52
qtisadi sanksiyalar
Rəhbər:__________________________
Baş
mühasib:_________________________
Hesabatın “Sığorta haqları (mükafatları)” maddəsində sığorta təşkilatının
bağladığı müqavilələr üzrə həqiqi daxil olmuş sığorta haqlarının
məbləği,təkrarsığortaya qəbul edilmiş risklər üzrə haqların məbləği göstərilir.
“Sığorta ehtiyatlarının qaytarılması” maddəsində sığortaçı tərəfindən sığorta
ödənişlərinə yönəldilən sığorta ehtiyatlarının qaytarılması(azaldılması) məbləğləri
göstərilir.
“Sığorta ehtiyatlarının investisiyaya qoyulmasından əldə edilən gəlirlər”
maddəsində sığorta ehtiyatlarının uzunmüddətli və qısamüddətli maliyyə qoyuluşları
şə
klində investisiyaya qoyulmasından sığorta təşkilatının hesabat dövründə aldığı
həqiqi gəlir məbləği göstərilir.
“Sığorta fəaliyyətindən əldə edilən sair gəlirlər” maddəsində riskləri
təkrarsığortaya verən sığorta təşkilatları ,yəni sedentlər aşağıdakıları göstərirlər :
təkrarsığortaya verilmiş risklər üzrə alınmış komissyon faiz mükafatları
məbləğlərini,təkrarsığortaya verilmiş risklər üzrə tutulmuş mükafat ehtiyatlarına görə
borc məbləğlərini ,yəni təkrarsığortaçıya verildikdə yaranmış mükafat
ehtiyatı.Təkrarsığortaçı kimi fəaliyyət göstərən sığorta təşkilatı “Sığorta
fəaliyyətindən əldə edilən sair gəlirlər “sətrində depozitə qoyulmuş ödənilmiş borc
məbləğlərini ,riskləri təkrarsığortaçıya verəndən(sedentən) daxil olmuş mükafat
ehtiyatlarının faiz məbləğlərini göstərirlər.
“Sair gəlirlər “ maddəsində hesabatın başqa gəlir maddələrinə göstərilməyən gəlir
və daxilolmaların bütün növləri göstərilir.
“ Verilmiş sığorta ödənişləri və məbləğləri ” maddəsində hesabat dövründə bütün
sığorta növləri üzrə həqiqi verilmiş ödənişlər göstərilir.
53
“Sığorta ehtiyatlarına ayırmalar” maddəsində sığorta müqavilələri üzrə ödənişlərin
verilməsini təmin etmək üçün sığorta təşkilatı tərəfindən yaradılmış sığorta
ehtiyatlarına sığorta haqlarından ayırmalar göstərilir.
“Qarşısıalınma tədbirlərinin maliyyələşdirilməsi üçün ehtiyatlara ayırmalar”
maddəsində qanunvericiliyə müvafiq təbii fəlakətlərin,bədbəxt hadisələrin və s. baş
verməsinin qarşısıalınma tədbirlərinin maliyyələşdirilməsi üçün müəyyən edilmiş
sığorta haqlarından ayırmalar göstərilir. “ şlərin aparılması xərcləri “ maddəsində
sığorta əməliyyatlarının aparılması,sığorta müqavilələrinin rəsmiləşdirilməsi ,sığorta
təşkilatlarının idarə olunması xərcləri göstərilir.
“Sığorta fəaliyyəti üzrə sair xərclər” maddəsində riskləri təkrarsığortaya verən
sığorta təşkilatının,sedentin depozitə qoyulmuş mükafat borclarının ödənilmiş
məbləğləri,təkrarsığortaya verilmiş risklər üzrə mükafat ehtiyatlarına hesablanmış
faiz məbləğləri göstərilir.Təkrarsığortaçı kimi fəaliyyət göstərən sığorta təşkilatları
“Sığorta fəaliyyəti üzrə sair xərclər” maddəsində təkrarsığortaya qəbul edilmiş
risklər üzrə zərər hissələrinin ödəniş məbləğləri ,təkrarsığortaya qəbul edilmiş
müqavilə üzrə təkrarsığortaya verənə-sedentə ödənilmiş komissyon və broker faiz
mükafatları məbləğləri,təkrarsığortaya qəbul edilmiş risklər üzrə depozitə qoyulmuş
faiz məbləğlərini göstərirlər.
“Sair xərclər maddəsində” ödənilmiş cərimələrin ,peniyaların,dəbbə pulunun və
başqa iqtisadi sanksiyaların ,valyuta hesabları və xarici valyuta əməliyyatları üzrə
məzənnə fərqləri ,təbii fəlakətlərdən zərərlərin,borcların və debitor borcların
silinməsindən itkilər,qüvvədə olan qanunvericiliyə müvafiq maliyyə nəticələrinə aid
edilən sair itkilər və xərclər göstərilir.
“ Balans mənfəəti” maddəsində müvafiq gəlir və xərc maddələrinin məlumatlarının
fərqi kimi təyin edilən ,hesabat ilinin əvvəlində artan yekunla sığorta təşkilatının
mənfəəti(gəliri) göstərilir.
“ Balans zərəri” maddəsində müvafiq gəlir və xərc maddələrinin məlumatlarınnı
fərqi kimi təyin edilən ,hesabat ilinin əvvəlindən azalan yekunla sığorta təşkilatının
zərəri göstərilir. Balansın “Mənfəətdən istifadə” bölməsində mənfəətin istifadəsinin
54
ə
sas istiqamətləri üzrə məbləğlərin şifr açılışı göstərilir.Mənfəət hesabına büdcəyə
mənfəətdən çatası vergi və başqa tədiyyələrin məbləğləri:yığım və istehlak
fondlarının yaradılmasına ayırmalar,o cümlədən büdcəyə ödəmələr üzrə
xərclər(cərimə sanksiyaları,mənfəətin əsas olmadan aşağı salınması və ya digər vergi
ödəyici obyektlərin sayının azaldılması,bücəyə keçirilməli cərimə sanksiyalarının
digər növləri) göstərilir. “Büdcəyə ödəmələr” bölməsində bütün mənbələr hesabına
sığorta təşkilatı tərəfindən büdcəyə köçürülən ödəmələr göstərilir.“Mənfəətdən vergi
üzrə güzəştlər hesablandıqda nəzərə alınan itkilər və xərclər” bölməsində xalis
mənfəətə güzəşt hesablandıqda qəbul edilən itki və xərclərin məbləğləri göstərilir
2.3. Sığorta təşkilatlarının ödəmə qabiliyyətinin mövcud
vəziyyətinin təhlili
Sığortaçının ödəniş qabiliyyətli olması onun sığorta müqaviləsi üzrə sığorta
etdirən və ya sığorta olunmuş şəxsə sığorta məbləği və ya sığorta ödənişinin
ödənməsi üzrə vəzifəsinin vaxtında və tam həcmdə icrasına əsaslanır.Məhz
sığorta kompaniyasının ödəniş qabiliyyətinı malik olması sığorta nəzarəti
orqanları tərəfindən onun əsas nəzarət obyektinə çevrilməsinə şərait yaradır.Bu
növ nəzarət sığortaçıların maliyyə sabitliyini xarakterizə edən maliyyə
hesabatının yoxlanılması və müəyyən olunmuş göstəricilərə riayət olunması
üsulu vasitəsilə həyata keçirilir.Bir çox iqtisadi ədəbiyyatlarda sığortaçının
maliyyə sabitliyinə və ödəmə qabiliyyətinə təsir göstərən amilləri iki qrupa-
xarici və daxili amilə bölürlər. Xarici amillər sığorta təşkilatından,onun işinin
səmərəliliyindən asılı olmayan amillərdir.Bunlara müxtəlif iqtisadi,siyasi
amillər ,qanunverici baza və s. aiddir.
Xarici amillərdən fərqli olaraq daxili amillər sığorta təşkilatının konkret
fəaliyyətindən asılıdır. Onlara aşağıdakıları aid etmək olar:
-anderrayter siyasəti,
-tariflərin müəyyən edilməsindəki siyasət,