araşdıran müəllif  ona əsaslanır ki,  freym kompleksləri mətnaltı informasiyanın 
formalaşmasının  əsasıdır . Məlumdur ki, produsient və resipient hər hansı 
hadisələr barədə   faktual informasiyanın özünü deyil, bu hadisələrin  şəxsi 
interpretasiyasını qeydiyyata alırlar. " Söyləmin əməlyat işlənməsi" (Van Deyk) 
dil materiallarının qavranıılması  və onun interpretasiyasının eyni vaxtda baş 
verməsi ilə  fərqlənir.  müəllifə görə, mətnin təşkili zamanı koqnitiv yanaşma 
çərçivəsindən kənara çıxmaq lazımdır. Yəni mətnə psixolinqvistik yanaşma 
lazımdır ki,  bu zaman  mətnə müəllif şüuru obrazlarının verballaşdırılması kimi 
baxılır.mətnin qavranılması isə müəəllifin və resipientin şüurlarının ümumiliyi 
ilə şərtlənir. O cümlədən koqnitiv təhlilin psixiolinqvistik təhlillə kəsişməsində 
reklam mətnlərinin örənilməsində daha çox tətbiq edilir(13, 230-231). 
Beləliklə, qrammatika vizual qavrama sistemi kimi digər koqnitiv 
sistemlərin sırasında qəbul olunur, bu fikirlər tədqiqatçıları insan şüurunda  
konseptual strukturun ümumi təbiəti barədə fikirə gətirib çıxarır. Bu ideya hal-
hazırda tam qəbul olunmayıb. Pyatiqorsk linqvistik universiteti "Koqnitiv 
paradiqma" adlı beynəlxalq konfransın proqramına koqnitiv fəlsəfə, koqnitiv 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə