Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə21/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   17   18   19   20   21   22   23   24   ...   89

63 

lərinin vəziyyətini öz siğə arvadlarına “urus məxmərindən bir 

arxalıq alacaq” dərəcədə olsa yaxşılaşdırmadığına da təəssüfünü 

bildirir.  Əlbəttə, Kərbəlayi Məmmədəlilər, Pərinisələr və mirzələr 

aləminin taleyi və xarakterik cizgiləri iranlı  fəhlələrin ümumiləş-

dirilmiş obrazında verilir. 

Din dövlət və feodalizmin istismarı altında öz mənliklərini 

itirmiş olan Usta Zeynal, Kərbəlayi Məmmədəli və  Pərinisələrlə 

bərabər Molla Nəsrəddin öz hekayələrində tüfeyli və istismarçı 

sinifləri – Qurbanəli bəyləri, Vəli xanları,  Əziz xanları tipik 

şəraitlərində göstərərək, onların da gülüncüklərini göstərir. Bu 

hekayələrdə xarakterik cəhət ondan ibarətdir ki, bəyləri və mül-

kədarları Molla Nəsrəddin ictimai həyatda heç bir mənfəəti olmayan 

bir sinif kimi təqdim edir, onların düşdüyü gülünc vəziyyət də 

buradan doğur. 

“Usta Zeynal”da bu bərabərsizlik, ailə uyğunsuzluğu da 

kontrast yaradır. Mənfi müsbət qütblər kimi bu obrazlar bir-birini 

dəf edir. Belə  gərgin situasiyada dini ayrıseçkilik də heç cürə 

onların bərabərliyini yaratmaq zorunda deyil. Usta Zeynal avam, 

tənbəl, mömin və cahildir. Bu təzadların  əsas mahiyyəti də 

müsəlman aləmini ifşa etməyə, dinin törətdiyi fəsadları göstərməyə 

yönəlmişdir.  

C.Məmmədquluzadənin satirik hekayələrinin hər birində 

orijinal bir deyim, görüm var. Bir müsbət xüsusiyyəti də bir neçə 

sadə cizgi və real kənd lövhələrinin təsvirindəki ustalığıdır. 

“Qurbanəli bəy” hekayəsi nəsrimizin  şedevrlərindən sayılmalıdır. 

Bir çox özünəməxsusluqları ilə yanaşı bu hekayədə peyzajlardan 

istifadə  də var: “Ağacın başından kəndin  ətrafı  əl içi kimi 

görünürdü. Bir tərəfdə düzülmüşdülər, “Sapıç” dağları, dağların 

ətəyində “Sapıç” kəndi aşikar görünürdü. Kəndin aşağısında 

“Əhmədxan gölü” ağarırdı. Gölün yanında Hacı Heydərin 

dəyirmanı  və meşəsi daha da açıq görsənirdi. Dəyirmandan 

“Qapazlı” kəndinə kimi düzülmüşdür taxta-taxta yaşıl zəmilər, 

yoncalıqlar və qara şum yerləri, sürürlər...”.  Əziz Mirəhmədovun 

fikrincə, “Qurbanəli bəy”də satirik gülüş ruhən daha kəsərli, sosial 

cəhətdən  daha dərindir”. Bu gülüş  kəsərli olsa da acı, ikrahedici 

gülüşdür. “Usta Zeynal”da, “Rus qızı”nda olduğu kimi, bu heka-



64 

yədə  də digər xalqlardan olan obrazları  səciyyələndrərək səxavət 

əlini  əsirgəmir. Bu fikrə xalq yazıçısı, akademik M.İbrahimovun 

münasibəti belə olmuşdur: “Onun qeyri millətdən olan qəhrəmanları 

yüksək mənəvi sifətlərə malikdir. İşgüzarlıq, sözündə möhkəmlilik, 

səliqə, elm və mədəniyyətə qızğın meyil, sülhpərvərlik, başqalarının 

adət və  ənənələrinə hörmət və ehtiram, sadəlik, açıqürəklilik, 

yüksək əxlaq bu qəhrəmanların gözəl sifətləridir”.  

Azərbaycan bəylərinin ümumiləşdirilmiş, tipik surəti olan 

Qurbanəli bəy özündən yuxarıların qarşısında nə  qədər qorxaq

yaltaqdırsa, aşağıların – qara camaatın yanında özünü zalım, 

xudpəsənd bir şəxs kimi aparır. Pristavın arvadının ad günündə daha 

çox, gülüş hədəfinə çevrilir: “... nə qədər ki, Mixail Pavloviç bizim 

mahalda deyildi, bizim kəndlilər də bədbəxt idilər, mən də bədbəxt 

idim”.  Diqqətlə nəzər yetirdikdə görmək çətin deyil ki, hadisələrin 

vüsətinə görə “Poçt qutusu” və “Usta Zeynal”dan xeyli fərqlənən 

“Qurbanəli bəy”də süjet daha geniş epik planda açılır. Ədibin həyat 

müşahidəsi və  təhlil məharəti o qədər güclüdür ki, pristavın, qla-

vanın, naçalnikin, onların xanımlarının, yoxsul kəndlilərin təqdimi 

oxucunu gah güldürür, gah düşündürür. Onun naçalnikin itinə 

“malades sabak” deyə müraciətində Azərbaycan gerçəkliyinin 

sosial-iqtisadi təzadları göstərilir, iztirab və  məhrumiyyət içində 

yaşayan xalqın fərəhsiz həyatı da önə gətirilir.  

“Qurbanəli bəy” hekayəsində yazıçının bir məqsədi də onun 

xarakterik xüsusiyyətlərini açmaq, eybəcər, xəstə, həris mənə-

viyyatını  səciyyələndirmək üçün nəsrimizdə diqqəti çəkən bir 

mülkədar tipi yaratmaq olmuşdur. Düşündürücü gülüş  məhz 

buradan gəlir. “... Bir də iş ondadır ki, bütün böyük satiriklər kimi

yaradıcılığı boyu yalnız düşündürücü gülüş, təfəkkürə qida və cila 

verən gülüş tərəfdarı olduğuna görə, Azərbaycan Molla Nəsrəddini 

öz oxucusunun varlığa ayıq baxması, cəmiyyət və  təbiət hadi-

sələrinə  ağıl və  zəka ilə yanaşması, bir sözlə  mənəvi cəhətdən 

inkişaf edib yüksəlməsi məsələsinə xüsusi əhəmiyyət verirdi. Buna 

görədir ki, o, yeri gəldikcə  təkidlə oxucuya dünyanı üzdən seyr 

etməyib, hadisələrin dərinliyinə varmağı, cəmiyyət və  təbiətə dair 

həqiqətləri layiqincə  dərk etməyi məsləhət görürdü: “Ey mənim 

hörmətli oxucularım! – mən bu sözləri ondan ötrü yazmıram ki, siz 



65 

oxuyandan sonra məcmuəni qoyasınız kənara və bu sözləri yaddan 

çıxarasınız. Mən bu sözləri yazıram ki, siz oxuyub fikrə gedəsiniz. 

Mən bu sözləri yazıram ki, “fikir edəsiniz, yazmıram ki, fikir 

etməyəsiniz...” 

XX  əsrin  əvvəllərində  həm ideyası, həm süjet, kompozisiyası 

ilə ən çox diqqəti cəlb edən portret hekayələrindən biri “Qurbanəli 

bəy”dir. Portret hekayələrində yazıçı  ən çox xarakter və tip 

yaratmağa fikir verir. Bütün əhvalat bir obraz ətrafında ümumiləşir, 

başqaları isə onu qüvvətləndirmək üçün köməkçi rol oynayır. 

Portret hekayələrində müəllif əsas obrazın həm xarici görünüşünü , 

həm də onun fikir və düşüncəsini, arzu və  əməlləri, hərəkət və 

davranışlarını  həmahəng  şəkildə  qələmə alır. Odur ki, belə heka-

yələr bəzən həmin obrazın adı ilə tanınır. Çünki buradan yazıçının 

məqsədi, çox vaxt təkcə hekayənin ideya və qayəsi ilə, süjetlə, 

komik vəziyyətlə yox, həm də portret dərəcəsinə qaldırılan tipik 

obrazla, komik xarakterlə müəyyənləşir.  

Təqdiredici haldır ki, XX əsrin  əvvəllərində yaranan portret 

hekayələri ictimai xarakterdə idi ki, bu, tənqidi realizmin nəsrdə 

hakim  ədəbi metoda çevrildiyini bir daha sübut edirdi. Səciyyəvi 

portret hekayələrinin meydana çıxması  nəsrin janr və  sənətkarlıq 

xüsusiyyətlərinin rəngarəngliyi baxımından da müsbət hadisə idi. 

Həm də portret səviyyəsinə qaldırılan  əsl bədii obraz, tip dünya 

haqqında təsəvvürləri genişləndirir, oxucuya o dövrün ictimai 

ziddiyyət və münasibətlərini dərk etməyə imkan verir, onların 

mahiyyətini, daxili məzmununu açırdı. Belə ki, yeni tip və xarakter 

yeni süjet isə öz növbəsində xarakterlə müəyyənləşir. Belə ki, 

portret hekayələrində süjet və kompozisiya, obraz və tiplər sintez 

şəklində özünü göstərir. Bu cür hekayələrin bir səciyyəvi cəhəti də 

buradakı kamil portretin maraqlı süjetlə  vəhdətdə verilməsidir. 

Başqa portret hekayələrində  əsərin ideyası xarakterlə, burada isə 

süjet vasitəsilə ifadə olunur. Lakin portret dərəcəsinə    qaldırılan  

xarakter o qədər güclüdür ki, qayə  və ideyanın tam açılmasında 

süjetlə eyni dərəcədə  iştirak edir, daha doğrusu bir-birini 

tamamlayır. Burada Qurbanəli bəydən başqa bütün surətlər ikinci 

dərəcəli olub, yalnız onun hərəkət və davranışlarının, görüş  və 

əqidəsinin açılmasına yönəlir.

 

 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə