Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə20/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   16   17   18   19   20   21   22   23   ...   89

60 

dişləri. Mən güman edirəm ki, nəinki on altı yaşında gözəl rus qızı, 

bəlkə altmış altı yaşında çirkin müsəlman arvadı da bundan iyrənib 

qaça bilərdi”. Obrazın konkret portreti cızılan “Rus qızı” 

hekayəsində kontrast təkcə ictimai səhnə, tip və  məzmunda deyil, 

həm də  bədii təhkiyədə görünür. Gözəl rus qızı, çirkin müsəlman 

arvadı, Qulamhüseynin yöndəmsiz sifəti, heyvani hisləri olan 

qocanın bir-biri ilə  təzad təşkil edən xüsusiyyətləri uyğunsuzluq 

yaradır. 

“Poçt qutusu”nda (1905) gülüş daha həlim və  səmimidir, 

“Novruzəli yumorla təsvir edilmişdir”. Müəllif öncə  Şeytanbazar 

obrazında gözü qarşısında canlanan “islam ailəsinin tipik obrazlarını 

təsvirə başlayır. O, tarixin, həyatın obyektiv gedişində öz-

özlüyündən gülünc olan usta Zeynalları, Qurbanəli bəyləri və 

ictimai işlərdə  iştirak  əvəzinə  İrandan hürriyyət payının göndə-

rilməsini arzu edən Kərbəlayı  Məhəmmədəli və  Pərinisələri bütün 

tipik cizgiləri ilə ortaya çıxarır, nümayiş etdirir. Özündən nə bir şey 

artırır, nə  də bir şey  əskildir. Hətta çox zaman həmin tiplərin və 

onların hərəkətlərinin təsvirində təfərrürata varır. Bununla bərabər o 

passiv bir yazıçı deyil, onun hekayələri mövcud vəziyyətdən razılığı 

göstərən fəal bir fikrin məhsuludur. Lakin bu fəallıq onda heç bir 

əsəbiliyə, ritorikaya keçmir, çünki bilirdi ki, müalicə olunmalı, 

xəstənin başı üstündə  həkimin deklamasiya və nitq söyləməsi 

gülünc və yersizdir. 

Xəstəliyin səbəblərini, ictimai tüfeyliləri və mikrobları gün 

işığına çıxardır; onların xarakterini daha bariz göstərmək üçün 

onları mikroskop altında böyüdür. Mübaliğə  və hadisəni absurd 

dərəcəsində böyük və ya karikaturaya salma buradan doğur, onun 

realizmi hiporbolik realizmdir. 

Bunun üçündür ki, bəziləri də Molla Nəsrəddin hekayələri 

realizmdən uzaq görünür ki, “yox belə  şey ola bilməz” hökmünü 

verirlər. Lakin o, mikroskop altında bir tüfeylini böyüdən və bütün 

iyrəncliyi ilə nümayiş etdirən yazıçılardandır. O, yalnız təsvirində 

həcmini böyütmüşdür: mahiyyətinə isə heç bir zərər gətirməmişdir. 

Burada Qoqolun “Burun”unu və Dostayevskinin “Oxşar adamı”nı 

xatırlamaq yerinə düşür. Onların yaradıcılıq ərəfəsində əks edən bu 

tipləri bütün qəribəliklərinə  və zahiri görkəmlərinə baxmayaraq, 



61 

real həyatdan alınmış tiplərdirlər.  

“Molla Nəsrəddin”in bu obyektivliyini və realistliyini 

ümumiləşdirmək, bütün o dövr yazıçılar üçün bir örnək idi. Çünki 

o, öz hekayələrində belə tipləri ümumiləşdirərək, onların çoxlarının 

bacarmadığı gülünclüklərini bariz şəkildə ortaya çıxarır. 

Usta Zeynal bənnadır, o günəmuzd işləməklə ailəsini 

dolandırır. Lakin o, fanatizm, məzhəb və mövhumat tiryəki ilə elə 

zəhərlənmişdir ki, öz işini, adı bənnalıq əməyini belə başqalarına və 

özünə  mənfəətli bir hala sala bilmir. Onun fikrincə, insan heç bir 

şeyə qadir deyildir, hər  şey Allahdan asılıdır. Kimin alnına nə 

yazılıb, o da olacaq. Bacarıqlı, işgüzar Akop xaricdən, təhsil 

almaqdan gələn oğlunu ləyaqətlə qarşılamaq üçün otağı tez təmir 

etdirmək istəyirsə  də, iş  ləng gedir. İşin təcili qurtaracağını usta 

Zeynal öhdəsinə götürsə  də buna əməl etmir. Akop hər dəfə 

bənnanın yanına gələndə bənna ilə şagirdi söhbət edən görür. Usta 

Zeynal isə xozeyinə cavabında deyir: - “Heç ürəyivi sıxma, xozeyin. 

Allah kərimdir. Ümidini bir Allaha bağla ki, yeri-göyü yox yerdən 

xəlq edibdi. Ürəyivi niyə sıxırsan? Əgər Allahın iltifatı olsa, belə iş 

olmasın ki, on belə  iş olsun, bir dəqiqədə qurtarram; Əgər olmasa 

dəxi mənim günahım nədir... Qurban gəc ver”. Usta Zeynalın həyata 

bu münasibəti, islam dininin, şəriətin təbliğ etdiyi asketizm, 

fəaliyyətsizlik, tərki-dünyalıq fəlsəfəsindən irəli gəlirdi.  

Usta Zeynal işi yarımçıq buraxıb namaza gedir, iş görəcəyi 

yerdə  şəyirdi Qurbanla “təqlidin kimədir?” sualı  ətrafında söhbət 

aparır; erməniləri isə murdar hesab edir və bunda bir “sirri-ilahi” 

var deyir: “Qurban, bu işlər hamısı sirdir. Bunları heç başa düşmək 

olmaz. Bunlar hamısı Allah yanındadır; çünki belə  fərz elə ki, 

ermənilərin hamısı çönüb müsəlman oldu, onda cəhənnəmi Allah 

kimdən ötrü xəlq edib və kimi ora göndərəcək? Bu işlərin hamısının 

bir səbəbi var, yoxsa ermənilər çox yaxşı bilir ki, bizim məzhəbimiz 

onlarınkından yaxşıdır”. 

Usta Zeynalın bütün ümidi “qıl körpüyədir”. O, o qədər 

“təmizdir” ki, hətta gəcin belə erməni dəstisindəki su ilə 

qarışdırılmasına razı deyil. “Qurban, Allah sənə  lənət eləsin! 

Erməninin küpündə su gətirib qayırdın, dünyavü-aləmi murdar 

elədin. Allah sənə lənət eləsin”. 



62 

“İranda hürriyyət” hekayəsində hürriyyət payından məhrum 

olan qərib iranlıların aqibəti gülünc hədəfidir. Müəllif qürbətə 

düşmüş bu fəhlələrin  İran məşrutəsindən pay almaq ümidlərinin 

puçluğunu, onların  İrandakı  hərəkata münasibətlərini (“İranda 

hürriyyət”) hekayəsində inandırıcı  şəkildə  qələmə alır. Kərbalayı 

Məmmədəli hürriyyətin mənasını öz siğə arvadına belə izah edir: 

“Ay rəhmətliyin qızı, indi axı  mən sənə  nə deyim, necə  səni başa 

salım? İndi dünya-aləm bilir ki, İrana hürriyyət verilib. İndi küçədə 

uşaqlar da bilirlər ki, İrana hürriyyət verilib. Bu gün həmşərilərin 

hamısını qonşur çağırmışdı  məscidə, padşaha dua eləyirdilər ki, 

İrana hürriyyət verilib... Qonşur, deyillər, sabah həmşərilərin 

hamısını çağıracaq, hürriyyət paylayacaq. Ay can, ay can!... Sağ 

olsun bizim padşahımız, ay can, ay can!...” 

Hürriyyəti belə anlayan, nəstəliq xətti ilə  İrana kağız yazdırıb 

öz hürriyyət payını istəyən və savadsızlığı üzündən özgənin 

məktubunu səhvən öz ailəsinə göndərərək birinci arvadının 

qısqanclığına səbəb olan Kərbəlayı Məmmədəlinin macərası bir çox 

avam, qərib iranlıların macərasını yada salır. Nə olduğunu 

anlamadığı “hürriyyət” adı ilə ailə qovğasına məruz qalan və hətta 

öz otağından belə qaçmağa məcbur olan Kərbəlayi Məmmədəlinin 

qaynı sadəlövh, lakin mənalı bir tərzdə deməmişmiydi ki, “vallah 

gör axırda mən deyən olacaq: axı Kim eşidib ki, o taydan bura 

hürriyyət gələcək? O taydan bu üzə  həna gələr; səbzə, badam içi 

gələr, tütün, çay, tiryək... belə zadlar gələr; yoxsa, yoxsa, vallah, 

mən ömrümdə bir dəfə  də  eşitməmişəm ki, hürriyyət gələ, heç bu 

tərəflərdə hürriyyət alış-verişi eləyəni də mən eşitməmişəm?”.  

Burada Molla Nəsrəddin bir tüfənglə üç dövşan vurur və çox 

mənalı bir tərzdə  həm “bu tayda hürriyyət alış-verişi eləyənin” 

olmadığını, həm “o taydan bu taya hürriyyət gəldiyinin” heç 

görülmədiyini, həm də  İran hürriyyətinin Kərbəlayi Məmmədəli, 

Pərinisə kimi kasıblara  əziyyət və azardan başqa heç bir şey 

vermədiklərini anladır. Odur ki, sonda peşman olan fəhlə “indiyə 

qədər biz yazıq həmşərilər çox qara gün çəkmişik, fəhləlik 

eləməkdən canımız çıxdı, amma görürsən, ursetdə heç fəhlə yoxdur, 

hamısı yazıq həmşəridir” – deyir: “Allah qoysa, bundan sonra pu-

lumuz çox olar”, - deyə arzular, ümidlər bəsləyən həmşəri fəhlə-



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə