Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə10/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   6   7   8   9   10   11   12   13   ...   89

30 

ünsürləri də duyulur. Bu Bahadırın söhbətlərində sezmək olar. 

Bahadırı intihara vadar edən səbəb Sonanın atasının sözü ilə dininə 

qurban verməsidir. Tipik erməni surəti olan bu şəxsdə azərbay-

canlılara nifrət hissi çox güclüdür. Bu yolda nəinki Sonanın 

məhəbbətini, hətta lazım gələrsə onun özünü də qurban verər və bir 

ata kimi uf da deməz. Sonanın atası deyir: “...biz bir millətin hissəsi 

hesab olunuruq. Bu millətə dair müəyyən bir yol və ya bir adət var. 

Biz həmin adətlərə əks hərəkət edəriksə, bizə hansı nəzərlə baxarlar. 

Bizi camaatımız özündən hesab etməz. Sən millətini sevirsən, onun 

uğrunda can qoymağa hazırsan, razı olarsanmı  həmən millət səni 

özündən kənar etsin?”

1

. N.Nərimanov maarifçi-demokrat kimi 



“Bahadır və Sona” romanında ideya-siyasi görüşlərini açıq, qabarıq-

laşdırılmış formada verməyə müvəffəq olmuşdur. (Əsərin janrı 

haqqında müxtəlif fikirlər mövcuddur – B.B.) “Burada azad, 

qarşılıqlı sevgiyə, mədəni intibaha, məktəb və təlimə, qəzet və kitab 

nəşrinə, qadın və  uşaq tərbiyəsinə, dil saflığı  və sadəliyinə, 

meşşanlığa, nihilizmə, “qaçaqçılığa” dair bir çox ciddi və diq-

qətəlayiq fikir və mülahizələrə rast gəlirik”

2

. Alimin münasibəti ilə 



razılaşmaq lazımdır. Doğrudan da, çox da böyük həcmdə olmayan 

“Bahadır və Sona”da ciddi, dövrü üçün aktual problemlər 

qaldırılmışdır. Bütün bunlar N.Nərimanovun həm ictimai-siyasi, 

həm də  bədii yaradıcılıqla paralel məşğul olması ilə  əlaqədar 

olmuşdur. Bu həyat tərzi ikili olmasına baxmayaraq bir-birini 

tamamlamışdır. Digər tərəfdən H.Əfəndiyevin  əsər üçün məqbul 

saydığı  şəxsiyyətin yaradıcılıq üslubuna xas olan keyfiyyətlərdir. 

Bədii  əsərdə  təsvir vüsəti, üslubun poetika komponentləri həyatı 

realistcəsinə  əks etdirmə  və s. ilə yanaşı elmilik, təhsilə, elmə 

maraq, tərbiyəvi xüsusiyyətlər, sevgi nüansları, qadına münasibət, 

azadlıq, dil saflığı və zənginliyi, gələcəyə nikbin baxış və s. bu və 

ya digər dərəcədə inikasını tapmışdır. 

Sultanməcid Qənizadə (1866-1937) ədəbi yaradıcılığa Bakıda 

müəllimlik etdiyi 1890-cı illərdən başlamışdır. Xalq nağılları 

əsasında uşaqlar üçün yazdığı “Tülkü və caq-caq bəy” mənzum 

hekayəsi (1894), “Məktubati-Şeydabəy  Şirvani” ümumi başlığı 

                                                       

1

 N.Nərimanov. Seçilmiş əsərləri. B., Yazıçı, 1973, səh.199-200 



2

 H.Əfəndiyev. Azərbaycan bədii nəsrinin tarixindən. B., Azərnəşr, 1963, səh.87 




31 

altında nəşr etdirdiyi “Müəllimlər iftixarı” (1898), “Gəlinlər hə-

mayili” (1900) və rus yazıçısı A.F.Poqosindən (1816-1874) təbdil 

etdiyi “Allah divani” (1896) kimi əsərləri həmin illərdə yazılmışdır. 

Ədib  əsərlərdə  ədəbi-bədii görüşlərini ifadə etmiş, həyata müna-

sibəti, ədəbiyyatın həyatda ictimai rolu, əhəmiyyəti, əsas vəzifələri 

haqqında maraqlı fikirlər söyləmişdir. Artıq 1890-cı illər onun elə 

yaş dövrü idi ki, nəyi necə yazmağı  dərk edirdi. “İndi heka-

yənəvisliyə meyil etmək, oxucunun əxlaqına, tərbiyəsinə müsbət 

təsir göstərən həyati məsələləri yazmaq lazımdır” -  deyirdi. 

“Müəllimlər iftixarı” hekayəsi çətin oxunur, dili ağırdır. 

Hekayədə təhkiyəçi müəllifdir. Əsərin qəhrəmanı Şeyda bəy müəl-

limliklə məşğuldur. Yorğun, xəstəhal bir vəziyyətdə divana uzanıb 

dövranın gərdişinə sinə  gərə bilmədiyi, düşüncələrə daldığı bir 

məqamda  Şamaxıdan məktub alır. Qardaşı  qızı Diləfruzla bacısı 

oğlu Ağabəhramın toyuna dəvət olunur. Sözçülük, təkrarçılıq, bir 

məqsəd üstündə (qızıl həmayilin alınması) yersiz düşüncələr oxu-

cunu bezdirir. Şeyda bəyi – müəllimi narahat edən məsələ Diləfruza 

qızıl həmayil almaq məsələsidir. Müəllim düşünür ki, guya anaların 

boynunda həmayil olarsa, xəta pəriləri onlara yavuq düşə bilməzlər. 

Şeyda bəy çıxış yolunu tərbiyə mövzusunda bir məktub yazıb 

göndərməkdə görür. Fikirləşir ki, qızıl həmayildən və mirvaridən 

mənim nəsihətlərim faydalı olar. Şeyda bəy xəstəlikdən yay tətilini 

Şamaxıda keçirə bilmir, iş vaxtı yaxınlaşdığı bir zamanda vəfat edir. 

Balışının altından çıxan bank dəftərçəsində azacıq pulu biçarə müəl-

lim yeddi il zəhmətinin müqabilində dar-qara günü üçün qənaət edə-

rək toplayıbmış. Balışın altından bir zərf də  çıxır. Bu 

S.M.Qənizadəyə - müəllifə ünvanlanmış ayrı-ayrı  məktublardan 

ibarət olan, məktəblə, təhsillə, uşaqlara müğayat olmaqla təlim-

tərbiyə ilə əlaqədar vəsiyyəti, tövsiyələri və mülahizələri idi. Əsərdə 

ziyalı təfəkkürü hakimdir, baş qəhrəman da, naməlum hekayəçi də, 

müəllif obrazı da müəllifdir.  

“Məktubati – Şeyda bəy  Şirvani”nin ikinci hissəsi “Gəlinlər 

həmayili”dir. Müəllim Diləfruza söz verib boyun olduğu qızıl hə-

mayili ala bilmədiyi üçün ona məktub yazaraq “Gəlinlər həmayili” 

adlı kitabını qəbul etməsini xahiş edir. Maraqlı süjet xətti ətrafında 

cərəyan edən yol qeydlərindən ibarət  əsərin birinci hissə ilə 



32 

müqayisədə dili sadə olmaqla intizarla oxunur. Gəmi və qatarda 

keçən səfər  Şeyda bəyin həyatının bəlkə  də  ən xoş anlarındandır. 

Sofiya adlı bir rus qızı ilə səfərdə sevgi macəraları baş verir. Əgər 

buna sevgi demək caizsə. Müsəlmançılığa sığmayan adətlərə görə 

ona şəhvətini söndürmək üçün şərait yaradan üç-dörd ayın gəlinini 

– Sofiyanı  tərbiyə etməyə nail olur. Hər halda çox “çətinliklər” 

hesabına. Professor Abbas Zamanov yazır: “...Romanın baş qəhrə-

manı  Məsihzadə  Şeydabəy  Şirvanidir. Müəllifin yazdığına görə, 

guya romanın bütün məzmunu Şeyda bəyin gündəlik qeydləridir və 

o, bunların nəşrini öz dostuna, yəni müəllifə  vəsiyyət etmişdir. 

Əlbəttə, bu, ədəbi priyomdur və  həmin priyomdan ədəbiyyatda 

Qənizadədən  əvvəl də, sonra da çox istifadə edilmişdir. Həqiqətdə 

isə Şeyda bəy S.Qənizadənin özüdür və bu əsərlə o özünün ictimai-

əxlaqi görüşlərini ifadə etmişdir”

1

. Diologiyanın həm birinci, həm 



də ikinci hissəsinin qəhrəmanı  Şeyda bəydir. Hər  şeydən  əvvəl 

yazıçı  əsas surətini zamanın elmli, savadlı, fəhmli, gözüaçıq, 

əqidəli, vətənini sevən, torpağının hər qarışının vurğunu olan, 

vicdanlı, ən ümdəsi də xalqını, millətini xoşbəxt görmək arzusu ilə 

düşünən, qəlbi çırpınan ziyalıdır. O, bütün əsər boyu əxlaq 

mücəssəməsi kimi çıxış edir. Dinin ali qaydalarına nəfsini 

saxlayaraq  əməl edir, sona qədər də millətinin mentalitetinə  əməl 

edən, pedaqoq, ziyalı, özünəməxsus  şəxsi keyfiyyətlər nümayiş 

etdirərək qeyri millətlərin  əhatəsində seçilən bir azərbaycanlı kimi 

özünü təsdiq edir. Nəsrimizin inkişaf tarixində ideya-məzmun 

baxımından “Gəlinlər həmayili”  əhəmiyyətli yer tutur. Süjet-

kompozisiya mükəmməlliyi, hadisələrin inkişafının bədii-məntiqi, 

təbiiliyi, ardıcıllığı, obrazların təsvir bitkinliyi və s. məsələlər 

“Gəlinlər həmayili”ni müəyyənləşdirən estetik amillərdir. 

“Məktubati – Şeyda bəy  Şirvani”  əsərində satirik ruh, tənqid 

hədəfləri olsa da, etiraf edək ki, bu əsər, əsasən, lirik, didaktik nəsr 

nümunəsidir. “Sərgüzəşt” və “Allah xofu” o biri əsərləri ilə müqa-

yisədə asan oxunur. Oxucu mətni dərkdə çətinlik çəkmir. Ərəb-fars 

sözləri bu iki  əsərdə yox dərəcəsindədir.  

“Məktubati – Şeyda bəy”, “Sərgüzəşt” kimi maraqlı  nəsr 

                                                       

1

 Qənizadə S.M.Seçilmiş əsərləri. B., A.Zamanov. Müqəddimə, s.8 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə