Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə6/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   2   3   4   5   6   7   8   9   ...   89

18 

Azərbaycan xalq gülüşündən, bu gülüşün qiymətli nümunələri olan 

Molla Nəsrəddin lətifələrindən qidalanıb.  

Lətifələrin, düzüb-qoşmaların, bənzətmələrin, atmacaların, 

sormacaların əksəriyyətinin tarixi adlarla, şəxsiyyətlərlə, gerçəkliklə 

bağlı olması onların həyatiliyini bir daha subut edən amillərdir. 

Molla Nəsrəddin, Bəhlul Danəndə, Abdal Qasım və başqalarının 

yaradıcılığında, nağıllarımızdakı ictimai-siyasi, əxlaqi-etik motiv-

lərdə bunlar hamısı bu və ya digər dərəcədə görünməkdədir.

1

 



Məlikməmmədin səyahətləri, göyçək Fatmanın başına gətirilən 

müsibətlər, xalqın igid oğullarının yeddibaşlı əjdahaya qalib gələrək 

məsələn, suyun qarşısını açmaları, keçəllə qazının sərgüzəştləri və s. 

Azərbaycan xalq gülüşünün heç vaxt yaddan çıxmaz,  ənənəvi 

sevilən gülüş surətləri olan kosa, keçəl, Molla Nəsrəddin, Bəhlul 

Danəndə, Abdal Qasım, Şəkili Hacı əmi və başqalarını bütövlükdə 

ifşaedici gülüş ustaları kimi götürmək, bizcə, xalq gülüşünə yazılı 

ədəbiyyat meyarlarından yanaşmağın ən yaxşı üsuludur.  

Gülüş obrazları bir şəxsin deyil, kollektivin yaradıcılıq məhsulu 

olduğundan orada tənqid edən axtarışına cəhd etmək doğru olmaz.  

Şifahi xalq ədəbiyyatının  ən sadə, lakin geniş ictimai-siyasi, 

fəlsəfi anlam kəsb edən janrlarından biri olan bayatılarda da gülüş 

doğuran məqamlar vardır.  Əsasən, məişət mövzusunda olan 

bayatılarımız xalq yumor və satirasının bir sıra spesifik xüsusiy-

yətlərini özündə ehtiva edir, nəticədə satira bu poeziya formasında – 

bayatıda “acı gülüşlər” formasında meydana çıxır: “Əzizinəm 

gülərlər, ağ biləklər gül əllər, dəryaca ağlın olsa, yoxsul olsan 

gülərlər” və s.  

Lətifə, təmsil, qaravəllilərdə olduğu kimi, bayatılarda da 

istehza, kinayə, qamçılama, ironiya, ələ salma, məsxərə, eyham, 

gülüş, dodaq büzmə, acılama kimi satiraya məxsus cəhətlər görünür. 

Məsələn: 



 

 

                                                       

1

 Bu haqda ətraflı bax: Təhmasib Fərzəlibəyov. Lətifələrdən yazılı ədəbiyyatda 



istifadə. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, IV kitab, Bakı., Elm, 

1975, s.58-91 




19 

Əziziyəm təndura, 

Odun qala təndura, 

Dədəsizin nə haqqı, 

Dədəliyə tən dura

1

Və ya 

Əzizim nə xəzəldir, 

Nə güldür, nə xəzəldir. 

Bəyin kölgəliyindən 

İtin damı gözəldir

2



 

Ağlaram öz günümə, 

Gülərəm öz günümə, 

Fələk əlimə düşsə, 

Salaram öz günümə

3

 

Burada birinci bayatıda arxalı ilə arxasız, ikincidə xoşbəxtlə 



bədbəxt, üçüncüdə  bəylə it, dördüncüdə isə  fələklə talesiz arasın-

dakı əkslikdən şikayət yaranır. Hətta bəzi bayatılarda elə məqamlar 

olur ki, satira sarkazma qədər şiddətlənir. 

 

Ay zamana, zamana, 

Oxu qoydum kamana, 

Eşşəklər arpa yeyir, 

At həsrətdir samana

4

Və yaxud 

Nə mədəd var, nə kərəm, 

Bir abırsız nökərəm 

Xan yanından gəlirəm,  

Dinmə dişin tökərəm

5

Bayatıda xana qarşı barışmaz mövqe tutan əkinçinin nifrəti, 

bərabərsizlik, onlara ikrah hissi ilə yanaşmaq ümumiləşdirilmiş hal-

da çar hakim dairələrinə nifrətlə atəş açılmış kimi verilmişdir. 

                                                       

1

 Bayatılar, Bakı, Elm nəşriyyatı, 1975, s.6 



2

 Bayatılar. Bakı, 1956, səh.331  

3

 Yenə orada. Səh. 331 



4

 Bayatılar, Bakı, 1975, səh.267. 

5

 Bayatılar, Bakı, 1975 səh.267 




20 

Bəzi bayatılarda isə ailədə  gəlinlə qayınana arasında olan 

narazılıq  ədəbi bir mövzu kimi satirik gülüşün hədəfinə çevril-

mişdir. Bu, bayatılarda da özünü göstərir. Bunların çoxu gəlinlərin 

dili ilə verilir, böhtan, kinayəli deyimlər isə qayınana tərəfindən 

yanıqlı-yanıqlı səsləndirilir:  

 

Gəlin gəlir, xan gəlir, 

Evləri yıxan gəlir. 

Əlində ülgüc, tiyə 

Başları qırxan gəlir

1

 

Əlbəttə, ailə-məişət zəminində bəzi məqamları tənqid edən belə 



bayatılar  əsasən gülüş doğursa da yumor xarakterlidir, real görün-

mür. Ümumiyyətlə, bayatılar öz tənqidi, kinayəli, ironik, bəzən 

satirik ruhu, tutarlılığı ilə sonrakı dövrlərdə  bədii nəsrdə satiranın 

işlənməsinə və genişlənməsinə də müəyyən təsir göstərmişdir.  



 

 

Müxtəlif bədii janrlarda satiranın təzahür formaları 

 

Əsrlər bir-birini əvəz etdikcə insanlar təbəqələşib hakim 

məhkuma bölünüb, bir-birindən uzaqlaşdıqca onların haqsızlığa 

hiddəti-nifrəti,  ədəbiyyatda qəzəbi, satirik, yumoristik formalarda 

meydana çıxardı.  İctimai formasiyaların hamısında baş verən 

ədalətsizlik, haqsızlıq, zülmkarlıq, istismarçılıq bu və ya digər 

dərəcədə  ədəbiyyatda öz əksini tapıbdır. Aşağı  təbəqə bütün 

dövrlərdə əzilib, talanıb təhqir olunub. Say etibarı ilə çoxluq təşkil 

etsə də, daim istismara, zülmə məruz qalmış xalq kütlələrinin həyatı 

həmişə  bədii nümunələrdə  əks olunmuşdur. Haqq və  ədalət sənət-

karların  əsas mövzusuna çevrilirdi. Sadə xalq kütlələri narazılığını 

bildirəndə çox vaxt gülüşdən, kinayə  və istehzalardan istifadə 

edirdi. Satira narazıları, hüququ tapdalananları mənəvi cəhətdən də 

olsa qoruyurdu, onların yaralarına məlhəm olurdu. Ə.Xaqani 

yaradıcılığında, Nizami Gəncəvi “Xəmsə”sində bunların ara-sıra 

                                                       

1

 Yenə orada. 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə