Microsoft Word aliyeva gulsen docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə18/29
tarix14.09.2018
ölçüsü0,55 Mb.
#68242
1   ...   14   15   16   17   18   19   20   21   ...   29

 

52 


 

qtisadi sanksiyalar 

 

 

 

                                Rəhbər:__________________________ 



   Baş mühasib:_________________________ 

 

 



     Hesabatın “Sığorta haqları (mükafatları)” maddəsində sığorta təşkilatının 

bağladığı müqavilələr üzrə həqiqi daxil olmuş sığorta haqlarının 

məbləği,təkrarsığortaya qəbul edilmiş risklər üzrə haqların məbləği göstərilir. 

     “Sığorta ehtiyatlarının qaytarılması” maddəsində sığortaçı tərəfindən sığorta 

ödənişlərinə yönəldilən sığorta ehtiyatlarının qaytarılması(azaldılması) məbləğləri 

göstərilir. 

     “Sığorta ehtiyatlarının investisiyaya qoyulmasından əldə edilən gəlirlər” 

maddəsində sığorta ehtiyatlarının uzunmüddətli və qısamüddətli maliyyə qoyuluşları 

şə

klində investisiyaya qoyulmasından sığorta təşkilatının hesabat dövründə aldığı 



həqiqi gəlir məbləği göstərilir. 

     “Sığorta fəaliyyətindən əldə edilən sair gəlirlər” maddəsində riskləri 

təkrarsığortaya verən  sığorta təşkilatları ,yəni sedentlər aşağıdakıları göstərirlər :              

təkrarsığortaya verilmiş risklər üzrə alınmış komissyon faiz mükafatları 

məbləğlərini,təkrarsığortaya verilmiş risklər üzrə tutulmuş mükafat ehtiyatlarına görə 

borc məbləğlərini ,yəni təkrarsığortaçıya verildikdə yaranmış mükafat 

ehtiyatı.Təkrarsığortaçı kimi fəaliyyət göstərən sığorta təşkilatı “Sığorta 

fəaliyyətindən əldə edilən sair gəlirlər “sətrində depozitə qoyulmuş ödənilmiş borc 

məbləğlərini ,riskləri təkrarsığortaçıya verəndən(sedentən) daxil olmuş mükafat 

ehtiyatlarının faiz məbləğlərini göstərirlər. 

      “Sair gəlirlər “ maddəsində hesabatın başqa gəlir maddələrinə göstərilməyən gəlir 

və daxilolmaların  bütün növləri göstərilir. 

      “ Verilmiş sığorta ödənişləri və məbləğləri ” maddəsində hesabat dövründə bütün 

sığorta növləri üzrə həqiqi verilmiş ödənişlər göstərilir. 




 

53 


 

     “Sığorta ehtiyatlarına ayırmalar” maddəsində sığorta müqavilələri üzrə ödənişlərin 

verilməsini təmin etmək üçün sığorta təşkilatı tərəfindən yaradılmış sığorta 

ehtiyatlarına sığorta haqlarından ayırmalar göstərilir. 

    “Qarşısıalınma tədbirlərinin maliyyələşdirilməsi üçün ehtiyatlara ayırmalar” 

maddəsində qanunvericiliyə müvafiq təbii fəlakətlərin,bədbəxt hadisələrin və s. baş 

verməsinin qarşısıalınma tədbirlərinin maliyyələşdirilməsi üçün müəyyən edilmiş 

sığorta haqlarından ayırmalar göstərilir.   “ şlərin aparılması xərcləri “ maddəsində 

sığorta əməliyyatlarının aparılması,sığorta müqavilələrinin rəsmiləşdirilməsi ,sığorta 

təşkilatlarının idarə olunması xərcləri göstərilir. 

     “Sığorta fəaliyyəti üzrə sair xərclər” maddəsində riskləri təkrarsığortaya verən 

sığorta təşkilatının,sedentin depozitə qoyulmuş mükafat  borclarının ödənilmiş 

məbləğləri,təkrarsığortaya verilmiş risklər üzrə mükafat ehtiyatlarına hesablanmış 

faiz məbləğləri göstərilir.Təkrarsığortaçı kimi fəaliyyət göstərən sığorta təşkilatları       

“Sığorta fəaliyyəti üzrə sair xərclər”  maddəsində təkrarsığortaya qəbul edilmiş 

risklər üzrə zərər hissələrinin ödəniş məbləğləri ,təkrarsığortaya qəbul edilmiş 

müqavilə üzrə təkrarsığortaya verənə-sedentə ödənilmiş komissyon və broker faiz 

mükafatları məbləğləri,təkrarsığortaya qəbul edilmiş risklər üzrə depozitə qoyulmuş 

faiz məbləğlərini göstərirlər. 

       “Sair xərclər maddəsində” ödənilmiş cərimələrin ,peniyaların,dəbbə pulunun və 

başqa iqtisadi sanksiyaların ,valyuta hesabları və xarici valyuta əməliyyatları üzrə 

məzənnə fərqləri ,təbii fəlakətlərdən zərərlərin,borcların və debitor borcların 

silinməsindən itkilər,qüvvədə olan qanunvericiliyə müvafiq maliyyə nəticələrinə aid 

edilən sair itkilər və xərclər göstərilir. 

    “ Balans mənfəəti” maddəsində müvafiq gəlir və xərc maddələrinin məlumatlarının 

fərqi kimi təyin edilən ,hesabat ilinin əvvəlində artan yekunla sığorta təşkilatının 

mənfəəti(gəliri) göstərilir. 

   “ Balans zərəri” maddəsində müvafiq gəlir və xərc maddələrinin məlumatlarınnı 

fərqi kimi təyin edilən ,hesabat ilinin əvvəlindən azalan  yekunla sığorta təşkilatının 

zərəri göstərilir.   Balansın “Mənfəətdən istifadə” bölməsində  mənfəətin istifadəsinin 




 

54 


 

ə

sas istiqamətləri üzrə məbləğlərin şifr açılışı göstərilir.Mənfəət hesabına büdcəyə 



mənfəətdən çatası vergi və başqa tədiyyələrin məbləğləri:yığım və istehlak 

fondlarının yaradılmasına ayırmalar,o cümlədən büdcəyə ödəmələr üzrə 

xərclər(cərimə sanksiyaları,mənfəətin əsas olmadan aşağı salınması və ya digər vergi 

ödəyici obyektlərin sayının azaldılması,bücəyə keçirilməli cərimə sanksiyalarının 

digər növləri) göstərilir.  “Büdcəyə ödəmələr” bölməsində bütün mənbələr hesabına 

sığorta təşkilatı tərəfindən büdcəyə köçürülən ödəmələr göstərilir.“Mənfəətdən vergi 

üzrə güzəştlər hesablandıqda nəzərə alınan itkilər və xərclər” bölməsində xalis 

mənfəətə güzəşt hesablandıqda qəbul edilən itki və xərclərin məbləğləri göstərilir 

 

2.3. Sığorta təşkilatlarının ödəmə qabiliyyətinin mövcud 

 vəziyyətinin təhlili

 

Sığortaçının ödəniş qabiliyyətli olması onun sığorta müqaviləsi üzrə  sığorta 

etdirən və ya sığorta olunmuş şəxsə sığorta məbləği və ya sığorta ödənişinin 

ödənməsi üzrə vəzifəsinin vaxtında və tam həcmdə icrasına əsaslanır.Məhz 

sığorta kompaniyasının ödəniş qabiliyyətinı malik olması sığorta nəzarəti 

orqanları tərəfindən onun əsas nəzarət obyektinə çevrilməsinə şərait yaradır.Bu 

növ nəzarət sığortaçıların maliyyə sabitliyini xarakterizə edən maliyyə 

hesabatının yoxlanılması və müəyyən olunmuş göstəricilərə riayət olunması 

üsulu vasitəsilə həyata keçirilir.Bir çox iqtisadi ədəbiyyatlarda sığortaçının 

maliyyə sabitliyinə və ödəmə qabiliyyətinə təsir göstərən amilləri iki qrupa-

xarici və daxili amilə bölürlər. Xarici amillər sığorta təşkilatından,onun işinin 

səmərəliliyindən asılı olmayan amillərdir.Bunlara müxtəlif iqtisadi,siyasi 

amillər ,qanunverici baza və s. aiddir. 

Xarici amillərdən fərqli olaraq daxili amillər sığorta təşkilatının konkret 

fəaliyyətindən asılıdır. Onlara aşağıdakıları aid etmək olar: 

-anderrayter siyasəti, 

-tariflərin müəyyən edilməsindəki siyasət, 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə