18
Azərbaycan xalq gülüşündən, bu gülüşün qiymətli nümunələri olan
Molla Nəsrəddin lətifələrindən qidalanıb.
Lətifələrin, düzüb-qoşmaların, bənzətmələrin, atmacaların,
sormacaların əksəriyyətinin tarixi adlarla, şəxsiyyətlərlə, gerçəkliklə
bağlı olması onların həyatiliyini bir daha subut edən amillərdir.
Molla Nəsrəddin, Bəhlul Danəndə, Abdal Qasım və başqalarının
yaradıcılığında, nağıllarımızdakı ictimai-siyasi, əxlaqi-etik motiv-
lərdə bunlar hamısı bu və ya digər dərəcədə görünməkdədir.
1
Məlikməmmədin səyahətləri, göyçək Fatmanın başına
gətirilən
müsibətlər, xalqın igid oğullarının yeddibaşlı əjdahaya qalib gələrək
məsələn, suyun qarşısını açmaları, keçəllə qazının sərgüzəştləri və s.
Azərbaycan xalq gülüşünün heç vaxt yaddan çıxmaz, ənənəvi
sevilən gülüş surətləri olan kosa, keçəl, Molla Nəsrəddin, Bəhlul
Danəndə, Abdal Qasım, Şəkili Hacı əmi və başqalarını bütövlükdə
ifşaedici gülüş ustaları kimi götürmək, bizcə, xalq gülüşünə yazılı
ədəbiyyat meyarlarından yanaşmağın ən yaxşı üsuludur.
Gülüş obrazları bir şəxsin deyil, kollektivin yaradıcılıq məhsulu
olduğundan orada tənqid edən axtarışına cəhd etmək doğru olmaz.
Şifahi xalq ədəbiyyatının ən sadə, lakin geniş ictimai-siyasi,
fəlsəfi anlam kəsb edən janrlarından biri olan bayatılarda da gülüş
doğuran məqamlar vardır. Əsasən, məişət mövzusunda olan
bayatılarımız xalq yumor və satirasının bir sıra spesifik xüsusiy-
yətlərini özündə ehtiva edir, nəticədə satira bu poeziya formasında –
bayatıda “acı gülüşlər” formasında meydana çıxır: “Əzizinəm
gülərlər, ağ biləklər gül əllər, dəryaca ağlın olsa, yoxsul olsan
gülərlər” və s.
Lətifə, təmsil, qaravəllilərdə olduğu kimi, bayatılarda da
istehza, kinayə, qamçılama, ironiya, ələ salma, məsxərə, eyham,
gülüş, dodaq büzmə, acılama kimi satiraya məxsus cəhətlər görünür.
Məsələn:
1
Bu haqda ətraflı bax: Təhmasib Fərzəlibəyov. Lətifələrdən yazılı ədəbiyyatda
istifadə. Azərbaycan şifahi xalq ədəbiyyatına
dair tədqiqlər, IV kitab, Bakı., Elm,
1975, s.58-91
19
Əziziyəm təndura,
Odun qala təndura,
Dədəsizin nə haqqı,
Dədəliyə tən dura
1
.
Və ya
Əzizim nə xəzəldir,
Nə güldür, nə xəzəldir.
Bəyin kölgəliyindən
İtin damı gözəldir
2
.
Ağlaram öz günümə,
Gülərəm öz günümə,
Fələk əlimə düşsə,
Salaram öz günümə
3
.
Burada birinci bayatıda arxalı ilə arxasız, ikincidə xoşbəxtlə
bədbəxt, üçüncüdə bəylə it, dördüncüdə isə fələklə talesiz arasın-
dakı əkslikdən şikayət yaranır. Hətta bəzi bayatılarda elə məqamlar
olur ki, satira sarkazma qədər şiddətlənir.
Ay zamana, zamana,
Oxu qoydum kamana,
Eşşəklər arpa yeyir,
At həsrətdir samana
4
.
Və yaxud
Nə mədəd var, nə kərəm,
Bir abırsız nökərəm
Xan yanından gəlirəm,
Dinmə dişin tökərəm
5
.
Bayatıda xana qarşı barışmaz mövqe tutan əkinçinin nifrəti,
bərabərsizlik, onlara ikrah hissi ilə yanaşmaq ümumiləşdirilmiş hal-
da çar hakim dairələrinə nifrətlə atəş açılmış kimi verilmişdir.
1
Bayatılar, Bakı, Elm nəşriyyatı, 1975, s.6
2
Bayatılar. Bakı, 1956, səh.331
3
Yenə orada. Səh. 331
4
Bayatılar, Bakı, 1975, səh.267.
5
Bayatılar, Bakı, 1975 səh.267
20
Bəzi bayatılarda isə ailədə gəlinlə qayınana arasında olan
narazılıq ədəbi bir mövzu kimi satirik gülüşün hədəfinə çevril-
mişdir. Bu, bayatılarda da özünü göstərir. Bunların çoxu gəlinlərin
dili ilə verilir, böhtan, kinayəli deyimlər isə qayınana tərəfindən
yanıqlı-yanıqlı səsləndirilir:
Gəlin gəlir, xan gəlir,
Evləri yıxan gəlir.
Əlində ülgüc, tiyə
Başları qırxan gəlir
1
.
Əlbəttə, ailə-məişət zəminində bəzi məqamları tənqid edən belə
bayatılar əsasən gülüş doğursa da yumor xarakterlidir, real görün-
mür. Ümumiyyətlə, bayatılar öz tənqidi, kinayəli, ironik, bəzən
satirik ruhu, tutarlılığı ilə sonrakı dövrlərdə bədii nəsrdə satiranın
işlənməsinə və genişlənməsinə də müəyyən təsir göstərmişdir.
Müxtəlif bədii janrlarda satiranın təzahür formaları
Əsrlər bir-birini əvəz etdikcə insanlar təbəqələşib hakim
məhkuma bölünüb, bir-birindən uzaqlaşdıqca onların haqsızlığa
hiddəti-nifrəti, ədəbiyyatda qəzəbi, satirik, yumoristik formalarda
meydana çıxardı. İctimai formasiyaların hamısında baş verən
ədalətsizlik, haqsızlıq, zülmkarlıq, istismarçılıq bu və ya digər
dərəcədə ədəbiyyatda öz əksini tapıbdır. Aşağı təbəqə bütün
dövrlərdə əzilib, talanıb təhqir olunub. Say etibarı ilə çoxluq təşkil
etsə də, daim istismara, zülmə məruz qalmış xalq kütlələrinin həyatı
həmişə bədii nümunələrdə əks olunmuşdur. Haqq və ədalət sənət-
karların əsas mövzusuna çevrilirdi. Sadə xalq kütlələri narazılığını
bildirəndə çox vaxt gülüşdən, kinayə və istehzalardan istifadə
edirdi. Satira narazıları, hüququ tapdalananları mənəvi cəhətdən də
olsa qoruyurdu, onların yaralarına məlhəm olurdu. Ə.Xaqani
yaradıcılığında, Nizami Gəncəvi “Xəmsə”sində bunların ara-sıra
1
Yenə orada.