Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə9/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   5   6   7   8   9   10   11   12   ...   89

27 

əsr Azərbaycan satirası isə  əsasən, Zakir, S.Əzim  şeirində, 

M.F.Axundov komediya və nəsrində daha qabarıqdır. Bu cür əsərlər 

həm də satirik nəsrin, nəsrdə satiranın təşəkkülü və inkişafı yolunda 

ayrıca  əhəmiyyət daşıyır. Ona görə biz janrdan asılı olmayaraq 

ədəbiyyatımızda satirik əsərlərə də nəzər salırıq.  

Basqa sahələrdə olduğu kimi, M.F.Axundov realist satirik nəs-

rin də yaradıcısıdır. 1850-1855-ci illər arasında yazdığı komedi-

yalardan sonra M.F.Axundov yaradıcılığında yeni bir janra müraciət 

etdi. 1857-ci ildə “Aldanmış  kəvakib və ya “Hekayəti-Yusif  şah” 

povestini yazaraq Azərbaycan  ədəbiyyatı tarixində yeni realist 

satirik nəsrin bünövrəsini qoydu. Azərbaycan xalqının müqəd-

dəratını həll etməkdə ilk addım ədəbiyyatımızın və xalqımızın yeni 

epoxası M.F.Axundovun adı ilə bağlandı, möhürlə təsdiqləndi. 

Firudin bəy Köçərli 1911-ci ildə  qələmə aldığı “Mirzə  Fətəli 

Axundov” adlı  məqaləsində yazırdı: “Bu komediyalardan əlavə 

Mirzə  Fətəli Axundov tarixi – islamiyyənin 1273-cü sənətindəki, 

tarixi məsihiyyətin 1857-ci ilinə mütabiddir. “Aldanmış kəvakib” və 

yaxud “Hekayəti – Yusif şah” adına qəribə bir hekayət yazıbdır. Bu 

hekayətin Vüqui Səfəviyyə padşahlarından  Şah Abbasın zamanı – 

səltənətinə  təsadüf eləyir. Bu təəccüblü  əhvalatın həqiqətdə  İrani-

zəmində vaqe olub-olmamasına söz verə bilmərik. Amma yəqinən 

təsdiq edə bilərik ki, bu qisim əhvalat orada baş verə bilər. 

“Aldanmış kəvakib” də mərhum Mirzə Fətəlinin ümdə mətləbi İran 

vəzirlərinin sırf avamlığını  və öz ailə  məsələlərinə  əsla layiq 

olmadıqlarını göstərmək imiş ki, insafən bu mətləbi müsənnifi – 

mərhum böyük məharət və ustalıq ilə bəyan edir”.  

 

 

 

 



28 

Realist nəsrdə M.F.Axundov ənənələri 

 

M.F.Axundovun  ədəbi, elmi, estetik prinsipləri,  ədəbiyyat, 



onun janrları, realizm, satira və gülüş haqqındakı görüşləri XIX 

əsrin sonu, XX əsrin  əvvəllərində  də davam edirdi. Bunu dra-

maturgiya və satirik nəsrin inkişafında daha aydın görmək olar. 

M.F.Axundovun realist satirik nəsr  ənənəsindən faydalanan 

C.Məmmədquluzadə, N.Nərimanov, M.Ə.Talıbov, Z.Marağalı  və 

başqa yazıçılar elə XIX əsrin sonlarından  ədəbiyyata gəlməklə 

böyük sənətkarın satirik, yumoristik nəsr ənənələrini mənimsəyərək, 

çeşidli bədii nümunələr yaratmışlar.  

C.Məmmədquluzadənin “Danabaş  kəndinin  əhvalatları”  əsəri 

XIX əsrin ikinci yarısı nəsr tariximizdə xüsusi yer tutur. “Aldanmış 

kəvakib” povestindən sonra milli nəsrimizin yeni uğurları, bizcə, bu 

əsərlə, əsərin ədəbi ənənəyə çevrilən orijinal poetika xüsusiyyətləri 

ilə bağlıdır”

1

. C.Məmmədquluzadənin M.F.Axundovun irsinə və ilk 



növbədə onun realizminə münasibəti yaradıcı münasibət olmuşdur. 

XIX əsrin ikinci yarısı Azərbaycan xalqının zəhmətkeş təbəqəsinin 

acınacaqlı vəziyyətini, əzab-əziyyət içində keçən güzəranını, bütün 

həyat tərzini dərindən bilən, görən, müşahidə edən, hadisələrin 

içində olan yazıçılardan biri də C.Məmmədquluzadə olmuşdur. 

C.Məmmədquluzadə ilk nəsr  əsəri olan “Danabaş  kəndinin 

əhvalatları” ilə bu ictimai ədalətsizliyə, zorakılığa qarşı  çıxdı. 

Azərbaycan kəndinin feodalizm dövründəki tarixi mənzərəsi şəffaf 

ayna kimi bu əsərdə  əks olunmuşdur.  İlkin  əsərlərindən zamanın 

qabaqcıl ideyaları mövqeyində durmaq yazıçının  əsərlərinin  əsas 

qayəsi idi. Onun əsərlərinin realizm ənənələrindən danışarkən bir 

cəhətə  də xüsusi diqqət yetirmək vacibdir. Bu ədibin  əsərlərində 

lirik ricətlərlə real hadisələrin vəhdətidir. Realist yazıçı olaraq o, 

həyata nə  qədər fəal, tələbkar, ayıq-sayıq, fəhmli münasibət 

bəsləyirdisə, bir o qədər də onun ziddiyyətli nöqtələrini hamının 

nəzərindən qaçan detalları açıb göstərə bilirdi. Belə detallardan 

(cizgilərdən) biri lirik haşiyədir. Sözü gedən haşiyələrdə soyuq, sərt 

realizə əvəzinə poetik ruh, zərif və qəlbə təsir edən şirin təsvir üsulu 

                                                       

1

 Azərbaycan ədəbiyyatı məsələləri. B., Elm, 1964, s.148-149 




29 

nəzərə çarpır. “Danabaş kəndinin əhvalatları” əsəri bu gün də bədii 

nəsrimizin ən gözəl nümunəsi sayılmaqdadır.  

Ədibin realist təsvirində  bədii kontrastlar yaratmaq bir üs-

lubdur. Bir ictimai səhnə, hadisə və ya insanın səciyyəsini müəyyən 

etmək üçün ədib onu həmcins olan, həm də tamamilə  təzad təşkil 

edən başqa bir ictimai səhnə, hadisə və ya insan ilə qarşılaşdırır və 

bu müqayisədə özünün məqsədini ifadə etmiş olur. Yazıçının 

realizmində ilkin tənqid və satira hədəfi müsəlman dünyası, cəhalət 

və xurafatdır. Bunları o, Ə.Mirəhmədov demişkən, həmişə Avropa 

mədəni aləmi, mütərəqqi millətlərin məişət, adət və qaydaları ilə 

müqayisədə götürür. Ələlxüsus da, bu kontrastlı  təsvirlər  ədibin 

portret hekayələrində, cəhalət dünyasını ifşa edən  əsərlərində daha 

güclü görünür.  

XIX  əsrin sonlarında yaranan iri həcmli nəsr  əsərlərinə 

M.F.Axundov  ənənələrinin təsiri güclü idi. “C.Məmmədquluzadə, 

N.Nərimanov, Z.Marağalı kimi yazıçılar tək realist, satirik əsərlər 

yazmaqda deyil, roman və povest janr formalarına bənzər  əsərlər 

meydana gətirmək, yeni süjet, obraz və tiplər yaratmaq, satirik 

yumor və gülüşün çeşidli  şəkillərindən bəhrələnməkdə  də o ustad-

larından öyrənirdilər. “Danabaş  kəndinin  əhvalatları” öz satirik 

üslubu, həlim yumoru, maraqlı süjet xətti, obraz və tipləri ilə, 

“Məktubati-Şeydabəy Şirvani”, “Bahadır və Sona” maarifçi ideyası, 

gənc maarifçi obrazı ilə, “İbrahimbəyin səyəhətnaməsi” güclü, 

bəzən öldürücü satirik ifşa üsulu ilə M.F.Axundov ənənəsindən 

qaynaqlanırdı. “Bahadır və Sona”da satira və gülüş yox, geriliyin, 

düşmənçiliyin tənqidi, insani, bəşəri münasibətlərin təbliği ön plana 

çəkilir. “Əsər ilk kiçik milli roman nümunəsi olmaqla özündən 

sonra gələn bir sıra nəsr əsərlərinə qüvvətli təsir göstərmişdir”

1

. Bu 



baxımdan da əsəri yalnız məhəbbət mövzusu ilə bağlamaq doğru 

deyil. “Həqiqətən, “Bahadır və Sona” problemlər romanıdır”

2



Romanda qarşılıqlı  məhəbbət, xalqın maariflənməsi, intibahı, 



mədəni-mənəvi təkamülü üstünlük təşkil edir. Savadsızlığın, 

meşşanlığın və s. bəd  əməllərin tənqidində isə müəyyən gülüş 

                                                       

1

 “Azərbaycan ədəbiyyatı məsələləri” toplusu, Bakı, 1964, s.148-149 



2

 H.Əfəndiyev. Azərbaycan bədii nəsrinin tarixindən, Bakı, Azərnəşr, 1963, 

səh.87 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə