Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə13/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   9   10   11   12   13   14   15   16   ...   89

39 

qüvvələrdə dayanan qrupların və ya quruluşların  əməli fəaliyyəti 

əvəz edir. M.F.Axundovun “Aldanmış kəvakib” əsərində Şah Abbas 

quruluşun yaşadıcısı kimi, onun dövlət məmurları isə qruplar kimi 

öz dünyalarını və həyat tərzlərini, idarə orqanlarını yaşadırlar. Yusif 

Sərrac və onun saraya, iqtidara işə  gətirdiyi məsləkdaşları – “öz 

adamları”  şah Abbasla, onun ətrafındakılarla bilavasitə danışığa 

girmirlər. Hətta vəziyyət elə  gətirir ki, bir-biri ilə söhbət etmirlər. 

Yusif Sərrac və onun yaxınları  Şah Abbasın görmədiyi və  bəlkə 

görmək istəmədiyi işləri həyata keçirirlər. Onların əməlləri arasında 

təzad yaranır. Təzad onların qiyabi dialoquna çevrilir.  

Dünyagörüşləri arası dialoqları da bu yolla yaranır.... “Usta 

Zeynal” (C.M.) hekayəsində iki dünyagörüşün dialoqu məhz iki 

taleyin müxtəlifliyinə  gətirib çıxarır. Nəticədə ötüb keçmiş ömrün 

mahiyyətini, spesifik xüsusiyyətlərini müəyyən edir.  

Haqqında söhbət açdığınız dialoqların tipləri müxtəlif və 

zəngindir. Nəsrdə dialoqun inkişafı ənənəvi formaya meyillidir. XX 

əsrin ilkin illərindən başlayaraq bədii yaradıcılıqda poetikanın 

komponentlərindən istifadənin çoxalması, psixologiyanın, fəlsəfə-

nin yeni uğurlarının  ədəbi prosesə ciddi surətdə  təsiri bütövlükdə 

axtarışlarda təsirli dönüş yaratdı. Nəticədə XX sərin  əvvəlki illəri 

nəsrin forma və məzmun planında, həmçinin quruluşun müxtəlifliyi 

baxımından yeni keyfiyyətlər qazanıldı.  

Z.Marağalının “İbrahim bəyin səyahətnaməsi” və S.M.Qəniza-

dənin “Məktubati-Şeyda bəy  Şirvani”  əsərində  qəhrəman mövqeyi 

ön plandadır. Bu əsərlərdə ünvan konkretdir. İbrahim bəy İran səfə-

rinin təəssüratını dostları ilə bölmək istəyir, Şeyda bəy isə Diləfruz 

üçün hazırlayır.  

Psixoloji planda mövqe baxımından müraciət olunan, haqqında 

söhbət açdığımız dövrün nəsrində zahiri mövqe mühüm yer tutur. 

Psixoloji nəsrin başlıca keyfiyyətləri kimi ilk dəfə daxili mono-

loqdan “Bahadır və Sona” və vasitəli nitqdən “Danabaş  kəndinin 

əhvalatları”nda istifadə olunmuşdur. Bütün bunlar da milli satirik 

(həm də lirik) nəsrimizdə daxili mövqeyin tədrici təsdiqidir.  

Psixologizm gerçəkliyin,  ədəbi-bədii  əks etdirmənin üsul və 

prinsiplərindən biridir. Bu üsul personajların daxili aləminin hiss-

həyəcan, duyğu və düşüncələrinin ifadəsi şərtinə əsaslanır. Obrazın 



40 

daxili aləminin hislərini ifadə etməyinin müxtəlif metodları vardır. 

İ.V.Straxov sözü gedən formalardan ikisi üzərində dayanır: “Daxili 

aləmin; 1. Zahirən müşahidə oluna bilən, gözlə görünə bilən  əla-

mətlər vasitəsilə”, 2. Düşüncələrin bilavasitə qələmə alınması yolu 

ilə ifadəsi.  Ədəbiyyatşünas A.B.Yesin bədii  ədəbiyyatda obrazın 

hiss və həyəcanı ifadə etməyin başqa bir formasını nəzərə çatdırır. 

Şərti olaraq “ümumi işarə” adlandırdığı  həmin formanın mahiy-

yətini onda görür ki, digər iki formadan fərqli olaraq burada yazıçı 

personajın daxili aləmi barədə ümumi məlumat verir. Daxildə gedən 

psixoloji proseslərə sözlə işarə edir.  

Konkret amillərdən: sənətkarın varlığa estetik münasibətindən, 

əsərin mövzu və ideyasından, problematika və  qəhrəman tipindən 

və s. asılı olaraq psixologizm müxtəlif nəsr  əsərlərində müxtəlif 

dərəcə  və  səviyyələrdə meydana çıxır. Bəzi nəsr  əsərləri 

qəhrəmanların hiss, həyəcan, duyğu və düşüncələrini qisimən  əks 

etdirməklə psixologizmi yalnız ünsür kimi özündə birləşdirir. Bəzi 

nəsr nümunələrində isə qəhrəmanın hissi emosional və intellektual 

aləmi diqqət mərkəzinə çəkir və bu aləm gerçəkliyi canlandırmağın 

mühüm vasitəsinə çevrilir. Ancaq bu da bir həqiqətdir ki, 

personajını düşündürən aləmin mimikasına geniş yer verilməsi 

insan qəlbinin dərin qatlarına nüfuz etmək istəyən və  zəngin 

xarakterlər yaratmağa çalışan realist sənətkar üçün böyük imkanlar 

açır. L.Tolstoy yazır: “İnsan haqqında ən yanlış mülahizələrdən biri 

ondan ibarətdir ki, biz insanı aqil, səfil, rəhmdil, zalım, qüdrətli, zəif 

adlandırırıq.  İnsan isə bütün bu cəhətləri özündə birləşdirən 

dəyişkən varlıqdır”.  

Böyük sənətkar öz yaradıcılığında insanın dəyişkən bir varlıq 

olduğunu  əsas tutub, personajlarda sabit cəhətlə, qeyri-sabit 

cəhətlərin vəhdətini yaratmağa çalışmışdır. Bədii nəsrdə janrların və 

üslubların müxtəlifliyi satiraya komik zənginlik, genişlik, bir də 

çoxcəhətlilik gətirən  əsas vasitələrdən biridir. Satirik psixologizm 

isə obrazın ictimai münasibətlərdə  aşkarlanan xarakterinin (satirik, 

komik, yumoristik) uzunömürlülüyünü şərtləndirməyə xidmət edir. 

Azərbaycan satirik nəsrində üslublar nə  qədər müxtəlif, rəngarəng 

olsa da, janr, forma baxımından bir o qədər yeknəsək və  çılpaq 

nəzərə çarpır. Klassik nəsrimizin tarixində “Aldanmış  kəvakib”, 



41 

“Danabaş  kəndinin  əhvalatları” kimi nəsr nümunələrində satira, 

gülüş öz ifadəsində hekayə janrının hüdudlarından kənara çıxır. Bu 

iki  əsərin ideya, məzmun, janr-kompozisiya baxımından təhlili 

göstərir ki, satira, yumor Azərbaycan  ədəbiyyatında öz ifadəsini 

müxtəlif janrların zənginliyində tapmasında heç də yanılmamışdır. 

Üslubca zəngin olan satiranın bədii nəsrdə formaca məhdudluğunun 

səbəbi haqqında Bədirxan  Əhmədov yazır: “İctimai həyatda baş 

verən dəyişikliklər, sevgi-əxlaq, ailə-məişət, köhnə ilə yeninin 

mübarizəsi, meşşanlığın ifşası satirik nəsrin toxunduğu  əsas 

problemlərdən olur”. 

Bütün dövrlərdə  ədəbi tənqidin yazıçıya başlıca iradı  əsərdə 

naturalizm və psixologizmin təsviri barədə olmuşdur. N.Nərima-

novun  əsərlərində yeni ilə köhnənin satirik psixologizmi qabarıq 

təzahür edir. Köhnə  həyata satirik-psixoloji münasibət, yazıçının 

üslubu və s. ədəbi tənqid tərəfindən düzgün qiymətləndirilmişdir. 

Əvvəlki  əsərlərində N.Nərimanov açıq tendensiya ilə  əgər keçmişi 

qamçılayır, tənqid və ifşa edirsə, “Bahadır və Sona”da daha çox 

obrazın – Bahadırın (elə Sonanın da) düşdüyü vəziyyətə acıyır, 

zahiri görüntülərindən çox, daxili aləminin təsvirinə daha çox yer 

verir.  Ədəbiyyatda və estetikada psixologizm problemini araşdıran 

A.İezuitov belə bir həqiqəti deməkdə haqlı idi: “İncəsənətin 

predmetini bütöv insan, onun daxili aləmi, psixologiyası təşkil edir, 

burada həqiqi sənət bu və ya digər dərəcədə, istər-istəmiz insan 

psixologiyasına müraciət edərkən xüsusi yeri psixoloji analiz tutur”. 

Deməli, bədii  əsərdəki insan həyatla, fəaliyyətlə bağlı  təsvir 

olunduğu kimi, burada həqiqi fəaliyyət prosesindəki psixoloji 

vəziyyətlərin təsvirinə də geniş yer verilir. Psixoloji analiz üsulunun 

əhəmiyyəti bir də ondadır ki, müəllif düşüncəsi, obraz və 

xarakterlərin daxili aləminin çalarlarını  və anlarını yeni səciyyədə 

açmağa imkan verir. Doğrudur ki, satirik notlar olan əsərlərdə 

psixoloji analiz məsələsində  hələ  də mübahisəli fikirlər qalmaq-

dadır. Sadəcə bütövlükdə götürdükdə “satirada psixoloji analiz 

məsələsi satiranın bədii zənginlik problemindən biri kimi onda 

istifadə olunan vasitə  və priyomların genişliyi və  rəngarəngliyidir. 

Bununla yanaşı bu rəngarənglik satiranın vahid bədii xüsusiyyətinə 

tabedir. Satirik təsvirin rəngarəng forma və  məzmunu özündə 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə