Microsoft Word Baba n r variant seva


Azərbaycan satira ustalarının



Yüklə 1,74 Mb.
səhifə22/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   18   19   20   21   22   23   24   25   ...   89

66 

Azərbaycan satira ustalarının  

süjet və tip yaratma metodları 

 

Böyük mütəfəkkir sənətkar M.F.Axundov Azərbaycanda feodal 

münasibətlərinin hələ çox qüvvətli olduğu bir dövrdə  ədəbiyyatda 

yeni tipli satiranın  əsasını qoymuşdur. C.Məmmədquluzadə, 

Ə.B.Haqverdiyev və Y.V.Çəmənzəminli bu ənənəni davam və inkişaf 

etdirmişlər. XX əsrin 20-ci illərində kapitalizmin sosializm ilə 

əvəzlənməsi, təbii ki, C.Məmmədquluzadə kimi tənqidi realizmin 

görkəmli nümayəndəsinə daha çox təsir göstərməliydi. Yeni dövrə 

keçiddən sonra ədibin onillik yaradıcdığı qalırdı. Yazıçının XX əsrin 

əvvəllərindəki  ədəbi fəaliyyəti onun bütün əvvəlki yaradıcdığının 

tarixi bir davamı olmaqla bərabər, inqilab və yeni quruluşun müəyyən 

cəhətlərini də əks etdirmişdir.  

Bu onillik “Molla Nəsrəddin”  ədəbi cərəyanı  və C.Məmməd-

quluzadə yaradıcılığı üçün bütün digər dövrlərdəkindən daha yük-

sək, daha mürəkkəb tələblər və  vəzifələr zamanı olmuşdur. Bu 

illərdə ayrıca bir Molla Nəsrəddin cərəyanından danışmaq müm-

künsüz idi, çünki 1922-ci ildən etibarən “Molla Nəsrəddin” jurnalı 

yenidən çıxmağa başlayaraq, öz köhnə qüvvələrini  ətrafında 

toplamağa çalışsa da, bolşeviklər  əslində onu öz təsiri altına 

salmışdılar. Jurnalın çapı  və yayımı baş tutsa da, çərçivələnirdi və 

ədəbi bir cərəyan səviyyəsindən enirdi. Çünki nə köhnə qüvvələr öz 

köhnə fəallıqlarını mühafizə edir, nə də yenilər “Molla Nəsrəddin” 

cərəyanının çərçivəsinə sığa bilirdilər. Ədəbi mühit tamamilə başqa, 

yeni istiqamətə yönəlmişdi. 

Lakin obyektiv real varlıq və münasibətin digər bir cəhəti də 

vardır ki, qalib gələnləri yeni mübarizələrə hazırlamaq vacib idi. Bu 

cəhətləri müəyyən dərəcə jurnalında, publisistikasında əks etdirmiş 

C.Məmmədquluzadə  bədii  əsərlərində deyilənləri o dərəcədə 

göstərə bilməmişdir. Bu, onun realizminin mahiyyəti, yaradıcılı-

ğının özünəməxsusluğu ilə bağlı idi. Sovet dövründə  tənqidi 

realizmin imkanları  məhdudlaşmışdı. Bu realizm və satira “Həyat 

necədir və necə olmalıdır” sualına cavab verirdi, “İnkar və  rədd 

olunan həyatı hansı  həyatla  əvəz etmək” sualına isə cavab verə 



67 

bilmirdi, bilməzdi də. Biz bu cəhətləri həmin realizmin bir günahı 

kimi deyil, bəlkə obyektiv bir xüsusiyyəti kimi görürük. Molla 

Nəsrəddindən müsbət obraz və tiplər, mübariz insan və qəhrəmanlar 

tələb ediisə idi, o, bu tələbə istehzadan başqa bir cavab verməzdi, 

çünki onun vəzifəsi rədd və inkar olunmalı  həyat və varlığı 

dəyişdirməyə çağırış idi və o, bu vəzifəni 1920-ci ilə qədər ləyaqətlə 

yerinə yetirdi. O, digərləri kimi burjuaziyaya mənsub yalançı 

qəhrəmanlar yaratmayaraq, öz ideallarını mövcud “həqiqətə qarşı” 

mübarizə ilə müəyyənləşdirmişdi. 

Şura dövründə C.Məmmədquluzadə  əvvəlki  şəkildə yaradı-

cılığını davam etdirmək istəsə də, ona imkan verilmirdi. Realizm və 

satira artıq  şura dövrü ədəbiyyatı üçün münasib sayılmırdı.  İndi 

kiçik tənqid və təbliğə, yeni quruluşun tərifinə çox şərait yaradılırdı. 

Realizmin illərdən bəri qaldırdığı taleyüklü problemlər arxa plana 

keçmişdi. Quruluşun öz problemləri, öz ideologiyası vardı. Bunların 

həlli üçün isə, ümumiyyətlə, tənqidi realizmin, xüsusilə Molla 

Nəsrəddin realizminin metodları kafi deyildi, ən  əsas uyğunsuzluq 

və ziddiyyət də bundan doğurdu. 

Doğrudur, Molla Nəsrəddin bu məhdudiyyətdən qurtulmağa 

can atırdı. Bir sıra hekayələri (“Bəlkə  də qaytardılar”) və 

tamamlanmamış qalan komediyaları onun bu cəhdini ifadə edir. O, 

bu  əsərlərində  şura həyatını  təsvir etməyə, hətta kommunist tipi 

verməyə belə çalışırdı. Lakin hekayə və dramlarında buna nail ola 

bilmirdi. Onun bu zamankı  ən irihəcmli bədii  əsəri də (“Dəli 

yığıncağı”) köhnə  həyata aid idi. Yuxarıda qeyd olunan əsas 

uyğunsuzluq burada da özünü göstərir və Molla Nəsrəddin 

qarşısındakı maneələri, məhdudiyyətləri ortadan qaldırmağa çalışsa 

da, bunu bacarmırdı. 

Eyni cəhəti biz onun mövzularında da görürük. Ədibin 

yaradıcılıq təcrübəsi göstərir ki, mövzuları ilə gülüş və satiranı bir-

birindən ayırmaq olmaz. Çünki hər zaman onun gülüşü götürdüyü 

mövzulardan və tiplərin gülünclüklərindən doğmuşdur. Sovet 

dövründə elə bil ki, o, hekayə və komediyalarında müəyyən mövzu, 

gülüş və yumor böhranı keçirir. “Nədən yazmalı və nəyə gülməli” 

sualına çox zaman bədii cavab verə bilmir. “Atlar dayandı” kimi 

hekayəsi nə etmək istədiyi, nəyə güldüyü anlaşılmır. Yaxud, vaxtilə 



68 

yazdığı  mətləblərdən  əl çəkə bilmirdi, həmin məsələlərdən adət 

etdiyi üsulla danışır və gülürdü.  

Beləliklə, onun gülüşü şura dövründə öz kəskinliyini müəyyən 

dərəcədə itirmişdi. Nəticədə  ədibin üslubunun janr xüsusiyyətləri 

əvvəlki vəziyyətə nisbətən müəyyən dəyişikliklər əmələ gətirmişdi. 

1905-1920-ci illər arası C.Məmmədquluzadə istər publisistika, istər 

hekayə  və dramaturgiya sahəsində geniş  fəaliyyət göstərmişdi. 

Ancaq yazıçı həmin sahələrdə əvvəlki fəallığı görə bilmirdi. Bütün 

bunlar görkəmli satira ustasının üslubunda müəyyən dəyişikliklər 

əmələ  gətirsə  də dövrün uyğunsuzluğunu da göstərirdi. Tənqidçi 

N.Babayev (Şəmsizadə) yazır: “Məmmədquluzadə  həyat həqiqət-

lərini yaradıcılıqda ilkin obyektiv əsas hesab edirdi. Həqiqət-

pərəstlik onun öz sənəti üçün də yenilməz estetik norma idi. 

C.Məmmədquluzadənin məhz bu xüsusiyyətlər sayəsində  “ədəbi 

dövrün başçısı” (Y.V.Çəmənzəminli) səviyyəsinə yüksələ bilməsi 

mühafizəkar  ədəbiyyata qarşı mübarizədə realizmin ədəbi-tarixi 

qələbəsi idi”. 

Janrın tələblərinə uyğun olaraq yazıçılar  əsərlərində süni 

lakonizmə yol vermirdilər. Yəni janrın hüdudları süni surətdə kiçil-

məmişdi. Əgər belə etsəydilər, bədii təsvirin tələbləri pozula bilərdi. 

Yığcamlıq C.Məmmədquluzadə,  Ə.B.Haqverdiyev, Y.V.Çəmən-

zəminli A.Şaiq, B.Talıblı, T.Şahbazi, Ü.Hacıbəyov, S.Hüseyn və 

başqa sənətkarların yaradıcılığına xas olan xüsusiyyətlər olmaqla, 

sanki zamanın da tələbi idi. Akademik Bəkir Nəbiyev: “Miniatür 

povest üçün mövzu və  həyat materialı seçmək, təsvir olunan 

hadisələrin hüdudlarını müəyyən etmək mühüm yaradıcılıq 

məsələsidir”, deyəndə haqlıdır. Çünki bu əsərlər daha az müddətdə

həyatın ağır məqamlarına toxunmaqla və ya geriliyi ifşa etməklə 

sürətlə yayılır və oxunurdu. Bu tipli əsərlər həyat hadisələrinə 

vaxtında, cəsarətlə müdaxilə edir, müasir mövzulara (o dövr üçün) 

qətiyyətlə girişir, uzunçuluq, sözçülük və  təsvir xatirinə  təs-

virçilikdən çəkinirdilər. C.Məmmədquluzadənin yaradıcılığının 

məğzini təşkil edən prinsiplərdən biri əsərlərində süjet qurma 

ustalığı idi. Bu ustalıq Mirzə  Cəlil yaradıcılığında  əsas məziy-

yətlərdəndir. Satirik əsərin süjetinə mövzu ilə bağlı maraqlı bir 

əhvalat, hadisə daxil edilir. Burada bir və ya bir neçə obraz və ya tip 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə